Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə134/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   129   130   131   132   133   134   135   136   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
348 
ya dəvət olunmuş mütəxəssis radionu tərəfkeşlikdə ittiham etdi. Səbəb kimi 
də  əməkdaşların  həmin  siyahıya  imza  atmasını  göstərdi”.  “Azadlıq”  radiosu 
Azərbaycan redaksiyasının digər sabiq əməkdaşı Rövşən Əliyevin qənaətincə, 
reportyorların sosial şəbəkələrdə istənilən mövzu ilə bağlı fikir bildirmələri on-
ların çalışdıqları xəbər mediasının tərəfsizliyini şübhə altına qoyur və bu, ciddi 
xəbər mediasının nizamnaməsində öz əksini tapır. 
Əslində, bu cür faktlar media qurumunun obyektivliyinə şübhə yaradır. Bu 
ziddiyyətli məqamdan danışan media ekspertləri vəziyyəti belə izah edirlər ki, 
bu cür halların baş verməsi özünü obyektiv və qərəzsiz adlandıran media qu-
rumlarının  nüfuzuna  xələl gətirir.  Əgər media  rəhbərliyi belə hallara qarşı konk-
ret tədbirlər görmürsə, onların qarşısının alınmasına məhəl qoymursa, deməli, 
bu məsələdə hansısa maraqlar rol oynayır. “Azadlıq” radiosunun Azərbaycan 
redaksiyasının (Bakı bürosu) marketinq üzrə meneceri Rafiq Məmmədli radio 
rəhbərliyinin  əməkdaşlara  (siyasi  hadisələrə  münasibət  bildirməkdən  başqa) 
işlədikləri xəbəri, videosüjeti sosial şəbəkədəki səhifələrində yaymağı tövsiyə 
etdiyini deyir.  Amma o, təəssüflə çox az hallarda əməkdaşların paralel olaraq 
informasiyalarını öz sosial şəbəkələrində yaydıqlarını da bildirir.
 “Amerikanın səsi” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Fərhad 
Tapdıqoğlu  isə  sosial  şəbəkələrdə  çox  sərbəst  şəkildə  fəaliyyət  göstərdiyini, 
istənilən  ictimai-siyasi  hadisəyə  münasibət  bildirdiyini  və  mövqe  nümayiş 
etdirdiyini  deyir:  “Mən  burda  “Amerikanın  səsi”nin  adından  çıxış  etmirəm. 
Bu,  mənim  şəxsi  sosial  şəbəkəmdir  və  istədiyim  kimi  hərəkət  edirəm”.  BBC 
Azərbaycan xidmətinin (radio online şəklində fəaliyyətini davam etdirir)  pro-
düseri  Elçin Xəlilov BBC-nin qaydalarına zidd fikrin qəbuledilməz olduğunu 
vurğulayır.  CNN  kanalının  ərəb  xidmətinin  əməkdaşının  Fələstin  lideri  Yasir 
Ərafata öz sosial şəbəkəsində xoş sözlər yazdığını və İsrailə yaxın dairələrin 
onu  paylaşdığını  xatırladan  Elçin  Xəlilov  həmin  əməkdaşın  işdən  uzaqlaşdı-
rıldığını deyir. Elçin Xəlilov təmsil olunduğu BBC-də buna oxşar  hər hansı bir 
hadisənin indiyədək baş vermədiyini, amma olarsa, nəzərəalınma ehtimalının 
da mümkünlüyünü  vurğulayır.   
Bir sözlə, əməkdaşların sosial şəbəkələrdə tam sərbəstliyi və təmsil etdiyi 
media qurumuna zidd fəaliyyətləri cəmiyyətdə həmin medianın əməkdaşlarının 
tərəf kimi qəbul olunmaq təhlükəsi yaradan hallardan hesab oluna bilər.   
“APA  Holding”in  prezidenti  Vüsalə  Mahirqızı  əməkdaşların  agentliyin  in-
formasiyalarının  sosial  şəbəkələrdə  də  paralel  şəkildə  yaymalarının  xüsusi 
öhdəlik kimi qoyulmadığını deyir. Müxbirlər yazılarının daha çox oxunması və 
sosial şəbəkədəki dostlarının rəyini öyrənmək üçün bunu özləri edirlər. Onun 
sözlərinə görə, “APA Holding”in əməkdaşları üçün peşə-davranış kodeksi qəbul 
edilib və əməkdaşlar bu kodeksə əməl edirlər (6).  
Vüsalə  Mahirqızı  əməkdaşların  sosial  şəbəkələrdə  özlərini  ifadə  etməkdə 
tam  sərbəst  olduqlarını  da  vurğulayır.  Amma  o  da  hesab  edir  ki,  əməkdaş 
APA-nı təmsil etdiyi üçün harda olmasından asılı olmayaraq onun formatın-


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
349
dan kənara çıxa bilməz: “Müxbirlər diqqətlərini çəkən istənilən məsələyə şərh 
yaza, istənilən informasiya və qeyri-informasiya vasitəsinin məlumatını paylaşa 
bilərlər.  Şirkətin  buna  hər  hansı  müdaxiləsi  yoxdur.  Amma  bir  istisna  var  ki, 
müxbir əldə etdiyi informasiyanı sayta ötürməmişdən əvvəl onu ilk olaraq so-
sial şəbəkədə paylaşa bilməz”. 
Onu da qeyd edək ki, sosial şəbəklərin əhəmiyyətini nəzərə alan dünya-
nın  “Sinxua”,  “Assoşieyted  Press”,  “Röyter”,  “Kiodo”  kimi  aparıcı  informasiya 
agentlikləri artıq sosial şəbəkələrlə iş şöbələri yaradıblar (5).  
Azərbaycanda yalnız “APA Holding”in  və “AzərTAc”ın sosial şəbəkələrlə iş 
şöbəsi  fəaliyyət göstərir. 
“Assoşieyted  Press”    İnformasiya  Agentliyinin  xəbər  xidməti  müxbirlərinə 
“Twitter”də öz fikirlərini bildirməyi, başqalarının yazdıqlarını orada təkrar pay-
laşmağı (retweet) qadağan edib. “Assoşieyted Press”də düşünürlər ki, jurna-
listin  “Twitter”də  başqalarının  yazdıqlarını  paylaşmasını  oxucular  həmin  fikri 
onun bəyənməsi kimi anlaya bilərlər.
 Hərçənd jurnalistlərin çoxu öz “Twitter” hesablarındakı bioqrafiya hissəsinə 
belə bir qeyd əlavə edir: “Retweetlər bəyənilmə kimi qəbul edilməməlidir”. An-
caq,  görünür,  “Assoşieyted  Press”in  xəbər  xidməti  üçün  bu  cür  qeyd  kifayət 
etmir (2). 
CNN-in baş redaktoru və Yaxın Şərq üzrə eksperti Oktavia Nasr “Hizbullah” 
terrorçusunun ölümü haqqında yazdığı tvitə görə 20 illik işini itirməli olub. “Kas-
pi” qəzetinin baş redaktoru Natiq Məmmədli də hesab edir ki, rəhbərlik etdiyi 
qəzetdə çalışan jurnalistin mövqeyi qəzetin mövqeyi ilə üst-üstə düşməlidir.   
“Assoşieyted Press” İnformasiya Agentliyinin direktor müavini Tomas Kentə 
görə, bəzən informasiya agentliyində çalışan jurnalist xəbəri peşə prinsiplərinə 
uyğun yaydıqdan sonra sosial şəbəkələrdə bununla bağlı öz fikirlərini bölüşür. 
Onun fikrincə, bunun özü də mübahisəli məsələdir. Bunu nəzərə alan “Asso-
şieyted  Press”  öz  müxbirlərinə  yazdıqları  xəbərlərlə  bağlı  sosial  şəbəkələrdə 
məlumat yaymağı qadağan edib.
Nəticə
Müşahidələr  göstərir  ki,  bütün  yeni  yaradılan  sosial  şəbəkələrə  əvvəl 
cəmiyyətlər,  sonra  dövlətlər  (dövlət  qurumları)  inteqrasiya  edirlər.  Əgər 
birincilər virtual aləmin bu müstəvisinə transfer olunmaqla özlərinin məlumat 
almaq,  paylaşmaq  və  fəaliyyət  imkanlarını  artırmaq  istəklərini  reallaşdırmış 
olurlarsa, ikincilər bu prosesdən kənarda qalmamaq, yaranmış tarazsızlığı ba-
lanslaşdırmaq  və  əlbəttə  ki,  mövcud  vəziyyəti  nəzarətdə  saxlamaq  məqsədi 
güdürlər. Məhz bu və ya digər maraqlar çəmiyyətin və dovlətin, rəsmi struk-
turlarla qeyri-rəsmi qurumların, sadə insanların istər-istəməz bir araya gəlməsi 
zərurətini yaradır. Özü də hansısa qapalı və ya məhdud mühitdə yox, birba-
şa hər kəs üçün açıq olan sosial şəbəkələrdə. Odur ki, medianın da bu sosial 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə