Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə65/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   61   62   63   64   65   66   67   68   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
262 
 
Satir-agit teatrında tamaşaya qoyulan bir və ya iki pərdəli kiçik  formalı 
əsərləri  əsas etibarilə  Əbdürrəhimbəy Haqverdiyev, Süleyman Sani Axundov, 
Səid Ordubadi kimi tanınmış yazıçılarımız, Mirzəğa  Əliyev, H.Abbasov, 
Əhməd Qəmərli kimi artistlərimiz yazırdı. Mən bu əsərlərə tamaşa etdikcə 
həvəsləndim. Mənə elə  gəldi ki, mən də bu sayaq komediyalar yaza bilərəm. 
Bir həftə gecəli gündüzlü aram sız zəhmət çəkərək "Çimnaz xanım yuxudadır" 
adlı bir pərdəli iki şəkilli bir komediya yazdım. Lakin əsərin taleyinə bir o 
qədər də inanmırdım. Bu əsəri böyük bir qorxu, ehtiyat, həyəcan və 
utancaqlıqla satir-agit teatrına apardım. Orda Mırzəğa  Əliyevə rast gəldim. O 
mənı diqqətlə süzüb fikrə getdi. Mən Nərimanov adına texnikumun formasını 
geydiyimdən o məni birdən tanıya bilməmişdi. Nə üçün gəldiyimi ona 
söylədim. 
- Bala, harda oxuyursan! Haralısan! Kimlərdənsən? 
Mən ona harda oxuduğumu, haralı olduğumu, hansı ailəyə mənsubiyyətimi 
söylədikdə, o sevindi və bərkdən gülməyə başladı. 
- Deməli, Qara övladı nəslindən, özü də mənim dostum Dəmirçi 
Əliabbasın oğlusan? 
- Bəli dedim. Ancaq bunu atam bilməsin. 
- Nə üçün oğlum? 
- Çünki atam mənim mühəndis olmağımı istəyir. O, istəyir ki... 
- Başa düşürəm, qorxma demərəm, demərəm. 
- Sağ olun. 
- Yaxşı, sən onu bilirsən ki, atan mənə bir palto borcludur? 
- Xeyr. 
- Bunun qəribə bir tarixi var. İşdir, yazdığın əsər, xoşumuza gəlsə, paltomun 
pulunu sənin zəhmət haqqından çıxacağıq - deyib qəhqəhə çəkdi. 
Mən heç nə başa düşmədiyimdən mat-qut olub qalmışdım. O bunu sezərək 
əlavə etdi: 
- Oğlum, zarafat eləyirəm. Paltonun tarixi belədir. Atanla uşaqlıqdan  
dostam. Ananı  gəlin gətirəndə  mən atanın sağdışı idim. Dost-aşnalar, fişəng 
atdılar, qəfildən fişəngin biri mənim təzə paltomun qoluna düşüb onu yandırdı. 
Bu belə... qaldı yazdığın bu əsər.  
Ona diqqətlə baxaram görək dəmirçi Əliabbasın oğlu nə yazıb. 
O, məni bir ata mehribanlığı  və  nəvazişi ilə yola saldı. Mən bir neçə ay 
teatra tərəf üz çevirmədim. Məhəllədə də qorxumdan onun 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
263 
 
gözünə görünmədim. Deyirdim bəlkə yazdığım komediya heç bir şeyə 
yaramayacaq. Nigarançılıq içində qovrulurdum. 
Bir gün satir-agit teatrının divarlara vurulmuş böyük bəzəkli afişaları 
mənim toy-bayramına çevrildi, sevincimə  səbəb oldu. Öz gözlərimə inana 
bilmirdim. Bir afişanın qabağında yarım saatdan çox dayanıb teatrda 
oynanılacaq  əsərlərin adlarını  təkrar-təkrar oxuyurdum. Afişa: Mirzəğa 
Əliyevin benefisinə ("Orda elə, burda betü") Əsər Mirzəğa  Əliyev ("Çimnaz 
xanım yuxudadır" yazanı  Nərimanov adına texnikumun tölebesi Süleyman 
Rüstəmzado) sözləri yazılmışdı. 
Sevincimdən yerə-göyə  sığmırdım. Məktəbdə  uşaqlar raəni dövrəyə ahb 
təbrik eloyirdilər. 
Tamaşa axşamı  məktəb yoldaşlarımla birgə lap dal cərgədə otur-mıışduq. 
Mirzəğanı bir çox təşkilatlar tərəfindən təbrik ctdilər. Onun ilhamla, məharətlə 
oynaması, tamaşaçıların qolbinİn dnrinliklorina qədər təsir eləyirdi. "Çimnaz 
xanım yuxudadır" komcdiyasmda baş rolu Mirzəğa oynayırdı. Mən də 
tamaşaçılara qoşulub ürəkdən gələn qəhqəhələr çəkirdim. Özüm öz yazdığımın 
belə  təsir bağışlayacağını heç də gözləmirdim. Təcrübəsiz bir məktəblinin 
qələmindən çıxan kiçik bir əsərdə Mirzəğa Əliyevin müəllim qələmi işləmişdi. 
O, yazdığım bu kiçik esərdə bir sıra ixtisarlar aparmışdı. Həmin gecə tamaşada 
qonşularımızla birlikdə atam da vardı. "Avtor-avtor" – deyə  məni səhnəyə 
çağırdılar. Teatrdan qayıdandan sonra evdə atam mənə dedi ki, Mirzəğa 
Əliyevin benefısinə getmişdik... Teatrda ol çalıb səhnəyə bir uşaq çıxartdılar 
lap sənə oxşayırdı. 
Mən üstünü vurmadım. O, məni tanımamışdı. Çünki uzun illər 
dəmirçixanada ocaq alovlarına baxdığından gözləri bir o qədər də yaxşı 
görmürdü. O, teatr üçün əsər yazdığımı bilsəydi bəlkə  də  pərt olardı. Çünki 
necə olursa-olsun öz oğlunu mühəndis görmək istəyirdi. 
Mirzəğa Əliyevlə mənim yaradıcılıq dostluğum həmin bu gecədən başlandı. 
Sonralar mən satir-agit teatrına getdiyim zaman səhnə arxasına keçib onunla 
görüşərdim. 
Mirzəğa  Əliyevin səhnəmizdə istər klassik, istər müasir sovet dram 
əsərlərində yaratdığı unudulmaz obrazlar, bütün tamaşaçıların xatirəsində, 
qəlbində silinməz iz buraxmışdı. O, biz yazıçılarla görüşəndə  Cəlil 
Məmmədquluzadədən, 
Əbdürrəhimbəy Haqverdiyevdən, Nəcəfbəy 
Vəzirovdan, Hüseyn Ərəblinskidən, Kəblə Cahangirdən  şirin-şirin maraqlı 
söhbətlər elərdi. O, Stanislavski, Şepkin, Tolstoy, 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
264 
 
Ostrovski, Çexov yaradıcılığından böyük məhəbbətlə, hörmətlə danışardı. 
Onun yaradıcılıq oduyla yanan gur ilhamlı sinəsi canlı xatirələrlə doluydu. 
Bir ay əvvəl xəstəxanada onun yanındaydım. O, məndən "Burda mənəm 
Bağdadda kor xəlifə" komediyanın taleyini soruşdu. Mən də onun yadına ilk 
kiçik formalı komediyamın tarixini saldım. O, gülə-gülə dedi: 
- İlk komediyanda pis oynamışdım. Bu komediyanda oynamamaq kişilikdən 
deyil. Xəstəliyə qalib gəlirəm. Bir həftəyə qədər hələ həlbət burdan çıxacağam. 
Səhnə məni çağırır! 
Mən ona təsəlli verdim. 
Mirzəğa əmi ona gətirdiyim üzümdən yeyərək deyirdi; 
- Dostum yaxşı kişiydi, zəhmət sevən adamdı, yəqin bu üzümlər onun 
əkdiyi meynələrdəndir. O məndən bır neçə yaş böyükdü. Qoy onun üzümündən 
doyunca yeyim ki, o kişi qədər yaşaya bilim! 
Ondan ayrılarkən dedi: "Məndən yazıçılarımıza salam apar. Bir-birinizi 
sevin, bir-birinizə hörmət eləyin, bir-birinizi tənqid eliyəndə  də, çalışın ki, 
arada qərəz filan olmasın. Bundan xalqa sənətə xeyir dəyməz!  İnanıram ki, 
bundan sonrakı görüşümüz xəstəxanada yox, teatrda olacaq! 
Əl verib ayrıldıq. 
Heyhat, biz onunla teatrda tabutu yanında görüşdük. Amansız ölüm onun 
sən arzusunu ürəyində qoydu. Böyük sənətkar, yaxşı insan Mirzağa  əmi artıq 
aramızda yoxdur. Yox, yox, ölüm onun səhnəmizdə yandırdığı realizm sənəti 
məşəlini söndürməkdən acizdir. 
 
Bakı, 26 oktyabr 1954 
 
İSMAYIL HİDAYƏTZADƏ 
 
İsmayıl Hidayətzadə dedikdə gözlərimiz önündə  mənalı, qaynar həyat 
sürmüş böyük istedada malik sənətkarımız canlanır. 
Hidayətzadə kimsəyə  bənzəmirdi. O özündən  əvvəl gələn  şənətkarlardan 
öyrənərək, özünəməxsus orijinal, axtarışlarla dolu sənət yollarında 
addımlayırdı. Bəstəboy, qarabuğdayı, od baxışlı bu adamın 
 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə