Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə131/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   127   128   129   130   131   132   133   134   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
340 
Mediada miflər vasitəsilə kütləvi şüurun manipulyasiyası probleminə kon-
septual yanaşmanı Q.Şiller ortaya qoyub. O, ABŞ-da kütləvi manipulyasiya tex-
nologiyasının elementlərinə toxunaraq yazırdı ki, bu proses çərçivəsində, birin-
cisi, individualizm və şəxsi seçim, ikincisi, neytrallıq, üçüncüsü, insan təbiətinin 
dəyişməzliyi,  dördüncüsü, sosial  münaqişələrin mövcud olmaması  və beşin-
cisi,  KİV-də  plüralizmin  olması  haqqında  miflərin  yaradılması  ilə  cəmiyyətin 
aktivliyinə deyil, əksinə passivliyinə nail olunur [8, s. 145]. Bu prosesdə passivlik 
özünü həm fiziki, həm də intellektual olaraq nümayiş etdirir.
Kütləvi  şüurun  manipulyasiyası  eyni  zamanda  KİV-də  siyasi  proseslərin 
işıqlandırılması texnologiyası ilə də bağlıdır. Bir çox hallarda siyasi proseslərin 
mahiyyətini  özündə  əks  etdirən  siyasi  polemikaların  və  qərarların  qəbulu 
əvəzinə  simvolik  tədbirlərin  keçirilməsi  ilə  qarşılayırıq.  Bu  simvolik  siyasət  o 
siyasi məkanlarda həyata keçirilir ki, orada hakimiyyət istər siyasi, istərsə də so-
sial həyatda köklü dəyişikliklərin baş verməsini istəmir, insanların gözləntilərini 
nəzərə almır. Buna misal olaraq, Ermənisan dövlətini göstərə bilərik. Burada 
psevdohadisələr və proseslər vasitəsilə cəmiyyət üçün vacib olan əhəmiyyətli 
hadisələrə  və  tənqidi  düşüncəyə  gedən  yol  bağlanır.  Bu  baxımdan  KİV 
sahəsində çalışanlar həqiqət əvəzinə daha çox uydurulmuş hadisələri qələmə 
alır,  sensasiya  axtarışında  olurlar.  Buna  görə  də  son  illər  ərzində  siyasi  real-
lıqları nəzərə alaraq demək olar ki, audiovizual effektlər vasitəsilə auditoriya-
da  rasional  düşüncə  əvəzinə  sabit  artefaktlar  formalaşdıran  simvolik  siyasət 
diqqət mərkəzinə gəlir. Nəzərə alınmalıdır ki, cəmiyyəti manipulyasiya etməyə 
yönəlmiş istənilən siyasi fəaliyyətin və ya davranışın simvolik tərəfləri olur. Bir 
sözlə, simvolik siyasət anlayışlar reallığa uyğun olduqda sözlər vasitəsilə yara-
dılan həqiqətdir. Bu baxımdan simvolik hakimiyyət real mövcud olan obyektləri 
aşkarlamaq və gizlətmək xüsusiyyətlərinə malikdir.
Nəticə
Araşdırmanın  yekunu  olaraq  demək  olar  ki,  kütləvi  informasiya  vasitələri 
və  sosial  şəbəkələr  müasir  dövrdə  kütləvi  şüurla  manipulyasiya  edilməsi  və 
siyasi idarəetmənin effektinin artırılması baxımından əhəmiyyətli rol oynayır. 
Dövlətin daxili və xarici siyasətində milli gücün mühüm komponentlərindən 
biri kimi çıxış edən KİV-lər siyasi maraqların təmin edilməsi, cəmiyyətdə siyasi 
aktivliyin və ya passivliyin formalaşdırılması, sosiumun perspektiv düşüncə və 
davranış formalarının yaradılması baxımından ən effektli vasitədir. Tədqiqatın 
nəticəsi onu deməyə imkan verir ki, gələcəkdə də KİV-lərin kütləvi şüurun ma-
nipulyasiyasında, siyasi qərarların qəbulu prosesinin asanlaşdırılmasında, milli 
maraqların qorunmasında və cəmiyyətin səfərbər edilməsində xüsusi rolu ola-
caq.


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
341
İstifadə edilmiş ədəbiyyat:
1) Канетти Э. Масса и власть. Москва: “M.Ad Marginem”, 1997. 
2) Ле Бон. Психология народов и масс. Москва: “Макет”, 1995.
3) Фрейд З. Массовая психология. Москва: “Азбука”,  2008. 
4) Московичи С. Психология масс. Москва: “Прогресс-Академия”, 1996.
5) Mehdiyev Ramiz. Azərbaycanın efir məkanı: problemlər və vəzifələr”./ “Azərbaycan” 
qəzeti, 2009.
6) Лассуэлл Г. Структура и функции коммуникации в обществе // М.М. Назаров. 
Массовая  коммуникация  в  современном  мире:  методология  анализа  и 
практика исследований. Хрестоматия. Москва: “УРСС”, 2002. 
7) Липпманн У. Общественная мнения. Москва: “Наука”, 2004. 
8) Шиллер Г. Манипуляторы сознанием. Москва: “Мысль”, 1980. 
Ramil Valibayov
Role of mass media and social networks in ruling of mass consciousness
Importance of the capability of mass media to influence and shape mass 
consciousnesses were noticed long ago. The crowd tends not to have its own 
opinion and is not inclined to theoretical thinking; therefore any opinion is 
mainly imposed on it from outside and under pressure.
During information era the role of mass media in formation of values, ori-
entation and views has considerably increased. Media began to get more de-
eply  into  life  of  people  and  have  dynamic  and  purposeful  impact  on  mass 
consciousness.
Today it is possible to speak with confidence about that who supervises 
mass media, is capable to actively influence views of people, their behavior 
and in general on mass consciousness in society.
Рамиль Велибеков
Роль средств массовой информации в социальных сетей 
в управлении массового сознания
Способность  СМИ  существенно  влиять  на  массовое  сознания  была 
подмечена давно. Толпа не имеет собственного мнения, поскольку она не 
приспособлена к теоритическому мышлению, поэтому любое мнение в 
нее приходится втискивать извне и нередко под давлением.
В  информационную  эпоху  роль  СМИ  в  формировании  ценностей  и 
воззрений  в  обществе  значительно  возрастает.  СМИ  стали  все  глубже 
проникать в жизнь людей и оказывать динамичное и целенаправленное 
воздействие на массовое сознание.
Сегодня можно с уверенностью сказать о том, что тот кто контролиру-
ют СМИ, способен активно влиять на воззрения людей, их поведение и в 
целом на массовое сознание в обществе.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
342 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
343
Açar  sözlər:  sosial  şəbəkə,  Facebook,  Twitter,  informasiya  azadlığı,  sosial 
media, media təmsilçisinin sosial şəbəkədəki rolu
Key  words:  Social  Network,  Facebook,  Twitter,  freedom  of  information, 
social media, media representatives' activities in the social networks
Ключевые слова: социальная сеть, Facebook, Twitter, свобода инфор-
мации, социальные медиа ресурсы, роль представителей СМИ в соци-
альных сетях
Sosial şəbəkələrin 
ənənəvi mediadan 
üstünlüyü və 
media təmsilçilərinin 
sosial şəbəkələrdəki 
fəaliyyətinin müsbət və 
mənfi tərəfləri
Almaz 
NƏSİBOVA                                                                                             
Bakı Dövlət Universitetinin 
jurnalistika fakültəsinin dissertantı
almazmahmud@gmail.com


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə