Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə73/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   69   70   71   72   73   74   75   76   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
286 
 
körpə Mirzə  Fətəli (Səbuhi) keçib. Qaçaq Nəbi Təbrizə çar təzyiqindən bu 
yollarla gəlib. Ehtiyac içində boğulan cənublu qardaşlarımız bir parça çörək 
həsrətiylə Bakıya bu yollarla gəlib - Səttarxan öz fədailərilə bu yollardan 
keçərək azadlıq bayrağını Tehran meydanında dalğalandırmışdır. Bu yollarla 
kəndlərdən-kəndlərə  gələn köçərilər, bu yollarla son mənzilə gözəllər, igidlər 
ötürüblər. 
İndi yollardan ürəyi dərdlərlə, xoş arzularla dolu cənublu qardaşlarımız və 
öz səadətini qorumaqçın canından keçməyə hazır sovet adamları keçir. Mən il 
boyu hazırda  Ərdəbildə yaşayan Baba haqqında düşünürdüm. Bizim Qasım 
İsmayılov küçəsində yaşayırdı. Bütün məhəllə onu tanıyırdı. Cənubi 
azərbaycanlı Baba bir novxanıli qızına evlənmişdi. Məhləmizdə ona həmşəri 
Baba deyərdilər. Çox şirindil, üzügülər adam idi. Onu həmişə atamla söhbət 
eləyən görərdim. Baba atama İran həyatından, oradakı bolluqdan, ucuzluqdan 
danışardı. Mən bu söhbətlərə qarışanda Babanın xoşuna gəlməzdi.  İran 
pasportlu Baba müharibədən beş-altı il əvvəl  İrana köçmüşdü. Məni 
düşündüran onun mədh etdiyi bu torpaqda necə güzəran keçirməsi idi. 
Mən bu xəyalda ikən lapdan maşınımız dayandı.  Əlizaman bağırdı: - Nə 
var, adə? 
Sürücü cavab verdi ki, qabaqdan gələnlər var. 
Əlizaman tez maşından yerə atılıb əmr verdi: 
- On 
addım geri, yerə yat! 
Mən naçar maşından düşüb on addım geri çəkildim və yoldaşımla yanaşı 
tozlu yerə sərələndim. Yenə onun əmrilə silahlarımızı atəşə hazirladıq. Birdən 
sürücü maşının yanından bağırdı: 
- Yoldaş batalyon komissarı! 
- Nə olub adə? 
- Gedən dəvə karvanıdir. 
- Adə, ölmüşdük ki, bunu əvvəldən deyə bilməzdin. 

Əvvəldən bu qaranlıqda hardan deyə bilərdim! 
Maşına minib yolumuza davam etdik. 
Gecəni  Əfdəbilə yaxın Nəyir kəndində qaldıq. Orada bizim qrup-padio üç 
yoldaşımız vardı. Onlar Nir əhalisi və  təbiəti haqqında rusca məlumat 
yazmışdılar. Yoldaşım yorğunluğa baxmayaraq yoldaşlarımızın rusca savadlı 
yazılmış bu məlumatının "səhvlərini" düzəldib sonra yatdı. 
Səhəri Ərdəbilə gəldik. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
287 
 
Səfər dostum çox gözəl insandı. Ürəyi təmiz, bəzən bir uşaq qədər sadə idi. 
Yaxşı da təşkilatçı idi. 
Ərdəbil səfərində o ovundan da qalmırdı. Təpəyə qonmuş qartal gördümü, 
maşını saxlatdırırdı. Atəş açandan sonra sürücüyə deyərdi ki, get o vurduğum 
quşu gətir. Sürücü bir neçə  dəfə "vurulmuş" quş dalınca gedib əliboş qayıtdı. 
Nəhayət, etirazını bildirib daha quş dalınca getmədi. O isə deyirdi ki, yaxşı 
baxsaydın vurulmuş quşu çoxdan tapardın. 
Yol boyu şirin söhbət edərək gəlib Ərdəbilə yetişdik. 
Burada çalışan yoldaşlarımızın numayiş  və çevriliş haqqında məlumatları 
yox idi. 
Dostum bizim yoldaşlarla məşğul oldu. 
Mən  şəhəri dolaşdım. "Hövdək" adlı  qəzet redaksiyasında Ayı Cövdətlə 
tanış oldum. Ziyalılarla görüşdük. 7 Noyabr nümayişi haqqında söhbət etdik. 
Onlar məni başa düşdülər. Nəhayət, çayxanaları  gəzdim. Burada Bakıdan 
gələnləri gördüm, səmimi söhbətimiz oldu. 
Nəhayət, bir çayxanada qəribə hadisə baş verdi. Yeri torpaq, mizi köhnə 
taxtadan ibarət, tüstüdən göz-gözü görmək mümkün olmayan bu çayxanada 
oturub çay istədim. 
Ərdəbillilər məni  əhatə edib ölkəmiz və müharibə haqqında suallar 
verirdilər. Bu dilində əlində stəkanlar dolu padnosla bizə tərəf çay gətirən adam 
mənə tanış gəldi. 
O mənə yaxınlaşanda "Süleyman!" deyib padnosu əlindən yerə buraxdı. 
Çayxanadakılar donub qatdılar. Mən də "Baba!" deyib ayağa qalxdım. 
Qucaqlaşıb öpüşdük. 
Baba ağlayırdı. Göz yaşını  əlinin dalı ilə silib yanımda oturdu. Babanın 
paltarı köhnə, ayaqları yalın idi. Bəli, atamın cənnət kimi qələmə verdiyi
burda, Baba çayçı şagirdi olmuşdu. 
Baba deyirdi ki, sovet qoşunları İrana daxil olanda göydə sizin ilk təyyarəni 
mən gördüm. Ona əl elədim. Baba ilə şərtləşib evlərinə getdim. Arvadı da məni 
görüb ağladı. Bütün məhəllə adamlarını soruşdu. Bu yoxsul, bər-bəzəksiz, yeri 
torpaq daxmada bir neçə saat şirin söhbətimiz oldu. Artiq əmin idim ki, 
Ərdəbildə heç bir xoşagəlməz hadisə baş verməyəcəkdir. 
Ərdəbildəki hərbi dostlardan bir qədər azuqə alıb Babanın evinə göndərdim. 
Əvəzinə Babadan yalnız bir kütüm balığı götürdüm. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
288 
 
Ərdəbildə köhnə uçuq məscid vardır. Məscid deyəndə, hücrələri, barılan da 
uçmuşdur. Oraya getməli oldum. Çünki Sovet İttifaqından İran təbəələri 1937-
ci ildə  İrana köçürülərkən onların  əksəri  Ərdəbilə  gəlmişdilər. Baba mənə 
demişdi ki, onların çoxu dilənçiliklə dolanır. Onlara mühacir (çervən) adı verib 
işsiz, pənahsız buraxıblar. Varlı gələnlər yoxsul olmuşlar. 
Bəli, mən məscidə getdim. Uçuq hücrələr ayaqyalın, başıaçıq, çılpaq, meyit 
rəngli uşaqlarla,  əldən düşmüş qocalarla dolu idi. Bizi görən kimi hamı 
məscidin həyətinə doluşdu. Yüzlərlə azəri burada göz görə-görə acından 
qırılırdı. Bəzilərinin başına hava gəlmişdi. 
Bir gənc dodaqaltı öz-özüylə danışırdı.  Şeir deyirdi. Mən bu mənzərəni 
Ərdəbildəki hərbi yoldaşlarımıza danışıb, onlara yardım göstərmılırini xahiş 
etdim. Yoldaşlarımız yaxşı dolanırdılar. 
Məsləhətlyşib qərara gəldik ki, aldıqları düyü, kartof, yağ, qənd paylarını 
bir araya toplayıb həmin aclara versinlər. Burada bir gənc dilənçi qadına rast 
gəldim. Söhbət  əsnasında aydın oldu ki, o vaxtilə  Gəncədə müəllimə imiş... 
İrana gələndən sonra bu hala düşmüşdür. Bu savadlı qadın dilənirdi. Biz onu 
hələlik Təbrizdə sovet xəstəxanasına işə göndərdik. Həmin qadınla görüşdən 
bir şeir yarandı. "Təsadüf" adlı şerim bu görüşün nəticəsidir. Şeir beiə başlayır: 
 
Birdən gözüm sataşdı xiyabanda bir qıza  
Qafqazdakı həyatın mən andım, ağladım,  
Dilbərdi, nazənindi, fəqət indi heç nədir,  
Ahından od tutub o qızın yandım, ağladım. 
 
Ərdəbildə məşhur təlxək Lotu Cabbara rast gəldim. Mən onu uşaqlıqda da 
görmüşdüm. O, Quba meydanında meyxana deyərdi, qəribə oyunlar nümayiş 
etdirib tamaşaçıların şiddətli gülüşünə səbəb olardı. 
Lotu Cabbar xalq arasında məşhur oyunbaz idi. Onun maharətinə hamı 
heyran olurdu. 
Hətta çar dövründə onun yaratdığı  məzhəkələr öz səsilə vallara yazılıb 
satılırdı. 
Lotu Cabbar Bakı  və başqa  şəhərlərimizin toylarında çox iştirak etmişdir. 
Mən onunla 1937-ci ildə  də görüşmüşdüm. Azərbaycan Dövlət Dram  
Teatrında  müdir  vəzifəsində  çalışdığım  zaman   Moskvada 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə