Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə56/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   52   53   54   55   56   57   58   59   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
235 
 
CƏFƏRİ YAD EDƏRKƏN 
 
Bu torpağın gözü acdır, nə versələr yeyəcək,  
O hər zaman dil açıb mən acam, acam deyəcək. 
 
Bu iki sətri  əziz dostum Cəfərin ölüm xəbərini eşidəndə demişdim, Onun 
ölümü biz dostlarını  dərindən sarsıtdı. Cəfəri xalqa sevdirən onun yaratdığı 
ölməz əsərlər oldu. 
İlk gənclik illərində biz onun əsərlərinə teatrda təkrar-təkrar tamaşa edər və 
sonra məktəbimizin dram dərənyində hazırlayıb tələbələr qarşısında nümayiş 
etdirərdik. O zaman hər yerdə, hər evdə Cəfərin səhnə əsərlərindən qızğın, şirin 
söhbətlər gedərdi. Ailələr də təzə doğulan körpələrə təntənəylə, böyük iftixarla 
Cəfərin  əsərlərindəki qəhrəmanların adlarını qoyurdular. O dövrdə  mən 
Nəriman Nərimanov adma sənaye məktəbində oxuyarkən onun "Aydın" 
pyesində Surxay rolunda çıxış etmişdim. Bu tamaşanın rejissoru Cəfərin yaxın 
dostu, xalqımızın böyük sənətkarlarından biri olan mərhum  İsmayıl 
Hidayətzadə idi. Cəfərlə yaxından tanışlığım 1925-ci ildə Azərbaycan Dövlət 
Darülfünun  Şərq fakültəsində oxuyarkən oldu. O yuxarı kursda olduğuna 
baxmayaraq bizimlə dostluq eləyirdi. 
Onun sadəliyi, səmimiliyi, təvazökarlığı bizi özünə ürək dostu eləmişdi. 
O, 1926-cı ildə darülfünun nəzdində dram və  ədəbiyyat dərnəyinin 
təşkilində bizə çox yaxından kömək etdi. Cəfər, bu dərnəklərə tez-tez gəlib bizə 
gözəl məsləhətlər verirdi. 
Yadımdadır, biz Hüseyn Cavidin mənzum "iblis" faciəsini böyük bir 
həvəslə tamaşaya hazırlayırdıq. Məşqlərimizdə o da iştirak edirdi. Əfirasiyab 
Bədəlbəyli  İblis, mən isə Arif rolunda çıxış etməli idik. Yaman həyəcan 
keçirirdik... Cəfər bizə ürək-dirək verib tamaşanın yaxşı keçəcəyindən 
danışdıqca biz özümüzdə qüvvət, cəsarət hiss eləyirdik. Doğrudan da o zaman 
Mirzə  Fətəli Axuudov teatrında verdiyimiz tamaşa müvəffəqiyyətlə keçdi. 
Hətta "Kommunist" qəzetində bu tamaşa haqqında yaxşı bir məqalə də çıxdı. 
Biz darülfünunda dərslərimizə yaxşı hazırlaşan tələbələrdən idik. Bir dəfə 
təhsil linin sonunda fars dilindən imtahana hazır olmadığımızı başa düşdük. Bir 
neçə nəfərdən başqa tələbələrin hamısı imtahan verib qurtarmışdı. Bu dəfə də 
Cəfər köməyimizə yetişdi. O 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
236 
 
bizə müəllimin evinə gedib orda imtahan verməyi məsləhət gördü. Cəfər də 
imtahana gecikənlər sırasında idi. 
Fars  ədəbiyyatı müəllimi Mirzə Möhsün içəri  şəhərdə yaşayırdı. Cəfər, 
Əfrasiyab Bədəlbəyli və  mən qərara gəlib onun evinə  tərəf yollandıq. 
Müəllimimiz kiçik, qaranlıq bir otaqda yaşayırdı. O, bizi görüb təəccübləndi. 
Cəfər dedı ki, sizə imtahan verməyə  gəlmişik. Müəllimimiz otağın 
pərakəndəliyindənmi, ya nədənsə yaman tutulmuşdu. 
İlk söhbətə  Cəfər başladı. Vəziyyət elə oldu ki, müəllimimiz yox, biz 
müəllimimizi imtahana, sorğu-suala çəkdik. Ona yeni fars ədəbiyyatı haqqında 
suallar yağdırırdıq. O da bizə hərarətlə cavab verirdi. 
Nəhayət, Mirzə Möhsün gülümsəyərək kitabçamızı alıb fars ədəbiyyatından 
bizə qiymət yazdı. Biz Mirzə Möhsünün yanından çıxıb qələbəni təntənəylə 
qeyd elədik. 
Cəfər Cabbarlı "Gənc qızıl qələmlər ittifaqının" üzvü olmasa da o bu 
təşkilatın yaranmasında yaxından iştirak edənlərdən biri idi. İttifaq 
yaranmamışdan əvvəl "Kommunist" qəzeti yanında ədəbiyyat dərnəyi vardı. Bu 
dərnəkdə gənclərin yeni əsərləri təhlil və müzakirə olunmdu. Cəfər Cabbarlı bu 
dərnəyə demək olar ki, rəhbərlik eləyirdi. Cəfər o zaman "Kommunist" 
qəzetinin əməkdaşı idi. Müəyyən illərdə qəzetə rəbbərlik edən Həbib Cəbiyev
Ruhulla Axundov, Cəfərə böyük hörmət bəsləyirdilər. Qəribə burasıdır ki, 
Cəfər kimi sənətkar, istedadlı,  şöhrətli dramaturq həmişə  gənclərin arasında 
görünürdü... 
Dostu səfərdə daha yaxşı, daha dərindən tanımaq olur. 
Cəfər Cabbarlı ilə bir neçə dəfə səfərdə olmuşuq. İlk səfərimiz 1929-cu ildə 
Gürcüstana, Ermənistana getməyimizdir. Heyətimizin sədri Haqverdiyev, katibi 
isə mən idim. Bizi çox böyük hörmət və məhəbbətlə qarşıladılar. 
Bütün səfər boyu Cəfər biz gənclərin arasında idi. Cəfərin məzəli, duzlu 
söhbətləri, hazırcavablıği biz gəncləri ona daha yaxın eləmişdi. 
Bir gün Tiblisidən Msxetiyə yola düşərkən, Cəfər, Şaiq və mən bir maşına 
minməli olduq. Qabaqda qocaların - Haqverdiyevin, Qalaktion Tabidzenin 
mindiyi maşın gedirdi. Birdən Cəfər sürücünün qulağına gülə-gülə  nə isə 
pıçıldadı. Sürücü maşının sürətini artırdı. Yoldan toz qaldıran maşınımız 
mənzilə hamıdan əvvəl yetişdi. Qocaların maşını bizdən sonra gəlib çixdı. 
Haqverdiyev çox pərt idı. Mən ondan belə bir töhmət aldım: "Bu dəfəlik 
günahından keçirəm... Adam sədrin maşınını keçməz, cavan oğlan!.." 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
237 
 
Mən onun sözlərini təsdiq edərkən Cəfər bığaltı gülürdü. Tbilisidə, 
Yerevanda və başqa şəhərlərdə keçirdiyimiz xoş saatlar, günlər unudulmazdır. 
Cəfər Cabbarlı da bu səfərin  ən qaynar, fəal nümayəndələrindən biri kimi 
bizi ruhlandırırdı.  İllər keçdikcə  Cəfərlə dostluğumuz get-gedə  bərkiyirdi. O 
yeni yaranan hər yaxşı əsərə ürəkdən sevinən sənətkardı. Hacıbaba Nəzərli ilə 
yazdığımız və  işçi teatrında tamaşaya qoyulmuş "Yanğın" komediyası 
münasibətilə o məni səmimi təbrik etdi, alqışladı. Dövlət dram teatrı üçün əsər 
yazmaği məsləhət gördü. Ədəbiyyata xaltur əsərləriə soxulmaq istəyən təsadüfi 
adamlara qarşı  Cəfər amansızdı. Bəziləri ağzına gələni yazıb dövlət dram 
teatrında zorla oynatmaq xəyalına düşmüşdü. Bunlar rədd cavabı aldıqda 
böhtanlara, iftiralara əl atmaqdan çəkinmirdilər. Bəziləri isə döviət dram 
teatrtnda Cəfərin vəzifəsinə, lojasına belə göz dikmişdilər. 
Bir defə Cəfər mənə bu adamların əlindən zinhara gəldiyini söylədi. Mən bıı 
məsələylə  əlaqədar "Kommunist" qəzetində  çıxış etmək istədim. O buna razı 
olmadı. Mən öz fikrimi ayrı  şəkildə  qələmə aldım. "Dramaturq Səfdər  Əmi 
oğlu" adlı hekayəmdə Cəfərə qarşı olan xalturaçılara, böhtançılara qarşı çıxdım. 
Cəfərin üzünə  tərif sözləri deyiləndə heç xoşlanmazdi. O, həmişə: "mən 
həvəskaram, yazırıq, görək axırımız hara çıxacaq" - deyərdi. 
Biz Cəfərlə  hər görüşəndə ürəkdən sevinərdik. O, həmişə yazıb yaratmaq 
eşqilə yaşayırdı. 
1934-cü ildə Moskvadan sovet yazıçıları qurultayından qayıdandan sonra 
Cəfər xəstələndi. Xəstəykən bir gün məni evinə çağırtdırdı. Yanında yalnız 
Əlili vardı. Quzu kəsmişdilər, Sona baci gözəl süfrə açdı. Söhbətimiz uzun 
çəkdi... 
Bir neçə ay sonra bir gün onun aramızdan getdiyini eşidəndə gözlərimdən 
ixtiyarsız yaşlar axdı. O, aramızdan gənc ikən getdi. Cəfər xalqımız üçün hələ 
bir çox qiymətli əsərlər yarada bilərdi. O, böyük, coşqun istedadın aramızdan 
vaxtsız getməsinə inana bilrairdik. Heyhat, bu itki ədəbiyyatımız üçün böyük, 
çox ağır bir itki oldu. Təsəllimiz budur ki, Cəfərin  əsərləri yaşayır və həmişə 
yaşayacaqdır. Demək, dostumuz Cəfər də yaşayır və yaşayacaq! 
 
Fevral 1960  
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə