Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə74/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   70   71   72   73   74   75   76   77   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
289 
 
keçiriləcək 10 günlük üçün bizdə tamaşalar hazırlayırdıq. "Hacı Qara" 
komediyasının quruluşçu rejissoru respublikamızın xalq artisti Rza Təhmasib 
idi. Rza Təhmasib xahiş etdi ki, Heydər bəyin toy məclisində mütləq Lotu 
Cabbar iştirak etməlidir. Onu tapıb teatrda işləməyə dəvət etdik. Lotu Cabbar 
məşqlərdə çox gülməli oynnlar nümayiş etdirirdi. Bu qocaman usta hamımızı 
güldürürdü. Nəhayət, bir gün son məşq zamanı salonda adamların çoxluğunu 
görən Lotu Cabbar vəcdə gəlib sərhədi aşdı. Ağzından bir neçə beyt qəribə söz 
çıxdı. Rza Təhmasib vahiməyə düşdü. Dedi: "Qürxuram Moskvada daha başqa 
sözlər icad eliyə". 
Lotu Cabbarın zəhmət haqqısını verib hörmətlə yola saldıq. Budur, indi 
Ərdəbildə həmin Lotu Cabbar yanımızdadır. Bizi əyləndirir, güldürür. 
Qocalığına baxmayaraq yenə  qıvraqdır, çevikdir. Meyxana deyir, sərçə 
rəqsi göstərir. Barmaqlarıyla çəhəngini ta qulaqlarının dibinə aparır. Dombalaq 
aşır. Bir söz, bütün oyun proqramını bizim üçün nümayiş etdirir. 
Lotu Cabbar da Bakıda qalan qızı  və digər qohumlarından nigaranlığını 
bildirdi. 
Mən  Ərdubildə necə yaşadığını soruşdum. O dedi ki, "Əvvəllər bir qədər 
çətin dolanırdım, Allaha şükür, siz gələni kalanam. 
Mən ölüm, nə qədər mən sağam burdan getməyin. Yoxsa ölərəm, qalarsınız 
mənsiz. 
Görürsünüz ki, sizin yanınıza tez-tez gəlirəm, siz mənim çörək ağacımsınız. 
Ərdəbilin bütün varlıları mənə həsəd aparır. Onlar sizdən yaman qorxurlar. İllər 
biri ayrılıqda cibimə pul basıb deyir ki, məni o şurəvilərə tapşır. İşdir, bir şey 
olsa, mənim vanına, malıma toxunmasınlar. Mən də  həriflərə deyirəm ki, 
qorxmayın, sizi onlara çox möhkəm tapşırmışam, noxtaları  əlimdədir. Budur, 
bu gün onlar mənim cibimə pul basıb yanınıza göndəriblər, mən də  gərək bu 
pulların  əvəzinə sizə kef verəm. Mən ölüm, burada həmişəlik qalın, getsəniz 
bataram". 
Lotu Cabbarı bir daha görmədim. 
Ərdəbildən Sərəyinə getdik. Bizə  xəbər verdilər ki, orada almanların 
çadirları və qeyri-ləvazimatı qalmışdır. Biz dağlara doğru hərəkət etdik. Yolda 
bir çayxanada çay içmək istədik. Çayxanadan nəşə qoxusu gəlirdi. Çayxananın 
divarına yaşıl karandaşla çəkilmiş eybəcər  şəkillər vardı. Mən o şəkilləri 
divardan qopardım! Çayxana sahibi dedi 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
290 
 
ki: "Onları nahaq yerə çıxartdım. O şəkilləri bir dəli çəkir və gəlib bu divarlara 
yapışdırır. Ona mane olduqda çayxanada stəkan, nəlbəki qoymur. Hamısını 
sındırır". Sərəyinə çatdıq. Burada almanların çadırlarından  əlamət görmədik. 
Kim isə onları bizdən əvvəl aparmışdır. Guya almanlar buradakı suların tədqiqi 
ilə məşğul imişlər. 
Burada kiçik çaya bənzar Sərəyin suyu axırdı. Su buğlana-buğlana axırdı. 
Əlimizi suya vurduq. Çox isti idi. Müalicə  əhəmiyyətli su idi. Çox yerdən 
adamlar buraya gəlib həftələrlə bu suda çimirlərmiş. Yaxın kəndə girdik. 
Təəccüblüdür. Bilirdik ki, Cənubi Azərbaycan kəndlərində nə hamam olur, nə 
də bir həkim... Bu səbəbdən kəndlilər müxtəlif xəstəliklərə  tııtulurlar. 
Kəndlilərin ehtiyacdan və natəmizlikdən rəngləri solğun olur. Bu kənddə isə 
adamların sifəti başqa şəkildə idi. Gözümüzə qıvraq görünürdülər. Kənddə çox 
gözəl su da vardı. Bu eynənNarzan suyu kimi idi. 
Kənd əhalisi həm isti suda çimir, həm də bu Narzana bənzər suda. 
Bu sudan bir şüşəni doldurub ağzını probka ilə möhkəm bağladıq. 
Sərəyindən qayıdarkən suyun qazı iki dəfə probkanı havaya atdı. Yol üstündə 
bir kənd yaxınlığında birdən maşınımızın qabağına bir kəndli ailəsi çıxdı. 
Onlar maşının qabağında yerə sərələndilər. Maşından düşüb nə istədiklərini 
soruşduq. 
Arvadı və uşaqlarıyla qarşımıza çıxan kəndli yalvarmağa başladı: 
- Ağalar, bu balalarımıza rəhminiz gəlsin. Allah xatirinə bizim acından 
ölməyimizə razı olmayın.  Əmniyələr qış ehtiyatımızı-taxılımızı zorla 
evimizdən apardılar. Siz haqq-ədalət sahibisiniz. Bizə kömək əlinizi uzadın. 
Mənim dostum kəndliyə dedi ki, sizin öz hökumətıniz var. Ora şikayət 
eləyin. Bir də sizin daxili işlərinizə qarışmağa bizim ixtiyarımız yoxdur. 
Bu dəfə  uşaqlar ağlaşmağa başladı. Mən dözə bilmədim, maşını  kəndə 
sürdük.  İnsanlığımızı, sovet adamı olduğumuzu yerinə yetirməli idik. Bəli, 
kəndlinin qış azuqəsi ondan haqsızcasına alınmışdı. 
Kəndlinin oğlu  Ərdəbildə azadgahlarla çalışırmış - bu ailənin "günahı" bu 
imiş. Kəndlinin taxılını özünə qaytardılar. Ürəyi sakit Ərdəbilə qayıtdıq. 
Ərdtibildə doğrudan da bir həyəcan vardı. Bu həyəcanı doğuran çürümüş   
üsuli-idarə   idi.   Biz   həqiqətən   İranın   daxili   işlərinə 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
291 
 
qarışmırdıq. Ehtiyacdan, istismardan, istibdaddan cana gəlmiş adamlar artıq bu 
quruluşun çürüdüyünü bilirdilər. Nicat yolu axtarırdılar. Bu vəziyyati 
yaradanlar isə bunu sovet qoşunlarının  İran torpağında olmasıyla izah etmək 
istəyirdilər. Özləri bunu bilirdilər. Lakin Qızıl Ordunun İran torpağında olması 
onlara kəndlilərə divan tutmaq üçün istədikləri məkanı vermirdi. 
Biz Ərdəbildə şəhər rəisinin (ostandarın) yanında olduq. O, qoca və arıq bir 
adamdı. Söhbətimiz  Ərdəbildəki və  kəndlərdəki vəziyyət haqqında idi. O 
farsdı, bizimlə hərbi pallarlı bir gənc İran zabitinin vasitəsilə söhbət edirdi. Biz 
sovet hərbi nümayəndələrinin onların daxili işlərinə qarışmadığını, kəndlərdəki 
silahları öz qoşunlarının qaçarkən kəndlilərə verdiklərini, satdıqlarını söylədik. 
Bu həqiqəti  əlbəttə, danmaq olmazdı.  Əksinə, biz İran torpağında iğtişaşların 
baş verməməsinə çalışırdıq. 
Bir dostumuz yenə özünəməxsus  əda ilə üzünü ostandara (şəhər rəisinə) 
tutub dedi: "Cənab fərhəngdar (belə bir təbir yoxdu) məsələnin əsası budur ki, 
belə-belə bir şeylər" mütərcim bu cümləni tərcümə edə bilmədi. Ostandara 
söylədi ki, ağanın cümləsini anlamadım. 
Daha sonra dostum nitqinə davam etdi. 
- Ağayi fərhəngdar, biz Süleyman Rüstəmlə sabah səhər  Ərdəbildən çıxıb 
getməliyik. 
Bu sözü yarımçıq qoyub dostum birdən həyəcanla dedi: 
Ostandar tərcüməçidən soruşdu ki, ağa niyə əsabanı danışır. 
Tərcüməçi ostandan başa saldı. 
O da cavab verdi ki, "mən ağanın havaxt hardan gəlib və havaxt hara 
gedəcəyilə əsla maraqlanmıram. Əsəbanı olmağa dəyməz". 
Oslandarla söhbətimizdən sonra dostumdan özündən çıxmasmın səbəbini 
soruşdum. Cavabı bu oldu: "Yaxşı qurtardıq, sirri yaman vermişdim. Axırını 
yaxşı ki, düzəltdim. Yoxsa sabah yolda qabağımızı  kəsib səni də, məni də 
öldürərdilər". 
Ərdəbili  ətrafındakı xanlar arasında da müxtəlif hadisələr baş verirdi. 
Alman radio verilişlərinə qulaq asan bu xanlar Moskvanın düşmənlərimiz 
tərəfindən alınacağını güman edirdilər. 
Xüsusən  Şahsevən xanları arasında belə söhbətlər gedirdi. Bu xanların 
bəzisi bir-birilə yaxın qohum idilər. Ərdəbildə Korotkov yoldaşla görüşdüm. O, 
Ərdəbilə bu məsələlərlə  əlaqədar gəlmişdi. Korotkov farsca da bilirdi. 
Qarayaniz zarafatçı bu adarala söhbətimiz tutdu. 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə