Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə46/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   42   43   44   45   46   47   48   49   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

O çiçək fəsilə, o gül havaya
O qarlı dağlara tamarzıyıq biz. 
Elə yaz gəlsə də, qış içindəyik, 
Zil qara yazılan bir yazıyıq biz [11, s. 12]. 
Poema barədə Əsəd Cahangir yazır: “Burada Ələmdar bir fərd 
kimi, bir Azərbaycan vətəndaşı kimi əvvəlcə öz sözünü deyir, sonra 
rəsmi olaraq Ali Baş Komandana üz tutur. Amma bununla kifayət-
lənmir – Bütün dünyanın Ali, Mənəvi Baş Komandanı olan Allahın 
özünə belə bu nida, bu çağırış gedib çatır” [11, s. 33]. Əslində poema-
da yaşanılan ağrıların inandırıcı olması şairin öz şəxsi taleyi ilə əla-


119 
qədardır. Bu ağrıların təzahürünü yalnız Kəlbəcərin işğalına həsr olun-
muş əsərlərdə görmürük. Ötən əsrin ən dəhşətli faciəsi olan Xocalı 
soyqırımına həsr edilən əsərlərin yazılmasında da hiss edirik 
Ermənilərin məqsədli şəkildə azərbaycanlılara qarşı həyata ke-
çirdikləri həmin soyqırımın bədii əksi olan Ə.Salahzadənin “Xocalı 
xəcilləri” poeması barədə Fikrət Sadıq yazır: “...Xatın, Xirosima, 
Xocalı. Fikir verin, Bu bədbəxt məkanların üçü də “X” hərfi ilə 
başlayır. “X” həm də “iks” deməkdir. Şair deyəndə ki, “X” ilində “X” 
elində, Xocalı adında bir yer xarabalığa döndü yağı əlində. Hamı başa 
düşür ki, söhbət nədən gedir” [12, s. 2]. Eyni mövzunun başqa bir 
poemada bədii əksini Ədalət Əsgəroğlu yaratmışdır. “Bədii məziy-
yətlərinin üstünlüyünə görə Ədalət Əsgəroğlunun “Xocam, Xocalı” 
poeması diqqət çəkir. Əsərdə Xocalı Xoca və ziyalı obrazı kimi 
təqdim olunur. Onun əldən getməsi, zəbt olunması da rəmzi olaraq 
ziyalılığımızın, aydınlığımızın əldən getməsi, mənəvi aşınma zəmini 
kimi düşünülmüşdür” [10, s. 62]. Bu faciənin 13-cü ildönümünə həsr 
olunmuş poemasında Zəlimxan Yaqub səkkiz yaşlı Xəzangül adlı 
Azərbaycan uşağının timsalında ermənilərin qəddarlıqlarının bütün 
təfərrüatlarını yaratmışdır. Anası, bacısı gözləri qarşısında öldürülən 
bu qızın, atası da diri-diri ağaca sarınıb yandırılır. Ermənilərin əsl 
simasının şərhini bu poemanın təhlilində M.Nəcəfova belə vermişdir: 
“Zəlimxan Yaqubun “O qızın göz yaşları” poemasında yaratdığı düş-
mən obrazı öz tamlığı, bitkinliyi, düşmənin bütün qəddar, məkrli, ci-
nayətkar əzazilliklərini hərtərəfli özündə əks etdirməsi ilə bu mövzuda 
yazılmış əsərlərdən seçilir desək, yanılmarıq” [13, s. 226]. Poemada 
iki millətin milli kimliyi onların əməlləri ilə təqdim olunur. Bunlardan 
biri canından keçsə də, Qarabağa erməni torpağı deməyən türkdür, 
digəri isə qəsbkarlıqları azmış kimi körpə uşaqlara da işgəncə ver-
məkdən həzz alan ermənidir. Əsərin təsir gücü və bədii cəhətləri 
barədə Mübariz Məsimoğlu yazır: “Epik təsvir və onu müşayiət edən 
lirik hisslər zərgər dəqiqliyi ilə bir-birinə “qaynaq edilib”. Ancaq, 
“qaynaq yeri” gözlə görünmür. Hiss olunmur ki, sərbəst oxuyursan, 
yoxsa heca, əsl poeziya formadan daha çox mətləblərdə olurmuş” [14, 
s. 323]. Poemada tarixi hadisə, real gerçəklik qələmə alınsa da, əsərə 
süjetli poema kimi yanaşmaq doğru olmaz. Bu cür xüsusiyyət 
Zəlimxan Yaqubun əsərlərinin əksəriyyətində özünü göstərir. 
Ümumiyyətlə, Qarabağ müharibəsinə qarşı istər ictimai-siyasi 
fəaliyyətində, istərsə də bədii mətnlərində kəskin etiraz edən şəxsiy-
yətlərdən biri də Zəlimxan Yaqub olmuşdur. Şairin 2001-ci ilin iyun-
iyul aylarında yazdığı “Tanı məni, Amerika” poeması Azərbaycanın 


120 
haqq səsinin hayqırtılarını dünyaya çatdıran, sərbəst formada yazılmış 
əsərdir. Şair üzünü cənab senatora tutaraq deyir ki, “Bilsən də, bil-
məsən də Azərbaycanla bağlı bir az təqdimat verim” [15, s. 233]. 
Sonra da ölkəmizin coğrafiyası, tarixi, ədəbiyyatı barədə amerkalı 
senatorlara bilgilər verir. İki yüzillik parçalanmağımız barəsində din-
ləyicilərdə təəssürat yaradır. “Qoca Şərqdə ilk dəfə Müstəqillik adıyla 
dalğalanan bayrağam” [15, s. 235] sətirləri ilə onları tarixi fakt qar-
şısında qoyur. Qəti fikrini bildirir ki, “Arxasında durmasan Heç bir iş 
görə bilməz, nə erməni barmağı, nə erməni lobbisi” [15, s. 240]. Bun-
dan sonrakı bölümdə şair daha kəskin pafosla çıxış edir: “Arxivlərdə 
çürüməkçün Bir saralmış varaq oldu BMT-nin qətnaməsi” [15, s.243]. 
Şair bu əsərdə konkret mövqeyini ortaya qoyur, bir işə yaramaz dünya 
siyasətçilərinin fəaliyyətinə qarşı kəskin etirazını bildirir. Ermənis-
tanın güvəndiyi Rusiyadan pay aldığı silahlara, Fransa senatına, Nyu-
Yorkda apardığı təbliğata qarşı əks mövqeyini nümayiş etdirir. “Bu 
gün səndə Ermənistan qayğısı var, Bu gün səndə Azərbaycan dərdi 
yoxdur” [15, s. 258] – misralarından ittihamında haqlı olduğuna inan-
dırır. Şairin bu poemanı yazmaqda əsas məqsədi əsərin sonlarına ya-
xın tamamilə bəlli olur. O, Amerikaya xitabən bildirir ki, “Ədaləti 
tərəzidə elə çək ki, Şərə doğru əyilməsin” [15, s. 258]. Yəni bir gün 
haqqını tapdadığınız türkün (Azərbaycanın timsalında) gələcək nəsil-
lərinə cavab verməli olacaqsınız. 
Xocalı soyqırımı kimi, Şuşa şəhərinin də işğalı poemalarda daha 
çox əksini tapan mövzulardandır. Vaxtilə Qarabağ xanlığının paytaxtı 
olan bu şəhər çağdaş əsərlərdə sanki məhv edilmiş əzəmətli keçmişin 
faciəvi simvolu kimi obrazlaşdırılmışdır. E.Akimovanın Z.Yaqubun 
“Şuşa şikəstəsi” poeması haqqında fikirlərini bir sıra həmin mövzulu 
əsərlərə şamil edə bilərik. “Poemada müəllif sanki çıxılmaz bir boşluq 
içindədir, yaralarımızın közünü qoparan “Şuşa” şikəstəsini ağı ritminə 
kökləyib” [10, s. 64]. Bu ağı ritmi bir çox əsərlərdə işğala və məzlum-
luğa qarşı etirazlarla müşayiət olunur. 
Şəhərin işğalından bəhs edən Cabir Novruzun üç parçalı “Şuşa 
yolu” poeması 1991-ci ilin mayından 2001-ci ilin noyabrınadək ya-
zılıb. Şair əsərin ilk başlanğıcındaca düz on ildir Şuşa deyə qışqır-
dığını bildirir. “Deyirəm ki, nə kişisən, nə şairsən? Sən Şuşasız hansı 
haqla yaşayırsan?” [16, s. 4] Biz Şuşanın qarşısında xalqımızla, eli-
mizlə günahkarıq. Ən qəbuledilməz məqam odur ki, çəkməmizi dillə-
riylə silənlərə məğlub olmuşuq. Elə buna görə də, bu əbədi bir ləkədir. 
Şair xatirindəki Şuşanı düşünür. Vaxtilə səksən birin yanvar ayında 
orada M.P.Vaqifin mavzoleyinin təntənəli açılışını yada salır. “Mən 


121 
aradım əsrlərlə azadlığı, Onun da ki yarımçığı mənə düşdü” [16, s. 10] 
sətirlərindən şairin açıq-aşkar Şuşasız azadlığı qəbul etmədiyini 
görürük. Çünki o 50 milyonluq dövlətin ikinci mərkəzidir, bu tayda 
Təbrizin əvəzidir. Şairi sarsıdan odur ki “Təbrizdən də uzaq imiş Şuşa 
yolu” [16, s. 13]. Əvvəl üç saatlıq olan bu yol indi yüz il uzaqlaşıb. 
Qorxulu olan odur ki, zaman keçdikcə, Şuşa yolu əfsanəyə, nağıla 
dönə bilər. Şair üçün Şuşa yolu Qarabağı birləşdirən qoşa polad qol 
idi; indi isə “Onu yağılar çevirib mənə qarşı, Minalanıb, çəpərlənib 
hər qarışı” [16, s. 13]. Şuşasız hər bir şey, hətta tanrı payı da, millət 
sayı da yarımçıqdır. Şair sonda yenə də Şuşa yolunun açılacağına 
ümidini itirmir. Bir gün yenə o yolu bərk-bərk qucaqlaya biləcəyinə 
inanır. Lakin məlumdur ki, Cabir Novruzun vəfatından illər keçsə də, 
onun bu istəyi hələ də reallaşmayıb, Şuşa tapdaq altındadır. 
Bu qədim şəhərin müasir taleyinə biganə qalmayan yazarlardan 
biri də İlyas Tapdıqdır. Onun “Şuşa gözləyir bizi” lirik poeması Şuşa 
şəhərinin 250 illiyinə həsr edilib. 2000-ci ilin 22 dekabrında qələmə 
alınan bu əsər səkkiz parçadan ibarətdir. Əsər Şuşamızın nə qədər 
sevimli olduğunun yada salınması ilə başlanır. “Mən Şuşanın uğrunda 
Hər ölümə gedərəm!” – [17, s. 112] deyənlərin artıq dinməməsi və 
“Mersedes”də gəzib-dolaşması şairi hiddətləndirir. Canlarından ke-
çənlərin qanını həqiqətən vətənə halal etməsini alqışlayır, ara qarışan 
kimi fürsət tapıb aradan qaçmadıqları üçün onları dəstəkləyir. Şuşanın 
şöhrətini dünyaya yayan Üzeyirin, Natəvanın, Bülbülün büstlərinin 
düşmənlər tərəfindən yaralanması ürəkağrısı ilə xatırlanır. Növbəti 
parçada şair bu müsibətlərdən sonra vətənimizdə yaranan etinasızlığa 
kəskin etiraz edir. Ölkəmizdə baş alıb gedən bu naqislikləri təsvir 
edəndən sonra müəllif əsl mahiyyəti tələb edən sualını verir. “Daşaltı 
– daş yastığı, Qoyub başının altda, Nə düşünür möhtəşəm Murov 
qaşının altda?” [17, s. 114] Əslində Murov burada bütöv türklüyün 
simvoludur. Yəni illər ötüb keçdikcə, bu millətin övladları itirilmiş 
torpaqlarını geri qaytarmaq üçün nə düşünürlər. Bəlkə də, düşüncə-
lərini oyatmaq üçün müəllif yubileylə əlaqədar hər kəsi Şuşanın gö-
rüşünə getməyə çağırır. Çünki “Qədəmini qoyubdur İki yüz əlli yaşa, 
Başdan-başa tamaşa – Şuşa gözləyir bizi!” [17, s. 114] Əsərin əsas 
leytmotivi də ondadır ki, neçə illərdir Şuşa bizi gözləyirsə, biz onu bu 
qədər gözlətməməliyik. 
Torpaqlarımızın işğalı elə bir mövzudur ki, yazarlar dönə-dönə o 
mövzuya qayıdırlar. Onlardan biri də xalq şairi Nəriman Həsənza-
dədir. Vaqif Yusifli bu barədə yazır: “İllər keçəcək Nəriman Həsən-
zadə yenə də müharibə mövzusuna qayıdacaq, amma bu dəfə Azər-


122 
baycan torpağında, Qarabağ uğrunda gedən müharibədən və bu müha-
ribənin insanların taleyində oynadığı faciələrdən söz açacaq”. Onun 
həmin mövzuda əsərlərindən biri “Qarabağdan gələn var” poemasıdır. 
1997-ci ildə yazılan bu poema bir bağbanın işindəki problemlərin 
təsviri ilə başlayır. Sonra şair qəhrəmanını reallığı ilə təqdim edir. 
“Dünən dərs deyirdin, Məmməd müəllim, bu gün müəllimə dərs deyir 
Zaman” [18, s. 42]. Şairin qəhrəmanı ilə söhbətlərində müharibənin 
ölkəmizə gətirdiyi fəlakətlərdən söz açılır. Məmməd müəllim qaçqın-
lıq dövrünün əzablı xatirələrini, müəllif isə müharibədən sonrakı 
mənəvi-psixoloji problemləri müzakirə obyektinə çevirir. Ölkədə 
kütləviləşən mənəvi aşınmaya biganə qala bilmir. Ünvanı Neftçilər 
yataqxanası olan Məmməd müəllim bağbanlıq işində nə qədər çox 
çalışırsa da, nəticədən həmişə narazı qalırlar. Şair həmin tipləri “tox-
ların ac mafiyası” kimi qələmə verir. Poemanın ikinci hissəsi Məm-
məd müəllimin həyat yoldaşı barədə məlumat verməsi ilə başlayır. 
Onun acınacaqlı taleyindən bu misralarda xəbər tutmaq olur. “O, 
xidmət eləsə də, “xidmətçi” ola bilmir” [18, s. 53]. Qırx illik müəllim 
təcrübəsi olan bu qadının müdirdən xidmətçiyə qədər yol gələn öm-
ründə müharibənin təsiri aydınca görünür.
Gətirilən nümunələrdən də bəlli olduğu kimi, çağdaş Azərbay-
canın ən böyük problemlərindən olan Qarabağ müharibəsi həmişə ya-
zarların əsas müraciət etdikləri mövzulardandır. Buna görə də, şairlər 
müasir dünyanın ictimai-siyasi hadisələrinə münasibət bildirən əsərlər 
yazarkən, əsas diqqəti Qarabağ probleminin həllinə yönəltməyə cəhd 
edirlər. Çünki bu münaqişənin həlli dünyanın bir sıra ictimai-siyasi 
problemlərinin həllinə də təsir edər. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə