Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə130/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   126   127   128   129   130   131   132   133   ...   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
338 
KİV-lərin daxili və xarici siyasətdə rolu
KİV-lərə daxili və xarici siyasətə nəzarət aləti kimi də baxmaq olar. Media 
dünya siyasətində dövlətin aparıcı mövqe tutmasını təmin edən başlıca fak-
tor kimi “dünya ağalığının üçüncü nəsil vasitəsi”nə çevrilib. Bu mənada KİV-
lərin dövlətin xarici siyasətində, beynəlxalq münasibətlər sistemində dövlətin 
maraqlarının və mövqeyinin müdafiə edilməsi işində, ölkənin müsbət imicinin 
formalaşdırılmasında rolu əhəmiyyətli dərəcədə böyükdür. Azərbaycanın tim-
salında söyləmək olar ki, xüsusilə də yenicə müstəqillik əldə etmiş və dünya 
güclərinin geosiyasi və geoiqtisadi maraqlarının kəşişmə nöqtəsində yerləşmiş 
dövlət  üçün  medianın  rolu  danılmazdır.  Elə  “Eurovision-2012”  musiqi  yarış-
ması ərəfəsində Azərbaycanın kütləvi şəkildə Qərb, erməni və İran mətbuatı 
tərəfindən  şantaja  məruz  qoyulduğu  zaman  ölkə  mətbuatının  bir  hissəsinin 
tutduğu mövqe nəticəsində bütün əsassız fikirlərin ictimai rəyə çevrilməsinə 
imkan verilmədi. Yəni Azərbaycanın aparıcı mətbuat orqanları ölkədə kütləvi 
şüurun kənar təzyiqlər altında deformasiyaya uğramasının qarşısını aldı.
KİV-lərin ölkənin daxili siyasətində də rolu böyükdür. Siyasi hakimiyyətin 
daxili  siyasətinin  əhəmiyyətli  və  səmərəli  olması  üçün  media  ictimai  rəyin 
formalaşdırılması  işi  ilə  məşğul  olur.  Akademik  Ramiz  Mehdiyevin  sözlərilə 
desək,  kütləvi  informasiya  vasitələri  ədəbi  dilin  yaranması  və  inkişafında, 
xalqın  maariflənməsində,  mədəniyyətin,  milli-mənəvi  dəyərlərin  təbliğində, 
həmrəylik  ideyalarının  yayılmasında  əvəzsiz  rol  oynayırlar.  Bundan  başqa, 
ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət 
siyasətinin  mahiyyətinin  xalqa  çatdırılması,  cəmiyyətin  aktual  problemlərinin 
müzakirəsi, günün nəbzinə uyğun verilişlərin hazırlanması da KİV üçün daim 
prioritet istiqamətlər olublar [5, s. 3-4].
Göründüyü kimi, media orqanları dövlətin atacağı addımlarla bağlı diaq-
nostik müayinə keçirir, kütləvi şüuru veriləcək yeni qərarlara uyğunlaşdırır və 
son nəticədə cəmiyyətdə düşüncə və davranış harmoniyası formalaşdırır.
Mozaik mədəniyyət və simvolik siyasət
KİV  həmçinin  cəmiyyətdə  mozaik  mədəniyyətin  formalaşdırılmasında  da 
xüsusi rol oynayır. Qloballaşan dünyada gündəlik mövzuların sürətlə dəyişməsi 
nəticəsində  insanlarda  qısafraqmentli  düşüncə  stilləri  yaranır.  Bu  mənada 
mətbuatı  daimi  izləməyən  insanlarda  yalnız  təsəvvür  xarakterli  fikirlər  mey-
dana gəlir. Bunun yekununda da cəmiyyətdə mozaik mədəniyyət formalaşır. 
Əlbəttə ki, medianın bu funksiyası da manipulyasiya üçün xüsusilə əhəmiyyətli 
platforma yaradır.
Məhz  KİV-lərin,  eyni  zamanda  sosial  şəbəkələrin  yuxarıda  qeyd  olunan 
keyfiyyətlərinin mövcud olması elitaya və siyasi dairələrə kütləvi şüurun mani-


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
339
pulyasiyası  vasitəsilə  idaəetmənin  həyata 
keçirilməsi və siyasi maraqların təmin olun-
ması  üçün  real  şanslar  yaradır.  Bu  mənada, 
xüsusilə  də  XX  əsrdə  müəyyən  siyasi 
qərarların  qəbulu  və  ya  addımın  atılma-
sı  üçün  əvvəlcədən  düzgün  formada  icti-
mai  rəyin  formalaşdırılması  istiqamətində 
uzunmüddətli və dərin tədqiqatlara baş vu-
rulub. Amerikalı tədqiqatçılar manipulyasiya 
prosesinin elmi əsaslarını işləyib hazırlayıblar.
Harold Lassuellin tədqiqatları manipulya-
siyanın əsaslarını təşkil edən media təsirinin, 
xüsusilə  də  təbliğatın  xüsusiyyətlərinin 
öyrənilməsində  əsas  rol  oynayıb.  O  deyib  ki,  təbliğat  fəaliyyətinin  əsaslarını 
öyrənmədən  kütləvi  şüur  fenomeninin  tədqiqatı  və  onun  manipulyasiyası 
texnologiyasını müəyyənləşdirmək olmaz. Bu mənada H.Lassuell cəmiyyətdə 
kommunikasiyanın 3 əsas funksiyasını göstərirdi:
- insan kütləvi kommunikasiya vasitəsilə dünyada baş verən hadisələr haq-
qında daha ətraflı məlumat əldə edə bilər;
- kütləvi media kütlələrə hadisələrə yanaşmanı və onun təhlilini göstərir;
-  KİV  vasitəsilə  yaşlı  və  gənc  nəsil  arasında  təcrübə  və  mədəni  irsin 
mübadiləsi gedir [6, s. 133].
Görünən odur ki, təbliğat prosesi özündə kütləvi şüurun uzun müddət ha-
zırlanmasını ehtiva edir. Burada insanları tədrici olaraq bu və ya digər qərarların 
qəbulu üçün hazırlamaq prosesi mərhələli şəkildə öz əksini tapır. H.Lassuellin 
təbirincə desək, bunun üçün təbliğatçıların ideyanı qəbul etdirmək üçün in-
sanların şüuruna təsir edən vasitələri və strategiyası olmalıdır.
Təbliğat sahəsində nəzəriyyəçi kimi tanınan Uolter Lippmann hesab edirdi 
ki, təbliğatın mövcudluğu üçün auditoriya ilə baş verən hadisələr arasındakı 
səddi  müəyyənləşdirmək  lazımdır.  Yəni  ictimai  rəyin  formalaşdırılması  üçün 
mərkəzi anlayış “stereotip”dən istifadə olunur. Bu, insanlar arasında ünsiyyətin 
xüsusiyyətlərini və reallığı qəbuletmə səviyyəsini müəyyənləşdirir. U.Lippmann 
hesab edirdi ki, insanlar reallıqda gördüklərinə deyil, daha çox “beyinlərində 
formalaşdırdıqları şəklə” reaksiya verirlər. Bu səbəbdən də kütlə böyük infor-
masiya axını içərisində idarə olunmaya ehtiyac duyur [7, s. 285].
Aparılan araşdırmaların məntiqi ondan ibarətdir ki, daxili və ya xarici sfe-
rada siyasi fəaliyyətin həyata keçirilməsindən öncə ictimai qınaqla və kütləvi 
mənfi rəylə üzləşməmək üçün əvvəlcədən kütləvi şüur məqsədli şəkildə ya-
yılmış informasiyalar vasitəsilə formalaşdırılır. ABŞ-ın Əfqanıstana, İraqa və ya 
NATO qüvvələrinin Liviyaya hərbi müdaxilə etməsi prosesində KİV ilə hücumu 
dəstəkləyən beynəlxalq ictimai rəy formalaşdırılmışdı. Burada isə KİV vasitəsilə 
miflərin yaradılmasına daha çox yer verilmişdi.
Qloballaşan dünyada gündəlik 
mövzuların sürətlə dəyişməsi 
nəticəsində insanlarda 
qısafraqmentli düşüncə stilləri 
yaranır. Bu mənada mətbuatı 
daimi izləməyən insanlarda 
yalnız təsəvvür xarakterli 
fikirlər meydana gəlir. Bunun 
yekununda da cəmiyyətdə 
mozaik mədəniyyət formalaşır


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə