Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə59/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   55   56   57   58   59   60   61   62   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
244 
 
olduğumuz zaman Müşfiqin 18 yaşı olardı. Bizim gənclik illərimiz çox qaynar 
bir dövrdə keçdi. Qızıl qələmlər ittifaqı  sıralarına Müşfiq Sabir kitabxanası 
yanındakı ədəbi dərnəkdən gəldi. Bu gəlişə hamımız sevindik. Demək olar ki, o 
vaxt kitabxanaların və  məktəblərin hamısında  ədəbiyyat dərnəkləri fəaliyyət 
göstərirdi. Bu dərnəklərdə istedadlı  gənclər az deyildi. Biz şəhərimizdəki 
kitabxanaları, məktəbtəri gəzib böyük maraqla divar qəzetlərindəki  ədəbi 
parçaları nəzərdən keçirərdik. Həmin yazılar haqqında "Gənc işçi"də məqaləbr 
yazardıq. Bu ədəbi parçaların müzakirəsini keçirərdik.  İstedadlıları  qızıl 
qələmlər ittifaqına cəlb edərdik. 
Müşfiq bu deməklərdən birində ilk qələm təcrübəsi ilə  məşğul olan ən 
istedadlı bir gəncdi. O ilk addımlarından gənclərin nəzərini şeirlərinə cəib edə 
bilmişdi. Qızıl qələmlər ittifaqında Müşfiq bizimlə birlikdə yeni, novator sovet 
poeziyası uğrunda mübarizə aparanlardan biri oldu. 
Qaynar gəncliyimizin romantik çağları, xoş  şirin arzularla keçdi. 
Keçdiyimiz  şərəfli yollarda birimiz az, birimiz çox büdrəmişik. Lakin yenə 
qalxıb  əzmlə yolumuza davam etmişik. Gənclik illərimizdə biz kommunist 
partiyamızın, komsomolumuzun qayğısını, köməyini həmişə duyurduq. 
Yeni dünyamızın mahnılarını yaratmaq uğrunda fədakarlıqlar göstərməyə 
can atırdıq. Komsomolun orqanı "Gənc işçi" qəzetinin səhifələri  şeirlərimizə, 
ədəbi mübahisələrimizə  həmişə açıq idi. O vaxt inqilabi poeziyamızm sevilə-
sevilə oxunan yaradicılarından biri də Müşfiq idi. Onun şeirlərində 
zəmanəmizin  əlamətdar hadisələrinin tərənnümü xüsusi yer tuturdu. Musiqi 
kimi səslənən bu səmimi, ürək çırpıntılarıyla dolu şeirlər dildən-dilə düşürdü. 
Şeirlərin ahəngi Bakı  təbiətilə  sıx bağlıydı. Onlar gah xəzri kimi sərt, gah 
gilavar kimi mülayim səslənirdi. Müşfiq doğrudan da gözəl insan, gözəl dost, 
gözəl şairdi. 
Müşfiqin hərəkətləri, insanlarla rəftarı şairanə idi desək, yanılmarıq. Evdə, 
gəzintilərdə, məclislərdə, tribunalarda, fabriklərda, zavodlarda şeir oxumaqdan 
aldığı zövqü dillə söyləmək çətindir. 
Onun ürəyindəki dilindəydi, dilinə yalan söz gəlməzdi. Yalan danışanlarla 
dostluq etməzdi, həmişə öz fikrini açıq, aydın söylərdi. Bir haqsızlıq gördümü, 
tez coşub özündən çixardi. Dostunun, yoldaşının eybini, nöqsanını üzünə 
deyərdi.  Şair dostlarının sevincinə 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
245 
 
sevinər, dərdinə ürəkdən şərik olardı. Özü bir səhv etdikdə düşünmədən dərhal 
"səhv etmişəm" deməzdi. O bunu ancaq öz səhvini dərindən dərk etdikdən 
sonra etiraf edib üzr istərdi. Yadımdadır, gənclik iliərimizdə  mən Müşfiqi 
tənqid etmişəm, Müşfiq də  məni. Hətta bu öz əksini o illərin mətbuat 
səhifələrində  də tapmışdır. Bununla belə Müşfiqlə bir süfrədə duz-çörək 
kəsməkdən, heç vaxt uzaq olmamışıq. O illərdə vaxtımız restoranlarda sağlıqlar 
deməklə yox, ədəbi yığıncaqlarda və evlərdə poeziyamızın inkişafı haqqında 
düşünməklə, qizğın  ədəbi mübahisəlarlə keçmişdir. Onu da deyim ki, bizim 
məktəb müəllimlərimizə böyük, dərin məhəbbətimiz vardı. Özümüzdən yaşlı 
yazıçı  və  şairlərə hörmətimiz sonsuzdu. Onların söbbətlərindən həmişə zövq 
alardıq. Onlar üçün həmişə ayağa qalxardıq. Bu kimi hərəkətlərdə Müşfiq 
aramızda birincilərdəndi. Mikayıl Müşfiq kiçik yaşlarından yetim qalmışdı. 
Hamımız çalışırdıq ki, o, bunu hiss etməsin. Bizim analarımız ona analıq 
edirdilər. Onu öz övladları  qədər sevirdilər. Müşfiq isə bizim atıatarımızın 
dilini bizdən yaxşı bilirdi. 
Evlərimizə  gələndə tez analarımızı bağrına basıb kefini, əhvalını  xəbər 
alardı. Analarımız da onu öz övladları kimi qucaqlayıb öpərdilər. Analarımız 
"qoy Mikayıl bizə tez-tez gəlsin" deyərdilər. 
Yadıma Müşfiqin bır beyti düşür: 
 
Gəl, Süleyman, çıxalım bir yarışa, 
Çıxalım mövzu üçün axtarışa. 
 
Doğrudan da o illərdə yeni-yeni əsərlər yaratmaq uğrunda yarışırdıq. 
Həmişə axtarışlar aparırdıq. Bir dəfə 1935-ci ildə  Rəsul Rza, Müşfiq və  mən 
Novxanıdakı bağımıza getməli idik. 
Binəqədiyə  qədər dar dəmir yoluyla getdik. Orada qazalaq tapmadıq. 
Nəhayət, əlacsız qalıb Novxanı kəndinə şalbandan qayrılmış dəmir, daş daşıyan 
arabanın sürücüsüylə danışdıq, o bizə dedi ki, bu araba sizi əldən sala bilər. 
Müşfiq təkid etdi ki, "eybi yoxdur, bunun da bir başqa aləmi var. Yolda sizə 
təzə  şeirlərimdən oxuyacağam. Başımızı  şeirlə qarışdırıb kəndə rahatlıqla 
çatarıq". Belə  də oldu. Bütün yol boyu Müşfiq bizə  şeir oxudu. Yolun 
əziyyətini hiss etmədik. 
Novxanı  kəndində isə piyada özümüzü bağlara yetirdik. Anam və atam 
dostlarımın gəlişinə çox sevindilər. Bir neçə gün səhər və axşam 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
246 
 
Dənizdə çimdik. Qumlar üstündə özümüzü günəşə verdik. Hətta güləşdik 
də. Novxanı bağlarının  şirinlikdən boğazları yandıran ağ  şanısından, 
göbəyindən bal damarı əncirindən yedik. Nərd oynadiq. Şeirlər oxuduq. 
Bakılılar çox yaxşı bilir: bizim Abşeron kəndlərində dəvə ətindən bişirilmiş 
qutab ən ləziz yemək hesab olunur. Xüsusilə, Novxanıda tez-tez dəvə kəsilərdi. 
Hər cümə axşamı  qəssabxanadan bir nəfər dəvə üstündə bütün bağ yollarını 
dolaşıb "ay dəvə  əti alan" deyə hamiya car çəkərdi. Hamı bilirdi ki, həmin 
dəvənin əti səhər qəssabxanada olacaqdır. 
Bakılılar buna çox sevinərdilər. Lakin vətənimizin başqa yerlərindən gəlmiş 
dostlarımız dəvə ətindən xörək bişirilməsinə çox təəccüblənirdilər. Dadlı qutab 
yeyəndən sonra, bu ətlə qutab üçün nə  qədər gərəkli, dadlı olduğunun  şahidi 
olurdular. O vaxt biz bağlarda tez-tez toplaşardıq. Hətta sevimli 
müəllimlərimizi bağımıza hörmətlə qonaq aparardıq. 
Abdulla  Şaiq, Seyid Hüseyn, Cabbar Əfəndizadə, həftələrlə bağlarımızda 
əziz qonağımız olurdular. O zaman belə görüşlər biz gənclər üçün çox faydalı 
idi. Söhbətlərimiz təhsildən, ədəbiyyatdan və gələcəkdən, həyatda tutacağımız 
mövqe haqqında gedirdi. Müəllimlərimizlə birlikdə respublikamızın bir sıra 
şəhərlərində və qardaş respublikalarda səfərdə olmuşuq. 
Məsələn, Cəlil Məmmədquluzadə, Haqverdiyev, Cəfər Cabbarlı, Abdulla 
Şaiq, Samil, Seyid Hüseyn kimi qələm sahiblərilə birlikdə Gürcüstanda 
keçirdiyimiz günləri mən indi də unuda bilmirəm. Bu səfərdə Müşfiq də 
bizimlə olmuşdur. Bu səfər zamanı söhbət yenə ədəbiyyatdan gedirdi. Xüsusilə 
biz gənc şairlərin söhbəti həmişə şeirdən olurdu. 
Müşfiqin Füzuli, Nəsimi, Vaqif, poeziyasına dərin məhəbbəti vardı. Bu 
şairlərin  əksər  şeirlərini  əzbərdən deyirdi. Bəzən biz ona sinədəftər Müşfiq 
deyərdik. Çünki onun sinəsi şeirlərlə doluydu. İndi də Müşfiqin ürəkdən gələn 
şeirləri gözəl mahnı kimi dodaqlardan düşməyir. 
 
1969  
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə