Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə72/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   68   69   70   71   72   73   74   75   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
283 
 
gözlərilə bizi süzdü. Bu xanın qardaşı idi. Belə bir hadisəyə baxmayaraq, tiryək 
çəkməklə  məşğuldu. Digər otaqdan iki qadın çıxdı. Biri xanın arvadı, digəri 
bacısı idi. Xanın bacısı örpəyini başından götürüb ayaqlarımın altına atdı. 
- Qardaşımın və oğlunun ya dirisini, ya ölüsünü bizə qaytarın - dedi. 
Kənd ağsaqqallarına müraciət etdik. Qarət olunmuş şeylər bir saatın içində 
xanın evinə qaytarıldı. Kənd əhalisi meydançaya toplaşdi. 
Hamı bir ağızdan xanın və  oğlunun qaçdığını söyləyirdi.  Əmniyə  rəisi 
deyirdi ki, "bu yalandır, xanı öldürmüsünüz. Görünür günahı varmış ki, 
öldürmüsünüz". Meydançaya toplaşanlar bir-bir xanın zülmündən, oğlunun 
qizların namusunu pozmasından xeyli danışdı. Bir gənc qadın başını  aşağı 
dikərək Xan oğlu tərəfindən zorlandığını danışdı. 
Bir qoca kürkünü qaldırıb belindəki xəncər yaralarını göstərdi. O dedi ki, 
Xan oğlu nəvəmi zorlamaq istəyirdi. Mən harayına yetişdim. Xan oğlu 
həyatimdəki meyvə  ağaclarını doğramağa başladı. Mane olmaq istəyəndə 
xəncərlə bir neçə yerdən məni yaraladı. 
Divana şikayət etdim. Səsimi eşidən olmadı. Kəndlilərin arasında pəhləvan 
gövdəli birini tanıdım. O vaxtilə (Qulam Yəhya) Bakı neft mədənlərində 
işləyirdi. Mən xəlvəti ona başa saldım ki, əmniyə rəisi köhnə qurddur. Onlardan 
şübhələnir. Sabah gecə Səraba yanımıza gəlsinlər. Gecəni kənddə xanın evində 
qalmalı olduq. Kəndülər gecə yarısına qədər bizə suallar yağdırırdılar. Əmniyə 
rəisi onlara belə deyirdi: "Əqlinizi başınıza yiğın. Bu gün-sabah müharibə 
qurtaracaq. Bunlar öz vətənlərinə qayıdacaq. Yenə burada sizinlə biz 
qalacağıq". 
Mən kəndlilərə bir neçə  şeir oxudum. "Durnalar" şerimi oxuyandan sonra 
soruşdum ki, bu şeir onlara çatdımı? Bir kəndli dedi: 
- Ağa, niyə, ürəyimin qulaği var, gözü var. 
Durnalar bizux da". 
Bu söz sonra mənim bir şerimin sərlövhəsi oldu. Kəndlilər evlərinə 
dağılışdı. Biz xalılar üzərində yatmalı idik. Əmniyə  rəisi və  əmniyələr 
biləklərini və ayaqlarının açıq tərəfini qaytanla bərk bağladılar. Biz təəccüb 
etdik. Sən demə özlərini bitdən müdafiə üçün tədbir görürmüşlər. 
Sababı Səraba gəldik. Bir evdə rahatlanmaq istədik. Gecəyarı Qulam Yəhya 
bir yoldaşla yanımiza gəldi. Lampa işığında söhbətə başladıq. Onlar xanın və 
oğlunun həmin kənddə otaqda boğdurulub yol üstündəki quyuya atıldığını 
bildirdilər. 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
284 
 
Artıq bu adamların burada qalması  təhlükəli idi. Səhər tezdən görüşməyi 
qərarlaşdırdıq. 
Lakin sübhə qədər yata bilmədik. Bədənimizi nə isə yeyirdi. Bəlkə qaşınma 
xəstəliyinə tutulmuşduq, deyə düşündük. Köynəklərimizi yoxladıq.  Əllmizdə 
bitlər sira-sıra düzülmüşdü. Dəhşətə gəldik. Sübh tezdon iki yoldaşı Ərdəbildən 
Təbrizə gedən hərbi yük maşınıyla yola salıb özümüz də orada qalmayıb 
hərəkət etdik. Mehmanxana həyətində soyunub paltarımızı yandırmağa verdik. 
Təmizlənib təzə paltar geydik. Təbrizdə Q.Y. yoldaşın taleyi bizi çox nigaran 
qoymuşdu. Bizə  xəbər çatdı ki, Q.Y. yoldaşı tutublar. Sərab  əmniyə  rəisi 
Təbrizə telefonla xəbər çatdırıb ki, Q.Y. yoldaşı sovet maşınında yola salıblar. 
Mən  şairliklə yanaşı, bir fədaiyə dönmüşdüm. Ürəyim cənublu 
qardaşlarımızın çəkdikləri müsibətlərə,  əzablara tamaşaçı kimi baxa bilmirdi. 
Təbriz ziyalıları,  ətraf kəndlərin nümayəndələri yanıma gəlib dərdlərini 
danışırdılar. Mən də onların arzularını  məndən rütbəcə böyük yoldaşlara 
çatdırırdım. Hər ailənin, hər adamın həyatı, güzəranı bir böyük kitaba sığmayan 
hadisələrlə doluydu. 
Q.Y. yoldaşın taleyi ilə məşğul olduq. 
Mirzə ilə  mənim yanıma iki adam tez-tez gəlib hər xahişimizi yerinə 
yetirməyə hazır olduqlarını bildirdilər. Bunlardan biri Milli Qəhrəman 
Səttarxanın kürəkəni idi. Çox ucaboy, pəhləvan gövdəli bu adam deyirdi ki, 
kimi istəyirsinizsə gedib vurum. Mən bunlardan çox zülmlər çukmişəm. Biz 
onu başa salırdıq ki, İran torpağına gəlməkdə məqsədimiz başqadır. Biz terror 
əleyhinəyik. Tək-tək adamları aradan götürməklə xalqımın vəziyyəti 
yaxşılaşmaz. Bir gün eşitdik ki, Qarabağda nıülkədarlar öz nökərlərilə birlikdə 
onu facianə bir surətdə öldürüblər. 
İkinci adam isə  Zəndi adli kürd idi. O zindandan təzəcə  çıxıb Təbrizə 
gəlmişdi. O deyirdİ ki, "Mon kürd ziyalılarındanam. Azadgah olduğumdan 
neçə ildi ki, zindanda yatırdım. Mən hazırda dəmir qəfəsdən çıxmış  pələngə 
bənzəyirəm. Deyin, kimi aradan götürüm!" 
Biz Səttarxanın kürəkəninə dediklərimizi ona da söylədik. Mirzə ilə bir neçə 
kəlmə danışdıq ki, o bizi başa düşməsin... 
Kürd Zəndi bir neçə dil bilirdi. Mən ona Q.Y. yoldaşın başına gələnləri 
danışdım. Zəndi dedi ki, mən belə işlərin çarəsini yaxşı bilirəm. 
Nəhayət, öyrəndik ki, Q.Y. yoldaş xilas edilmişdir. Bu həqiqətə  nə  qədər 
uyğundur, bilmirəm. Zəndi bizə dedi ki, mən qubernator Fəhıminin kabinetinə 
girdim. Mauzeri gicgahına dayayıb Q.Y. yoldaşın dərhal 
 


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
285 
 
azad olunmasını  tələb etdim. Qoca qubernator canının qorxusundan telefonla 
dərhal Q.Y. yoldaşın buraxılması əmrıni verdi. Sonralar Q.Y. yoldaşı hər dəfə 
görəndə bu hadisəni ona xatırlatmaq istədimsə də, bacarmadım. 
 
ƏRDƏBİL SƏFƏRİ 
 
Bizə, Təbrizə xəbər gəlib çatdı ki, 7 noyabrda Oktyabr inqilabının ildönümü 
günündə  Ərdəbildə  əhali çevriliş yaratmaq fikrindədir. Bunun qarşısı alınmalı 
idi. Bizim Qizıl Ordu İran torpağına bu məqsədlə daxil olmamışdl. Bu 
hadisədən müharibənin bu gərgin çağında bizə dost olmayanlar sui-istifadə edə 
bilərdi. Ərdəbilə məni və bir yoldaşı göndərməyi qərara aldılar. "M-l" maşınla 
yola çıxdıq. Sürücümüz gənc idi. Bu yolu ilk dəfə  qət edirdik. Axşamüstü 
Səraba çatdiq. Mən gecəni Sərabda qalmağı irəli sürdüm. Dostum təkidlə yola 
çıxmaği məsləhət gördü. O tanış, bələd olmadığımız bir yerdə gecələməkdən 
ehtiyat edirdi. İkimizin də rutbəsi batalyon komissarı rütbəsiydi. Nədənsə, səfər 
dostum Bakıda məsul işlərdə olduğu havayla hərəkət edərok mənimlə 
sürücünün üzərindo rəhbərliyi öhdəsinə götürdü. Hava qaralanda yola düşdük. 
O, sürücüyə ciddi tapşırdı ki, "Gözün dörd əfsun, yolda gözünə şübhəli bir şey 
görünəndə cəld maşını saxla". 
Artıq qaranlıq düşmüşdü. Dərələrdın keçəndə qulaqlarımızda küləklərin 
uğultusu səslənirdi. 
Təbrizdən Ərdəbilə gedən yol boyu hər şeydən çox söyüd və iydə ağacları 
görmək olur. Hətta palçıq evli kənd həyətlərində, küçələrində  də bu ağaclar 
görünür. Yollarda Tehrana və digər  şəhərlərə gedən maşınların damında da 
kəndirlə məhküm sarınmış yük vardı. Bir də görürsən ki, yolu tozanaq bürüdü. 
Yolda toz bulud kimi havaya qalxdı. Budur, bir neçə yüz eşşəkdən ibarət 
karvan gəlir. Bunlar hansı mülkədarınsa, xanınsa taxılını, toyuq-cücəsini, 
meyvosini şehere daşıyır. Bu malları gətirən karvanı sürən kəndlilərin yolların 
tozundan ancaq parıldayan gözlərini yaxşı seçmək olurdu. Yollar, yollar, ağ 
saçlı yollar, cənublu qardaşlarımın dərdlərinə, müsibətlərinə şahid yollar. 
Cənublu qardaşlanmızın qəhrəmanlıqlarına  şahid yollar. Bu yollardan 
səyyahlar, şairlər, alimlər, sərkərdələr keçib. Bu yollardan 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə