Azərbaycan miLLİ elmlər akademiyasi


Key words: historical memory, national sense, moral values, national  ideology, national consciousness  Ключевые слова



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə49/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   45   46   47   48   49   50   51   52   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Key words:
historical memory, national sense, moral values, national 
ideology, national consciousness 
Ключевые слова:
историческая память, национальное мышление, 
нравственные ценности, национальная идеология, национальное самосознание
Bədii nəsrdə tarixi yaddaşa müraciət etmək həm də xalqın var-
lığını, yaşadığı və keçdiyi həyat yolunu, dövrün, mühitin ictimai-
siyasi proseslərini təsvir etmək deməkdir. 
Bədii nəsr də obrazlı təfəkkür sahəsi kimi, daim yaddaşa müra-
ciət edir, bizim üçün statik hesab olunan keçmişin zülmət pərdəsi ilə 
örtülən hadisələri, əhvalatları, şəxsiyyətləri bədii təsvir yolu ilə işıq-
landırır. Buna görə də xalqın yaddaşına müraciət edən yazıçılar onun 
keçmişini, etnoqrafiyasını, düşüncəsini, keçdiyi həyat yolunu dərindən 
öyrənir, dövrü, mühiti, qəhrəmanlarını, onun mənəvi, daxili aləmini, 
zahiri, fiziki görünüşünü təsvir etməklə, onu bədii cəhətdən əsaslan-
dırır, oxucunu inandırır. Bu əsərlər vasitəsilə Zərdüşt dövrü ilə bağlı 
yazılan əsərlərdən tutmuş ən yaxın tariximiz – 20 Yanvar qırğınları, 
eləcə də Qarabağ hadisələrinə qədər xalqın yaddaşının bədii salnaməsi 
yaradılmış olur. Tarixi yaddaşı işıqlandırarkən yazıçının qarşılaşdığı 
çətinliklər, bədii təxəyyüllə yaddaşın üst-üstə düşməsi, nəzəri cəhət-
dən uyğun gəlməsi, hər gələn nəsil yazıçıların özünün tarixi yaddaşa 
münasibətinin formalaşması, mövzuya, problemə orijinal yolla yanaş-
ması kimi məsələlər bədii nəsrin milli kimliyə olan marağından irəli 
gəlirdi. 80-ci illərdən başlayaraq yaddaşa müraciət xalqın özünü ta-


125 
nımaq istəyindən, keçmişinə müstəqil müraciət ehtiyacından doğurdu. 
Ədəbiyyatşünas Y.Qarayev bu tendensiyanı nəzərdə tutaraq yazırdı: 
"Son illəri nəsrdə tarixi janrın hərtərəfli intibah dövrü adlandırmaq 
olarmı? Öz tarixilik axtarışlarında bu nəsr hansı çətinliklərlə qarşı-
laşır? Tarixi əsərlər, əlbəttə, çox yaranır. Bəs onların cəmindən bir 
xalqın bədii tarixi və tarixi taleyi cəm ola, yarana bilirmi? Bu əsər-
lərdə eyni bir milli və sosial tarixə verilən vahid, qlobal konvensiya 
ifadə edilirmi?
Axı, tarixi əsərlərdə zaman və xalq qarşısında bədii cavabdeh-
liyin meyarı daha böyük və miqyaslıdır: o, həmişə və hər yerdə "Mən 
kiməm?" – sualına "Bəs babam kimdir?" – sualı ilə birlikdə cavab ve-
rir. Məsələn, həqiqi tarixi nəsr – nəsrdə dərk olunan milli tarix və milli 
taledən başqa bir şey deyildir" [1, s. 24].
Azərbaycan bədii nəsri zaman-zaman epik planda xalqın həya-
tını, məişətini, psixologiyasını, mövcud əhvali-ruhiyyəsini əks etdir-
mişdir. Lakin tarixi yaddaş anlayışı dövrün, zamanın ideoloji qatla-
rında hər vaxt eyni cür anlaşılmamışdır. Bəzən yazıçının özünün in-
terpretasiyası, bəzən isə faktları təhrif etməsi xalqın milli tarixi yad-
daşını düzgün əks etdirməməsinə gətirib çıxarır. Tarixi yaddaşın düz-
gün əks etdirilməsini vacib prinsiplərdən hesab edən rus ədəbiyyat-
şünası V.Oskotski sənədlərdən istifadəni diqqət mərkəzinə çəkərək 
yazır: "Sənədlərə arxalanmaq tarixi romanın təbiətini başa düşmək 
üçün həqiqətən çox şey verir" [2, s. 35].
Elə də olur ki, yazıçı tarixi faktı bütün dərinliyi, mahiyyətini 
dərk edə bilmədiyindən milli yaddaşı axıradək təsvir edə bilmir, yaxud 
da tarixi yaddaşı olduğu kimi təsvir edir, hadisələri tarixi ardıcıllıqla 
göstərməklə öz işini bitmiş hesab edir. Halbuki tarixi yaddaşın bədii 
nəsrdə bərpası yalnız tarixi faktların salnamələrdə olduğu kimi veril-
məsindən ibarət deyil, həm də onu bədii obrazlarla, qüvvətli xarak-
terlərlə dövrün, hadisələrin mənzərəsini yaratmaq, xalqın milli-əxlaqi 
inkişaf prosesini düzgün göstərməkdən ibarətdir. Bu yanaşma müxtəlif 
vaxtlarda müxtəlif cür başa düşüldüyündən ona münasibət də müxtəlif 
olmuşdur. Bütün bunlar tarixi yaddaşın əks etdirilməsindən bu yana 
ədəbiyyatşünaslıq tərəfindən dəyərləndirilmişdir. Tarixi yaddaşın təs-
virində elmi-nəzəri fikirdəki bu ziddiyyətlər, hər şeydən əvvəl, prob-
lemə birtərəfli yanaşmadan irəli gəlmişdir. Sovet dövründə xalqın öz 
keçmişinə nəzər salmasında olan məhdudlaşdırmalar da onun tarixi 
yaddaşını düzgün əks etdirməməsinə səbəb olmuşdur. Görkəmli yazıçı 
və tənqidçi M.Hüseyn yazıçının tarixi yaddaşı təsvir etməsində ya-
ranan problemlərə nəzər yetirərək yazırdı: "Tarixçinin faktik məlumatı 


126 
yazıçının məlumatından, yəni bədii əsərdə göstərdiyi hadisələrdən 
fərqlənir və gələcəkdə də fərqlənəcəkdir. Bu səbəbə görə də bədii 
yaradıcılıq süzgəcindən keçmiş tarixi faktları elmi tarixin faktları ilə 
müqayisə etmək vəzifəsini öhdəsinə götürən hər bir müəllif, eyni za-
manda bədii yaradıcılığın da öz xüsusiyyətlərini bilməyə məcburdur" 
[3, s. 415].
Qeyd etmək lazımdır ki, M.Hüseynin 40-cı illərdə yazdığı 
"Yazıçı və tarix" məqaləsi özünün elmi erudisiyası, nəzəri hüdudları, 
təcrübi istiqaməti ilə son dərəcə qiymətli olduğu kimi, həm də zama-
nında tarixi yaddaş probleminə işıq salan proqram xarakterli elmi 
araşdırmadır. Yazıçı həm də ədəbi təcrübəsindən irəli gələn prob-
lemləri bütün dərinliyi və vüsəti ilə qavradığındandır ki, tarixi yaddaş 
problemini obyektiv şəkildə araşdırmağa və müəyyən nəticələrə gəl-
məyə nail olur. Hələ yazıçının dövründə tarixi yaddaşa az-az müra-
ciətlər olsa da, dövrün ideoloji meyillərini nəzərə almadan problemə 
aydınlıq gətirməsi yazıçının mövqeyini möhkəmləndirməyə xidmət 
edir. Yazıçının aşağıdakı fikri bu gün də öz əhəmiyyətini itirməyib: 
"Çox ola bilər ki, tarixi mövzuda yazılmış bədii əsərin süjeti başdan-
başa uydurulsun, buna baxmayaraq, əsərdə təsvir olunan tarixi hadisə 
və tarixi konkretlik şübhə doğurmasın. Burada tələb olunan əsas şey, 
yenə də həmin dövrün ümumi səciyyəsini dürüst anlamaq və dürüst 
göstərməkdir" [3, s. 422].
Azərbaycan bədii nəsrində tarixi yaddaşı təsvir edən əsərlərin 
bəzilərində qarşıya qoyulan məqsədlərin fərqli olmasına baxmayaraq, 
müəyyən səbəblərdən onların bir qismində reallıqlar tarixə uyğunlaş-
dırılmamış, təhriflərə yol verilmiş, nəticədə ideya-bədii cəhətdən zəif 
əsərlər də meydana çıxmışdır. Ədəbi tənqid bu cür əsərlər haqqında 
mətbuatda öz sözünü demiş, bu əsərlərin qüsurlarını göstərmişdir. 
Bəzən isə ən yaxşı tarixi romanlarımızda tarixi yaddaşın pozulması 
hallarına rast gəlinir ki, ədəbi tənqid buna da dərhal öz reaksiyasını 
vermişdir. Məsələn, M.İbrahimovun bəzən təsvirçiliyə meyil etməsi
Ə.Cəfərzadənin əsərlərinə tarixi şəxsiyyətlər haqqında geniş, dəqiq 
tarixlər daxil etməməsi və s. kimi qüsurlar diqqətdən yayınmamışdır. 
Yaxud M.Hüseynin "Qılınc və qələm" əsəri ilə bağlı iradına nəzər 
yetirək. Tənqidçi romanın məziyyətlərini qeyd etməklə yanaşı, tarixi 
yaddaşın pozulması hallarına da rast gəlindiyini bildirərək yazırdı: 
"Nizaminin danışığında Şimali və Cənubi Azərbaycan birliyi də yanlış 
izah olunmuşdur. "...Nizami Azərbaycan dövlətlərinin vəhdəti zərurə-
tini meydana atsaydı,.. o zamankı Azərbaycan dövlətləri arasındakı 
çəkişmələrin Azərbaycan xalqını zəif salmağından bəhs etsəydi, o 


127 
dövrün xüsusiyyətini daha düzgün göstərmiş olardı" [3, s. 573]. Tən-
qidçi M.Hüseynin tarixi yaddaşın pozulması ilə bağlı bu iradı, ümu-
miyyətlə, elmi-nəzəri fikrin problemə aydın ifadəsi kimi səslənir və 
gələcək tədqiqatlar üçün nəzəri baza rolunu oynayır.
Əlbəttə, tarixi mövzu və yaddaş Azərbaycan bədii nəsri üçün 
tamamilə yeni bir hadisə idi; klassik nəsrdə belə bir bədii təcrübə zəif 
olduğundan ilk nümunələrin ədəbi tənqid tərəfindən dəyərləndirilmə-
sində müəyyən çatışmazlıqlar da ola bilərdi. Çünki ədəbi tənqid üçün 
tarixi yaddaşın bərpasına münasibət və onu təhlil etmək üçün nəzəri, 
elmi təcrübə yox idi. Ona görə də Y.V.Çəmənzəminlinin, M.S.Ordu-
badinin tarixi yaddaşla bağlı ədəbi tənqidin iradlarında metodologiya 
və tarixi mövzu ilə əlaqəli aydın elmi konsepsiya yox idi. Üstəlik 
rəsmi ideologiya əsərə obyektiv qiymət verməyə imkan vermirdi. Bu 
illərdə tarixi əsərə daha çox proletar düşüncəsi və bolşevik nöqteyi-
nəzərindən qiymət verilirdi. Y.V.Çəmənzəminlinin "Qızlar bulağı" 
romanı məhz belə bir tənqidlə üzləşmişdi. Əli Hüseynzadənin "Qızlar 
bulağı" məqaləsində romanla bağlı obyektiv təhlillər aparıldığı kimi, 
onu ideoloji mövqedən tənqid də əsas yer tuturdu. Romanın tarixi 
yaddaşın bərpası ilə bağlı yerlərini fantaziya əlamətləri sayan tənqidçi 
oxucunu romanın "utopiya, yoxsa tarixi roman" dilemması qarşısında 
qoyduğunu yazır. Əlbəttə, romanın dərc olunduğu dövrdə tarixi yad-
daşda bədii təxəyyülün rolu hələ yetərincə müəyyən edilməmişdi. Ona 
görə də müəllif əsərə tarixi roman kimi yanaşsa da, yazıçının romanın 
ideyasını müəyyənləşdirən bədii təxəyyülü ilə razılaşa bilmir: "Şuralar 
ölkəsində inkişaf edən sosialist ədəbiyyatı, belə əsərlər yaratmaqla, 
bəşəriyyətin keçmiş həyatının istismarı, zülmü, vəhşət və dəhşətilə bə-
rabər zəhmətkeş kütləyə açıb göstərməli, onları doğuran səbəb və 
şəraiti izah etməklə, yeni həyat quruluşuna lazımi istiqaməti vermək 
yolunda kütlənin şüurunu müəyyən hədəfə doğru təşkil etməlidir.
Bu məsələni düzgün həll edə bilmək üçün tarixi romanın ehtiva 
etdiyi devri və ya hadisəni azad bir surətdə, mücərrəd və fantastik 
deyil, biləks tarixin tələb etdiyi zaman və məkan daxilində olmaq 
şərtilə, o devri və ya hadisəni əhatə edən, onu tamamlayan, izah edən 
aktlar kompleksi içərisində əks etdirməlidir" [4, s. 32]. 
Göründüyü kimi, tənqidçi yazıçı üçün sanki bir çərçivə çəkərək 
ona bu cızıqdan kənara çıxmamağı tövsiyə edir. Mövcud ideologiya 
tarixi yaddaşa, mövzuya da sosialist realizmi prinsiplərindən yana-
şaraq bədii əsərləri beynəlmiləlçi mövqedən qiymətləndirməyə üstün-
lük verirdi. Halbuki tarixi yaddaşı beynəlmiləlləşdirmək, tarixə bu gü-
nün nöqteyi-nəzərindən qiymət vermək yolverilməzdir. Hər dövrün 


128 
xarakterinə uyğun, zamanın hadisələrinin doğurduğu müxtəlif talelər, 
insan xarakterlərini özündə ehtiva edən süjet xətlərinin olması daha 
məqsədəuyğun hesab edilir.
60-cı illərdən başlayaraq tarixi yaddaş bədii düşüncə müstəvi-
sində yeni formatda çıxış etməyə başladı. Tənqidçi Elçin bunu nəzərdə 
tutaraq "Sosrealizm bizə nə verdi" araşdırmasında folklora müraciətin 
səbəblərini belə izah edirdi: "Məhz belə bir bədii-estetik amal özündən 
əvvəlki onilliklərin üzərindən folklora körpü saldı və Süleyman 
Rəhimovun, Mehdi Hüseynin, İlyas Əfəndiyevin, Ənvər Məmməd-
xanlının bəzi hekayələri yalnız folklor əsasında yazılmış ayrı-ayrı 
nümunələr idisə, "altmışıncılar"ın yaradıcılığında folklor alt qatın mü-
hüm hissəsinə çevrildi, hiss və həyəcanların təsvirində, psixoloji qat-
ların açılmasında sitat yox, mahiyyətin ifadəsi oldu" [5, s. 58].
Yazıçı tarixi yaddaşı təsvir edərkən tarixi faktları, məlumatları 
nəzərə almalıdır, ancaq onu olduğu kimi verməyə məcbur deyildir, 
tarixdən bizə məlum olmayan hadisə və obrazlar, epizodları da bədii 
təxəyyül vasitəsilə vermək bədii yaradıcılığın xarakterindən doğur. 
Yazıçının əsas məqsədi tarixi yaddaşı bərpa etmək, dövrü, mühiti, 
onun xarakterini düzgün təsvir etməkdir. Uzun müddət ideologiya 
tərəfindən yönləndirilən nəzəri fikrin, ədəbi tənqidin tarixi yaddaşa 
müraciətində müəyyən məhdudiyyətlər olduğundan bədii nəsrdə tarixi 
yaddaşa müraciətdə sərbəstlik olmamışdır. Bununla belə tarixi yad-
daşın bədii əsərlərdəki təsviri tənqidçi və ədəbiyyatşünaslar tərəfindən 
araşdırılmış, problemə nəzəri, elmi baxış sərgilənmişdir. Dünya ədə-
biyyatının məşhur yazıçıları Valter Skott, Lev Tolstoy, Ceyms Oldric, 
Aleksey Tolstoy, Vasili Yan və başqalarının əsərlərində tarixi yaddaşa 
müraciət edilmiş, keçmiş tarixi faktların və bədii təxəyyülün qarşılıqlı 
münasibətləri səviyyəsində formalaşmışdır. Görkəmli rus tənqidçi və 
ədəbiyyatşünasları V.Belinski, Y.Tınyanov, S.Zlobin və başqalarının 
məqalələrində də tarixi yaddaşın bədii nəsrdə təsviri problemlərinə bu 
və ya digər dərəcədə münasibət bildirilmişdir. 
Azərbaycan ədəbiyyatşünasları və tənqidçiləri Mehdi Hüseyn, 
Mirzə İbrahimov, Məmməd Arif, Qulu Xəlilov, Məsud Əlioğlu, 
Məmməd Cəfər Cəfərov, Yaşar Qarayev, Elməddin Əlibəyzadə, Akif 
Hüseynli, Yavuz Axundlu, Nazif Qəhrəmanlının tədqiqatlarında tarixi 
yaddaş problemi bu və ya digər şəkildə araşdırılmışdır. N.Qəhrəmanlı 
tarixi yaddaşa yazıçı münasibətini belə ifadə edir: "...tarixə yazıçı mü-
nasibəti tarixi dövrə baş vurub çıxmaqdan ibarət olmur. Bu, həm də 
xalqın böyük mənəvi ehtiyatına, onun düşüncə xəzinəsinə, şüur sərvə-
tinə yüksək bələdlik və həmin mənbələrdən məharətlə istifadə demək-


129 
dir. Müasir oxucuya keçmiş haqqında elə-belə söz və ya ekzotik epi-
zoddan daha çox düşüncə lazımdır" [6, s. 158]. 
Ədəbiyyatşünasın bu fikri doğrudan da tarixi yaddaşı əks etdir-
mənin ən yaxşı yollarından biri hesab olunur. Məsələn, elə Azərbay-
can bədii nəsrinin 80-ci illərdə yaranan ən yaxşı nümunələrindən biri 
"Köç"ü həm də yaddaş salnaməsi kimi dəyərləndirmək olar. Bu əsər 
zamanlararası əlaqələrin keçidi, nəsillərarası əlaqələrin zənginliyi ba-
xımından son dərəcə maraqlı bir əsər olaraq ədəbi tənqidin diqqətini 
cəlb etdi. Romanda baş verən hadisələrin, şəxsiyyətlərin, fərdlərin bü-
tünlüklə xalqın yaddaşını əks etdirməsi bizə imkan verir ki, onu yad-
daş romanı kimi təhlilə cəlb edək. Yazıçının insanlar, inanclar, hadisə-
lər haqqında bədii ümumiləşdirmələri, əslində elmi ümumiləşdirmə-
lərdən qabağa gedir. Bədii düşüncənin bu istiqamətdə inkişafı onun 
tarixlə kəsişməsini şərtləndirir ki, bu da yazıçı və tarixi yaddaş prob-
leminin həllinə xidmət etmiş olur.
Maraqlıdır ki, həmin dövrdə dünyada və Sovetlər İttifaqında 
gedən proseslərdə də milli tarixi yaddaşa diqqət artmışdır; Q.Q.Mar-
kesin əsərlərindəki tarixi yaddaş motivləri sovet ədəbi prosesinə də öz 
təsirini göstərmişdir. Keçmiş həyatın, milli tarixi yaddaşın təsviri 
Bulat Okucavanın "Diletantların səyahəti" romanının əsas motivlərini 
təşkil etmişdir. M.Süleymanlının "Köç" romanında olduğu kimi, V.Çi-
vilixinin "Yaddaş" roman-essesi də bir xalqın tarixi düşüncə tərzini 
özündə əks etdirir. 
"Köç" romanının folklor ruhu, hər şeydən əvvəl, Dədə Qorqud 
yaddaşından, dastan, nağıl poetikasından irəli gəlirdi. Yaddaşa, folk-
lora müraciətin beynəlxalq arenada əsas yer tutduğunu qeyd edən tən-
qidçi A.Hüseynov "Köç" romanının bədii məziyyətinə nəsrimizin 
ideya-estetik hərəkəti baxımından nəzər salaraq yazır: "...əsərdə ən 
çox maraq doğuran xüsusiyyət folklorla bağlılıqdır. Məlumdur ki, 
hazırda folklora istinad bütünlükdə İttifaq ədəbiyyatında, dünya bədii 
fikrində güclüdür, ondan faydalanmağın müxtəlif formaları mövcud-
dur. Ümumiyyətlə, indi "nağıl", "mif", "pritça" sözləri dəbdədir. Bə-
zən bu sözlər xalis metafora kimi səslənir, yazıçı əsərini nağıla, das-
tana bənzədir..." [7, s. 178]. 
M.Süleymanlının "Köç" romanının poetik ruhu, təhkiyəsi və 
məcazlar sistemi xalq yaddaşından, keçmişdən süzülüb gəlir.
Müstəqillik dövründə tarixi yaddaşa bədii nəsrdə maraq artdığı 
kimi, elmi-nəzəri fikirdə də bu problem xüsusi əhəmiyyət daşıyır. 
Ədəbiyyatın əsas vəzifəsinin "xalqa xidmət olması" ideyası yeni tarixi 
şəraitdə öz funksiyasını yada salır və bu istiqamətdə araşdırmalar 


130 
aparılır. Yazıçılar kimi, ədəbiyyatşünasların, tənqidçilərin, filosofların 
da diqqəti tarixi yaddaşa, keçmişə yönəlir. Xalqın tarixi, etnogenezisi, 
bədii düşüncəsi, milli kimliyi yenidən bədii, elmi araşdırmaların 
diqqət mərkəzinə düşür. Azərbaycan xalqının tarixinin, yaddaşının 
görünməyən, indiyədək bədii, elmi düşüncəyə gətirilməyən problem-
ləri araşdırılır; onun tarixin müxtəlif vaxtlarında obyektiv, ya subyek-
tiv səbəblərdən tarixi yaddaşında iz salan, lakin bugünədək qaranlıqda 
qalan hadisələr, şəxsiyyətlər obyektiv mövqedən təhlilə cəlb edildi. 
Azərbaycan yazıçılarının, filosoflarının çiynində tarixin yaddaşının 
araşdırılmasının ağır bir yük olduğunu dərk edən ədəbiyyatşünas, tən-
qidçi Y.Qarayev yeni mərhələdə problemin araşdırılmasına diqqət 
çəkərək yazırdı: "Millət tarixin ibrətindən, ilahi, bəşəri, milli yaddaş-
dan xəbərsiz olanda isə dövran da bədbin və ağır ləngər vurur, xü-
susən ictimai əxlaq, etnik mentalitet böhran keçirir, gələcəyə utopik və 
apokalipsis baxış güclənir. 
İndi, iki əsrin yol ayrıcında öz daxilində məhz Apokalipsisi – 
"məhşər ayağı"nı (divan gününü!) gözləyən üçüncü minillik bizi 
gözləyir" [8, s. 16]. 
Əlbəttə, minilliklərin qovşağında xalqın milli yaddaşını bərpa 
etməsi və təzələməsi yeni nəslin payına düşür; bu dövrdə milli 
özünüdərk hissi artır, dil, din, tarixi yaddaş, mental dəyərlər xüsusi 
əhəmiyyət daşıyır, etnik şüur formalaşaraq yeni bir mərhələyə daxil 
olur. Bu mərhələdə milli ədəbiyyat tarixinin yenidən araşdırılmasına 
ehtiyac duyulur, onun dövrləşdirilməsi problemləri ortaya çıxır. 
Ehkamçı "sosialist realizmi"nin imkan vermədiyi milli tarixi yaddaş 
mövzusu bədii düşüncədə öz əksini tapır. Cümhuriyyətin süqutu, 
azərbaycanlıların soyqırımı ilə bağlı tarixi faktların aşkara çıxması 
milli yaddaşda yeni bir situasiya formalaşdırmış oldu. 30-cu illər 
həqiqətləri, repressiya, deportasiya problemləri, İkinci Dünya müha-
ribəsinin acı həqiqətləri də tarixi yaddaşda hələ özünün həqiqi qiy-
mətini almamışdı. Sovetlər dönəmində dərsliklərdə tarixi yaddaşa yer 
verilməməsi gənc nəsildə milli kimliyinə bağlılıq yaratmadığı kimi, 
onu kökündən ayırmaq məqsədi daşıyırdı. Bu buxovdan qurtulmanın 
yeganə yolu isə tarixi yaddaşa qayıtmaq, milli kimlik və milli ideyanı 
yaşatmaqdan ibarət idi. Y.Qarayevin yazdığı kimi: "Tarixdə misli 
görünməmiş miqyasda, kütləvilikdə ifrat totalitar hadisə – sənətin və 
ədəbiyyatın büsbütün siyasi-ideoloji stereotipə, mütləq, dəmir nor-
mativə, bürokrata, dəftərxanaya tabe edilməsi kimi paradoksdan, bədii 
düşüncənin özündə, strukturunda və tərzində, onun təşkilinin sxe-
mində və modelində başlanan milli-mənəvi özgələşmədən xilas yolu-


131 
nun Milli Ruhun və Milli İdeyanın azadlığından keçməsi zərurətini 
zaman da, çağdaş gerçəklik də bir daha təsdiqləyir" [9, s. 91].

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə