Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə9/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   ...   5   6   7   8   9   10   11   12   ...   152

Məsnəvidə Maidə surəsinin təfsirinə dair 

29 


Həvarilərin xahişi ilə Həzrəti İsanın etdiyi dua sayəsində nazil olan Mai-

dəyə gəldikdə isə, Mövlana Bəni-İsraildən bir qisminin yenə ədəbsizlik etdi-

yini, yeyib doyduqdan sonra qadağan edilməsinə baxmayaraq, süfrədəki 

təamlardan dəsmallara, düyünçələrə büküb evə apardıqlarını, Allahın ruzi-

sinin tükənəcəyindən qorxaraq ondan yığıb ehtiyat saxladıqlarını, bununla da 

sələfləri kimi naşükürlük etdiklərini, küfrani- nemət olduqlarını göstərir. 

Həzrəti İsa onlara bu süfrənin daimi olduğunu, yer üzündən əskilməyəcəyini

Allahın süfrəsi qarşısında bədgümanlıq etməyin, tamah göstərməyin küfr 

olduğunu bildirsə də, onların bu öyüd-nəsihətə qulaq asmamalarını, tamahla-

rından, hərisliklərindən əl çəkmədiklərini, özlərini gəda kimi, görməmiş kimi 

apardıqlarını, nəticədə süfrənin onların başı üstə qalxıb göyə ucaldığını  və 

qeyb olduğunu yüksək bir bədiiliklə təsvir etmişdir. 

Mövlana bununla da insanın daim ədəbli olmasının, Allahın nemətləri 

qarşısında  şükür edib özünü Ona layiq bəndə kimi aparmasının vacibliyini 

bəyan edir və Qur’anın, imanın özünün də başdan ayağa ədəb olduğunu bil-

dirir. 


 

Çeşm beqoşa vo bebin comle kəlamdullah ra, 

Ayət-ayət həmegi məni-ye Qor’an ədəb əst. 

Kərdəm əz əql soali ke çe başəd iman, 

Əql dər quş-e deləm qoft ke iman ədəb əst. 

“Gözünü açıb başdan-başa Allah kəlamına bax,  

Qur’anın bütün ayələri ədəbdən ibarətdir. 

“İman nədir” – deyə ağıldan soruşdum, 

Ağıl qəlbimin qulağına pıçıldayaraq, “iman ədəbdir” – dedi 

 

Mövlanaya görə, insanı insan edən, onu başqa canlılardan ayıran  əsas 



keyfiyyət ədəbdir. Böyük mütəsəvvif ədəbi zahiri və batini olmaqla iki qis-

mə ayırır. Zahiri ədəb zahir əhlinə, batini ədəb isə batini əhlinə aiddir. Ədəb 

həmçinin dünyəvi və dini olmaqla iki yerə bölünür. Dünyəvi  ədəb hər bir 

xalqın, millətin öz dünyagörüşünə, mentalitetinə görə, dini ədəb isə Qur’ana, 

sünnətə sarılmaqla, ümmətin böyüklərinin sözlərinə, hal və hərəkətlərinə uy-

maqladır (10,113-115). Mövlanaya görə, insan həmişə Allah-Təaladan onu 

ədəbə müvəffəq qılmasını iltimas etməlidir. 

 



 V.M.MƏMMƏDƏLIYEV,

 

Q.T.MƏMMƏDƏLİYEVA 

30 


 

İstifadə olunmuş ədəbiyyat 

 

1.Tirmizi. Sunən, Qahirə, 1975, Təfsiru surəti V/23. 



2. Əhməd bin Hənbəl. Musnəd, Qahirə, Darul- hədis, 1995, VI,188. 

3. Elmalılı M.Hamdi Yazır. Haq dini Quran dili,c. 1,3, İstanbul, 

(tarixsiz). 

4. Süleyman Ateş, Yüce Qur’anın çağdaş tefsiri,İstanbul (tarixsiz). 

5. Ebu’l-Ala Mevdudi, Tefhimul-Qur’an, c.1, İstanbul, 1997. 

6. Şeyxülislam Mühəmməd Həsən Mövlazadeyi- Şəkəvi. Kitabul- bəyan 

fi təfsiril- Qur’an,Bakı,1369 h.ş. 

7. Cəlaləddin  əl- Məhəlli, Cəlaləddin  əs- Suyuti. Təfsirul- Cəlaleyn, 

Diməşq, (tarixsiz). 

8.  Şeyx Təbrəsi. Məcməyl - bəyan fi təfsiril- Qur’an, Beyrut, Darul-

məktəbi əl- Həyat, (tarixsiz). 

9. Qazi əl- Beyzavi. Ənvarut-Tənzil və əsrarut-təvil,İstanbul, c.1,1314. 

10. Tahir-ül Mevlevi. Şerh-i Mesnevi, c.1, İstanbul, (tarixsiz). 



Məsnəvidə Maidə surəsinin təfsirinə dair 

31 


 

РЕЗЮМЕ 

 

При исследовании суры "Трапеза" в Месневи Джалалаладдина Руми 



становится очевидным, что в данном случае, в отличие от Корана, речь 

идет о двух трапезах : одна из них относится ко времени Моисея, а дру-

гая  к  эпохе  Иусуса.  Как  во  времена  Моисея,  так  и  Иусуса  Аллах 

ниспослал  их  последователям  небесную  трапезу,  те  же  взамен  благо-

дарности выступили против Всевышнего, тем самым став грешниками. 

Джалаладдин Руми отмечает, что человек должен быть учтивым, благо-

дарным Аллаху за Его блага и вести себя как  достойный раб Всевыш-

него.  По  мнению  Джаладдина  Руми,  основное  качество,  отличающее 

человека  от  остальных  живых  существ,  являются  именно  благоприс-

тойность и учтивость. 




 Q.T.MƏMMƏDƏLİYEVA 

32 


 

MÖVLANA CƏLALƏDDİN RUMİNİN  

MƏSNƏVİSİNDƏ BİR HƏDİSİN ŞƏRHİ 

 

Q.T.MƏMMƏDƏLİYEVA

 

 



Mövlana Cəlaləddin Ruminin ölməz Məsnəvisi Qurani-Kərim ayələrinin 

və Peyğəmbər əleyhissəlamın hədislərinin mühüm bir qisminin təfsiri, şərhi 

əsasında yazılmışdır. Cəlaləddin Rumi Allah kəlamının, Peyğəmbər hədislə-

rinin  ən mahir rəmzi təfsirçilərindən biridir. Məsnəvinin  əsas qayəsi sufri 

ədəbini, ürfanı, seyrü süluk mərhələlərini, təriqət yolçusunun keçirdiyi halla-

rı və məqamları Qur’an və sünnət işığında insanlara anlatmaqdır. Bu isə tə-

biidir, çünki islam təsəvvüfünü Qur’ansız və Allahın sonuncu elçisi Muhəm-

mədsiz (s.a.s.) təsəvvür etmək mümkün deyildir. Onu da qeyd etmək 

lazımdır ki, islamda zöhd və təqva hərəkatı ifrata varmamaq şərtilə Peyğəm-

bər (s.a.s.) və səhabə dövrünə gedib çıxır (1,5). 

İslam aləmində Qur’anın müxtəlif sufi təfsirləri mövcuddur. Bunlar 

nəzəri və işari (rəmzi) təfsir olmaq üzrə iki qrupa ayrılır. Nəzəri sufi təfsir-

lərdə Qur’an ayələri təsəvvüf prinsipləri, mütəsəvviflərin fəlsəfi görüşləri

dünyaya baxışları baxımından təfsir edilir. İşari sufi təfsirlər isə ilk anda ağı-

la gəlməyən, lakin təfəkkürlə ayənin işarətindən qəlbə doğan mənalar anla-

mına gəlir (1,8-9; 2,28; 3, 227-228). 

Sufilər Qur’anın təfsirində ayələrin zahiri mənasından daha çox batini 

üzərində dururlar. Onların fikrincə Qur’anı zahiri məna əsasında təfsir etmək 

məqsədə çatmaqdan daha çox ixtilafa düşməyə aparıb çıxarır (1,10). 

İslam aləmində  təsəvvüf işığında yazılmış ilk təfsir kimi Əbu Muhəm-

məd Səhl bin Abdullah ət-Tustərinin "Təfsirul-Qur’anil-əzim” əsərini göstər-

mək olar. Görkəmli Azərbaycan alimi Nemətullah Naxçivaninin “əl-Fəvati-

hul-ilahiyyə vəl-məfatihul-qeybiyyə” kitabı da Qur’anın məşhur sufi təfsirlə-

rindən biri hesab edilir (1,8). 

Qeyd etmək lazımdır ki, Peyğəmbərimizin (s.a.s.) Qur’anla bağlı bir çox 

hədisləri mövcuddur. Bu hədislərdə Qur’anın müqəddəsliyi,  əzəməti,  əlçat-

mazlığı, hidayət çırağı, haqq-ədalət tərəzisi olduğu, onun ecazkar bir fəsahət 

                                                 

 BDU-nun baş müəllimi 




Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə