Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə70/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   66   67   68   69   70   71   72   73   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
277 
 
Azərbaycan Opera Teatrı  Təbrizdə qastrolda olanda Bülbül "'Koroğlu" 
tamaşasında həmin atı minərdi. 
Bir gün dostum Bülbül ilə balaca küsüşmüşdük. Atlara baxan əsgərə 
tapşırdim ki, mənim atımı daha teatra verməsinlər. 
Bir axşam "Koroğlu" tamaşasında Bülbül səhnəyə arıq görkəmsiz faytonçu 
atı ilə  çıxdı. Tamaşadan sonra Bülbüllə görüşdük.  İkimiz də sözsüz gülməyə 
başladıq. Nəhayət, Bülbül diliəndi. "Şair, axırda qəhrəman Koroğlunu fayton 
atına da mindirdin". 
Bundan sonra Bülbiil yenə həmin "Artist ləqəbli atla çıxış etdi. Ata "Artist" 
ləqəbi təsadüfi qoyulmamışdı. At doğrudan da çox qəşəng və çox oynaq idi. 
 
* * * 
 
Təbriz indi də gözlərimin önündədir. Onun bir böyük küçəsi vardır. Biz 
orada olanda əhali həmin küçəyu Səttarxan-Bağırxan xiyabanı adını verdi. 
Həmin küçədə mehmanxana (Firdos mehmanxanası), mağazalar, restoranlar 
yerləşir. Təbrizdə  əhalini siyahıyaalma o qədər də inandırıcı deyil. Əhalinin 
müəyyən qismi müəyyən səbəblərə görə siyahıyaalınmadan boyun qaçirırdı. 
Verilən rəsmi məlumata görə o zaman Təbrizin əhalisi 300 minə qədərdi. 
Təbrizdə 12 min erməni yaşayırdı. Demək olar ki, şəhərin mərkəzindəki 
mağazaların səhmanlısı onların idi. 
Təbrizdə vur-tut bir zavod vardı. Bu pivə zavodu Budaqyansm idi. 
Şohərdə bir kinoteatr binası vardı. 
Bakıdan Təbrizə bizim "Azərfilm" in çəkdiyi əsərtar gətirildi. Bu işlərə də 
mən nəzarət edirdim. 
Biz çox ucuz qiymətə bu filmləri bina sahiblərinə xalqa göstərmək üçün 
verirdik. 
Bir gün şəhər bağında "Kəndlilər" filmini əhaliyə göstərirdik. Açıq havada 
soyuğa baxmayaraq, tamaşaya hamı böyük maraqla baxırdı. Az keçmədi 
quşbaşı qar yağmağa başladı. Lakin kimsə yerindən tərpənmədi. Təbrizdə sanki 
hamı alverlə  məşğuldur. Məsələn, bir küçədən keçirsən, orada qəribə 
munzərəyə rast gəlirsən. Sanki alçaq mərtəbəli evlər mağazadır. Hər evin 
küçəyə açılan pəncərələrində hər şey satılır. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
278 
 
Məsələn, bir pəncərədə üzüm, yemiş, digərində quru meyvə nəzərə çarpır. 
Pəncərənin bir gözü bir qardaşa, digər gözü digər qardaşa məxsusdur. 
Təbrizdə istədiyin şeyi adama zorla da sata bilirlər. 
Bir gün Bülbüllə birlikdə küçə ilə gedirdim. 
Bir cavan adam qabağımızı  kəsib Bülbülə müraciətlə "Ağa, mən bu 
qəlyanaltını satıyam". 
Bülbül: - Canım, get sat. 
Cavan oğlan; - Ağa, bu qəlyanaltını vallah satıyam. 
Bülbül: - Gülüm, dedim ki, get sat!.. Mən çəkən deyiləm. Mənim qəlyanım 
yoxdur, altını neyləyirəm. 
Cavan oğlan bizdən ayrıldı. Bir az sonra başqa bir yerdə yenə qabağımızı 
kəsdi. 
Cavan oğlan: - Ağa, man bu qəlyanaltını satıyam... 
Bülbül: - Canım, get sat da... nə istəyirsən məndən... 
Cavan oğlan getdi. Üçüncü dəfə yenə qabağımıza çıxdı. 
Cavan oğlan: - Ağa, mən bu qəlyanaltını satıyam. 
Bülbül: - Bala, qiyməti neçədir? 
Cavanoğlan: - Birtümənə... 
Bülbül: - Al bala, bü sənin bir tümənin, xoş getdin. Qəlyanaltın mənə gərək 
deyil. 
Cavan oğlan alverindən xeyli razı bizdən uzaqlaşdı. Doğrudan da heç nəyə 
gərək olmayan köhnə qalyanaltını da Təbrizdə yaxşi qiymətə satmaq olarmış. 
Bülbül dedi: "Süleyman, bu Təbrizlilər qəribə adamlardır. Bir də gördün ki, 
həmin bu cavan adam sabah qabağımıza çıxıb deyəcək, ağalar, mən qarpız 
qabıqlarını satıyam. Sənə satacaq, hünərin var alma, alacaqsan". 
 
* * * 
 
Dedim ki, Təbriz qəşəng  şəhərdir. Baharı çox gözəldir. Dar küçələrdən 
keçəndə uca banlardan başqa bir tikintini görmürsən. Lakin hər qapıdan içəri 
girəndə gözəlliyə heyran olursan. Bunların içərisində nəzərə çarpmayan evlər, 
meyvə  ağacları, üzümlər, güllər, çiçəklər, gözləri oxşayır.  Şəhərin  ətrafındakı 
yoxsul evlərinin qabağında üzümlük və çiçəklik vardır. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
279 
 
Təbrizin qışı sərt olur. Bozən şaxta adamı qılınc kimi kəsir. 
Belə qış aylarında yoxsulların halı çox ağır olur. Qışda yanacaq üçün odun 
çox baha satılır. 
Bir az komür tapıb kürsü quran daxmalarda ailə güclə qızına bilir. Bir dəfə 
şəhərkınarı məhəllələrinin birində çox acınacaqlı bir mənzərənin şahidi oldum. 
Bir döngədə xörək içində kişə bükülmüş bir meyit gördüm. Meyitin dövrəsində 
buz üstündə titrəyə-titrəyə ağlayan bir ncçə oğlan və qız uşağı vardı. Yaxınlaşıb 
məsələylə aşina oldum. Meyit qoca bir bənnanın idi. 
Yoxsullar yayda birtəhər dolana bilərdilər. Qış ayları onlar üçün çox ağır 
olurdu. Evlərdə yanacaq yox idi, bazarda odunun qiyməti çox baha idi. 
Hətta elə evlər vardı ki, orda ailələr üstlərinə salmağa qalın yorğan belə tapa 
bilmirdilər. 
Küçələrdə buzlar üstə ayaqyalın, başıaçıq gəzən uşaqların vəziyyəti adamı 
sarsıdırdı. 
Axşamlar dadlı yeməklərin qoxusunu ətrafa yayan restoranların qapısında 
dilənən oğlan, qız uşaqları adamın ürəyini yandırırdı. Biz cibimizdə nə artıq pul 
vardısa, bu məsum balalara verirdik. Bəzi dilənçi uşaqlar bizi öz aralarında 
bölüşdürmüşdülər. Məsələn, biri məni, digər dilənən uşaqlara göstərib deyirdi 
ki: "Siz bu ağaya yaxınlaşmayın, bu mənim ağamdır. Siz də özünüzə başqa ağa 
tapın". 
Bu körpələr haqqında düşünən, onları bu vəziyyətdən xilas üçün çarə 
axtaran hanı? Şair, gəl döz bu dərdlərə görüm necə dözürsən! 
Ailənin imkanı olmadığından meyiti döngədə qoyub dəfn üçün yol 
keçənlərdən kömək istəyirdilər. Cibimdə olan bir neçə tüməni onlara verib 
ürəyi yaralı düşüncələr içərisində oradan ayrıldım. "Memarın faciəsi" poemam 
həmin hadisənin məhsuludur. 
Sovet qoşunları İran torpağına daxil olmamışdan əvvəl kürdlərin dağlardan 
aşağı,  şəhərlərə  gəlməsi qadağan idi. Bizim İranda olmağımız bu xalqların 
dostluğunun möhkəmlənmasinə səbəb oldu. 
Doğrudur, kürdlər ilk dəfə  dəstə-dəst;» Təbrizə  gələndə yuxarı  təbəqədən 
olanların kürkünə birə düşdü. Dükan-bazar bağlandı. Şəhərdə gediş-gəliş azaldı 
- adamlar evlərdə oturub nəyinsə baş verəcəyini gözləyirdi. 
Lakin heç bir hadisə baş vermədi. 
 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə