Azərbaycan Respublikasının Gömrük Məcəlləsi



Yüklə 4,93 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix02.01.2018
ölçüsü4,93 Kb.
#18988
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

120.1. Fors-major halların yaranması nəticəsində bu Məcəllənin 119.1-ci maddəsi ilə 
müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməyən şəxs, yaxud onun maraqlarından 
çıxış edən şəxs bu barədə gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır. 
Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri 
barədə məlumat verilməlidir. 
120.2. Bu Məcəllənin 119.5-ci maddəsində göstərilən nəqliyyat vasitəsi fors-major 
hallarında keçdiyi gömrük ərazisində məcburi dayanması ilə əlaqədar bu Məcəllənin 
119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirilmədikdə, həmin nəqliyyat 
vasitəsinə görə məsul şəxs bu barədə gömrük ərazisində qaldığı və təyinat gömrük 
orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır. 
120.3. Bu Məcəllənin 120.1-ci və 120.2-ci maddələrində qeyd olunan hallarda gömrük 
orqanları nəqliyyat vasitəsində olan malların başqa gömrük orqanına və ya 
razılaşdırdırılmış digər yerə çatdırılması üzrə tədbirləri müəyyənləşdirirlər. 
Maddə 121. Malların gömrük orqanlarına təqdim edilməsi 
121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların 
sənədləri isə gömrük orqanlarına təqdim edilir. 
121.2. Mallar gömrük ərazisinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, 
gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 
(bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir. 
121.3. Mallar gömrük orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti 
olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında 
yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə 
bilərlər. 
121.4. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə, 
onlar gömrük nəzarəti zonasında saxlanılmalıdır. 
121.5. Gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi
nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, 
qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin 
(əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, 
sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla 
bilər. 
121.6. Bu Məcəllənin 121.1-ci maddəsində göstərilən tələblərə riayət etməyən daşıyıcı 
bunun səbəblərini əvvəlcədən gömrük orqanlarına bildirməlidir. Əks halda, həmin 
daşıyıcı qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. 
121.7. Bu Məcəllənin 121-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar 
daşıyıcının çəkdiyi əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir. 


121.8. Şəxsin müraciəti və gömrük orqanlarının icazəsi ilə mallar gömrük yoxlamasına 
həmin şəxsin məqsədəmüvafiq hesab etdiyi digər yerlərdə də təqdim oluna bilər. Belə 
hallarda həyata keçirilən gömrük prosedurları ilə bağlı bütün xərclər şəxs tərəfindən 
ödənilir. 
121.9. Gömrük ərazisinə gətirilən mallar gömrük orqanlarına aşağıdakı şəxslərdən biri 
tərəfindən təqdim oluna bilər: 
121.9.1. malları gömrük ərazisinə gətirmiş şəxs
121.9.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs; 
121.9.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə 
məsul olan şəxs; 
121.9.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs; 
121.9.5. saxlanc yerlərinin təsis edilməsi üçün verilmiş lisenziyanın sahibi və ya 
sərbəst zonada fəaliyyət göstərən şəxs. 
121.10. Malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal 
bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir. 
Maddə 122. Malların boşaldılması, yoxlanılması və yenidən yüklənməsi 
122.1. Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların 
müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat 
vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə 
yenidən yüklənə bilər. 
122.2. Malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə 
yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük 
orqanlarına təcili məlumat verilməlidir. 
122.3. Malların yenidən yüklənməsi üçün gömrük orqanları tərəfindən tələb olunan 
yeganə sənəd yük bəyannaməsidir. 
122.4. Gömrük orqanları tələb etdikləri məlumatların ətraflı qeyd olunduğu istənilən 
kommersiya və ya nəqliyyat sənədini malların yenidən yüklənməsi üçün gömrük 
bəyannaməsinin təsviri hissəsi kimi qəbul edirlər. Bu halda sənəddə məlumatların 
müvafiq məqsəd üçün qəbul edilməsi barədə qeydiyyat aparılır. 
122.5. Gömrük orqanları yenidən yüklənən malları, onları daşıyan nəqliyyat vasitələrini 
yoxlamaq, mallardan prob və nümunələr götürmək məqsədi ilə malların boşaldılmasını 
və açılmasını tələb etmək hüququna malikdirlər. 


122.6. Gömrük orqanlarına təqdim edilmiş mallar gömrük orqanlarının icazəsi olmadan 
təqdim edildiyi yerdən çıxarıla bilməz. 
Maddə 123. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi 
123.1. Gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq 
gömrük proseduru altında yerləşdirilməlidir. 
123.2. Bu Məcəllənin 214-cü və 215-ci maddələrində nəzərdə tutulan hallar istisna 
olmaqla, bəyannaməçi malları mənşə ölkəsindən, xassələrindən, miqdarından asılı 
olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər. 
Maddə 124. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilməsi 
124.1. Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada 
yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu 
Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru 
altında yerləşdirilmiş hesab edilir. 
124.2. Gömrük orqanlarına təqdim edilmiş xarici mallar üzrə qısa idxal bəyannaməsinin 
verilmədiyi müəyyənləşdirildikdə, onların sahibi bu bəyannaməni dərhal gömrük 
orqanlarına təqdim etməlidir. 
Fəsil 18. Malların gömrük ərazisindən aparılması 
Maddə 125. Mallar gömrük ərazisindən aparılmazdan əvvəl bəyanetmə öhdəliyi 
125.1. Gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar həmin ərazidən 
aparılmazdan əvvəl bəyan edilməlidir. 
125.2. Bu Məcəllənin 125.1-ci maddəsi gömrük ərazisinə daxil olan ərazi sularından və 
hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil 
edilmir. 
125.3. Bu Məcəllənin 125.1-ci maddəsində nəzərdə tutulmuş bəyanetmə aşağıdakı 
formalarda ola bilər: 
125.3.1. gömrük ərazisindən aparılan mallar gömrük bəyannaməsi tələb olunan 
gömrük proseduru altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi; 
125.3.2. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan təkrar ixrac bildirişi
125.3.3. gömrük bəyannaməsi və təkrar ixrac bildirişi tələb olunmadığı hallarda, 
bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi. 


Yüklə 4,93 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə