Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə57/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   53   54   55   56   57   58   59   60   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
238 
 
VLADİMİR MAYAKOVSKİ 
 
Sovet poeziyasının  ən görkəmli nümayəndəsi Vladimir Mayakovski ilə 
gənclik illərində tanış olmağımla həmişə iftixar etmişəm. Çünki şəxsən 
Mayakovski ilə görüşüm və  əsərlərilə yaxından tanışlığım mənim yaradıcılıq 
həyatıma xeyirxah təsir buraxmışdı. İllər ötdükcə Mayakovskinin əvəzedilməz, 
təkrarolunmaz, inqilabi poeziyası  mənə daha qiymətli, daha canlı, daha yaxın 
görünür. 
Mən istərdim ki, Mayakovski kimi böyük ədəbi simalar haqqında xatirə 
yazarkən təhriflərə, uydurmalara yol verilməsin. Təəssüf ki, bəzən belə yazılara 
rast gəlirik. 
Bu yaxınlarda bir təşkilatdan mənə belə sual verdilər: "Mayakovski Bakıda 
olarkən aşıqlarla görüşməsi və bir aşığın sazına rus aşığından Azərbaycan 
aşığına" sözünü yazması doğrudurmu? Bir jurnalist bizə bu haqda bir məqalə 
yazmışdır. Mən bu sualı verən yoldaşa bildirdiın ki, Mayakovski Bakıda 
aşıqlarla görüşmədiyinə görə bir aşığın sazına, deyilən sozü də yaza bilməzdi... 
Mayakovskinin  şeirlərilə 1925-ci ildən tanışdım. Onun özünə  və 
yaradıcılığına dərin hörmət və məhəbbət bəsləyirdim. 
Ədəbiyyata təzəcə həvəs göstərdiyimiz və rus sovet şairlərindən öyrənməyə 
can atdığımız illər idi. 
O zaman rus sovet şairlərinin əsərlərini diqqətlə izləyib öz respublikamızda 
yeni inqilabi sovet ədəbiyyatı  uğrunda mübarizə aparırdıq. "Sənət sənət 
üçündür" nəzəriyyəsinin tərəfdarları, mücərrədçilər, formalistlər, simvolistlər 
yaranmaqda olan yeni poeziyamızın inkişafına  əngəl törətmək istəsələr də, 
onlar öz arzularına nail ola bilmirdilər. 
O zaman respublikamızın daxilində künc-bucaqda maskalanmış 
pantürkistlər, millətçilər Azərbaycan yazıçılarının öz rus qələm dostlarıyla 
yaxınlaşmasına mane olmaq istəyirdilər. Onlar iradəsi zəif, sinfi görüşü 
yetişməmiş, bəzi gəncləri həqiqət yolundan müvəqqəti azdırsalar da, lakin öz 
murdar niyyətlnrinə nail ola bilmirdilər... 
Mətbuat səhifələrində tez-tez rus yazıçı  və  şairlərinin gözəl  əsərlərini çap 
edib geniş oxucu kütlələri arasında yayırdıq. O illərdə Moskvadan Bakıya tez-
tez yazıçılar və  şairlər gəlirdi. Onlarla yaxınlaşan görüşümüz yeni inqilabi 
poeziyamızın inkişafı üçün çox xeyirli olurdu. 
 
  
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
239 
 
Məsələn, dahi sovet yazıçısı Maksim Qorkinin Bakıya  gəlməsi və biz gənc 
yazıçılarla müsahibəsi  ədəbiyyatımızın inkjşafı üçün cox  əhəmiyyətli bir 
hadisə oldu. 
Mayakovski Bakıya 1927-ci ilin dekabr ayında gəldi. Onun şeir gecələrinin 
iri, maraqlı afişaları Bakı küçələrinin bəzəyi oldu. Azərbaycan proletar 
yazıçıları cəmiyyəti indiki Akademiya binasının ikinci  mərtəbəsində yerləşirdi. 
Mən cəmiyyətin məsul katibi vəzifəsində çalışırdım. Gənc və şair dostlarım 
Mayakovski ilə necə görüşmək haqda söhbət edirdi. Onun yanına nə zaman 
gedəcəyimizi düşünürdiik. Bir qədər sonra mən qapı arxasından gələn cürətli 
sərt addım səsləri eşitdim. Qeyri ixtiyari, lapdan yoldaşlarıma: "Odur, 
Mayakovski özü bura gəlir" dedim. 
Mənim bu sözüm həqiqətə çevrildi. Qapıdaıı içəri ucaboylu enli kürəkli, 
uzun qollu bir adam girdi. Cəld ayağa qalxdıq. O iki iri addım atmaqla bizim 
stola yaxınlaşdı. Əllərimizi bir-birimizə uzatdıq. 
O: - Mayakovski - dedi. Sevincimizin dərəcəsini dillə demək çətindir. 
Oturub söhbətə başladıq. Mayakovskinin söhbətə başlaması o qədər sadə  və 
səmimi oldu ki, biz özümüzü çox sərbəst hiss etdik. 
Mayakovski təşkilatımızın nə kimi ədəbi qüvvəyə malik olmasıyla 
maraqlanırdı. O, bizdən nəşriyyatlarla  əlaqəmizi, kitablarımızın necə 
yayılmasını soruşdu. 
Onu bizim əsərlərimizin mövzusu, Bakı neflçilərinə  nə kimi əlaqəmiz 
olduğu çox maraqlandırırdı. Söhbət  əsnasında dedi ki: "Bizə  əsərlərimizi 
özümüz üçün yazmırıq. Özümüz üçün yazsaydıq nəşr etməyə ehtiyac qalmazdı. 
Biz əsərlərimizi geniş oxucu kütlələri üçün yazırıq. Buna görə də ilk növbədə 
əsərlərimizi onlara oxuyub fikirləi öyrənməliyik. Xüsusilə siz Bakı  şairləri 
fabrikalarda, zavodlarda fəhlələrlə, mədənlərdə neftçilərlə  əlbir işləməlisiniz. 
Bunsuz yeni ədəbıyyat yaratmaq olmaz. Sizin oxucularınız onlardır! Oxucusuz 
şair olmaz 
Biz ona harada və nə kimi çıxışlar etdiyimizdən danışdıq. 
Mayakovski Moskvada yaşasa da, bizim Baki həyatilə yaxından tanışdı. 
Ədəbiyyatımız haqqında ötərgi məlumatı vardı. 
O, bizə deyirdi: "Gənclər üçün müvəffəqiyyətdən baş gicəllənməsi qorxulu 
xəstəlikdir". Sonra Mayakovski dedi: 
"Klublarda, mədəniyyət saraylarında təşkil etdiyımız gecələrə kütlələrdə 
maraq, ehtiyac oyatmaq lazımdır. Qoy oxucularda 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
240 
 
şairlərin yeni əsərlərini dinləməyə daxili, bədii ehtiyac oyansın. O şairin şerinə 
məhəbbət bəsləyən, onu dinləməyə ehtiyac hiss  belə gecələrə axın-axın gələr. 
Bunun böyük əhəmiyyəti var".  
Biz onunla iki saata qədər səmimi söhbət etdik. Böyük şair qardaşımız 
Vladimir Mayakovskinin Bakıya gəlişi və bizimlə açıq, söhbət etməsi 
hamımızda böyük ruh yüksəkliyi oyatdı.  
Müsahibədən sonra küçəyə  çıxdıq. Onunla birlikdə  şəhərin küçələrini 
gəzərkən yol keçənlərin hamısı dönüb heyran-heyran bu pəhləvan gövdəli, iri 
addımlı şairə baxırdı. 
Hamı - Mayakovski...  Mayakovski...  deyirdi. Mayakovskinin ədəbi 
gecələrindən biri mədəniyyət sarayında (İndiki akademiyanın binasında) oldu. 
Salon ağzına qədər adamla dolu idi. Burada əsas etibarilə ziyalılar, müəllimlər, 
mühəndislər, yazıçılar, tələbələr toplanmışdı. 
Biz gənc şairlər salonun orta sıralarında bir yerdə oturmuşduq. Bizi gecəyə 
şəxsən Mayakovski özü dəvət etmişdi. Budur, Mayakovsk: səhnədə göründü. 
Salon hərəkətə gəldi. Alqış sədaları salonu bürudü. Gecəni özü açıb özünə söz 
verdi. O, salondakılara  ən gözəl  əsərlərindən biri olan "Xoroşo" poemasını 
oxudu. Mayakovski poemanı oxuyub qurtarandan sonra hamımız onu ürəklə 
alqışladıq. Bir nəfər ona belə yazmışdı: "İnsanın qəlbində boşluq olanda, onun 
iki çıxış yolu var. Biri susmaqdan digəri isə bağırmaqdan ibarətdir. Siz nə 
səbəbo ikinci yolu seçmisiniz?" 
Mayakovski əsla pərt olmadı. Lakin biz onun halına acıyırdıq. Onu ürəkdən 
sevən, poeziyasına pərəstiş  edənlər cərgəsində  tək-tük nadanların olması  və 
belə hərəkət etməsi bizi  əsəbiləşdirirdi. Mayakovski bu sualın müəllifinə belə 
cavab verdi: 
Bu kağızın müəllifi unudur ki, üçüncü bir çıxış yolu da var. O da belə 
axmaq suallar yazmaqdan ibarətdir. 
Btün salon gülüşdü. O bu cavabilə bizim ürəyimizdən tikan çıxartdı. O vaxt 
bir para adamlar unudurdular ki, Mayakovski artıq yaşıl koftalı Mayakovski 
deyildir. 
Mayakovski bir sıra ölməz poemaların və  şeirlərin müəllifidir. 
Mayakovskinin günləri Bakıda çox mənalı  və  səmərəli keçirdi. Fəhlələrin 
xahişilə Mayakovski ilə birlikdə Paris Kommunası tərsanəsinə getdik. 
Bu göruş günorta yeməyi saatında oldu.   


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə