Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə129/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   125   126   127   128   129   130   131   132   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
331
Ругия Мамедова
Анализ культур через призму традиций и современности 
В  статье  предлагается  анализ  культур  через  призму  прошлого  и 
будущего и отмечается, что в процессе исторического развития, традиции 
и  современность  являются  как  противоречивыми  по  отношению  друг 
к  другу  явлениями,  так  и  феноменами  одного  целого.  Возможность 
переключения одного явления на другое является гарантом сохранения 
стабильности.  
Следует  отметить,  что,  несмотря  на  то,  что  силу  культур  определяет 
прошлое, оно же выступает причиной инерции культур. Таким образом, 
обычаи,  являющиеся  наследием  культур,  также  характеризуются  как 
элемент, формирующий  феномен фетишизма культур.
В конце статьи следует вывод о том,  что каждое реальное развитие 
есть  результат  поиска  истины.  То  есть,  в  разное  время  и  на  различном 
пространстве  предпосылки  для  развития  различных  методов  не 
исключают единства истины. 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
332 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
333
KİV, SOSİAL ŞƏBƏKƏLƏR 
VƏ İNFORMASİYA 
TƏHLÜKƏSİZLİYİ


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
334 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
335
Açar  sözlər:  kütləvi  şüur,  kütlə,  homoinformatikus,  manipulyasiya,  dəstə 
şüuru,  kütləvi  kommunikasiya  vasitələri,  media,  sosial  şəbəkə,  simvolik 
siyasət, mif, mozaik mədəniyyət
Key words: mass consciousnesses, mass, manipulation, consciousnesses of 
crowd, mass communication means, mussel, symbolical policy, myth, mosaic 
culture
Ключевые слово: массовое сознание, масса, манипуляция, сознание 
толпы, СМИ, символическая политика, миф, мозаичная культура
KİV-in və 
sosial şəbəkələrin 
kütləvi şüurun
idarə edilməsində 
rolu
Ramil  
VƏLİBƏYOV                                                                                                       
AMEA-nın Fəlsəfə, Sosiologiya və 
Hüquq İnstitutunun doktorantı
velibeyov@mail.ru


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
336 
Giriş
Müasir  qloballaşma  və  informasiya  əsrində  informasiya-kommunikasiya 
vasitələrinin sürətli inkişafı ənənəvi kütləvi informasiya ötürücülərindən daha 
mürəkkəb struktura malik, lakin daha geniş auditoriyaya təsir etmək gücündə 
olan kütləvi informasiya vasitələrinin (KİV), sosial şəbəkələrin meydana gəlməsi 
kütlənin  və  kütləvi  şüurun  idarə  olunmasını,  onun  siyasi  manipulyasiyasını 
yenidən diqqət mərkəzinə gətirir. Xüsusilə də, kütləvi şüurun müxtəlif metod 
və texnologiyalar vasitəsilə aqressivləşdirilməsi və onun daşıyıcılarının maraq 
qruplarının mənafeləri naminə cinayətə sürüklənməsi nəticəsində ortaya çıx-
mış yeni faktlar problemə yeni yanaşma tələb edir. Şimali Afrika, Yaxın və Orta 
Şərq regionlarında böyük ideoloji və siyasi-psixoloji təsir gücünə malik KİV-
lərin, həmçinin sosial şəbəkələrin sadə insanların düşüncəsinə təzyiqlər etməsi, 
onları müxtəlif siyasi oyunların alətinə çevirməsi, davranışlarına nəzarət etməsi 
və s. kimi faktorlar da sözügedən problemi daha da aktuallaşdırır.
KİV-lər və sosial şəbəkələr kütləvi şüura təsiredici faktor kimi
Müasir  ictimai-siyasi  proseslərin  təhlili  onu  deməyə  əsas  verir  ki,  hazırkı 
dövrdə kütlələrin, ayrı-ayrı fərdlərin düşüncəsində, davranışında və psixologi-
yasında köklü dəyişikliklər baş verir. Əlbəttə ki, burada söhbət insanların real 
dünya  çərçivəsindən  çıxaraq  virtual  aləmə  daxil  olmasından,  düşüncəsində 
və  davranışında  özlərini  standartlaşdırmasından  gedir.  Sözügedən  proseslər 
içərisində yeni insan tipinin – “homoinformatikus”ların formalaşdığını da artıq 
aydın sezmək mümkün olur. Bu prosesdə isə əsasən KİV-lər və sosial şəbəkələr 
mühüm rol oynayır.
Əlbəttə ki, KİV vasitəsilə kütləvi şüura təsiretmə mexanizmləri bəşəriyyətə 
çoxdan  bəllidir.  Çünki  dəstə  xüsusi  düşüncəyə  sahib  deyil  və  istənilən  ide-
yanı tezliklə qəbul edir. E.Kanetti yazırdı ki, xaricdən daxil olan istənilən yad 
ideya kütləni asanlıqla kor edir [1, s. 128]. Burada fərdin rasional düşüncəsilə 
ziddiyyətdə  olan  dəstə  şüurunun  xüsusiyyətləri  kütlənin  manipulyativ  təsir 
vasitəsilə asanlıqla idarə olunmasına imkan yaradır. XX əsrin böyük manipul-
yatorlarından olmuş Adolf Hitler deyirdi ki, mən xalqı qarışdırıram və onunla 
kütləyə çevrilmədən öncə ünsiyyətə girmirəm.
KİV-in kütləvi şüurun manipulyasiyasında oynadığı rol birbaşa olaraq insan-
ların psixoloji vəziyyətilə bağlıdır. Bu mənada Q.Lebon göstərirdi ki, kütlənin 
qeyri-ixtiyari davranışı yeni eranın əsas göstəricilərindəndir. Kütlə fenomeninin 
idarə edilməsinin ciddi problem olduğunu deyən Lebon yazırdı ki, kütlələrin 
getdikcə ictimai-siyasi proseslərə güclü təsir etməsi, cəmiyyətin həyatında mü-
hüm rol oynaması bu sahədə araşdırmaları daha da aktuallaşdırır [2, s. 95].
Z.Freyd kütlə pisixologiyasını təsvir edərkən yazırdı ki, kütlənin idarə olun-
ması təsir və hipnoz üzərindən həyata keçirilir. Yəni kütlələrin manipulyasiyası 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
337
sırf  kütləvi  şüurun  psixoloji  xüsusiyyətləri 
üzərində  qurulur  [3,  s.  34].  S.Moskoviçi  də 
vurğulayıb ki, kütlələrin başçıları manipulya-
siya üçün hipnoz, təbliğat, təlqin və azdırma 
metodlarından istifadə edir [4, s. 122].
Kütlənin psixoloji xüsusiyyətlərilə yanaşı, 
kütləvi  şüurun  formalaşdırılması  və  mani-
pulyasiyasında əsas rolu informasiya və ona 
sahib  olan  generatorlar  oynayırlar.  V.Çörçil 
deyib  ki,  informasiya  kütləsinə  nəzarət 
edənlər  dünyanı  idarə  edənlərdir.  Müasir 
dövrdə siyasi proseslərdə kütləvi şüurla ma-
nipulyasiyanı dövlət və qeyri-dövlət kanal-
ları ilə yanaşı, hüdudsuz imkanlara malik olan KİV-lər də həyata keçirir. Media 
insanların həyatına o dərəcədə daxil olub ki, kütləvi şüuru istənilən istiqamətə 
yönləndirmək bacarığına nail olunub. Bu isə əlbəttə ki, istər KİV, istərsə də me-
diakratorlar tərəfindən xüsusi metodlarla reallaşdırılır. Bu gün əminliklə demək 
olar ki, KİV-ləri idarə edənlər aktiv şəkildə insanların düşüncəsinə, davranışına 
təsir edir, kütləvi şüurla manipulyasiyanı həyata keçirir, siyasi prosesləri lazımi 
istiqamətə yönəldir və qarşıya qoyulmuş siyasi maraqları təmin edirlər.
Hesablamalara  görə,  modernləşən  dünyada  20  ay  ərzində  ötən  50  ilin 
informasiyası  emal  olunur  və  dövriyyəyə  buraxılır.  İnformasiya  yükünün  də 
həddindən artıq çoxalması yeni-yeni ünsiyyət formalarının meydana gəlməsini 
sürətləndirir. Beləliklə də, eyni məzmunlu informasiyanın böyük əraziyə yayıl-
masını həyata keçirən müasir KİV-lər kütləvi şüur daşıyıcısı olan sosial qrupla-
ra, bütövlükdə cəmiyyətə təsir etmək imkanlarını artırırlar. Məhz mətbuat və 
kütləvi  kommunikasiya  vasitələri  şəxsiyyətin  kütləviləşməsini,  insanların  ba-
xışlarının və davranışlarının standartlaşdırılmasını həyata keçirir, onların siyasi 
proseslərə eyni aspektli reaksiyasını təşkil edir.
İnformasiya  kanalları  vətəndaşlarda  mühüm  siyasi  keyfiyyətləri 
formalaşdırarkən yalnız fərdi təsirlə məhdudlaşmır, həmçinin ümumi cəmiyyət 
miqyasında da fəaliyyət göstərirlər. Ənənəvi cəmiyyətlərdən fərqli olaraq müasir 
sosiumlarda KİV-lər məhz sosial yaddaşı yeniləyir və baş verən hadisələrə sosial-
siyasi qiymət verir. Bu baxımdan media insanların nəinki indiki, hətta gələcək 
siyasi düşüncə və davranışlarını da proqramlaşdırır. Müxtəlif siyasi proseslər za-
manı KİV-lər təsir vasitələrilə cəmiyyətdə konkret dəyər və ya şəxsiyyət modeli 
formalaşdırmaqla kütləvi şüuru bir məqam üzərində cəmləyə bilir.
Medianın insanların davranışına təsiri müəyyən ictimai rəyin formalaşdırıl-
ması yolu ilə baş tutur. İctimai rəyə kütləvilik xüsusiyyəti vermək və onu ma-
nipulyasiya etmək üçün isə KİV-lərin geniş imkanları var. Bu baxımdan seçki 
proseslərində, müharibəyə hazırlıq və ya “informasiya müharibəsi”ndə atılan 
addımlar buna misal ola bilər.
Ənənəvi cəmiyyətlərdən fərqli 
olaraq müasir sosiumlarda 
KİV-lər məhz sosial yaddaşı 
yeniləyir və baş verən 
hadisələrə sosial-siyasi 
qiymət verir. Bu baxımdan 
media insanların nəinki 
indiki, hətta gələcək siyasi 
düşüncə və davranışlarını da 
proqramlaşdırır.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə