Azərbaycan Milli Kitabxanası



Yüklə 2,14 Mb.
Pdf görüntüsü
səhifə58/84
tarix20.08.2018
ölçüsü2,14 Mb.
#63747
1   ...   54   55   56   57   58   59   60   61   ...   84

____________________Azərbaycan Milli Kitabxanası___________________ 
241 
 
Mayakovskinin tərsanəyə  gəlişi dalğa kimi fəhlələr arasına yayıldı. 
Tərsanənin mexaniki şöbəsinə bir neçə yüz fəhlə toplaşdı. Mərhum yazıçı 
Mixail Kamski, Mixail Yurin də buradaydı. Bəli, burada təntənəli, bəzəkli 
şərait yoxdu. Burada sovet şeri dəzgahlar arasında,  əmək qəhrəmanları üçün 
səslənməli idi. Sexdə  dərin sükut hökmfərma idi. Mayakovski burada da özü 
yığıncaği açıq elan edib özünə söz verdi. Fəhlələr Mayakovskini böyük diqqət 
və maraqla dinləyib onun poeziyasına valeh olduqlarını öz gurultulu alqışlarıyla 
büdirdilər. 
Dəzgahların ahənginə öyrənmiş qulaqlar yeni əsrimizin yeni şeir ahəngini 
öz zəhmət himni kimi dinləyirdi. 
Fəhlələr Mayakovski şerinin ahəngində, vəznində öz zəhmətlərinin 
ahəngini, musiqisini duyub şairə minnətdarlıqlarını bildirirdilər.  Şair üçün 
bundan da böyük səadət olarmı? 
Bir gün Mayakovski, Mixail Yurin və mən yazıçı Mixail Kamskinin Razin 
qəsəbəsindəki evində qonaq olduq. Mayakovski Kamskinin qonşuluğundakı 
fəhlələrin mənzilləri və yaşayışlarıyla tanış olmaq niyyətilə qocalarla, 
cavanlarla söhbətə girişdi. Biz Mayakovskidən Azərbaycan proletar yazıçıları 
ilə birlikdə ədəbi gecə təşkil etməyi xahiş etdik. Ədəbi gecəmiz dekabrın 6-da 
"Maarif evində" (indi həmin yer Sabir bağıdır) keçdi. Bu gecə Mayakovski bir-
birinin dalınca xeyli gözəl şeir oxudu. 
Sonra yenə qaydası üzrə oxucularla söhbətə başladı. Mayakovski salona 
xitab edərək: "kim mənim oxuduğum  şeirləri başa düşməyibsə. kim, 
ümumiyyətlə, mənim şeirlərimi oxuya bümirsə əlini qaldırsın" dedi. 
Salonda bir uğultu oldu. Hamı bu suala təəccüb etdi. Çünki bir az əvvəl 
hamı onu dərindən başa düşüb alqışlamışdı. 
Biz Mayakovski ilə birlikdə bir xatirə olsun deyə  şəkil çəkdirməyi qərara 
aldıq. O vaxt indiki "Nərgiz" kafesinin yerində ikimərtəbəli köhnə bir bina 
vardı. İkinci mərtəbədə Breqadze adlı yaxşı bir fotoqraf işləyirdi. Bakıya gələn 
böyük simaların, hörmətli yazıçıların, sənətkarların və dövlət xadimlərinin 
şəkillərini o çəkirdi. 
Mayakovski ilə  bərabar fotoqrafxanaya getdik. Biz Hüseyn Cavid, 
Məmməd Arif, Mixail Yurin, Mixail Kamski Q.Stroqonov, P.Tarasov və bir 
neçə başqa şairlə birlikdə şəklimizi çəkdirdik. Bu bizimçin ən əziz, ən qiymətli 
xatirədir. 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
242 
 
Mayakovski Bakıdan çox razı getdi. Moskvada təhsil aldığımız illərdi. 
Proletar yazıçılarının Azərbaycan seksiyası  təşkil edilmişdi. Bu seksiyada 
Səməd Vurğun,  Əli Nazim, Osman Sarıvəlli, Məmməd  Əkbər,  Əbdülbaqi 
Fövzi, Beydulla Musayev və başqa gənc yazıçi və  şairlər vardı. Biz hamımız 
Mayakovskinin Moskvada təşkil etdiyi ədəbi gecələrə gedib onu böyük maraqla 
dinlərdik. 1930-cu il idi. Yazıçılar evində Mayakovskinin ədəbi fəaliyyətinin 20 
illiyi qeyd olunurdu. Mən bir neçə dostumla oraya getdim. Orada Moskva 
yazıçılarından yalnız iki nəfəri görə bildim. Bu iki nəfərdən biri "insan cildini 
dəyişir" romanının müəllifi məşhur polyak yazıçısı Bruno Yasenski, digəri şair 
Bezımenski idi. 
Salonda oturanların çoxu fabrikalardan, zavodlardan gəlmiş  ədəbiyyat 
həvəskarlan, yeni yazanlardı. 
Mayakovski öz yubiley iclasını açıq elan edib özünə söz verdi. O, yubiley 
gecəsində çox mənalı bir nitq söylədi. Mayakovskinin ədəbi fəaliyyətinin 20 
illiyi münasibətilə yazıçılar evinin foyesində  təşkil olunmuş maraqlı  sərgiyə 
axın-axın gənclər, müəllimlər gəlirdi. Həmin sərgidə  fəhlə ilə  kəndlinin 
qardaşlığını göstərən bir rəsm nəzərimi cəlb etdi. Bu rəsm manə tanış gəlirdi. 
Bu rəsmin hardan və necə buraya düşdüyünü sərginin təşkilatçısından 
soruşdum. Məlum oldu ki, bu rəsmi Mayakovski Bakıdan gətirmişdir. Bəli, bu 
rəsm bizim xalq rəssamımız Əzim Əzimzadənin işi idi. Bəlkə də bu rəsmi ona 
Əzimzadə özü bağışlamışdı. Bu sərgidə  şairin müxtəlif illərdə çap olunmuş 
kitabları, plakatları, əlyazmaları, afişaları, karikaturaları, şarjları fotomontajları 
vardı. 
Mayakovskini son dəfə 1930-cu ilin fevralında Yazıçılar evində gördüm. 
Moskva yazıçılarının növbəti konfransı keçirilirdi. Konfransın son günü idi. 
Bir sıra cansıxıcı  çıxışlardan yaxa qurtarıb bufetdə çay içməklə  məşğulduq. 
Birdən tənqidçi dostum Sutırin mənə yaxınlaşıb dedi: 
- Burda niyə oturmusan? Tez salona keç. Yoxsa çox şey itirmiş olarsan! 
Mən cəld salona cumdum. Mayakovski tribunada idi. O, əvvəlcə "Rappa" 
qəbul edilməsi haqda öz ərizəsini oxudu. Salondakılar ayağa qalxıb onu qızğın 
alqışladılar. Təbrik etdilər. Mayakovski sonra cibindən kibrit qutusundan bir az 
iri dəftərçə çıxarıb ordan bizə ilk dəfə 
 
 
  


____________________Azərbaycan Milli Kitabxanası___________________ 
243 
 
"Vo vse qolos" poemasından parça oxudu. Bu şeir öz orijinalığı, öz bədii 
qüvvətilə hamımızı sarsıtdi. Salonda alqış sədaları çox uzun sürdü. Mayakovski 
şeri ikinci dəfə oxudu. Mayakovskinin Rusiya proletar yazıçıları ittifaqına 
qəbul olunması səsə qoyuldu. 
Hamımız qırmızı mandatlarımızı bayraq kimi qaldırıb ona ürəkdən səs 
verdik. Mayakovski üzvlüyə qəbul edildikdən sonra üzünü köhnə "Rappçılara" 
tutub belə dedi: "Mən bu gündən "RAPP"ın üzvüyəm. Lakin onun daxilində 
müəyyən məsələlərdə prinsipial mübarizəmi davam etdirəcəyəm! 
Mayakovskini bir daha görmədim. Son görüş çox acı və kədərli idu. Aprelin 
14-ü idi. Saat 11 radələrində Moskva meydançalarının birində idim. Burada 
tanıdığım iki gənc yazıçı məni saxladı. Bunlardan biri dostum idi. Biz onu öz 
adıyla çağırmadıq. Aramızda onun adı "Jivoy çelovek" idi. Çünki o iclaslarda 
çıxış edərkən bu sözü həddindən çox işlədərdi. 
Dostum qəmgin bir tövrlə  mənə dedi: "Bilirsənmi, deyirlər Mayakovski 
intihar etmişdir. Evləri bu yaxındadır. Biz oraya gedirik". 
Bu xəbər məni sarsıtdı. Onun dediyinə inanmaq istəmədim. Onlarla birlikdə 
bir həyətə girdik. Bir qapının ağzında qapalı, qara təcili yardım maşını 
dayanmışdı. Tanıdığımız bir neçə Moskva yazıçısı  həyətdə başıaşağı, kədərli 
durmuşdu. Gözlərimiz yaşardı.  İki gün sonra bu böyük itkidən ürəyi qana 
dönmüş biz gənclər onu qəbiristanlığa qədər müşayiət etdik. 
Lakin Mayakovski öz poeziyası ilə bu gün də bizim novator 
ədəbiyyatımızın Ön sırasında dayanmışdır. Onun inqilabi, alovlu poeziyası 
sabah da yaşayacaqdır. 
 
İyun 1963 
 
MİKAYIL MÜŞFİQ 
 
Yaxın qələm dostu haqqında vəfatından sonra söz demək dost üçün çox ağır 
olur. Özü də əsərlərilə yaşayan, həmişə sənin gözlərinin qarşısında durub sənə 
baxan, gülümsəyən bir şair haqqında. 
Mikayıl Müşfiqin yaxın dostlarından biri də  mən idim. Sağlığında bu 
dostluğun 12 il, indi isə 40 ildən artıq bir tarixi vardır. Tanış 
 
  


Yüklə 2,14 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə