Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə62/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   58   59   60   61   62   63   64   65   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
253 
 
Bəli, nimçə  mənə ötürüldü. Mən də solumdakı bir Özbəyə ötürmək 
istəyəndə o nimçəni məndən almadı, sonra sağımdakı yoldaşa ötürmək istədim 
o da almadı. 
Özbək dostlar öf çaldılar: Bülbül əkə, bülbül əkə, deyə məndən oxumağımı 
xahiş etdilər. Çox qəribə vəziyyət əmələ gəlmişdi. Alqışlar arasında mən onları 
başa sala bilmirdim ki, mən Bülbül deyiləm, Süleymanam. 
Nəhayət, ara sakit oldu. Mən dedim ki, "Bülbül hazırda bu məclisdə yoxdur. 
Mən  şair Süleyman Rüstəməm.  İnanmırsınızsa, vəsiqəmi göstərə bilərəm. 
Dostlar gülüşdü. Məşhur özbək xanəndəsi Kare Yaqubun həyat yoldaşı da 
təsdiq etdi ki, mən Bülbül deyiləm. Bir şeir oxumaqla yaxamı musiqi 
həvəskarlarının əlindən qurtardım. 
Mikayılın növbəti zarafatlarından birini də xatırlayıram. O, Moskvaya bir 
neçə aylığa elmi məzuniyyətə getmişdi. Biz bir neçə yoldaş Bakıda Moskvadan 
qəribə imzalarla bir neçə teleqram aldıq. Dostlarımızdan birinə yazılmışdı. 
"oğlunuz yanıma gəldi. O mənə sizdən ağıllı göründü". Digər dost belə 
teleqram almışdı. "Böyük ehtiyac içindəyəm, xəsis olma, təcili teleqrafla mənə 
50 qəpik göndər". 
Mənə  gələn teleqram belə idi: "Gözün aydın, təzə saç dərmanı  çıxıb. 
Yubanma, özünü Moskvaya yetir". 
Buuı teieqramların müəllifinin Mikayıl olduğuna şübhəmiz yox idi. Bunun 
əvəzini ondan tez çıxmaq olmazdı. Mikayıl Moskvada hələ xeyli vaxt qalmalı 
idi.  Əlimə fürsət yeni il ərəfəsində düşdü. Ona teleqram vurdum ki, dekabrın 
31-də həyat yoldaşımla birlikdə təyyarə ilə Moskvaya gəlirəm. Mümkünsə bizi 
qarşıla. 31 dekabr səhərİ Mikayıl Vnukovo təyyarə meydanına bizi qarşılamağa 
gəlir. Bakıdan gələn təyyarə yerə enir. O sərnişinlər arasında bizi görmür. 
Qərara alır ki, yəqin axşam təyyarəsi ilə gəlirik. Vaxtını axşama qədər bufetdə, 
restoranda keçirir. Bakıdan gələn ikinci təyyarə  də yerə enir. Mikayıl yorğun 
gözlərini sərnişinlərə zilləyir, əməkdar artist Nəcibə Məlikovanı görüb sevinir. 
Ondan soruşur ki: Süleymanı təyyarədə görməmisiniz ki? 
Nəcibə, cavab verir ki, Süleyman bu təyyarədə yoxdur. Mikayıl birdən 
ayılır, indi başa düşür ki, bu bir ay avvəl vurduğu teleqramlara cavab imiş. Bu 
bizim Mikayıl ilə son zarafatlarımızdan biri idi. 
Bizim nəsil dahi kino artisti Çarli Çaplinin səssiz filmiərini uşaqlıq 
çağlarında çox sevirdi. Səsli filmlər çıxanda Çarli Çaplini bir neçə gözəl 
rollarda görüb onun sənətinə bir daha valeh olduq. 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
254 
 
Çaplinin "Böyük şəhərin işıqları" filmini görməyən çox az tapılar.  Bu 
filmdə Çaplinin çox məzəli oynaq bir rəqsi var. Mikayıl bu rəqsi çox sevirdi. 
Bu rəqs havası harda çalınsaydı, Mikayıl vəcdə  gələrdi. Yerində 
dingildəyərdi, gözlərində sevinc qığılcımları parlardı. Bu rəqs havası  nə vaxt 
harda, hansı şəraitdə çalınsaydı, Mikayıl bir bəhanə tapıb mütləq oynamalıydı. 
Oynamaq var, oynamaq var. Adama elə gəlirdi ki, oynayan Mikayıl deyil, Çarli 
Çaplin özüdür ki, var. Yazıçı və şairlərimizin çoxu onu bu hava ilə oynayanda 
görmüşdür. Bəzən restoranlara gedəndə fürsət tapıb Mikayıldan xəbərsiz 
orkestrdəki musiqiçilərdən xahiş edərdik ki, biz işarə verəndə Çarli Çaplinin 
rəqs etdiyi havanı çalsınlar. Bir dəfə  də  mən Moskvada olduğumuz zaman 
"Araqvi" restoranının musiqiçilərindən belə bir xahiş etdim. Həmin hava 
çalınan kimi Mikayilın gözlərində  təböəssüm göründü, yerində rahat otura 
bilmədi. 
- Süleyman qalxacağam, yerimdə otura bilmirəm. 
- Mikayıl, ayıbdır, burada bizi tanıyanlar ola bilər. 
- Olsun da... Pis iş görmürəm ki, oynayacağam. 
Bəli, Mikayıl bir qırpimda ayağa qalxıb quş kimi süzərək rəqsə başladı. 
Restoran boyu o baş bu başa gedərək böyük həvəslə, hünərlə oynadı. 
Alqiş sədaları restoranı bürüdü. Bu münasibətlə süfrəmizə içki hədiyyələri 
göndərənlər do oldu. Mikayıl dilləndi: 
- Süleyman, gördünmü, oynamağım qonararsız olmadı. 
Novruz bayramı  ərəfəsində Sabit Rəhman,  Ənvər Məmmədxanlı  və  mən 
Mikayılı  təbrikə getdik. Süfrəyə bayram şirniyyatı düzüldü. Yenə  şirin 
söhbətlər, gülüşlər, qəhqəhələr otaqları bürüdü. 
Mikayıl hər söz başında deyirdi: "Bu mənim son zarafat atılqanlarımdir, 
qocaldıq getdik". 
Bir neçə ay sonra Kislovodskdan qayıdarkən Mikayıl Rəfilinin ölüm 
xəbərini eşitdim. 
Mən sarsıldım. 
Mikayılla vidalaşdıq. Onun cismini vətən torpağına tapşırdıq.  Əsərləri 
nəsillər üçün yadigar qaldı. Duzlu sözləri, zarafatları isə bizim məclislərimizdə 
təkrar-təkrar deyilir və Mikayılı özümüzlə bir ,  süfrə arxasında oturmuş zənn 
edirik. 
 
Dekabr 1969  
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
255 
 
HÜSEYNQULU SARABSKİ 
 
Səhnəyə, sənətə məcnuncasına  
Məftunumuz təkdi, gəldi və getdi.  
Füzuli gözünün yaşından doğan,  
Məcnunumuz təkdi, gəldi və getdi. 
 
Sənət aləmində unudulmayan, əbədi yaşayan sənətkarlarımızdan biri də 
Hüseynqulu Sarabskidir. Vaxtilə  şöhrəti dastan kimi dildən-dilə  gəzən bu 
əvəzsiz ustadın musiqi mədəniyyətimizin, opera sənətimizin inkişafında çox 
böyük xidmətləri olmuşdıır. Təəssüf ki, bu misilsiz sənətkarın səsi yazılmamış, 
haqqında film çəkilməmişdir. Mən şəxsən Sarabski ilə gənclik illərində, 1926-
cı ildə mətbuat orqanlarında çalışdığım zaman tanış oldum. Sonralar daha tez-
tez görüşüb dostlaşdıq. Yadımdadır, məktəbli çağlarımızda  əlimizə pul düşən 
kimi opera teatrına "Leyli və  Məcnun", "Şah  İsmayıl", "Əsli və  Kərəm" və 
digər tamaşalara baxmağa gedərdik. Hüseynqulu Sarabskinin aktyorluq 
istedadı, ürəkləri titrədən məlahətli səsi biz gənclərin ruhunu oxşayırdı, 
həyəcanlandınrdı. Onun iştirak etdiyi tamaşalara təkrar-təkrar baxdıqca bu 
sənətkəara qarşı  məhəbbətimiz qat-qat artırdı. Məcnunu o qədər təbii, canlı, 
zəngin boyalarla ifa edirdi ki, tamaşa salouundakıların gözləri yaşarırdi. O 
zaman Hüseynqulu Sarabskinin iştirakilə verilən tamaşa axşamları teatr 
qarşısında atlı milis dəstəsi növbə çəkirdi. Çünki bilet əldə edə bilməyənlər nə 
yol ilə olursa-olsun teatra girib Hüseynqulunu səhnədə görmək istəyirdilər. 
Qapılar sınmaq dərəcəsinə  gəlirdi. Hər sənətkarın gözəl, qiymtli əsərləri 
Sirasında bir şah  əsəri olur. Sarabskinin yaratdığı gözəl surəttərin hamısından 
yüksəyi Məcnun obrazı idi. Mühitinin ədalətsizliyi nəticəsində müsibətlərə 
düçar olub faciələr keçirən Məcnunu Sarabski kimi səhnədə  təcəssüm etdirən 
başqa bir artist təsəvvür etmirəm. Biz bir dəfə bir neçə mədəniyyət xadimi ilə 
birlikdə Sarabskinin evində qonaq idik. Söhbət yenə "Leyli və  Məcnun" 
operasından gedirdi. Sarabski "Leyli və  Məcnun" operasının rejissorluğunu 
etmək fikrində olduğunu büdirdi. O dedi: "Tanımayan olsa, səhnəmizdə o 
imkan olsa, doğrusıı, mən Məcnunu səhnədə qumlar üstündə ayaqyalm 
oynayardım. Onda özümü tamam kamal bir ərəb zənn edərdim". 
 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə