Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə75/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   71   72   73   74   75   76   77   78   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
292 
 
O,  Ərdəbildə evi olan Şahsevən Nəsrulla xanla görüşməli idi. Onun evinə 
birlikdə getməyimizi təklif etdi. Nəsrulla xan bizı  qəbul üçün yaxşı hazırlıq 
görmüşdü. Məclisdə üçümüzdən başqa kimsə yoxdu. Bəzən xanın xidmətçiləri 
qapı arasından ehliyatla görünüb süfrəyə yeməklər verirdilər. 
Nəsrulla xan da yaman zarafatcıl idi. Görünür, Korotkovla o əvvəllər də 
görüşübmüş. Çünki aralarında çox dərin zarafat olurdu. Korotkov ona ağır 
söyüşlər yağdırdıqsa Nəsrulla xan qəhqəhə çəkib gülürdü. 
Burada söhbət xanların bir-birlərilə silahlı toqquşmalara yol verməmələri 
haqda gedirdi. Nəsrulla xanın dediyindən belə çıxırdı ki, bizi Şahsevən xanları 
sovetlərin qələbəsinə inanmır. Almanlara rəğbət bəsləyirlər. 
Nəsrulla xan bizə iki sual da verdi. 
1. Stalin 
haradadır? 
2. Moskvanı almanlar ala biləcəkmi? 
- Əsla yox. 
Nəsrulla xan bir sıra sorğu-sualdan sonra bizi əmin etdi ki, "Şahsevən 
xanları sovet qoşunları İranda olduqları müddətdə ixüşaşa yol verməyəcəklər". 
Ərdəbildən Korotkovla birlikdə çıxdıq. 
Noyabrın  əvvəli idi. Yollara bərk qar yagmişdı. "M-l" maşının çarxlarına 
zəncir bağladıq. Qarlı yoldan çox ağır keçirdik. Yolda bizdən başqa kimsə 
yoxdu. 
Nəhayət, yarı yolda maşınımız dayandı. Ətrafda gözümüzə bir yaşayış yeri 
görundü. Biz yüngül payız paltarında idik. Donmayaq deyə ayaq döyürdük. 
Nəhayət, yoldan bir neçə yüz addım bir yerdən nazik tüstü çıxdığını gördük. 
Özümüzü ora yetirdik. Bu uçuq, xaraba bir mənzildi.  İçəridən arıq, qara, çox 
qoca bir kişi çırpılardan ocaq düzəldib üstünə köhnə bir çaydan qoymuşdu. 
Kim olduğunu soruşduq. Xanımanı dağılmış, işsiz, sərkərdan bir şəxs olduğunu 
bildirdi. Onun dediyinə görə, yaxında bir kənd var. Ondan xahiş etdik, kəndə 
bizim haqqımızda xəbər versin. Ona bir neçə tümən pul da verdik. 
Qoca ayağa qalxıb yola düşdü. İki saat sonra əllərində bel bir dəstə kəndli 
harayımıza yetişdi. Onlar bizimlə  əl verib, salamlaşdı. Yolun qar toplanmış 
xeyli sahəsini təmizlədilər. Biz onlara öz səmimi təşəkkürümüzü, hörmətimizi, 
məhəbbətimizi bəyan edib Təbrizə yola düşdük. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
293 
 
12-Cİ TÜFƏNG 
 
Şərab səfərində bir hadisənin  şahidi olmuşduq. Mən onu bilərəkdən sonra 
yazmağı  qərara aldım.  Əmniyə  rəisiylə  və  əmniyələrlə birlikdə hadisə baş 
vermiş kənddən digər bir dağ kəndinə getməli olduq. Əmniyə rəisi deyirdi ki, 
sizə arxalanıb kəndlilər bizim 12 əmniyəni tərk-silah edib gülünc vəziyyətdə 
Səraba qaytarıblar. Bu saat onlarda 12 tüfəng var. Bu asi kəndə divan tutmaq 
lazımdır. 
Biz təkrar ora atlandıq. Bu kimi çıxışlara səbəb  İrandakı  vəziyyətdir. 
Kəndlilərin mülkədarlardan, dövlət məmurlarından çəkdikləri  əzabların 
nəticəsidir. 
Əmniyyə rəisi isə öz nadan fikrindən əl çəkmirdi. Birlikdə Savalan dağları 
ətəyinə doğru hərəkət etdik. Bahar ayı idi. Savalanın təpəsində  hələ qar 
əriməmişdi. Atlarımızın ayaqları altından bahar çiçəklərinin qoxusu qalxırdı. 
Dağ yuxarı qalxdıqca təmiz havanı ciyərlərimizə çəkirdik. 
Yüksəkdə bina edilmiş  kəndə çatdıq. Kəndlilər çox təəccübləndilər. 
Əmniyyələrlə birlikdə iki hərbi sovet adamı vardı. Kəndin ağsaqqali bizi 
təzimlə, ehuramla qarşıladı. Uşaqlar bizi dövrəyə aldı. Kəndliləri başa saldıq ki, 
onlarla söhbətə  gəlmişik. Bizi kəndin kənarında ikigöz otaqdan ibarət bir 
mənzilə apardılar. 
Otağın mənzərəsi mənim diqqətimi cəlb etdi. Pəncərə  şişələri sınıqdı. 
Onlara xamırlı kağızla yamaq vurmuşdular. 
Bəli, bu bir yoxsul evi idi. 
Divarlar isə başdan ayağa qəzetlərdən cırılmış şəkillərlə bəzənmişdi. Otağın 
bu bəzəyindən orada yaşayanların daxili aləmini bilmək olardı. Divarlarda 
Leninin, Stalinin, Nəriman Nərimanovun, sovet sərkərdələrinin qəzetlərdən 
kəsilmiş,  şəkilləri yapışdırılmışdı. Otaqda bardaş qurub oturduq. Bizim üçün 
qoyun kəsmək istədilər. Yəqin gedəcəyimizi söykəyib buna razılıq vermədik. 
Bizo pürrəng çay gətirdilər. Söhbətə başladıq. Kənd ağsaqqallarına bildirdik ki, 
bu yaxınlarda bu kənddə 12 əmniyəni tərksilah etmisiniz. Tüfəngləri onlara 
qaytarmalısınız. Sovet hökuməti İranda silahlı çıxışların əleyhinədir. 
Kəndlilər əvvəlcə əmniyələrdən silah almadıqlarını soylədilər. Əmniyə rəisi 
birdən başından böyük qələt edib təhqiramiz sözlər işlətdi. Ağsaqqallar 
qəzəbləndi. Əlbətlə, üç-dörd əmniyə bu kənddə 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
294 
 
nə edə bilərdi ki. Səfərə  çıxanda biz zamin olmuşduq, kəndlilər onlara 
toxutunayacaqlar. İndi isə kişilənməyə, xoruzlanmağa başlayıblar. 
Biz kəndliləri sakitləşdirib  əmniyə  rəisinə bir daha ədəbsiz danışmamağı 
məsləhət bildik. Kəndin ən yaşlı sakini bizdən icazə alıb yan otağa keçdi. Bir 
neçə nəfərlə nə haqdasa söhbətdən sonra yenə yanımıza gəldi. 
- Bəli, əmniyələrdən silah almışıq. Silahlar kənddədir. İndi ki şurəvilər 
silahları qaytarmağı məsləhət görür, nə olar ki, qaytararıq. 
Ancaq bu silahları qaytarmaqla biz əliboş qalmırıq. Kəndimizə pis niyyətlə 
gələnləri qarşılamağa çomaqla da, baltayla da gücümüz çatar. 
Qoca iki nəfərə  işarə verdi ki, silahları  gətirsinlər. Oturduğumuz otağa 
əmniyələrin qabağına bir-birinin dalınca tüfənglər töküldü. Əmniyələr 
tüfəngləri saydılar. Otağa  ən bir tüfəng gətirilmişdi.  Əmniyələr 12-ci tüfəngi 
tələb etdilər. Kəndlilər isə təkidlə 11 tütəng aldıqlarını irəli sürürdülər. 
Bu söhbətlər  əsnasında digər otağın pərdəsi arasından hərdən iki baş 
görünürdü. Bunlardan biri örpəklə üzünü örtmüş gənc bir qadın, digəri isə on, 
on iki yaşli bir qəşəng uşaq idi. Biz kəndlilərdən xahiş etdik ki, 12-ci tüfəngi də 
qaytarın, əmniyələr artıq əskik danışmayıb sakit olsunlar. 
Ağsaqqal yenidən ayağa qalxıb yan otağa keçdi. Az keçmədən otaqdakı 
tüfənglərin üslüna 12-ci tüfəngi yerə tulladı. Bu dəm qapı  ağzında boynunu 
burub dayanan uşaq fəryad qopararaq qartal ov üstünə  şığıyan kimi 12-ci 
tüfəngin üstünə atıldı. 
—  Yox, bunu vermərəm, vermərəm! 
Uşaq tüfəngi sinəsində  sıxıb vermək istəmirdi. Kəndin ağsaqqalı  və qadın 
uşağı güclə tüfəngdən ayırıb yan otağa apardılar. Bu tüfəng nəzərinizi cəlb etdi. 
Onun qundağı parçalanmışdı. 
Ağsaqqal bu tüfəngin tarixini bu şəkildə danışdı. "Ağalar, əztz şurəvilər, bu 
kəndlərdə mülkədarların, bax bu əmniyətlərin  əlindən zülm ərşə dayanmışdı. 
Bir adamı öldürmək onlar üçün bir milçək öldürmək kimi idi. 
Qonşu kəndin mülkədarı çox zalım, qəddar adamdi. Bıçaq sümüyə 
dayanmışdı. Bir gün həmin kəndin yoxsulları  yığışıb mülkədarın yanına 
dərdlərini danışmağa getdilər. Mülkədar bu söhbəti öz nökərlərinə gülləsilə, 
atəşilə aparmağı lazım bildi... 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə