62
Xülasə olaraq deyə bilərik ki, kənddə çox az sayda radi-
kal düşüncəli dindara rast gəlinsə də, ümumilikdə kənd əhalisi
ənənəvi din anlayışına sadiqdir və fərqli düşünən insanlarla
eyni cəmiyyəti paylaşmaqda heç bir problem görmürlər.
Tanış olmaq və fikrilərini öyrənmək üçün baş çəkdiyimiz
ikinci kənd isə əhalisinin demək olar ki, tamamı şiələrdən iba-
rət Ərçivan kəndidir. 12000-dən çox əhalisi olan bu kəndin
sakinləri də Siyakü kimi qonşu sünnilərə qarşı tolerantdır-
lar. Sünniləri özlərindən ayrı görmədiklərini qeyd edən kənd
sakinləri onlarla nikah vasitəsilə qohumluq əlaqəsini müsbət
qarşılayırlar. Ümumiyyətlə, Ərçivanın əhalisinin də qonşu
kəndlərdəki sünnilərə qarşı münasibəti son dərəcə istidir.
Ərçivan kəndi Məhəmməd Hənəfiyyə məscidinin axun-
dunun qeyd etdiyinə görə, adı keçən məscidi həm sünnilər,
həm də şiələr ziyarət edir, qurbanlar kəsərək nəzir paylayırlar.
Ən son olaraq ziyarət etdiyimiz kənd əhalisinin yarısının
şiə, yarısının isə sünni olduğu Pensər kəndidir.
Astara rayonunun Pensər kəndini sadəcə Azərbaycanda
deyil, həmçinin dünyada analoqu olmayan bir tolerantlıq nü-
munəsi olaraq görmək mümkündür. Uzun əsrlərdir eyni kəndi
və hətta eyni məhəlləni paylaşan iki məzhəb mənsubları bura-
da sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa da-
vam edirlər.
1
Hər şeydən əvvəl onu qeyd edək ki, Pensər kəndində iki
məscid fəaliyyət göstərir. Hacı Teymur Cümə məscidi sün-
nilərin, Pensər kənd Cümə məscidi isə şiələrin ibadət yeri kimi
tanınır və aralarında məsafə çox azdır. Lakin hər iki məscidin
rəhbərliyi “sünni məscidi, şiə məscidi” kimi ifadələrdən nara-
hatlığını bildirir, “Bizim kəndimiz böyük olduğundan əhalinin
ehtiyacına görə iki məscidimiz vardır” şəklində açıqlama
verirlər. Məhərrəmlikdə mərasimlər hər iki məsciddə - kişilər
1
Pensər kəndinə qonşu olan Telman kəndində də vəziyyət eyni şəkildədir. Bu
kəndin əhalisinin 60%-ni şiə, 40 %-ni isə sünnilər təşkil edir.
63
Azərbaycanda tolerantlıq ənənəsi
Hacı Teymur Cümə məscidində, qadınların isə Pensər kənd
Cümə məscidində keçirirlər.
Digər tərəfdən vəfat edən sünninin yas məclisində top-
laşan qadınların şiə kimi mərsiyə və rozə oxumaları da bu
kəndə məxsus bir fərqlilikdir. Halbuki yuxarıda adını qeyd
etdiyimiz və əhalisinin demək olar ki, tamamı sünnilər olan
Siyakü kəndində bunu görmək mümkün deyildir. Doğrudur,
Siyaküdə tasua və aşura günlərində ehsan süfrələri açılır, lakin
Pensərin sünni əhalisi kimi olmadıqları açıqdır.
Pensər kəndində diqqəti çəkən məqamlardan biri də qo-
humluq əlaqələridir. İstər Ərçivan, istərsə də Siyakü kəndində
də qız alıb vermə faktı ilə qarşılaşırıq. Lakin Pensərdə bu vəziy-
yə tin adi hal aldığı açıq şəkildə görünür. “Şiə və sünnilərin
bir-birinə qız verib vermədiyi” sualı qarşısında aldığımız ca-
vab bölgənin gələcəyi haqda son dərəcə ümidvericidir. Belə ki,
kəndin hər iki məzhəbinə mənsub qabaqcıl və dindar insanları
bizə bu məsələdə tərəddüd etmədiklərini bildirdilər.
“Evləndikdən sonra qadınlar məzhəbini dəyişdirməsi
üçün məcbur edilirmi?” sualına aldığımız “Bu məsələdə heç
bir məcburiyyət ola bilməz, istəyən ərinin məzhəbini qəbul
edər, istəməyən öz məzhəbində qalar” şəklindəki cavab din
adı na sevindirici haldır. Belə ki, iradə sahibi bir insanı hər
hansı inancı qəbul etməyə məcbur etmək, yuxarıda qeyd etdi-
yimiz kimi, İslamdakı tolerantlıq düşüncəsinə ziddir. Bunun
fərqində olan və belə bir davranışın xalq arasında var olan
qardaşlıq münasibətinə ciddi ziyan vura biləcəyini yaxşı bilən
bölgə əhalisi bu məsələdə zorakılığın tərəfdarı deyil. Əslində,
bu məsələdə sadəcə Pensər kəndinin əhalisi deyil, yuxarıda
adlarını çəkdiyimiz və əhalisi tamamilə sünni və ya şiələrdən
ibarət olan kəndlərin əhalisi də eyni düşüncədədir.
Pensər kəndində yaşadılan daha bir ənənə də tolerantlı-
ğa gözəl nümunədir. Məlum olduğu kimi, şiələr əksər hallar-
da gündə üç, sünnilər isə beş dəfə azan verirlər. Bu vəziyyəti
64
diqqətə alan Hacı Teymur məscidinin rəhbərliyi şiələrin ver-
diyi üç vaxtın xaricində (əsr və xüftən namazları vaxtında) azan
verərək həm azanı beşə tamamlayır, həm də cəmiyyətdəki tole-
rantlığın daha da möhkəmlənməsinə xidmət edir.
Bir vaxtlar kəndə mövcud olan, lakin son zamanlarda tərk
edilən bir başqa ənənə isə cümə namazının növbə ilə qılınma-
sıdır. Hacı Teymur Cümə məscidinin imamının qeyd etdiyinə
görə, uzun müddət kənddə cümə namazı növbə ilə, yəni bir
həftə Pensər kənd Cümə məscidində, növbəti həftə isə Hacı Tey-
mur Cümə məscidində qılmışdır və bu ənənə hər iki məzhəb
nümayəndələri arasında dostluq və qardaşlıq münasibətlərinin
daha da möhkəmlənməsinə xidmət göstərmişdir.
Burada bir məqamı da qeyd etmək istəyirik ki, bölgə əhalisi
əsrlərdən bəri olan dostluq və qardaşlıq münasibətlərindən
məmnundurlar və bunun nəinki aradan qalxmasını, əksinə daha
da möhkəmlənməsini arzulayırlar. Bu səbəblə son dövr lər də bü-
tün Azərbaycanda olduğu kimi, bölgədə də bəzi kiçik radikal
ünsürlərin ortaya çıxması mövcud tolerant mühit üçün təhlükəli
olaraq görülür. İstər sünni, istərsə də şiələr bu cür cərəyanların
bölgədə yayılmasından narahatdırlar və əsrlərdir bölgə insanı-
nın yaşatdığı qardaşlıq mühitinə zərbə vuracağından qorxurlar.
Cənub bölgəsində mövcud tolerantlığın
əsas səbəbləri
Yuxarıda qeyd etdiyimiz kimi, əhalisi istər sünni, istər
şiə, istərsə də qarışıq olsun, Azərbaycanın cənub bölgəsində
həqiqi mənada tolerantlıq mövcuddur. İnsanların bir- birləri
ilə münasibətdə əsla məzhəb məsələsini gündəmə gətirmədiyi,
ortaq dəyərlərə sahib olaraq hərəkət etdiyi açıq şəkildə görülür.
Dünyaya nümunə ola biləcək bu davranışın nəinki tolerantlıq,
hətta vəhdətə doğru bir addım kimi dəyərləndirsək, yanılma-
rıq. Dövrümüzdə bu cür münasibətə möhtac olduğumuzu
Dostları ilə paylaş: |