Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə61/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   57   58   59   60   61   62   63   64   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
250 
 
göruşür və özümüzə yeni dostlar qazanırdıq. Görüşlərdə söhbətlər sovet 
ədbiyyatımızın gələcək yüksəlişi haqda gedirdi. Bu qurultayda xaricdən gəlmiş 
proqressiv yazıçılar da vardı. Biz bu qurultayda bir daha gərgin ideoloji 
mübarizənin  şahidi olduq. Bizim nümayəndələr arasında Cəfər Cabbarlı, 
Səlman Mümtaz, Məmməd Kazım  Ələkbərli, Qafur Əfəndiyev (Qantəmir) 
Səməd Vurğun,  Əbülhəsən, Mikayıl Rəfili, Mikayıl Müşfiq, Yusif Şirvan və 
digər yoldaşlarımz vardı. 
Maksim Qorkinin rəhbərliyilə keçən qurultay çox canlı idi. Poeziya 
haqqında məruzəçi Buxarin idi. Onun sovet poeziyasıınn görkəmli 
nümayəndələrinə verdiyi qiymət salondakıları çox narazı saldı. 
Yadımdadır, görkəmli rus sovet şairləri bu məruzəyə qarşı öz etirazlarını 
bildirdilər. Tənəffüs zamanı söhbət arasında  şair Aleksandr Bezımenski bu 
məruzə haqqında Sovet İttifaqı Kommunist partiyası Markəzi Komitəsinə bir 
məktub göndərilməsini irəli sürdü. Mərkəzi komitə adına yazılmış bu məktuba 
Mikayıl Rəfili və mən də imza atdıq. 
Mikayıl Rəfili Moskvaya həyat yoldaşı Zoya ilə  gəlmişdi. Qurultay 
günlərində yazıçılar ittifaqında  ədəbiyyatın müxtəlif janrları üzrə müşavirələr 
də keçirilirdi. Mehmanxanaya gec qayıdan vaxtlarımız da olurdu. Bir axşam 
yenə bir müşavirəyə getməli idik. Mən Mikayılgilin nömrəsinə gəldim. Mikayıl 
geyinərək Zoyaya dedi. 
- Zoya! Mı s Suleymanom idem na soveşanie dramaturqov. 
Zoya tutularaq: 
- Nu idi. 
Mikayıl: 
- Çestnoye slovo, mı tuda idem. 
Zoya: 
- Nu idi, idi!.. Mikayıl: 
- Zoiçka, neujeli ne veriş. Yey boqu mı tuda idem. 
Zoya: 
- Nu idi, idi. 
Mən söhbətin gərginliyini duyub sözə qarışdım.  
- Mikayıl, daha arvada niyə yalvarırsan axı. Kişinin qizı dililə deyir ki, get 
də, gəl gedək.  
Mikayıl: 
- Süleyman, başa düş, bu "nu idi" o “nu idi” mən deyil. 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
251 
 
Biz birtəhər otaqdan çıxıb müşavirəyə getdik. Qurultay öz işini qurtaran 
kimi Mikayıl ilə birlikdə vaxtilə  təhsil aldığımız 1 -ci Moskva universitetinə 
getdik. Tələbəlik illərimizi xatırladıq. Hətta bir mühazirə salonunda oturub 
özümüzü yenidən tələbə hesab etdik. Mən orada 1929-cu ildə imtahanlar 
zamanı baş vermiş gülməli bir hadisəni Mikayıla danışdım. 
Dialektik materializmdən bizə mühazirəni professor Serejnikov oxuyurdu. 
Hamımız onu sevirdik. Ona hörmət edib dərslərinə müntəzəm gəlirdik. O yaşlı 
adam idi. Eynək taxırdı. Mühazirə salonunda Əbdülbaqi Fövzi, (Yusifzadə) ilə 
mən həmişə yan-yana oturardıq.  İmtahan vaxtı protessor gözlərini tədris 
jurnalına dikərək dedi: 
- Tovariş, zade! 
Bu sözə təəccübləndik. Müəllimə hay vermədik. 
Müəllim gözünü jurnaldan ayırıb bizə tərəf baxaraq yenə: - Tovariş, zade, - 
deyib durdu. 
Təəccüblə  mən Fövzinin, Fövzi mənim üzümə baxdı. Professor ayağa 
qalxıb bir az əsəbi halda bizə dedi: 
- Tovariş, zade ya s vami. 
Mən naçar ayağa durdum. "Müəllim, siz məni səsləyirsiniz?" -deyə 
soruşdum. 
- Bəli, səni, bayaqdan eşitmirdin? 
- Professor, mən axı zadə deyiləm. 
- Bəs sən nəsən? 
- Mən Rüstəmzadəyəm. 
- Bəli, burda da elə yazılıb. Rüstəmzadə - Yusifzadə ilə doğma qardaşsınız 
məgər? 
- Xeyr, müəllim. 
- Necə yəni xeyr? İkinizin də familiyası zadə deyilmi? 
- Xeyr, müəllim. Onun familiyası Yusifzadə, mənimki isə Rüstəmzadədir. 
- Qəribədir. Niyə familiyanızın zadə olduğunu danırsınız? 
Mən başladım müəllimi başa salmağa ki, biz doğma qardaş deyilik. 
- Professor, baxın bu tələbə dostumuzun familiyası Jeleznovdur, sizinki isə 
Serexnikov. Bizim zadəmiz sizin familinizin axırındakı "ov" kimi bir şeydir. 
Professor ikimizin də familiyasıın höccələməyə başladı. Lakin onları bir-
birinə qarışdırdı. 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
252 
 
- Yox, mən heç nə başa düşmürəm, mən sizi bundan sonra zadə deyə 
çağıracağam. Lakin bax sən, zade "pervıy", o isə zade "vtoroy"  dur, vəssalam, 
qurtardıq. 
Bəli, bu gündən professor Serejnikov bizi "Zade pervıy", "Zade vtoroy" 
deyə çağıranda biz gülümsəyərək ayağa qalxıb ona cavab verərdik. 
Yadıma Mikayılın atəşin nitqləri düşür. Kiyevdə Taras Şevçenko
Daşkənddə Əlişir Nəvai təntənələrindəki çıxışları hamını valeh etmişdi. 
Xalqımızın əvəzsiz, qüdrətli ustad müğənnisi Bülbül də Daşkənddə bizimlə 
idi. Bülbülün çıxışlarının təsirini bir neçə sözlə demək mümkün deyildir. 
Operalardan ariyaları, xalq mahnılarını elə  məharətlə, məlahətlə ifa edirdi ki, 
salondakılar onu səhnədən getməyə qoymurdu. Biz böyük iftixar hissilə 
Bülbülümüzün bu misilsiz təntənəsinə ürəkdən sevinirdik. Biz Daşkənddə 
hökumət bağında yaşayırdıq. Mikayıl Rəfili ve Bülbül pəncərəsi bağçaya açılan 
bir otaqda olurdu. Bülbül özüylə Daşkəndə bir zənbil Borjom suyu gətirmişdi. 
O suyu ancaq özü içirdi. 
Bir gün Daşkəndin istisi bizi haldan saldı. Naçar qalıb Bülbülün bir neçə 
Borjom şişəsini açıb stokanları doldurub doyunca içdik. Əvəzinə isə şişələrə adi 
su töküb öz qaydasıyla bağladıq. Sonra gördük ki, Bülbül Daşkəndin 
havasından  şikayətlənir: "Canım, qəribədir, burada Borjomun dadı tamam 
dəyişibdir. Yəqin havadandır..." 
Biz bu sirri açmadıq. 
Hökumət bağındakı qizılgül kollarından qalxan ətir qoxusu bizi məst edirdi. 
Bülbüllə incə zarafatımız vardı. Bir səhər Bülbül bağçaya  əl-üzünü yumağa 
çıxanda gülləri görüb heyrət etdi. Bir az sonra mən Mikayılla bərabər otağa 
girib gülləri təəccüblə nəzərdən keçirdik. 
- Bülbül, bu nə işdir? Bu nə aləmdir, bu güllər yataqda nə gəzir? 
- Bu yəqin mənim pərəstişkarım olan qızların işidir. 
Mikayıl dedi: 
- Allah elə erkək qızlardan bizə də qismət etsəydi, dərdimiz nəydi ki! 
Hamımız gülüşdük. 
Bir gün axşamüstü bağda gözəl bir süfrə açılmışdı. Bülbül hara isə getmişdi. 
Süfrə arxasında dostluqdan ədəbiyyatdan, incəsənətdən  şirin söhbət gedirdi. 
Söhbətdən sonra özbək xanəndələri oxumağa başladı. Onlar nimçəni qaval kimi 
qulağına yaxın tutub oxuyurdu. Nimçə kimə ötürülürdüsə  həmin adam tez 
musiqinin ahəngi altında oxumağa başlayırdı. 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə