Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə133/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   129   130   131   132   133   134   135   136   137

STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
346 
şəbəkələr adi insanlara siyasi liderləri, onla-
rın tərəfdarlarını da tanıtdırır, onlar haqqın-
da müəyyən fikir formalaşdıra bilir.
Sosial  şəbəkələr  bir  çox  media  qurum-
ları  kimi  yalnız  hər  hansı  fərdin  təbliğatı 
və  ya  antitəbliğatı  imkanını  yaratmır.  Bu-
rada  kimsə  özünü  təbliğ  etməklə  yanaşı, 
həm  də  rəqiblərinin,  əleyhdarlarının  və  ya 
opponentlərinin  hücumundan  da  müdafiə 
olunmaq məcburiyyətindədir. Bütün imkan-
ların hamı üçün bərabər tanındığı məkanlar 
isə,  əlbəttə  ki,  auditoriya  üçün  daha 
cəlbedicidir. AzərTAc-ın direktoru Aslan As-
lanov  hesab  edir  ki,  reallıqla  razılaşmaqla 
bərabər, əgər ənənəvi media təcili tədbirlər 
görməsə,  innovasiyalı  texnologiyaların  im-
kanlarından yüksək, daha yaradıcı səviyyədə 
istifadə etməsə, onda bu mübarizədə əsaslı 
surətdə geri qalacaq və uduzacaq. Səbəb odur ki, insanlar innovasiya texno-
logiyalarının yeniliklərindən çox ağılla, dərrakə ilə istifadə edərək həm görün-
tülü, həm səsli, həm də infoqrafik xəbərlər göndərir, bir-birləri ilə xəbərləşirlər. 
Ənənəvi media bu operativlikdən xeyli geri qalır. 
Mediadan fərqli olaraq sosial şəbəkələrdə yayılan informasiyalara nəzarət 
etmək, demək olar ki, mümkün deyil. Sosial şəbəklərdə informasiyaları daha 
çox adi insanlar yayır və odur ki, həmin informasiyaların obyektivliyinə görə də 
onlardan bu məlumatlarla bağlı ictimai məsuliyyət tələb etmək absurddur. Heç 
şübhəsiz ki, bu məqam media mənsublarının da diqqətindən kənarda qalmır. 
Ona görə də sosial şəbəklərdə adi insanlardan, dövlət və hökumət qurumla-
rından fərqli olaraq media qrumları və onların təmsilçiləri daha fəal olurlar və 
ya olmalıdırlar. Media qurumları sosial şəbəkələrdə öz səhifələrini yaratmaqla 
informasiyalarını paylaşır, media təmsilçiləri də fərdi qaydada sosial şəbəklərdə 
iştirak edirlər.
Azərbaycan dilində yayımlanan xarici radioların sosial 
şəbəkələrdəki fəallığı
Sosial şəbəkələrdə dünyanın bütün media orqanları kimi “Amerikanın səsi”, 
“Azadlıq”  radiolarının  Azərbaycandilli  büroları,  BBC-nin  Azərbaycan  xidməti 
və onların təmsilçiləri də fəaldırlar. Heç şübhəsiz, bununla onlar təkcə təmsil 
etdikləri media qurumunun auditoriyasını genişləndirmir, həm də hazırladıq-
ları materiallarla öz fəaliyyətlərinin səviyyəsini təqdim etmiş olurlar. Yəni hər 
kəs öz hazırladığı xəbəri, reportajı, süjeti paylaşmaqla özünün daha peşəkar, 
Sosial şəbəkələr bir çox 
media qurumları kimi yalnız 
hər hansı fərdin təbliğatı 
və ya antitəbliğatı imkanını 
yaratmır. Burada kimsə özünü 
təbliğ etməklə yanaşı, həm də 
rəqiblərinin, əleyhdarlarının 
və ya opponentlərinin 
hücumundan da müdafiə 
olunmaq məcburiyyətindədir. 
Bütün imkanların hamı üçün 
bərabər tanındığı məkanlar 
isə, əlbəttə ki, auditoriya üçün 
daha cəlbedicidir.


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
347
daha maraqlı, daha operativ olduğunu da göstərməyə çalışır. Sözsüz ki, bu, bü-
tün jurnalistlərə xas olan xüsusiyyətdir və normal haldır. Burdan belə nəticəyə 
gəlmək olur ki, sosial şəbəkələr təkcə paylaşım üçün yox, həm də rəqabət üçün 
çox münbit ərazidir. Bəs əməkdaşların radioların tələblərinə zidd hər hansı bir 
informasiya yaymalarına nə dərəcədə icazə verilir? 
“Amerikanın  səsi”nin  jurnalist  kodeksinə  görə,  rəsmi  işlər  haqqında 
məlumatı təqdim edən zaman burada çalışan jurnalistlər öz siyasi baxışlarını 
kənarda qoyurlar. Burada çalışanlar iş zamanı və ya işdən kənardakı davranışla-
rının bütövlükdə “Amerikanın səsi”nə təsir etdiklərini dərk edirlər və jurnalistika 
sənətinin bütün standartlarına sadiq qalmalıdırlar. Onlar iş yerində komanda 
şəklində işləməyə, xeyirxahlığa, nəzakətli davranışa şərait yaratmaq və dün-
yanın  hər  yerində  “Amerikanın  səsi”nə  inamı  və  onun  effektivliyini  artırmaq 
üçün işləməlidirlər. Bir sözlə, bu  media qurumunda çalışan təmsilçi işdən son-
ra hara gedirsə-getsin, nə edirsə-etsin birmənalı olaraq radionun işçisi hesab 
olunur və bununla da həmin əməkdaşlardan davranışlarına nəzarət etmək və 
radionun prinsiplərinə xələl gətirəcək heç bir neqativ hala yol verməmək tələb 
olunur.        
“Azadlıq”  radiosunun  Azərbaycan  redaksiyasının  (Bakı  bürosu)  marke-
tinq üzrə meneceri Rafiq Məmmədli deyir ki, onlarda da əslində “Amerikanın 
səsi”ndəki  kimidir,  yəni  işçilər  sosial  şəbəkələrdə  (fərqi  yoxdur  nə  zaman,  iş 
vaxtı, işdən sonra) siyasi hadisələrə dair öz mövqeyini nümayiş etdirə bilməzlər. 
Bunun da səbəbi odur ki, “Azadlıq” radiosunun işçiləri harda çıxış etmələrindən 
asılı olmayaraq tərəfsiz görünməlidirlər. Rafiq Məmmədli bəzən istisnalar ol-
duğunu  da  bildirir.  Məsələn,  bəzi  radio  əməkdaşları  nəinki  mövqe  nümayiş 
etdirir,  hətta  siyasi  proseslərin  mərkəzində  olur  ki,  nəticədə  bu,  cəmiyyətdə 
birmənalı qarşılanmır, yəni radionun mövqeyi kimi qəbul edilir. Radionun keç-
miş əməkdaşı İlqar Rəsul isə deyir ki, vaxtilə o da burada müqavilə əsasında 
çalışıb. Amma  ona və müqavilə  əsasında çalışan digərlərinə bu qayda ciddi 
şəkildə tətbiq olunub. İlqar Rəsul hətta sözügedən qaydanı pozanların işdən 
kənarlaşdırılması  faktlarının  da  şahidi  olduğunu  bildirir:  “Bir  vaxtlar  sosial 
şəbəkədə  siyasi  düşüncəsini  bölüşən,  amma,  əlbəttə  ki,  açıq-aydın  mövqe 
ortaya  qoyan  müxbir  radio  ilə  əməkdaşlıqdan  kənarlaşdırılırdı.  Amma  son 
vaxtlar  “Azadlıq”  radiosunun  müxbirlərini  etiraz  aksiyalarında  iştirakçı  kimi 
təqsirləndirilən bu və ya digər şəxsi dəstəkləmək məqsədilə məhkəmə bina-
sının qarşısına yığışanların arasında da görmək olur”. İlqar Rəsulun sözlərinə 
görə, bəzən radionun əməkdaşlarının hansısa siyasi müraciətə imza atmaq hal-
ları da olub ki, bunlar da sonradan arzuolunmaz nəticələrə gətirib çıxarıb: “Bir 
dəfə radionun üç əməkdaşı beynəlxalq təşkilatlara ünvanlanan müraciətə imza 
atmışdılar. Həmin müraciətdə Azərbaycanda ictimai, siyasi və dini baxımdan 
bir  neçə  məsələyə  kəskin  münasibət  bildirilir,  beynəlxaq  təşkilatlardan  yar-
dım istənilirdi. Xeyli insanın imza atdığı bu müraciət yetərincə səs-küyə səbəb 
olmuşdu. Nəticədə mən canlı efirdə veriliş apararkən din sahəsində studiya-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə