Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə66/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   62   63   64   65   66   67   68   69   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
265 
 
daxilində bir sənət ümmanı dalğalanırdı. O, nə evdə, nə teatrda rahatlıq 
bilməzdi. Həmişə axtarışda, həmişə səhnəmizin inkişafı üçün düşünməkdəydi. 
O, qəlbinin bütün tellərilə səhnəyə, sənətə bağlı idi. Hidayətzadə, klassik və 
müasir dramaturgiya və  ədəbiyyatla çox yaxşı, dərindən tanışdı. O, səhnənin 
bütün sirlərinə  bələddi desək, yanılmarıq. Mən onunla Nəriman Nərimanov 
adına Sənaye Texnikumunda oxuduğu zaman, 1924-cü ildə tanış oldum. 
Məktəbimizin dram dərnəyində biz həvəskarlar kiçik formalı  əsərlər 
hazırlayardıq. Böyük formalı  əsərlər üçün dövlət dram teatrının artistlərini 
dəvət edərdik. Cəfər Cabbarlının "Aydın" dramasını Hidayətzadənin bizimlə 
məşq etdiyi yadımdadır. Şəmsəddin Abbasov Aydın, mən isə Surxay rollarında 
çıxış etdik. Məktəbli olduğumuz illərdə çox sevdiyimiz artistlərdən biri də 
Hidayətzadə idi. İstedadlarına heyran olduğumuz artistləri səhnədən kənarda 
görəndə sevincimizin hüdudu olmazdı. Abbas Mirzə  Şərifzadə, Mirzəğa 
Əliyev. Sidqi Ruhulla, Rza Təhmasib, Gəraybəyli, Hacıağa Abbasov, Mirziyə, 
Əzizə, Hidayətzadə kimi artistərin həyatını daha yaxından öyrənməyə can 
atardıq. Daha sonralar bu sənətkarlarla tez-tez görüşüb söhbət etmək, onlarla 
duz-çörək kəsmək kimi səadət də bizə nəsib oldu. 
1934-1935-ci illərdə Hidayətzadə ilə daha tez-tez görüşərdik. O, Cəfər 
Cabbarlının "1905-ci ildə"  əsərində Salamov, "Sevil"ində  Əbdüləli bəy, 
"Almas"ında Şərif surətlərini misilsiz məharətlə, ustalıqla ifa edərdi. 
Yadımdadır, biz yazıçılar "1905-ci ildə" tamaşası veriləndə teatra zəng 
vurub Salamov obrazını hansı artistin oynayacağını soruşardıq. Hidayətzadənin 
bu rolda çıxacağını biləndə toplaşıb dəstəylə teatra gedərdik. Biz onun daimi 
azarkeşləri idik. Hidayətzadə  hər tamaşada ifa etdiyi surətlərə  əsərdəki 
hadisələrlə  əlaqədar gözəl cizgilər, boyalar əlavə edərdi. Mürəkkəb xarakterli 
dolğun surətlər yaradan bu səhnə ustadının məharətinə hamımız heyran idik. 
Sənət məsələlərində prinsipial, özünə  və dostlarına qarşı çox tələbkar, sənət 
aləmində güzəşt bilməyən bu adam həyatda çox sadə, təvazökar və olduqca 
şirin söhbətli idi. Onun söhbətlərində incə bir yumor vardı. Özündən yaşlı  və 
kiçik sənət adamlarıyla Cəfər Cabbarlı, Abbas Mirzə  Şərifzadə, Ülvi Rəcəb, 
Əfrasiyab Bədəlbəyli. Rza Təhmasib, Sabit Rəhman, 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
266 
 
Mikayıl Müşfiq, Məmməd Kazım  Ələkbərli,  Əli Nazim, Tuqanov, Adil 
İskəndərov, İsmayıl Dağıstanlı, rəssam Rüatəm Mustafayev, Şəmsi Bədəlbəyli, 
Ələsgər Ələkbərov və başqalarıyla dostluq edərdi. 
Mən də Hidayətzadənin dostlarından və sənət pərəstişkarlarından biri idim. 
Mən onun Trenyovun "Lyubov Yarovaya" əsərindəki  Şvandiya obrazını necə 
ustalıqla, məharətlə ifa etdiyinə valeh idim. Hidayətzadə bir rejissor kimi də 
böyük şöhrət və məhəbbət qazanmışdı... 
1937-38-ci illərdə  Əzizbəyov adına teatrda müdir olduğum zaman 
Hidayətzadə ilə daha yaxından dost olduq. Mən onun bir çox məşqələrində 
olmuşam. O, xüsusilə gənc artistlərə qarşı çox qayğıkeş idi. Məşq zamanı cavan 
artist onun tapşırıqlarını lazımınca yerinə yetirməyəndə  İsmayıl özü səhnəyə 
atılıb həmin surəti necə ifa etmək lazım gəldiyini nümayiş etdirər və ciddi 
tapşırardı ki, məni təqlid etmə, özünü tap, mən bu surəti bu sayaq düşünürəm. 
Sən də düşün, tap. O, hər məşq zamanı bir neçə dəfə tərli köynəyni dəyişərdi. 
Biz o vaxt tez-tez Hidayətzadəgildə toplaşıb pürrəng çay içərək teatrımızın 
repertuarı və kollektivi haqda ciddi söhbətlər edərdik. İsmayılın həyat yoldaşı 
Soltan xanım, oğlu Timuçin süfrəmizi dadlı  şirnilərlə  bəzərdilər. Mən onunla 
və Üzeyir Hacıbəyovla birlikdə özbək incəsənəti on günlüyünə Moskvaya və 
başqa yerlərə  səfərə  çıxmışam. Hidayətzadənin çox yaxşı yol yoldaşlığı var. 
Onunla səfərə  çıxan  əsla darıxmazdı. Moskvada keçiriləcək Azərbaycan 
incəsənəti ongünlüyünə hazırlıq  ərəfəsində Hidayətzadə dram teatrından 
rnüvəqqəti olaraq opera və balet teatrına köçürüldü. Onun tamaşaya qoyduğu 
"Koroğlu"nun necə böyük müvəffəqiyyət qazanması hamıya bəllidir. 
Hidayətzadə ayrı-ayrı surətlərlə yanaşı kütləvi səhnələri canlı nümayiş etdirmək 
işində çox mahir ustad idi. Kütləvi səhnələrə onun qədər böyük əhəmiyyət 
verən rejissor tək-tək olar. Moskva səfərindən sonra Hidayətzadə opera və balet 
teatrında bədii rəhbər vəzifəsində qaldı. 
Opera teatrında olsa da onun yarı canı, ürəyi dram teatrında idi. 
Yadımdadır, darıxanda zəng vurub məni yanına çağırardı. Çaydan, söhbətdən 
sonra, kabinetin qapısını bağlayıb ayna qabağında dayanardı. 
- Mirzə Süleyman, biletsiz axşam tamaşası başlanır - deyib birdən dram 
teatrında oynadığı surətlərdən parçalar nümayiş etdirməya başlardı. Özü də 
necə... Mənim üçün, tək bir tamaşaçı üçün vəcdə 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
267 
 
gəlib, coşqun ilhamla oynardı. Paltarsız, qrimsiz də olsa gözlərimin qabağında 
Salamov,  Şmaqa,  Əbdüləli bəy,  Şərif,  Şvandiya,  Şeyx Nəsrulla və başqa 
surətlər bütün boyalarıyla canlanırdı. Mən ondan xahiş edərdim ki, heç olmazsa 
ayda bir dəfə gəlib dram teatrında yaratdığı bu surətləri tamaşaçılara göstərsin. 
O, razılıq versə də, operada iş çox olduğundan bu vədi yerinə yetirə bilmirdi. 
Hörmətli bəstəkarımız Qara Qarayev bu günlərdə bəstəkarların qurultayında 
çox haqlı olaraq Hidayətzadənin və  Məhərrəm Haşımovun opera sənətimizin 
inkişafı üçün böyük zəhmət çəkdiyini hörmətlə qeyd etdi. Vətən müharibəsi 
illərində: opera və balet teatrımız Təbrizdə çox böyük müvəffəqiyyətlə 
tamaşalar verdi. O zaman teatrın bədii rəhbəri yenə Hidayətzadə idi. 
Təbrizin, Mərəədin, Sərabın,  Ərdəbilin teatr həvəskarları onun yanına 
məsləhətə  gələrdilər. Hidayətzadəni burada da sevdilər. Bir qardaş, bir ustad 
kimi bağırlarına basdılar. 
1946-cı ildə "Qaçaq Nəbi"  əsərinin quruluşunu Hidayətzadəyə 
tapşırmışdılar. Onun kimi rejissorla işləmək doğrudan da müəllif üçün 
səadətdir. Həmin ildə  mən bir neçə aylığa Moskvaya təhsilə getməli oldum. 
Əsərdən nigarandım. Hidayətzadə ilə məktublaşandan sonra ürəyim sakit oldu. 
Hidayətzadənin məktublarında da özünə  məxsus bir əda və yumor vardı. 
Onlardan bir neçə misal gətirmək istəyirəm. O yazırdı: "Qardaşım Süleyman! 
Hər şeydən qabaq salam olsun əziz Mirzə Süleyman ağaya və sonra ərz olsun 
ağamın qulluğuna ki, sənin məktubunu aldım və çox şadam ki, Moskvadakı 
işlərin düzəlib və  hər  şey öz qaydasıyla cağbacağdır. Snə cavab yaza 
bilmədiyimə  səbəb çoxdur. Birincisi odur ki, mən bu vaxta kimi "Qız qalası" 
quruluşunda məşğul idim. Aprelin 18-də tamaşa böyük müvəffəqiyyətlə keçdi. 
Ancaq hələ "Qız qalası" qurtarmamış, məni çağırıb aprel bayramı üçün, yəni 
aprelin 28-i üçün böyük bir konsert proqramı düzəltməyi tapşırdılar. Əlavə bu 
kansertdə birpərdəli yeni bir əsər göstərməli idim. Yəni, yoldaş Orconikidzenin 
və başqa yoldaşların Azərbaycana ilk dəfə gəlmələrini göstərməli idik. Odur ki, 
kompozitor Niyazi və Mikayıl Rəfıli ilə bu tema üzərində çalışıb bir pərdədən 
ibarət bir səhnəcik quruluşu verdim". 
Hidayətzadə bütün böyük təntənələrdə, bayramlarda, əlamətdar hadisələrlə 
əlaqədar  şənliklərdə verilən konsertlərə  məharətlə,  İlhamla, məhəbbətlə 
rejissorluq edirdi. 


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə