Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə52/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   48   49   50   51   52   53   54   55   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
223 
 
Mən onu məktəbi bitirdikdən sonra da tez-tez görürdüm. Çünki 
məktəbimizlə evimizin arasındakı  məsafə çox az idi. Sonralar mən  şeir 
yazmağa başladığım illərdə də onunla tez-tcz görüşürdüm. 
Bu qayğıkeş insanın mənim üzərimdə böyük əməyi olmuşdur. 
Süleyman Sani həddindən çox təvazökar adamdı. Buna canlı bir misal: 
Vaxtilə  mən  ədəbiyyat fondu heyətinin sədri idim. Müəllimim xəstə idi. 
Əsəbləri pozulmuşdu. Ürəyi onu narahat edirdi. Bizim ədəbiyyat fonduna 
yazıçılar üçün kurortlara, istirahət evlərinə putyovkalar gəlmişdi. Kislovodsk 
sanatoriyalarının birinə olan putyovkanı Süleyman Saninin adına yazıb evinə 
göndərdim. O, əli əsalı yazıçılar ittifaqına gəldi. 
Putyovkanı qaytarıb dedi ki: "Bunu nahaq etmisiniz. Qoy bu putyovkadan 
gələcəyimizə ümidlər verən gənclərimiz istifadə etsinlər. Mənimki keçib". Biz 
onu güclə yola gətirib putyovkanı almağa razı etdik. 
Mənim və bir çoxlarının məktəb və ədəbiyyat müəllimi Süleyman Sani belə 
bir  şəxsiyyətdi. Xalqımız yetirdiyi belə namslu övladlarıyla qoy həmişə  fəxr 
etsin. 
 
RƏŞİD BƏY ƏFƏNDİYEV 
 
Rəşid bəy  Əfəndiyevi bir maarifpərvər, bir pedaqoq, bir şair kimi biz 
uşaqlıq çağlarımızdan tanıyırdıq. Onun ağır illərdə xalqın balaları üçün yazdığı, 
tərtib etdiyi tədris məcmuələri, uşaq  şeirləri, rus klassik şairlərindən etdiyi 
tərcümələr cəsarətlə demək olar ki, böyük fədakarlıqdır. 
 
Quşlar, quşlar, a quşlar,  
Qaranquşlar, a quşlar - 
 
şeri indi də bizim nəsildən olanların hafizəsindədir. Rəşid bəyin öz 
dövrünün qabaqcıl, tərəqqipərvər, proqressiv, azadlıq uğrunda mübarizə aparan 
nümayəndələrilə görüşləri, dostluğu öz xalqının vətənpərvər övladı olduğuna 
dəlalət edir. Gözəl bilirik ki, çar dövründə  məktəblərimizdə ana dilimizdə 
şeirlərə, mahnılara, çox böyük ehtlyac 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
224 
 
vardı. Bu ehtiyacı aradan qaldırıb azərbaycanlı balalarının köməyinə çatmaq 
istəyənlər sırasında Rəşid bəy Əfəndiyev də vardı. 
Bəli, illər keçdi. Vətənimizdə sovet hakimiyyəti quruldu, xalq öz 
müqəddəratını əlinə aldı, çar dövründə millətin səadəti, mədəniyyəti haqqında 
düşünən, çarələr axtaran Rəşid bəy indiki bu qaynar həyatdan, bu coşqun 
hərəkatdən kənarda qala bilməzdi. O, Oktyabr inqilabının futuhatını, 
qələbələrini ürəkdən alqışladı. Rəşid bəy yaşının çoxluğuna baxmayaraq 
coşqun gənclik həvəsiylə, ehtirasilə ömrunün mənalı illərini millətinin 
tərəqqisinə, yüksəlişinə həsr etdi. 
O, rus dilini çox gözəl bilirdi və bu dilə  dərin məhəbbət bəsləyirdi. Onun 
Puşkindən, Lermontovdan məhəbbətlə tərcümə etdiyi şeirlər buna sübutdur. 
Məncə Rəşid bəy Puşkinin "Bağçasaray çeşməsi" poemasının giriş hissəsini 
çox məharətlə  tərcümə etmişdir. Bu poemanı sonralar böyük ədıbimiz 
Məmməd Səid Ordubadi də  tərcümə etdi. Səidin tərcüməsi küll halında 
gözəldir. Rəşid bəy poemanın ilk iki sətrini belə çevirmişdir. 
 
Oturmuş fikrə piçidə çubuq əldə Gəray durmuş,  
Hüzuri-dəhşətə qol bağlamış əhli-saray durmuş. 
 
Çox yaxşıdır. Bu iki sətirdə biz həm Gərayın  əhvali-ruhiyyəsini hiss edir, 
həm də saray əhalinin necə vahimə keçirdiyini görürük. Bu tərcümə  Rəşid 
bəyin Puşkin  ədəbi irsinə  dərin məhəbbətinin təzahürüdür. Rəşid bəy 
Əfəndiyev sanki yenidən cavanlıq dövrü keçirirdi. Gündən-günə çiçəklənən, 
gözəlləşən vətəni tərənnümdən böyük zövq alırdı. 
Rəşid bəy  Əfəndiyev yeni yaranmaqda olan proletar ədəbiyyatnın qızğın 
tərəfdarlarından, təbliğatçılarından biri oldu. O da Cəlil Məmədquluzadə
Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq kimi bu 
hərəkatı alqışladı  və bu gənc orduya qoşuldu. Rəşid bəy  Əfəndiyev  Şəkidə 
yaşayırdı. O, tez-tez gənc qızıl Qələmlər İftifaqına məktublar yazırdı. Gənclərin 
müvəffəqiyyətlərinə ürəkdən, candan sevindiyini bildirirdi. Yadimdadır. Mən 
1927-ci ildə  Şəkiyə  gənc Qızıl qələmlər ittifaqının bölməsini təşkil etməyə 
getdim. Yevlaxdan kiçik, köhnə bir avtobusa minərək çala-çuxurlu yollarla 
gəlib  Şəkiyə çatdım. Avtobus dayanacağında xeyli fayton dayanmışdı. 
Faytonçular iki görkəmdə idi. Bəziləri həddindən artıq şişman, bəziləri 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
225 
 
İsə olduqca arıq idi. Bir faytona minib mehmanxanaya doğru hərəkət etdik. 
Şəkinin təmiz havası, könül açan mənzərəsi yol yorğunluğumu apardı. 
Mehmanxanaya düşdüm. Bir saat keçməmişdi ki, Şəkinin garıc həvəskar 
yazıçıları, şairləri yanıma gəldilər. Bu mənim gənc qələmlərlə ilk tanışlığım idi. 
Axşamüstü pəncərədən  şəhərin dağ hissəsini seyr edirdim. Birdən 
mehmanxananın qarşısında bir fayton dayandı. Faytondan əli  əsalı, gözü 
eynəkli dolğun, bığı, saqqalı qar kimi ağ bir adam düşdü; mehmanxana 
qapısındakılar onunla hörmətlə salamlaşdılar. Dedim görəsən, bu hörmətli 
adam kimdir. Birdən olduğum otağın qapısı astaca döyüldü. Tez qapını açdım, 
qarşımda faytondan düşən adam gördüm. 
- Salam, oğlum, xoş gəlmisən, Rəşid bəy Əfəndiyev! 
Qulaqlarıma inanmadım. Bakıdan yola düşərkən mütləq bu adamla 
görüşməyi qərara almışdım. Artıq budur, o özü lapdan yanıma gəlmişdir. 
Onunla mehribancasına görüşdük. 
- Oğlum, mən sənin dalınca gəlmişəm. Özünü görməsəm də, səni mətbuat 
vasitəsilə yaxşı tanıyıram. Amma yaxşı iş görməmisən. Şəkiyə gələsən, özü də 
mehmanxanaya düşəsən, tez ol, otaqda nəyin varsa götür gedək bizim evə. 
Mən dedim ki, "Hörmətinizə görə  təşəkkür edirəm. Lakin burda qalsam 
yaxşıdır. Çünki nıəni cavanlardan va təşkilatlardan axtaranlar olacaq". 
"Oğlum nə olar ki... Məgər cavanlar, təşkilatlar Rəşid bəyin evini tanımırlar. 
Getməsən, məni incitmiş olarsan". Bunun üstündən artıq bir söz demək 
olmazdı. Faytona minib Rəşid bəygilə getdik. Rəşid bəyin ailəsi bizi öz ləziz 
xörəklərilə heyran etdilər. Mən  Şəki  şüyütplovunun,  Şəki  şirnilərinin adını, 
tərıfini eşitmişdim, amma dadını bilmirdim. Mən bunları ilk dəfə Rəşid bəyin 
evində gördüm. Sanki dadı indi də ağzımdadır. 
Rəşid bəyin sinəsi canlı, maraqlı, xatirələrlə dolu idi. Söhbətirniz gecə 
yarıya qədər çəkirdi. O məni vaxtilə çap olunmuş  və olunmamış  səhnə 
əsərlərilə də tanış etdi. 
Biz Şəkidə, Azərbaycan gənc Qızıl qələmlər ittifaqının şöbəsini təşkil etdik. 
Yerli təşkilatların, gənc həvəskar yazıçıların arzusuyla Rəşid bəyi bu bölməyə 
sədr seçdik. 
Bu, Rəşid bəyi bir qədər cavanlaşdırdı.  Şəkidə olduğum müddətdə Xan 
sarayını gəzdim. Evlərə qonaq çağırıldım. Hər evdə yenə də 
 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə