Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə132/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   129   130   131   132   133   134   135   136   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
344 
Giriş
İnformasiya texnologiyalarının sürətli inkişafı kütləvi informasiya vasitələrinə 
(KİV), o cümlədən elektron mediaya ciddi təsir göstərməkdədir. Təsadüfü deyil 
ki,  internetin,  xüsusilə  də  sosial  şəbəklərin  meydana  çıxması    jurnalistikanın 
yeni dövrünün başlanması kimi xarakterizə edilir. 
Bu  gün  dünyanın  aparıcı  KİV  təmsilçilərini  narahat  edən  ən  aktual 
məsələlərdən biri “Facebook”, “Twitter” və digər sosial şəbəkələrin ciddi me-
diaya  köklü  şəkildə  təsir  göstərməsidir.  Hazırda  sosial  şəbəkələr  mediaya 
nəinki təsir göstərir, hətta operativlik baxımından onu vurub sıradan çıxarmaq 
səviyyəsinə  qədər  gəlib  çatıb.  Sosial  şəbəkələrdə  heç  bir  qadağa,  redaksiya 
nəzarəti və ya kənar müdaxilə yoxdur. Tam sərbəstlik media ilə müqayisədə 
sosial şəbəkəni daha cəlbedici edir və nəticədə oxucu auditoriyasının diqqətini 
ikincinin xeyrinə dəyişir. 
Bəzi mütəxəssislərin qənaətincə, əsl informasiya azadlığını elə ilk baxışdan 
sosial şəbəkələrdə görmək olar. Statistika göstərir ki, sosial şəbəkələrin 90%-
nin ictimai-siyasi proseslərə köklü təsiri var. Əgər müstəqil media mətbuatın 
və jurnalistikanın qəbul olunmuş standartlarına əməl edərək hər hansı siyasi 
təbliğatdan, kütləvi çağırışlardan mümkün qədər uzaq durursa və ya qütbləşmiş 
media yalnız öz maraqlarına uyğun çərçivədə buna gedirsə, sosial şəbəkələrin 
istənilən çağırışları etmək üçün hər hansı önləyici məhdudiyyəti yoxdur. 
Məsələnin  ciddiliyinə  diqqət  yetirən  ölkələr  artıq  bu  prosesi  nəzərə  al-
maq,  gündəmdə  saxlamaq,  hətta  nəzarətə  götürmək  üzərində  iş  aparır,  çı-
xış  yolları  axtarırlar.  Əgər  güc  mərkəzləri,  ABŞ,  Avropa  ölkələri  əvvəllər  öz 
siyasətlərini  ənənəvi  medianın  əldə  etdiyi  informasiyalar  üzərində  qururdu-
larsa,  indi  onlar  özləri  də  sosial  şəbəkələrdə  yayımlanan  məlumatlara  daha 
çox meyilli olublar. Hazırda ABŞ Prezidenti Barak Obama Administrasiyasının 
fəaliyyət istiqamətlərindən biri də sosial şəbəkələri əhatə edir. Administrasiya 
xüsusilə “Twitter” sosial şəbəkəsindən geniş istifadə edir. Məsələn, ABŞ Dövlət 
Departamentində hər gün keçirilən birifinqdə mətbuat katibi Viktoriya Nuland 
son vaxtlar sualları mətbuat üzvlərindən deyil, dünyanın hər yerindən “Twitter” 
vasitəsilə qəbul edir. Dövlət Departamenti bunun üçün “Twitter”də  “AskSta-
te” hesabı da yaradıb. Hətta Viktoriya Nulanda verilən suallar operativ şəkildə 
tərcümə olunub Dövlət Departamentinin “Twitter” səhifəsində 10 rəsmi dildə 
- ərəb, çin, ingilis, fars, fransız, hind, portuqal, rus, ispan və urdu - sosial media 
şəbəkəsinə göndərilir və bu, ABŞ diplomatiyasının genişləndirilməsi planının bir 
hissəsi kimi gerçəkləşdirilir. ABŞ Dövlət Departamenti yeni texnologiyalardan 
istifadəni bütün dünyada xarici siyasətinin əsas hissəsi kimi müəyyənləşdirib. 
Hətta Dövlət Departamentinin sosial media şəbəkələrində 193 müxtəlif hesabı 
var ki, bunların 100-ü ayrı-ayrı ölkələrdəki səfirliklərə məxsusdur [4].  Sosial 
şəbəkələrdə informasiyaların ənənəvi mediadan daha operativ şəkildə yayım-
lanması ilə bağlı Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direk-


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
345
toru  Aslan  Aslanov  qeyd  edir  ki,  müxbir  xəbəri  yazaraq  redaktora,  o  da  öz 
növbəsində  buraxılış  redaktoruna  verməlidir.  Bu,  xeyli  dərəcədə  vaxt  aparır. 
Sosial şəbəkədə iştirak edən, ancaq heç bir jurnalist təhsili və jurnalistika ilə 
əlaqəsi olmayan istənilən şəxs isə hadisə baş verən kimi onunla bağlı hər hansı 
bir cümləni öz səhifəsində yerləşdirir: “Bu cümlə baş-ayaq olacaq və orada heç 
bir dil və üslub qaydalarına əməl olunmayacaq. Lakin buradakı ən vacib olan 
fakt insanları cəlb edəcək. Bir dəqiqənin içərisində 4-5 min adam bu xəbərə 
baxacaq. AzərTAc-ın və ya Azərbaycanda olan istənilən informasiya agentli-
yinin və yaxud elektron mətbuatın nümayəndəsinin buraxdığı xəbər isə gün 
ərzində özünə 1000-2000 oxucu toplamayacaq” [5]. 
Sosial media üzrə beynəlxalq ekspert Piter Svalenin sözlərinə görə, sosial 
media siyasi rejimlərin planlarını alt-üst edib və buna nəzarət olunmur: “Hər 
hansı  siyasi  liderin  gündəliyində  olan  vacib  məsələdən  adi  bir  video  ictimai 
diqqəti daha çox cəlb edir. Artıq bütün xalqlar sosial jurnalistə çevrilib. Daha 
cəmiyyəti liderlər inandıra bilmirlər” [3]. 
Media təmsilçilərinin sosial şəbəkələrdəki rolu
Sosial şəbəkələrdə olmaq media təmsilçiləri üçün nədir? İşdən sonra şəxsi 
həyatlarının  bir  hissəsi,  beyin  dincliyi,  yoxsa  təmsil  etdikləri  medianın  işçi-
si olaraq gündəlik fəaliyyətlərinin davamı? Media təmsilçisinin öz işini sosial 
şəbəkədə davam etdirməsi məcburidirmi? Təsadüfi deyil ki, sosial şəbəkələrin 
operativlik baxımından üstünlüyünü nəzərə alan və vəziyyəti müəyyən qədər 
tarazlaşdırmaq,  bu  geriliyi  nisbətən  azaltmaq  üçün  media  rəhbərləri  öz 
əməkdaşlarına informasiyalarını sosial şəbəkələrdəki səhifələrində yaymalarını 
tövsiyə edirlər. Bununla onlar rəhbərlik etdikləri media orqanının məlumatlarını 
öz oxucuları, dinləyiciləri, tamaşaçıları ilə yanaşı, həm də digərlərinin diqqətinə 
çatdırmış  olurlar.  Sosial  şəbəkələrin  hər  hansı  qütbləşmədən  kənar  qalması, 
siyasi  mənsubiyyətindən,  dilindən,  dinindən  asılı  olmayaraq  hamının  diqqət 
mərkəzində olması onların ən böyük üstünlüyüdür. Təkcə ixtisaslaşmış deyil, 
adi media qurumlarının da izləyiciləri müəyyən qədər bəlli bir dairəni əhatə 
edir. Tutaq ki, dünyanın ən nüfuzlu, tanınmış mətbu orqanları internet vasitəsilə 
bütün ölkələrə yayılır. Amma onları həmin ölkələrdə heç də hamı izləmir. Çünki 
maraqlar müxtəlifdir, sosial şəbəkələr isə bütün bu müxtəlif maraqları özündə 
birləşdirir.  Elə  ona  görə  də  bugünkü  media  paralel  olaraq  həm  də  sosial 
şəbəkələrdə mövcud olmaq məcburiyyətindədir. Sosial şəbəkələr məlumatları 
mediadan daha sürətlə yaymaqla yanaşı, həm də ikinci ciddi bir missiyanı - 
adi insanları jurnalistə (peşəkar olmasalar belə) çevirmək missiyasını da yerinə 
yetirirlər.  Yaxın  vaxtlara  qədər  kompüterdə  yazmağı  bilməyən  adamlar  belə 
artıq özləri də hiss etmədən nəinki mətnlər, hətta videosüjetlər hazırlamağı, 
onları  montaj  etməyi  və  öz  səhifələrində  yerləşdirməyi  də  öyrənirlər.  İnsan-
larda buna həvəsi, əlbəttə ki, sosial şəbəkələr yaradır. Bununla yanaşı, sosial 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə