Azərbaycan Respublikası Nazirlər


Balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası



Yüklə 384,99 Kb.
səhifə2/4
tarix02.05.2018
ölçüsü384,99 Kb.
#40900
növüQaydalar
1   2   3   4

8. Balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası

8.1. Kvotalar balıq və digər su bioresurslarının növ tərkibi və kəmiyyət göstəriciləri olmaqla balıqçılıq su obyektlərindən (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi, çaylar, göllər, su anbarları, su təchizatı kanalları və digər yerüstü su axınları, sututarlar, dövlətlərarası sərhədi müəyyən edən və ya sərhədi kəsib keçən yerüstü su obyektlərindən) bütün növ balıq və digər su bioresurslarının ov məqsədlərinə müvafiq olaraq götürülməsi imkanlarını əhatə edir.

8.2. Kvotaların bölgüsü prosesində bu Qaydaların tələblərinə cavab verən hər bir balıqçılıq subyekti konkret su obyektləri üzrə balıq və digər su bioresurslarının ovu üçün müəyyən edilmiş paylarla (limitlərlə) təmin edilir.

8.3. Kvotanın balıqçılıq subyektləri arasında bölgüsü üçün əsaslar aşağıdakılardır:

8.3.1. kvotaya aid balıq və digər su bioresurslarının ovunun növbəti il üçün müəyyən olunan qaydada təsdiq edilmiş ümumi yol verilən miqdarının olması;

8.3.2. bu Qaydalara 7 nömrəli əlavə ilə müəyyən edilən formada verilən ərizə.

8.4. Kvotalar balıqçılıq subyektləri arasında balıq və digər su bioresurslarının ümumi yol verilən ov miqdarı daxilində ərizəçinin ov payı müəyyən edilməklə bölünür.

8.5. Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı təsdiq edildikdən 5 gün müddətində Nazirlik kvotanın bölünməsi barədə elanı, balıq və digər su bioresurslarının ov növləri və balıqçılıq su obyektləri üzrə hər bir növ üzrə ov miqdarı barədə məlumatı internet səhifəsində yerləşdirir. Bu elanda balıq və digər su bioresurslarının ovuna kvota almaq üçün müraciət etmə qaydası, yeri və müddəti göstərilir.

8.6. Balıq və digər su bioresurslarının ovu üçün kvota (pay) almaq istəyən balıqçılıq subyekti ərizəni və bu Qaydaların 8.7-ci bəndində göstərilən sənədləri kvota barədə elanda göstərilən ünvana poçtla və ya elektron qaydada 30 gün müddətində təqdim edir.

8.7. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir və siyahısı ərizədə qeyd edilir:

8.7.1. müraciət edən balıqçılıq subyektinə verilmiş balıqovlama biletinin surəti;

8.7.2. ov ediləcək yerlər konkret göstərilməklə, sifariş verilən kvotanın (payın) növlər üzrə və ov alətlərinin briqadalar (manqalar) arasında təsdiq edilmiş bölgüsü;

8.7.3. mülkiyyətində və icarəsində olan gəmilərə (qayıqlara) (əgər balıq və digər su bioresurslarının ovunun gəmidən (qayıqdan) istifadə etməklə həyata keçirilməsi nəzərdə tutulursa) ərizəçinin mülkiyyət və ya istifadə hüquqlarını təsdiq edən sənədin notariat qaydada təsdiq edilmiş surəti.

8.8. Nazirliyə ərizələrin verilməsi üçün müəyyən edilən son müddət başa çatdıqdan 3 gün müddətində balıq və digər su bioresurslarının ovu üçün ərizə vermiş şəxslərin siyahısı Nazirliyin internet səhifəsində dərc edilir və 15 gün müddətində ərizəyə baxılaraq qərar qəbul edilir.

8.9. Nazirliyin informasiya bazasında ərizəçi barədə olan aşağıdakı məlumatlar əsasında hər bir ərizəyə arayış əlavə edilir:

8.9.1. ərizəçinin əvvəlki 3 ildə aldığı balıq və digər su bioresurslarının ovu kvotaları üzrə payını mənimsəməsi barədə;

8.9.2. ərizəçi tərəfindən balıq və digər su bioresurslarının ovu və mühafizəsi qaydalarının pozulması barədə;

8.9.3. ərizəçinin iştirak etdiyi balıq təsərrüfatı meliorasiyası, balıq və digər su bioresurslarının mühafizəsi və artırılması tədbirləri barədə.

8.10. Balıq və digər su bioresurslarının ovu üçün kvotaların verilməsindən imtinanın əsasları aşağıdakılardır:

8.10.1. ərizənin bu Qaydaların 8.6-cı və 8.7-ci bəndlərinin tələblərinə uyğun olmaması;

8.10.2. ərizədə və ona əlavə edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və dürüst olmayan məlumatların olması;

8.10.3. ərizəçi tərəfindən balıq və digər su bioresurslarının ovu və mühafizəsi qaydalarının pozulması nəticəsində ona tətbiq edilən cərimələrin və vurduğu zərərin əvəzinin ərizə verilən tarixədək ödənilməməsi;

8.10.4. ərizədə göstərilən balıq və digər su bioresurslarının kvota siyahısında olmaması.

8.11. Ərizəçilər arasında kvotanın bölünməsi aşağıdakı düstura uyğun həyata keçirilir:



P = (A:B)х 100

P – ərizəçinin faizlə ifadə olunan payı;

A – balıq və digər su bioresurslarının bir növünün ərizəçi tərəfindən istənilən kvota miqdarı;

B – balıq və digər su bioresurslarının həmin növünün bütün ərizəçilər tərəfindən istənilən kvota miqdarı.

8.12. Ərizəçilər tərəfindən balıq və digər su bioresurslarının ovuna istənilən kvota paylarının cəmi balıq və digər su bioresurslarının həmin növünün təsdiq edilən ümumi ov miqdarını ötərsə, kvotanın bölgüsü bu Qaydaların 8.9-cu bəndi ilə müəyyən edilən məlumatlar nəzərə alınmaqla həyata keçirilir.

8.13. Nazirlik ərizəçi ilə balıq və digər su bioresurslarının ovu kvotasındakı payı ilə bağlı vətəgə sahəsinin ayrılması barədə müqavilə bağlayır .

8.14. Nazirlik ayrılmış kvotaların miqdarı göstərilməklə balıq və digər su bioresurslarının ovu üçün kvota verilmiş şəxslərin siyahısını və həmin şəxslərlə vətəgə sahəsinin ayrılması haqqında müqavilə bağlanılması üçün müraciət etmənin son müddətini, habelə balıq və digər su bioresurslarının ovuna kvota verilməsi barədə imtina edilmiş ərizəçilərin siyahısını Nazirliyin rəsmi internet səhifəsində dərc edir.

8.15. Balıq və digər su bioresurslarından istifadəyə görə ödəniş bu Qaydaların 8.14cü bəndinə uyğun olaraq, kvota verilmiş şəxslərin siyahısı dərc edildikdən sonra ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd Nazirliyə təqdim olunur.


9. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu
9.1. Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq su obyektlərindən Azərbaycan Respublikasının Su Məcəlləsinə uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər. Xüsusi mühafizə olunan təbiət ərazilərində olan su obyektlərindən və ya onların bir hissəsindən balıq və digər su bioresurslarının ovu üçün istifadə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

9.2. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılması Nazirlik tərəfindən həyata keçirilir.

9.3. Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu su obyektlərinin istifadəçiləri və mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir.

9.4. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu  insanların şəxsi ehtiyacları və istirahəti üçün ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini nəzərdə tutur.

9.5. İdman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri bu Qaydaların 2 nömrəli əlavəsi ilə müəyyən edilən hallarda və qaydada məhdudlaşdırılır.

9.6. Balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün ayrılmış balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının kütləvi qırğınına səbəb ola bilən zəhərli, kimyəvi və partlayıcı maddələrin, habelə qadağan olunmuş ov alətlərinin tətbiqinə yol verilmir.


10. İdman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə qaytarılması qaydası
10.1. İdman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə qaytarılması balıqçılıq subyekti tərəfindən bu Qaydalara 2 nömrəli əlavə ilə müəyyən edilən “Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər”də nəzərdə tutulan ovuna icazə verilən balıq və digər su bioresurslarının miqdarı və minimum ölçülərinə məhdudiyyətlər nəzərə alınmaqla həyata keçirilir.

10.2. Ovlanmış balıqlar və xərçənglər bu Qaydalara 2 nömrəli əlavə ilə müəyyən edilən “Balıq və digər su bioresurslarının idman və həvəskar ovuna Tələblər”də nəzərdə tutulan ölçülərdən kiçik olarsa, habelə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq növləri ovlanarsa, onlar diri halda yenidən həmin su obyektlərinə buraxılmalıdırlar.



Qeyd. Bu Qaydalarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

____________________

“Balıq və digər su bioresursları ovunun Qaydaları”na

1 nömrəli əlavə
Balıq və digər su bioresurslarının sənaye ovunun

Şərtləri
1. Bütün il boyu aşağıdakı yerlərdə balıq və digər su bioresurslarının sənaye ovu qadağandır:

1.1. Kür çayının mənsəbinin qarşısındakı sahələrdə: çayın mənsəbinin sağ sahilindən Cənub-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər düz xətt üzrə 9 km-lik məsafədə, çayın mənsəbinin sol sahilindən Şimal-Şərq Qoltuq yaşayış məntəqəsi istiqamətindəki dəniz ləpədöyəninə qədər 9 km-lik məsafədə və bu kənar nöqtələrdən orta dəniz ləpədöyəni ilə Xəzər dənizinin dərinliyinə doğru 7 km-lik sahədə;

1.2. dəniz ləpədöyənindən Kür çayından əsas qolun (Bala Kür) ayrıldığı ərazilərə kimi, Sabirabad rayonunun Bala Həşimxanlı kəndindən Varvara SES-in bəndinə qədər olan sahədə;

1.3. Araz çayında su anbarı istisna olmaqla bütün çay boyu;

1.4. su bəndləri, şlüzlər və körpülərdən 500 metr məsafəyədək ərazilərdə.

2. Aşağıda göstərilən müddətlərdə və yerlərdə balıq və digər su bioresurslarının sənaye ovuna icazə verilir:




Balıqçılıq və su obyektləri

Ov alətləri

Ova icazə verilən müddətlər

1

2

3

Xəzər dənizində (gölündə)

Axçalı və siyənək balıqlarının ovu

dayanan diktorbalı torlar və tələ quruluşlu digər ov alətləri

yanvarın 1-dən mayın 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Meliorativ kollektorların mənsəbində və məcrasında

bu Qaydalarla müəyyən edilmiş və istifadəsi mümkün olan bütün ov alətləri

il boyu

Gəmilərlə kilkə ovu

 konus tor və nasoslar

yanvarın 1-dən mayın 1-nə kimi və iyunun 1-dən dekabrın 31-nə kimi

1

2

3

Siyənək və axçalı balıqların ovu

 siyənək torları

 fevralın 1-dən mayın 1-nə kimi

Sahil kilkəsinin ovu

dayanan diktorbalı torlar

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 15-dən dekabrın 31-nə kimi

Kefal və digər axçalı balıqların ovu

cibli kefal torları

yanvarın 1-dən mayın 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

H.Z.Tağıyev adına qəsəbədən Rusiya Federasiyasının sərhəd-lərinə qədər olan sahil-boyu ərazilərdə siyənək və axçalı balıqların ovu

atılan dəniz diktorbalı toru

martın 1-dən aprelin 15-nə kimi

Xərçəng və krevet ovu

xərçəngtoplayan


mayın 1-dən noyabrın 1-nə kimi

Kür çayında

Nərə cinsli, axçalı və qızıl balıqların ovu


atılan diktorbalı torlar və üzən çay torları ilə

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Kür çayının əlavə sularında axçalı balıqların ovu

üzən çay torları ilə

yanvarın 1-dən martın 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Göllərdə

Candargöl və Sarısu göllər sisteminə daxil olan su obyektlərində axçalı balıqların ovu

göl venterləri və axçalı balıq torları

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Su anbarlarında

Mingəçevir, Şəmkir, Araz, Ağstafa və Varvara su anbarlarında axçalı balıqların ovu

göl venterləri və axçalı balıq torları

yanvarın 1-dən aprelin 1-nə kimi və sentyabrın 1-dən dekabrın 31-nə kimi

Mingəçevir, Araz və Varvara

su anbarlarında xərçəng ovu



ixtisaslaşdırılmış ov alətləri

mayın 1-dən noyabrın 1-nə kimi

3. Aşağıdakı ərazilərdə və müddətlərdə balıq və digər su bioresurslarının sənaye balıq ovu qadağandır:

3.1. Şabran limanını dəniz ilə birləşdirən mənsəbyanı sahədə hər iki tərəfə 1 km, dənizin içərisinə doğru 2 km-lik ərazidə yanvarın 1-dən avqustun 15-nə kimi;

3.2. Kür çayının qadağan sahəsinin şimal sərhədindən Sabirabad rayonunun Bala Həşimxanlı kəndinə qədər olan sahədə aprelin 1-dən mayın 31-nə kimi;

3.3. Böyük Qızılağac körfəzinin sahələrində: Kür dilinin cənub qurtaracağından Kiçik Qızılağac körfəzinin suburaxma kanalının sərhədinə qədər olan ərazilərdə mayın 1-dən 31-nə kimi;

3.4. Kiçik Qızılağac körfəzinin balıqkeçirici kanalından 1 km şimala və 1 km cənuba, habelə dənizin içərisinə doğru 3 km ərazilərdə fevralın 1-dən mayın 1-nə kimi.

4. Vətəgə əhəmiyyətli balıqların minimum ölçüləri (santimetrlə):




Balığın növü

Dənizdə

Kürdə və daxili su hövzələrində

Bölgə

180

165

Nərə

105

105

Uzunburun

110

90

Sıf




43

Çəki

40




Kütüm

35




Xramulya




24

Kefal

24




Şamayı

19




Şirbit

52




Çapaq

26




Külmə

17




Xəşəm

41




Qarasol

17




Qarabel siyənək

20




Şişqarın siyənək

14




Kür qızılbalığı




76

Adi kilkə

6




İrigöz və ançousabənzər kilkə

7



5. Vətəgə ölçülərinə çatmamış balıq növlərinin ovuna yol verilən norma həddi:

5.1. atılan diktorbalı tor və üzən torlarla vətəgə ölçülərinə uyğun gəlməyən axçalı balıqların miqdarı, bir dəfə tor süzüldükdən sonra ümumi ovun 8 faizindən, qurma axçalı balıq torları ilə ov zamanı 15 faizindən, dayanan diktorbalı tor, venter, karava və tələ quruluşu digər ov alətləri ilə ov zamanı 40 faizindən, kilkə diktorbalı torları ilə ov zamanı 50 faizindən çox olmamaqla ovuna yol verilir;

5.2. gəmilərlə kilkə ovunda ov alətlərinə düşən (konus tor və nasoslar) siyənək və digər axçalı balıqların miqdarının ovun 0,3 faizindən çox olmasına yol verilmir. Dayanan diktorbalı torlarla və gəmilərlə kilkə ovunda vətəgə ölçülərinə uyğun gəlməyən kilkələr ümumi ovun 20 faizindən çox olmamalıdır;

5.3. ov alətlərinin gözünün yol verilən minimum ölçüləri (millimetrlə);

5.3.1. Kür çayında:







ensiz hissə

enli hissə

ov alətinin uzunluğu

Üzən torlar










Yazda

35

-

235 m

Payızda və qışda

55

-

-

Qızıl balıqların xüsusi ovu üçün torlar

60

117

-



Atılan diktorbalı torlar

qazanda

qollarda

qollarda

ov alətinin uzunluğu

Yayda və yazda

35

50

44

400,5 m

Payızda və qışda

30

36

40

400,5 m

5.3.2. Dənizdə:




ensiz hissə

enli hissə

ov alətinin uzunluğu

Kefal ovu üçün cibli torlar

32

300

351,5 m





gözünün ölçüləri

ov alətinin uzunluğu

Axçalı balıq torları

40 və 55

18-25 m

Siyənək torları

24-44

18-25 m






cibdə və ya köməkçi qollarda

qollarda

qazanda və ya dəhlizdə

Dayanan diktorbalı torlar (axçalı və siyənək balıqları üçün)

30

33

44

Dayanan diktorbalı torlar (kilkə balıqları üçün)

6,5x6,5

28

6,5x6,5





qazanda

qollarda

Venterlər və karavalar

30

40



Kilkə torları (konus tor və dayanan diktorbalı torlarda) gözünün ölçüləri 6,5x6,5 mm







gözünün ölçüləri

ov alətinin uzunluğu

Daxili su hövzələrində qurma torlar

40-dan böyük

18-25 m


Yüklə 384,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə