Bəkir Nəbiyev prof. Mahir Naqib Rəyçilər: mea-nın müxbir üzvü, prof. Azad Nəbiyev



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə15/73
tarix08.07.2018
ölçüsü1,43 Mb.
#54321
1   ...   11   12   13   14   15   16   17   18   ...   73

60                                                                        I fəsil                            
edilirmiş. Məsələn, Homerin «İliada» əsərində göstərilir ki, 
əziz dostu Patrokl öləndə Axilles və başqa cəngavərlər 
saçlarını yolur, cənazənin üstünə atırdılar (242, 484, 487). 
Eyni hadisəyə  «Şahnamə»də  İrəcin ölümü səhnəsində  də 
təsadüf edilir (223, 78). 
Bu adətin izlərinə İraq-türkman sazlamaqlarında (ağı) 
da rast gəlinir. Məsələn: 
 
Al vala, yaşıl vala  
Salacam düşdü yola  
Na anam var, nə bacım 
Ənsəmcə saçın yola (212, 226). 
Qarğış mahiyyətli «Başına daş yağsın» ifadəsi isə 
Azərbaycanda olduğu kimi, böyük günah işlətmiş bir 
şəxsin daşqalaq edilməsi adətindən yaranmışsa, «Başına 
daş» bədduası  qəbrə başdaşı qoymaq adəti ilə bağlıdır. 
«Başına daş» dedikdə kiməsə qarğış olunur ki, ya özü, ya 
da  əzizi ölsün. «Başıma haranın daşını töküm» ifadəsi də 
bu adətlə  əlaqədar yaranmışdır. Hələ lap qədim 
zamanlardan  əzizi ölən adam öz əli ilə başına daş 
yağdırarmış. Firdovsinin «Şahnamə»sində  nəql edilir ki, 
qədim dünya padşahlarından Kəyumərsin oğlu Səyaməkin 
ölüm xəbəri atasına çatanda onun qəlbi parçalandı, ciyərinə 
dağ çəkildi, göz yaşı tökdü: 
Oğul dərdi düşsə dağa, dağ çəkər 
Edib tərk təxti, töküb göz yaşı 
Vurub başına öz əliylə daşı və s. (223, 26). 
Qarğış mənalı «başına kül» ifadəsi də qədim inam və 
adətlə  əlaqədar yaranmışdır.  İt dişləmiş adamda qırx gün 
ərzində müəyyən  əlamətlər özünü göstərsə (məs.:su 
görəndə qorxsa) onun qudurduğunu, sağalmağa güman 
olmadığını, başqaları üçün təhlükəli olduğunu zənn edərək 
Kərkük folklorunun janrları                                       61                       
qaranlıq bir daxmaya salar, bacadan başına kül tökərlərmiş 
ki, ölsün (255, 74). 
Mötəbər və  əziz adamların ölümü zamanı başına kül 
töküb, saç yolmaq adətinin qədimdən mövcud olduğunu 
Azərbaycan və  İraq-türkman  şifahi  ədəbiyyat nümunələri 
bir daha təsdiq edir: 
Belə bağlar; 
Dost başın belə bağlar. 
Bülbül ağlar, gül açmaz 
Verandı belə bağlar. 
Саn çıxma dost gəlincə 
Görək nə deyib ağlar. 
Kül о adam başına 
Bedasıla bel bağlar. 
Çək ayrılıq dərdini, 
Gör ürək necə dağlar (123, 88). 
Azərbaycan folklorunda nağıllarda, ağılarda, aşıq 
yaradıcılığında bu qədim adətin izlərinə  hər an təsadüf 
edilir: 
Bağça-bağda gül ağlar, 
Bülbül ağlar, gül ağlar 
Oğlu ölən analar  
Başa tökər kül ağlar. 
 
Adam var dəstinə verəsən güllər, 
Adam var. gözünə çəkəsən millər; 
Tufarqanlı Abbas, başına küllər,  
Nə günə qalıbsan, qarı bəyənməz. 
Qarğış xarakterli «Çamur başuva», «Çamura batasan» 
ifadələri də çox qədim adətlə  əlaqədar yaranmışdır. 
Hörmətli və əziz bir şəxs öləndə hüzr sahibi, eləcə də yas 
yerinə  gələnlər başlarına, paltarlarına palçıq sürtər, 
özlərinə ölüm dilərmişlər. Bu adət Kərkük bayatılarında 
da yег almışdır: 


62                                                                            I fəsil                                                                                                                                      
 
Kabab köziylə ağlar,  
Sürmə göziylə ağlar.  
Çamur onun başına  
Xırxız öziylə ağlar (123, 229). 
Kərkük dolaylarında yas mərasimi ilə bağlı bu adət 
indi də qalmaqdadır. Kərküklü folklorşünas Şakir Sabir bu 
münasibətlə yazır: «Ölüyə sayğı  və sevgi dolayısilə 
qadınlar acı  fəryad qoparır, başlarına çamur sürtür, 
dırnaqları ilə üzlərini cırmaqlayır, qanlar axıdır, saçlarını 
yolurlar» (255, 53). 
Bu adətə Azərbaycan ədəbiyyatında da təsadüf edilir. 
Y.V.Çəmənzəminlinin «Qızlar bulağı» adlı tarixi əsərində 
göstərilir ki, şərbaf (toxucu) Kazım  Ərdəbildə yağışlı bir 
gündə bir nəfərlə sözləşir. Paltarı  və yerə düşən papağı 
palçıq olur. Kazım kişi sonra başına gələni belə təsvir edir: 
«Papağımı başıma qoyub gedəndə gördüm bir həyətə 
adamlar girib çıxır. Birindən soruşdum ki, burada nə var, 
dedi ki, adam ölüb. Fikirləşdim ki, elə yaxşı oldu. Gedib 
həm başsağlığı verərəm, həm də ehsan plovundan yeyib 
qarnımı doyduraram. İçəri girib oturdum. Bir də gördüm 
ki, məclisdən durub gedənlər yanıma gəlib mənə 
başsağlığı verirlər. Lap məəttəl qaldım. Dedim, ya bu 
şəhərin əhli dəli olub, ya mən... Demə, bu şəhərdə adamı 
ölənin papağına palçıq sürtərmişlər ki, təziyədar olduğu 
bilinsin. Papağım palçıqlı olduğundan məni təziyədar 
biliblər» (245, 237). 
Qəribədir ki, İraqın cənubunda yaşayan göl ərəbləri 
arasında hörmətli və  əziz bir adam öləndə başlarına və 
papaqlarına palçıq yaxmaq adəti indi də qalır: «Çox 
hörmətli bir adam, deyək ki, şeyx, ya onun oğlu, qardaşı 
vəfat edəndə bütün tayfalara xəbər göndərirlər. Hər tayfa 
dəstə-dəstə  gəlir. Qabaqda elində tayfanın bayrağını 
tutmuş bayraqdar durur. Başlarına və paltarlarına palçıq 
yaxırlar» (177, 200). 
Misallardan göründüyü kimi, məişətdə geniş yer alan 
Kərkük folklorunun janrları                                          63                     
dua və  bəddualar insan təfəkkürünün hələ kifayət qədər 
formalaşmadığı  qədim zamanlardan qalma ibtidai 
təsəvvürlərlə, inam və etiqadlarla bağlı adət-ənənələrdə, 
mərasimlərdə mühafizə olunmuş, dövrümüzə  qədər gəlib 
çıxmışlar. 
FALLAR.  İraq-türkman folklorunda fallar da geniş 
yayılmışdır. Demək olar ki, xalq arasında mövcud olan 
inamlarla, su ilə, ulduzlarla, kitabla və s. fala baxmaya 
Kərkük dolaylarında da rast gəlinir. Bununla belə,  İraq-
türkman folklorunda ən çox özünü göstərən inamlarla 
bağlı fala baxmadır. 
Əlimizdə olan folklor 
materiallarından çıxış edərək, burada yalnız inamlarla 
bağlı fala baxmadan söz açacağıq. Bu cür fala baxmanın 
başlıca xüsusiyyəti ondan ibarətdir ki, burada inamlar əsas 
götürülür. 
Professor M.H.Təhmasib qeyd edir ki, Azerbaycanda 
fallar  əsasən iki şəkildə olmuşdur. Bunlardan daha çox 
ibtidaisi «göz falı», buna nisbətən daha sonrakı dövrlərə 
aid olan isə «qulaq falı»dır (214, 8). 
Bu, İraq-türkman folklorunda da belədir. Folklorşünas 
B.Abdullayev qeyd edir ki, «Fal qabaqcadan tutulmuş 
niyyətin, müəyyən ayinin icrası ilə  həyata keçib-
keçməməsinə inam aktıdır» (2, 42). 
        İraq-türkman folklorunda fallarla bağlı materiallar da 
bu fıkri təsdiqləyir. Burada da falların əksəriyyətini arzu 
və niyyət tutmaqla bağlı inam və etiqadlar təşkil edir. Mə- 
sələn, əski çağlarda bir ailə başçısı başqa bir məmləkətə 
səfərə çıxsa və dönüşü geciksə, arxasınca qara tüklü to- 
yuq uçurmaqla niyyət tutulardı. Toyuq evin damından 
uçurulurdu. Əgər toyuq evin həyətinə və ya lap yaxınına 
düşərsə qürbətdə olan şəxsin yaxın zamanda evinə dönə- 
cəyinə, şayəd uzağa uçsa, səfərin uzanacağına inanırdılar. 
Göz falı nümunəsi olan bu inam xoyrat və manilərdə 
öz əksini tapmışdır: 
Uçurtdum qara tavuq, 
Qondu Ərblə yavuq 


Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə