Əyanilik prinsipi.
Əyanilik məktəbəqədər yaşlı uşaqların təlimində mühüm yer tutur.
Uşaqların təfəkkürü zənginləşir, əyani-obrazlı asan qavrayırlar. Görkəmli pedaqoq
Y.A.Komenski
əyaniliyi müəllimlər üçün “Qızıl qayda” adlandırmışdı. O,
deyirdi ki, duyğularda
olmayan şey ağılda da yoxdur.
Y.
A.Komenski bir q
ədər də irəli gedərək deyirdi ki, “Görünəni gözə, eşidiləni qulağa, dadbilməni
dadbilm
ə üzvünə, iybilməni iybilmə üzvünə vermək”- əgər bir əşyanın tam qavranılmasında bir
neçə hiss üzvlərinin iştirakı lazımdırsa, onların hamısı dərhal o obyektə yönəldilməlidir.
Y.
A.Komenski deyirdi ki, “ uşaq təbiəti əyanilik tələb edir”.
Bu prinsip müasir məktəbəqədər pedaqogikada yüksək qiymətləndirilir. Əyanilik məktəbəqədər
yaşlı uşaqların təfəkkürünün əsas inkişafedici vasitəsidir.
Əşyanın reallığı və obrazlığının düzgün təşkili uşağın fikri reallığını artırır. Əyanilik kecmişi yada
salır, yadda saxlamanı möhkəmləndirir. Təlim əyani etmək- o deməkrir ki, uşaq obrazı görür,
ətrafındakıları qavrayır, beləliklə, tafəkkür praktik fəaliyyətlə əlaqələndirilir.
Dostları ilə paylaş: