85
EL GÜCÜ 1996/05/18
Məhkumuduq döyüşlərdə yaşamağa
...... yaz uzunu, uzanmışdı
- qara, qar... qış
...... acı qarğış, yeriyirdi, nəfəs- nəfəs,
- gecə- gündüz -
savaş yerin, savaşıla dəyişirdi
qan- qanıla, yuyulduqca
ax- vay, içrə boğulurdu
ancaq; zəfər
nəhayətdə, el gücündən doğulurdu
Əbi Xalid oğlu İsa-( 16) arğın- azğın,
ayaqların; qorxu üstə, itirdikcə
od içindən; qaçırdırdı can, tələsik
..... ayaqları, başdan yəlik .
86
TAM, ARZU 1996/06/23
Yaşadın; acı- susuz, tox ürəyinlə
yaşadın özündə, iti köz kimi
sadə ...bilici
odur, silinmədin öz siccilindən
nə oldun elindən, nədə; dilindən
gözlərin, tamarzı azadlığına
ürəyin, tam; arzı abadlığına.
sən insan yaşadın,
Azərbaycanım!
ürək, ətəşini; iç, atəşini,
uddun; kərən- kərən,
əsirlər boyu
doldu damarların, işıqlığınla,
yetirdin özünü, günəş həddinə
günəşin üzünə, aşıqlığınla.
87
E`TİBARLI İXTİYAR 1996/05/19
Yel- su kimi, gözlərədə köhnə gəlsəm
səslərimin əsgilənməz laylasında,
tərənnüm var- yenilik var
............ baxışımda; intizarlar!
axışımda; e`tibarlı- ixtiyarlar!
keçmişimdən iç zumarım,
qanlı, ölüm- itim
acı hönkürtülü, iftixarlar!
.... qoş ahını a`təşimə
vur ətəyin, şölələnsin a`təşgahlar
yalan olsun xəlifələr ....., sınsın, şahlar
Zəriqlərin həyatını, et sədəqə -( 17)
el- dilinə- vətəninə
ayıl bizdə,
azadlığa ülgü sayıl
yayıl bizdə,
bu dənizə, güzgü sayıl.
88
GİZLİ GİZİLTİ 1996/06/23
Kölgəmdə, dincəlir
- məndə, yol gedir
qoymayır, özümdən uzaqda gəzim!
.... gözlərim açıqdır üzünə, daim
ürəyim eşqində yarpaq tək əsir.
ayıqlıqda; fikrim
duyğuda; röyam
mən, onun mənası,
o, mənim dünyam
o məndən söz açır, iliklərimdə
mən ondan deyirəm, diləklərimdə
sankı: o, günəşdir,
mən güney ona
bütün gözəlliklər sırrı, ondadır
gizli giziltidir, könlümə qanıq
mən onda sayığam,
o məndə ayıq.
89
DƏRİNDƏN BAX 1996/06/08
- iki milyon,
...iki yüz min,
... iki min, il
çırpındı, yer,
boy atdı, el,
qoydu nişan,
- zaman-
saydı axışını, məndə- səndə
saat kimi alnımızda,
qırış- qırış, çəkdi yollar
içimizdə, saldı qollar
..... uçrumları aşaq, keçək yarğanları
Eskafi-( 18) tək, yol döyməyək, ölüm üstə
tamaşaya qoyulmamış, kirdarımız
- tarix boyu-
gələcəyi xəbərləşək özümüzdə
.........sağın; qardaş!
zaman- zaman, yol çəkilir, gözümüzdə
..........dərindən bax!
90
DƏYİŞİKLİK 1989/07/26
Ləhzələr, uçduqca, ömür ötüşür
yavan keçmişlərim, yadıma düşür
dəyişiklik doğur, məndə
....bir, zaman
hər zad, içindəki dəyişikliyi,
- çəkərək gözümə,
məndən sovuşur
cumarkən özümə,
deyirəm:
... hadır!!
dolanırsan əyər kamal yolunu,
içində gizlənən çirkinlik, nədir??
91
QARA PƏNCƏ 1996/06/08
Dizə kimi quylanmışdı, şəhadətə odlar yurdu
qan yaşından, axan çaylar; çaylağından
ətək- ətək,
qanlı məzmun daşlanırdı, el köksünə
yorulduqca intizarlar, göz evində
ürək- ürək yaslanırdı
... yenə, ağı başlanırdı
Həmid oğlu Məhəmmədin,-( 19)
insanlığa- eşqə,qənim; fitvaları, gecə- gündüz,
qan içirdi, qan qusurdu
.....üç il padar,
- gözə kimi, quylanmışdı şəhadətə odlar yurdu
ancaq: yenə Babək durdu; ürəklərdə
qovdu...yordu, o yırtıcı quduzları
yolsuzları, tikdi; yerə
......... bağdad, qırx gün
şəhər- şəhər, ölülərin ağlayıbdı
Qara pəncə yola salan, qanlı döyüş
illər boyu, yabancılar ürəklərin dağlayıbdı.
Dostları ilə paylaş: |