BabəK-İ XÜRRƏMDİn toplusu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə12/25
tarix18.06.2018
ölçüsü4,8 Kb.
#49770
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

 
 
  
78
ŞOMİKER ULDUZU                           1994/07/17 
 
 
 
 
 
Varlıqda, özündə oxunanmayan 
        dağılar içindən; bir gün, .....bir gecə! 
eşqin tellərinə, toxunanmayan  
         eşqsiz, dünyada yaşarmı?..... necə?! 
gördü bir haldakı bu həqiqəti
         düşüncə əsrinin, oğulu- qızı 
Şomiker* ulduzu, həyat uğrunda; 
        daşıya bilmədi öz, mənliyini  
......... unudcaq özünü, ətəşi söndü 
       dağılıb içindən, nağıla döndü. 
böyük mənliyini aldı, Müştəri  
bir yolluq,  
                 həyatdan silindi, adı 
............................. 
 qaldı keçmişində ağzının dadı. 
 
* doqquzucu şomiker planeti ki iki il dağınıqdan sonra 73/ 4/ 26 də 
müştəri kürəsinə toxunmasını gördük 
 


 
 
  
79
 
A`TƏŞ OĞLU                        1996/02/25 
 
 
 
Gəzdir məni qürurunun dağlarında 
zirvələrin, 
          baş ucaldıb varlığımın dünyasında 
həyatından dönənmirəm, 
              ......dağlar dağı! 
ürəyimdə yandırdığın şölə, 
             gəzdi, damar- damar, vücudumu  
közərmişəm sönənmirəm,...... a`təş oğlu! 
həyatını izlə məndə, 
                                ulduz- ulduz  
odlu təbi`m, yerişinlə birgə gedir 
........ allah- allah!  
                bizdə qopan cərəyanlar 
              qürurundan xəbər verir!! 
Məa`z allah!*-(15yəhya başı,  
                                səndən, deyir 
                          ......... günəş oğlu. 
 
*  pənah aparıram tanrıya                                                                                            


 
 
  
80
DƏRİN DÜŞÜNCƏ                              1986/05/31 
 
Cəmildir, camalın- kamalın Babək        
ananın pak sütü, halalın Babək 
 
dərin düşüncəli, çal düşmanınla        
qoru bu ölkəni, başla- canınla 
bu yurdun yazısın yaz, al- qanınla      
düşman yazanmasın zavalın Babək 
 
 
şər oldun düşmana, xətər yaratdın       
xeyr oldun elinə, zəfər yaratdın 
qəhr oldun yadlara, kədər yaratdın       
oldun mehri doğma, mahalın Babək 
 
pak, olub ürəyin vətənə bağlı           
vətənsizlər olar düşmənə bağlı 
sən elə bağlısan, el sənə bağlı          
bu elin xəyalı, xəyalın Babək 
 
səni vermiş elə rəhmət yaradan          
kökündən zalımı götür aradan  
günahın budursa, ağdan...qaradan        
çəkirəm boynuma vabalın Babək. 


 
 
  
81
EŞQ AYAĞI                                    1989/12/24 
 
 
 
 
 
 
 
 
 
 
 
Təkləşdikcə öz içimdə, 
             əndərildim- döndərildim 
............və dərildim yadlığımdan, 
                  - gəncliyin qiymətinə   
ağır tufan, caynağında, 
          ovuc - ovuc, sovrulundum 
........ bir, sən qaldın ;birdə, eşqin 
ağrıların; ürəyimdə, yol gedənim 
            məni, məndə, sən edənim   
........ abad olsun gözlərinin, xanabağı 
        kəsilməsin ürəklərdən, eşq ayağı. 


 
 
  
82
HEYRƏTLƏR AĞZI                           1996/08/25 
 
 
 
 
 
Səndə oxuyandan həyat yolunu        
heyrətlər ağzında, sözüm qalmadı 
 
gözlliklərini səndə görəndən           
başqa gözəllərdə gözüm qalmadı 
 
yeni a`ləm açdı məndə həyatın           
sənsiz yaşamağa üzüm qalmadı 
 
izini izlədim, öz yaşamımda             
izindən başqa bir izim qalmadı 
 
yanıb yaxılmadan, eşqin odunda        
yanmağa bir daha közüm qalmadı 
 
dedilər: bu yolda, dözən aparar      
dedim: içimdə bir dözüm qalmadı 
 
dedilər: dan canı, özündən ötrü        
dedim: canvarında, özüm qalmadı. 
 


 
 
  
83
YAXINLIQ                                 1993/04/30 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Nə yaxındır! bizə dağlar bitgiləri! 
nəfəsimiz, dərin........ sərin 
       - istəyimiz, isti..... uca 
xəlvətimiz, boylu min - bir, dönərgəyə 
yazımızın qısalığı, qışımızın uzunluğu 
                                             onlara tay! 
qəribliyi; onlar verib, bizə sovqat 
adsızlığı; biz vermişik onlara, pay 
....... nə yaxındır, bizə; dağlar bitgiləri!  


 
 
  
84
AC- SUSUZ, ILĞIM                                1992/12/22 
Ac- susuz ılğımlar, acılıqları, 
                                 calayıb canıma; cansızlayırlar  
məndə; darma- dağın damarlarımda, 
                                  acı aclığımı, doyurmaqdayam 
....... ürək qızışdırır, soyuq gülüşlər! 
həvəssiz nəfəslər, quru qəfəsdə
                           həsrətə doğru he...y, addımın basır  
düyün- düyün, üstən; gördüyün kimi! 
qısır arzularım; bu gün, dünən tək:   
                          qısnayıb fikrimi çətinliklərə 
                         yaşamaq diləyir, məndən və səndən.  
Sağım;vulkan, solum; üsyan, 
başımda birliyin istəyi 
ayaqlarımda; yatan, yorqun ağrı- ağır sükutdur.  
sağ gözümü; tutan, qanlı ağıtdır 
sol gözümdə; bitən, saysız tabutlar! 
aç bağlı dilimi azadlığına, ...və bağla;  
                                                ürəyin tel- tel, yarama  
.... qayıt, ürəyimə yaraşıq gətir 
                            ancaq; muğayat ol, gözümdə, yaşa 
tamaşaxanadır dünyamız! səndə, 
                                         elinə; dərindən elə tamaşa.                    


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə