6
İxtisarların siyahısı:
ART
– antiretrovirus terapiya
ARV
– antiretrovirus
ASI (AAİ) – asılılığın ağırlığı indeksi
AUÖ
– İİV-in anadan uşağa ötürülməsi
AUÖP
– İİV-in anadan uşağa ötürülməsinin profilaktikası
CYYİ
– cinsi yolla yayılan infeksiyalar
DNT
– dezoksiribonuklein turşusu
EuropASI6 – asılılığın ağırlığı indeksi, Avropa variantı 6
ƏTQNİ
– əks transkriptazanın qeyri-nukleozid inhibitorları
ƏTNİ
– əks transkriptazanın nukleozid və ya nukleotid
inhibitorları
XBT-10
– Xəstəliklərin Beynəlxalq Təsnifatı, 10-cu baxış
İFA
– immunoferment analizi
İİV
– insan immunçatışmazlığı virusu
İNİ
– inyeksion narkotik istifadəçiləri
KƏ
– keysəriyyə əməliyyatı
QİÇS
– qazanılmış immunçatışmazlığı sindromu
QHT
– qeyri-hökumət təşkilatı
MSS
– mərkəzi sinir sistemi
OƏT
– opioidlə əvəzedici terapiya
Pİ
– proteaza inhibitorları
PKƏ
– planlı keysəriyyə əməliyyatı
PZR
– polimeraza zəncirvari reaksiyası
RKT
– randomizasiya olunmuş klinik tədqiqat
ÜST
– Ümumdünya Səhiyyə Təşkilatı
v/d
– vena daxili
VY
– virus yükü
YAART
– yüksək aktiv antiretrovirus terapiya
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol İİV infeksiyalı hamilə qadın və yenidoğulmuş uşaqlarla
iş aparan mama-ginekoloqlar, pediatrlar, neonatoloqlar, və digər
tibb işçiləri üçün tərtib edilmişdir.
Pasiyent qrupu: risk qrupuna aid olan qadınlar, hamilə qadınlar,
İİV-müsbət hamilə qadınlar, İİV-müsbət qadınlar, İİV-müsbət
anadan doğulmuş uşaqlar.
Protokolun məqsədi:
Тibb işçilərinin insan immun çatışmazlığı virusunun anadan
uşağa ötürülməsinin profilaktikası sahəsində bilik və bacarıqlarını
dünya standartları səviyyəsinə çatdırmaqla respublikada İİV- müsbət
uşaqların sayının artmasının qarşısını almaqdır.
I. ƏSAS KONSEPSİYA
İİV-in anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) İİV
infeksiyalı qadınlara və onların uşaqlarına fasiləsiz kompleks
yardımın bir hissəsi olmalıdır. İİV-in AUÖP kompleks xidmətləri
reproduktiv sağlamlığın qorunması, pediatriya, İİV-lə mübarizə
xidməti, narkoloji yardım, psixoloji və sosial yardım üzrə
hökumət və qeyri hökumət təşkilatları ilə əlaqədə işləməlidir.
İnyeksion narkotiklərdən istifadə (İNİ) edən hamilə qadınlar üçün
tibbi yardım, o cümlədən antiretrovirus terapiya (ART),
reproduktiv sağlamlığın qorunması ilə bağlı xidmətlər, AUÖP və
mama yardımı narkotikdən istifadə etməyən hamilə qadınlar üçün
olduğu kimi əlçatan olmalıdır.
Bütün tibbi sənədlər, qadının İİV statusu haqqında məlumat onun
daşıyıcısı olub-olmamasından asılı olmayaraq həkim sirri
prinsipinə riayət edilərək saxlanılmalıdır. Tibbi sənəd yalnız
pasiyentə birbaşa yardım göstərən tibb işçisi üçün əlçatan
olmalıdır. Tibb işçisinin tibbi sənədlə işi yalnız öz xidmət
dairəsinə aid olan məlumatlarla məhdudlaşmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
II. ÜMUMİ MÜDDƏALAR
İİV-in anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) –
hamiləlik dövründə, doğuş və yenidoğulmuşun qidalandırılması
zamanı İİV infeksiyasının anadan uşağa keçməsinin qarşısının
alınmasına yönəldilmiş profilaktik tədbirlər kompleksidir.
Hazırda AUÖP-ın effektiv üsulları mövcuddur. Bu üsulları
düzgün istifadə etməklə AUÖ-ın tezliyini azaldaraq 1 – 2%-ə
çatdırmaq olar (A).
Qadının hamiləliyi və doğuşu zamanı, yenidoğulmuşun həyatının
ilk həftəsində aparılan antiretrovirus profilaktika (ARV-
profilaktika) (A)
Planlı KƏ-nın aparılması (PKƏ) (A)
Ana südü ilə qidalandırmaqdan imtina (A)
Hamilə qadınların antenatal xidmətlə tam əhatə edilməsi, yüksək
inkişaf etmiş səhiyyə infrastrukturu, əhalinin yüksək savad səviyyəsi,
infeksiyaların yayılmasının nisbətən aşağı səviyyəsi və AUÖP üzrə
effektiv tədbirlərin həyata keçirilməsi körpələr arasında İİV
infeksiyasının yayılmasının azalmasına imkan yaradır.
Qlobal məqsəd – BMT-nin Baş Assambleyasının İİV üzrə Xüsusi
sessiyası tərəfindən 2001-ci ildə irəli sürülmüş İİV infeksiyalı
körpələrin sayının 2010-cu ilə 50% endirilməsi məqsədinə uyğundur.
Avropa məqsədi – 2010-cu ilə körpələrdə İİV infeksiyasının
tezliyinin azaldılmasına nail olunması (hər 100 000 diri doğulana 1
İİV infeksiyalı körpə) və İİV infeksiyalı analardan doğulmuş
körpələrdə İİV infeksiyasının tezliyinin aşağı salınaraq 2%-ə
çatdırılmasıdır (2004-cü ildə qəbul olunmuş Dublin Deklarasiyası).
Epidemiologiya
İnsanın immun çatışmazlığı virusunun törətdiyi İİV-infeksiyası
və onun inkişafı nəticəsində insan orqanizmində yaranan qazanılmış
immun çatışmazlığı sindromu (QİÇS) bütün dünyada olduğu kimi,
Azərbaycanda da qlobal problemlərdən biridir.
Azərbaycan İİV-ə yoluxma hallarının səviyyəsinə görə dünya
üzrə sonuncu yerlərdən birini tutur. Lakin son illər ölkəmizdə İİV-ə
yoluxmuş insanların sayının artması böyük narahatçılıq doğurur.
Azərbaycanda ilk dəfə İİV infeksiyası 1987-ci ildə aşkar edilmişdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.