Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə51/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   47   48   49   50   51   52   53   54   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
220 
 
və Ceyran xanım Bayramova bizim küçədə yarım mərtəbə evimizlə üzbəüz 
Məşədi Hüseynqulunun mülkünün birinci mərtəbəsində olurdu. Evimizdən bir 
az aşağıda (cənub tərəfdə) "Dar dalanın" düşəcəyində bir binanın ikinci 
mərtəbəsindəki çox kiçik, darısqal bir otaqda 26 Baki Komissarından biri 
müəllimimiz Mir Həsən Vəzirov yaşayırdı. 
Bu insanlar haqqında  əlbəttə, böyük kitab əsər yazmaq olar. Mən hazırda 
yazdığım "Xatirələr dəftərim"də bunları doğru, real qələmə almağa çalışıram. 
Məhəlləmizdəki məktəbin adı "4-cü rus-tatar məktəbi" idi. Çar dövründə 
azərbaycanlıları ya tatar, ya da müsəlman adlandırırdılar. 
Lakin yalnız bizim məhəllənin sakinləri yox, bütün şəhər bu məktəbə 
"Süleyman Sani" məktəbi deyirdi. Çünki bu məktəbin müdiri və 
müəllimlərindən biri, özünü əsərlərilə xalqa sevdirmiş Süleyman Sani idi. 
Bu yaxınlarda arxivimi yoxlarkən həmin məktəbi bitirdiyim haqdakı kamal 
attestatını tapıb çox sevindim. Orada Süleyman Saninin, Mir Həsən Vəzirəvun, 
Rəsul bəy Tahirovun, Ağabəy İsrafilbəylinin imzalarını gördükdə uşaqlıq illəri 
yenidən gözlərim önündə canlandı. 
Mənə elə  gəidi ki, sinifdə oturub həmin  əziz müəllimlərimin dərsini 
dinləyirərn. 
Bəli, yeddi yaşında ikən atam məni həmin məktəbə  gətirib ordakı katibə 
təhvil verdi. Özü isə dəmirçixanasına getdi. 
Ailəmiz o vaxt Ləhic bağlarında istiralıətdə idi. (Ləhic bağları Maştağa ilə 
Kürdəxanı arasındadır). Məktəb haqqında bütün lazımi məlumatı dəftərə qeyd 
etdilər, müəllimlər otağında tək qaldığımdan içimi çəkib ağlamağa başladım. 
Bu zaman başımı bir əl sığalladı. Könlümü alıb şəxsən özü məni sinfə apardı. 
Hər tənəffüs vaxtı isə o, məni məktəbdə yaşayan Zakariya müəllimin 
otağına gətirib sonra yenə sinfə aparırdı. Bu munis insan mənim gələcək 
müəllimini Süleyman Sani idi. 
Zakariya bəyin qızları isə  mənim başımı  şirin dillə  və konfetlə 
qarışdırırdılar. Məktəbdə bəzi müəllimlərdən yaman qorxardıq. Xüsusilə şəriət 
müəülmindən. 
Şəriət müəllimimiz ruhani idi. Dərs zamanı həmişə ağzı işdə olardı. O ləb-
ləbi kişmiş yeyərdi.  Şəriət müiəlliminin dərsindən bir şey başa 
düşmədiyimizdən sinifdə  səs-küy salardıq. Buna görə  də  şəriət müəllimi cəza 
olaraq bizi bir neçə saatlığa odun anbarına salıb qapısını kilidlərdi. 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
221 
 
(Odun anbarından başqa bir müəllimimiz də istifadə edərdi. Bu barədə bir 
az sonra). 
Belə hallarda müəllimimiz Mir Həsən Vəzirov harayımıza çatardı. Anbar 
qapısını açdırıb bizi həbsdən azad edərdi. Hətta bəzən o, bizi öz evinə aparıb, 
quran ayələrini oxuyar və mənasını başa salardı. 
Beləliklə gözlərimizdən qara cəhalət pərdəsini götürməyə  səy edərdi. 
Ümumiyyətlə o vaxt bəzi müəlimlər dərslərdən zəif uşaqları öz evlərində 
tamənnasız imtahanlara hazırlardı. Mir Həsən müəllimin dərslərinə  həmişə 
hazır gələrdik. 
Yadımdadır: biz Novruz bayramlarında ona şəkərburadan, paxlavadan 
bayram payı aparardıq.  İlk dəfə ona pay aparanda bir qəribə hadisə baş verd. 
Biz kiçik ipək yaylıqdakı hədiyyəni, mizin üstünə qoyanda Mir Həsən müəllim 
təəccübləndi. Əsəbi halda bu nədir gətirmisiniz?! 
Mən dilim topuq çala-çala: 
- Şəkərburadır müəllim, - dedim. 
O, "necə, necə, şəkərqara?!" - deyə sual etdi. 
Dəsmalı açdıq. Müəllim "nahaq gətirmisiniz" deyə etiraz etdi. Biz çox dil 
tökdükdən sonra o bayram payını qəbul etdi. 
Maraqlı burasıdır ki, o gündən başlayaraq aramızda Mir Həsən Vəzirovun 
adı "Şəkərqara müəllim" oldu. Biz Süleyman Saninin, Vəzirovun, İsrafil bəyin 
dərslərində çox sakit oturardıq. Süleyman Sanini bir yazıçı kimi də çox 
sevirdik. Onun "Qaraca qız" povestini, "Qorxulu nağılları"nı dönə-dönə, 
maraqla, həyəcanla oxuyardıq. Bu kitablar gecələr yataqda da əlimizdən yerə 
düşməzdi. Bu əsərlərdə böyük məhəbbətlə, səmimiyyətlə  qələmə alınmış 
surətlərin taleyinə ürəkdən acıyardıq, hətta ağlardıq da. 
Süleyman Saninin xasiyyətindəki səmimiliyi, dərin sadəliyi, mehribanlığı 
əsərlərindəki müsbət obrazlarda özünü göstərməkdədir. 
Süleyman Sani bəzi yoxsul ailədən olan uşaqlara maddi yardım göstərməyi 
də unutmazdı. O öz kitablarını məktəblilərə hədiyyə verərdi. 
Süleyman Sani bizə ucadan kiçik hekayələr, şeirlər, təmsillər oxutdurardı. 
Bu qiraət yarışlarında mən həmişə fərqlənməyə çalışardım. Qənaət etdiyim 
qəpiklərə kitablar alıb evdə mütaliə edərdim. 
İftixarla deyirəm ki, məndə  ədəbiyyata böyük məhəbbət oyadan ilk 
müəllimim Süleyman Sani Axundov olmuşdur. 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
222 
 
Oxuduğum məktəbdə sevimli müəllimlərmizdən biri də Süleyman Saninin 
dostu Ağabəy  İsrafilbəyli idi. O da çox qayğıkeş insandi. Dərsdən zəif olan 
uşaqların evlərinə gedər, ailələrilə yaxından tanış olar, onlarla dərdləşər və 
əlindən gələn köməyi əsirgəmzdi. 
Ağabəy  İsrafilbəyli ucaboy, pəhləvan gövdəlı bir adamdı. O zaman 
xuliqanlar, avaralar tez-tez məktəblilərin yolunu kəsərdi. Onlar uşaqların 
əynindən paltosunu . çıxarar, kitab çantasını  əlindən qapardılar. Hətta 
bəzilərinin ağız-burnunu da əzişdirib qanadardılar. 
Polis belə hadisəiərin qabağını almazdı. Çünki bunlar Bakı qoçularının, 
varlılarının ərköyün balaları və qohumlarıydı. 
Kimsədən çəkinməyən İsrafilbəyli onlarla qəribə mübarizə üsulu tapmışdı. 
O, məktəbimizin qabağına gələn bu dələduzlar yaxalayıb, hərəsini bir əlilə 
möhkəm tutub kəllə-kəlləyə vurardı. Sonra da şəriət müəllimimizin 
dustaqxanasına (odun anbarına) salıb bir neçə saatlıq həbs cəzası verərdi. 
Müəllimimiz Ağabəyin sayəsində bizim məktəbin qabağından onların ayağı 
həmişəlik kəsilmişdi. 
Bu misalları  gətirməkdə  məqsədim müəllimlərimizin o dövrdə  nə  şəraitdə 
çalışmalarını göstərməkdir. 
İndi bütün məktəblərimizdə cürbəcür dərnəklər var. Şənliklərində, 
bayramlarda hər məktəb öz orkestri ilə nümayişə  çıxır. Lakin o zaman biz 
bunlardan məhrum idik. Nümayişə  çıxmaq üçün qəribə hazırlığımız olurdıı. 
Məktəbimizdə Ramazan adlı Dağistanlı bir qarovulçu vardı. Tənəffus zamanı o 
bizə pendir-çörək, iris və başqa  şirniyyat satardı. Ramazan uca boylu, 
enlikürək, şəkbuğ, zahirən vahiməli bir kişi idi. Lakin çox təmiz ürəkli idi. 
Bayramqabağı  məşq üçün hamımız beyətə toplaşardıq. Süleyman Sani 
həyətin başında pilləkən üstündə nümayiş qəbul edən bir general vəziyyətində 
durardı. Onun işarəsilə Ramazan qoltuğunda tutduğu köhnə vedrənin altını 
yumruqlarıyla döyəcləməyə başlardı. Biz də bu ahəng altında addımlayıb 
Süleyman Saninin qabağından keçərdik. Bu, bizim məktəb həyətindəki 
xudmani nümayişimiz olurdu. Bəzən Ramazanın güclü zərbələrindən vedrənin 
altı ayrılıb yerə düşərdi. 
İllər keçdi, ibtidai məktəbi qurtaranda Süleyman Sani bizimlə vidalaşırdi. 
Kamal attestatını alıb ağlamağa başladiq. O, bizə "yenə də görüşəcəyik" deyə 
təsəlli verdi. 
 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə