Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə53/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   49   50   51   52   53   54   55   56   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
226 
 
məşhur  Şəki plovu və  şirniyyatı daddım. Bakıdan  Şəkiyə yola düşərkən, bir 
şəkili qələm dostum mənə demişdi ki, "sənə bir kağız verim, dostlarım 
səninçün şüyütplov bişirtsinlər". Mən ondan kağız almadan Şəkiyə gəlmişdim. 
Mənə kağız vermək istəyən dostum səhv edirmiş. Çünki mən plovu hər evdə 
kağızsız yedim. Ondan kağız almış olsaydım, bəlkə də Şəkidə yediyim plovları 
o öz kağızının hesabına yazardı. 
Şəki ziyalılarının təşəbbüsilə  Şəkidə bir ədəbi gecə  təşkil edildi. Ədəbi 
gecəni Rəşid bəy idarə edirdi. Şəkinin gənc qüvvələri ilk dəfə idi ki, kütlə 
qarşısında çıxış edirdilər. Gənclər tribunaya qalxanda həyəcan keçirirdilər. 
Nədənsə iştirak etdiyim məclislər gülgüsüz, hadisəsiz olmur. 
Bəli, bu ədəbi gecə də bunsuz olmadı. 
Rəşid bəy çıxış edənlərin böyük siyahısını tutmuşdu. Onlara söz verdikdə 
siyahıya baxıb belə deyirdi: "Söz verilir Şəkinin birinci şairinə, söz verilir 
Şəkinin ikinci şairinə və i.a.". 
Çıxış edənlərə gecənin sonuna qədər bu şəkildə söz verildi. Salonda 
oturmuş bir nəfər tez-tez əl qaldırıb söz istəyirdi. Rəşid bəy isə bu adama əsla 
əhəmiyyət vermirdi. Bu əl qaldıran adam mənim nəzərimdən qaçmırdı. Nəhayət 
dedim: "Rəşid bəy, yaxşı deyil axı. Bəlkə əl qaldıran adamın bir sözü, bir təklifi 
var. Xahiş edirəm ona söz verin". 
- Oğlum sən onu tanımırsan axı. Şulux sala bilər. 
- Niyə şuluq salır. Qorxmayın ona söz verin. 
Nəhayət, Rəşid bəy elan etdi ki, "İndi isə söz verilir Şəkinin 37-ci şairinə". 
Tribunaya orta yaşlı, üzü gülər bir adam qalxdı. Salonda bir gülüş oldu. 
Tribunadakı adam çox ciddiyyətlə şairanə görkəm alıb belə başladı: 
 
Çəpərdə oturmuşdu sərçə,  
Düşdü kəndirə oldu büryan... 
 
Rəşid bəy ayağa qalxıb dedi: "Əbucabbar bəy, ayıbdır axı, sən nə özünə, nə 
bizə hörmət qoyursan. Bu nə cəfəngiyatdır ki, oxuyursan". Rəşid bəyin dediyi 
Əbucabbar bəy aşağı düşərkən dedi: "Acığın niyə tutur Rəşid bəy, Şəkinin 37-
ci şairi mənim kimi olar". Mən sonra öyrəndim ki, bu Əbucabbar kişi Şəkinin 
ən zarafatcıl, hazırcavab adamlarındandır. 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
227 
 
Mən Bakıda bir neçə məclisdə onunla görüşüb söhbətlərindən zövq aldım. 
Bu səfərdən başqa Rəşid bəylə digər vaxtlarda da Bakıda, təkrar Şəkidə bir 
neçə dəfə görüşmüşəm. 
Şəkidə bölmə düzələndən sonra gənc  şairlərin, yazıçıların  şeirləri “Şəki 
fəhləsi" qəzetində  və ayda bir dəfə  qəzetə  əlavə olaraq nəşr edilən  ədəbi 
səhifələrdə şeirləri, hekayələri, oçerkləri dərc edilirdi. 
Bu səhifələrdə Rəşid bəyin məqalələrinə və şeirlərinə də yer verilirdi.  
Rəşid bəyin o illərdə Bakı mətbuatında da bir sıra şeirləri çap olunmuşdur. 
1937-ci il "Maarif və mədəniyyət" məcmuəsində də maraqlı bir şerini dərc 
etdik. 
Həmin şeirdə bu sətirlər səslənirdi. 
 
Əcəb nə keçdi o dövran əhli bzar idi.  
Nə qəlbi şad, nə də ruhunda bir fərəh var idi.  
Sirur, zövq nadir, bilməziydi, əğyar idi.  
O əsr-lənətə layiq, zəmanəyi çar idi.  
Tamam varlığım ilə həyaım ağlar idi.  
Bütün o dövrdəki xatiratım ağlar idi.  
Həyatın bər cəhəti cəbridi, fəlakət idi,  
Xəlayiqi bürüyən fəqridi, səfalət idi,  
Çəkil, çəkil, geri dur, Şaki, hər şikayətdən,  
Alıb qızıl qələmi sən də yaz həqiqətdən
 
O vaxt Şəkidə şair Nikamın adına bir küçə vardı. Mən bir dəfə Rəşid bəylə 
o küçədən keçərkən dedi: "kim bilir, bəlkə gündən-günə gözəlləşən, bu şəhərdə 
bir küçə də mənim adımı daşıyacaq". 
Rəşid bəy belə bir adamdı. 
 
NAZİM HİKMƏT 
 
"Düşünən beyni Moskvaysa ölkəmizin,  
Təzə qan dağıdan qəlbidir Bakı!" 
 
Bu sətirlərin müəllifilə    gənclik illərində  hələ  şəxsən taniş deyildim. O, 
Moskvadan "Maarif və mədəniyyət" adlı ədəbi, ictimai 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
228 
 
xarakterli jurnalımıza tez-tez, böyük ürək oduyla yazılmış gözəl  şeirlər 
göndərərdi. Nazim Hikmətlə əvvəlcə qiyabi tanış olduq. Bir-birimizə məklublar 
yazdıq. Yeni, novator poeziyamız haqda fikir mübadiləmiz oldu. Nazim bizim 
Azərbaycan sovet poeziyasi ilə çox maraqlanırdı. O, bizim oxucuların nə 
mövzuda, nə ruhda şeirləri xoşladığını bilmək istəyirdi. 
Az bir zamanda Azərbaycan oxucuları türk xalqının vətənpərvər, inqilabçı, 
istedadlı şair oğlunu ürəkdən sevdi və alqışladı. 
Nazim Hikmət Bakı  həyatilə tanış olmaq və  şairlərimizlə gorüşmək 
arzusuyla çırpınırdı. Məktublarında gənc  şairlarin jurnal səhifələrində çap 
olunmuş  şeirləri haqqında öz səmimi fikirlərini yazırdı. Azərbaycan 
poeziyasına öz məftunluğunu bildirirdi. 1927-ci ildə mən bir neçə məktubumda 
onu Bakıya qonaq çağırdım. 
Nəhayət, bir gün dostumuz Nazim Hikmət öz həyat yoldaşıyla birlikdə, 
qatarla, aşağıdakı sətirləri yaza-yaza Bakıya doğru gəlirdi. 
 
Tıqırdıyor trenin rayda təkərlikləri,  
Devrilərək keçiyor teleqraf dirəkləri.  
Yan belimə qədər uzandım pəncərədən,  
Tərə səsilə dolan havalan dinlədim. 
 
Nazimin Moskvadan Bakıya gələrkən yolda yazdığı "yolçuluq notlarından" 
sərlövhəli şeirləri çox gözəl poeziya nümunələridir. 
Bəli, Nazim Hikmət Bakıya gəldi. Bir-birimizi yaxından tanıdıq. 
Dostlaşdıq. Aramtzda qızğın yaradıcılıq söhbətləri, ədəbi mübahisələr başlandı. 
O zaman Mikayıl Rəfili,  Əli Nazim, Vəli Hacıoğlu,  Əli Hüseynzadə
Əbdülbaqi Fövzi, bir söz hamımız dostumuzun Bakıdakı günlərinin səmərəli 
keçməsinə çalışırdıq. 
Nazim Bakıya gəlişindən çox razı idi. 
Bir axşam indiki akademiyanın binasında şairin oxucularla görüşünü təşkil 
etdik. Salondakılar Nazimi tribunadan buraxmırdılar. Bu gecə doğrudan da 
böyük  şeir bayramı idi. Nazim sözün əsil mənasında novator şairdi. Nazim 
dənizi çox sevirdi. Vaxtımızın çoxunu onunla birlikdə, Xəzər sahilində 
keçirirdik. Axşamları qayıqla gəzintiyə  çıxırdıq. Dənizdən gözəl  şəhərimizi 
məhəbbətlə seyr edirdik. Nazim həsrətlə, ürək ağrısıyla İstanbulu xatırlayırdı. 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə