BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə55/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

AYƏ 147:


﴿ مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا ﴾

TƏRCÜMƏ:


«Əgər şükr etsəniz iman gətirsəniz, Allah sizə əzab verməyi neyləyir (Onun buna ehtiyacı bunun Ona xeyri var)?! Allah həmişə qədirbilən (əməli qiymətləndirərək yaxşı mükafatlandıran) (hər şeyi) biləndir»

TƏFSİR:


Əgər siz iman gətirib yaxşı əməllər görsəniz, ilahi nemətlərdən sui-istifadə etməsəniz və onların şükrünü yerinə yetirsəniz, şübhəsiz, azacıq belə cəzaya düçar olmayacaqsınız.

Bu mövzunu təkidləndirmək üçün daha sonra buyurulur: Allah həm əməl və niyyətlərinizdən agahdır, həm də əməllərinizə təşəkkür olaraq sizə mükafat verir.

Yuxarıdakı ayədə nemətlərə şükr etmək məsələsi imandan öncə gəlir. Çünki insan Allahın nemətlərini tanımayınca, şükr məqamına çatmayınca, özünü tanıya bilməz.

AYƏ 148:


﴿ لاَّ يُحِبُّ اللّهُ الْجَهْرَ بِالسُّوَءِ مِنَ الْقَوْلِ إِلاَّ مَن ظُلِمَ وَكَانَ اللّهُ سَمِيعًا عَلِيمًا ﴾

TƏRCÜMƏ:


«Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək qarğış etmək kimi) pis sözlərin aşkar ucadan deyilməsini sevmir. Allah həmişə eşidən biləndir

TƏFSİR:


Bu və bundan sonrakı ayədə İslami əxlaq göstərişlərindən bir qismi bəyan olunur. Əvvəldə buyurulur: Allah başqalarının çirkin işlərini, eyblərini aşkar etməyinizi, kiminsə ardınca danışmağınızı sevmir. Çünki O, Səttarul-uyub (eybləri örtən) olduğu kimi, insanlar tərəfindən də başqalarının iffət və həya pərdələrinin yırtılmasını, camaatın eyb və nöqsanlarının faş edilməsini, onların abır-heysiyyətinin aparılmasını istəmir.

Sonra bəzilərinin arxasınca danışıb onun abrını aparmağa icazə verən hallara işarə edilir və buyurulur: Zülmə məruz qalanlardan – məzlum şəxslərdən başqa.

Belələri öz haqqını almayınca, zülmü dəf etməyincə zalımların zülmündən müdafiə olunmaq üçün şikayət etməyə, onların zalımcasına olan əməllərini ifşa və tənqid etməyə, onların qeybətini etməyə və sair fəaliyyətlərə haqları vardır.

Quran bu ayənin axırında özünün həmişəki üslubuna uyğun olaraq bəzilərinin bu hökmdən sui-istifadə etmələrinin, məzlum olduqlarını bəhanə edərək camaatın eyblərini nahaq yerə aşkar etmələrinin qarşısını almaq üçün buyurur: «Allah sözləri eşidir və niyyətlərdən agahdır.»


AYƏ 149:


﴿ إِن تُبْدُواْ خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُواْ عَن سُوَءٍ فَإِنَّ اللّهَ كَانَ عَفُوًّا قَدِيرًا ﴾

TƏRCÜMƏ:


«Əgər yaxşı işi aşkar etsəniz, ya gizlətsəniz, yaxud pislikdən (başqalarının pisliklərindən) keçsəniz (bunların hamısında ilahi xislətlərə yiyələnmisiniz ) həqiqətən Allah həmişə (günahlardan) keçən qüdrətlidir

TƏFSİR:


Qüdrətli vaxtınızda və həm də əfv etməyin müsbət təsirinə əmin olduğunuz təqdirdə əfv edin. Hər yerdə sükut etməyiniz zillətə və zülmün qüvvətlənməsinə səbəb olsa, fəryad edin.

Deməli, zülmedən bir kimsədən intiqam və qisas almaq insanın haqqı, onun qüdrət məqamında olduğu zaman əfv edib güzəştə getməsi fəzilət sayılır. İmam Əli (ə) buyurur: «Düşməni bağışlamaq ondan qüdrətli olmağın şükrüdür.»48


AYƏ 150-151:


﴿إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِاللّهِ وَرُسُلِهِ وَيُرِيدُونَ أَن يُفَرِّقُواْ بَيْنَ اللّهِ وَرُسُلِهِ وَيقُولُونَ نُؤْمِنُ بِبَعْضٍ وَنَكْفُرُ بِبَعْضٍ وَيُرِيدُونَ أَن يَتَّخِذُواْ بَيْنَ ذَلِكَ سَبِيلا. أُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ حَقًّا وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا ً﴾

TƏRCÜMƏ:


150. «Əlbəttə Allaha Onun peyğəmbərlərinə kafir olan, Allahla Onun peyğəmbərləri arasında (peyğəmbərlərin haqq olmaları onlara etiqad bəslənilməsi baxımından) ayrılıq salmaq istəyən, «biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq» deyən onların (hamısına iman gətirməklə hamısına kafir olmaq) arasında bir yol tutmaq istəyən kəslər

151. «Onlar əslində həmin (əsl) kafirlərdir (çünki, peyğəmbərlərin bəzilərini inkar etmək hamısını inkar etmək deməkdir). Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq

TƏFSİR:


Yəhudilər və məsihilər nəfs istəkləri və cəhalət üzündən olan təəssüblər, eləcə də dəlilsiz dünyagörüş əsasında bəzi peyğəmbərləri qəbul edib, bəzilərinə qarşı isə kafir olurdular. Halbuki, nübüvvət daimi bir ilahi sünnə və peyğəmbərlərin gəlişi bir-birinə bağlı zəncir halqaları kimi olduğundan hamısına eyni zamanda və eyni səviyyədə etiqad bəsləmək lazımdır.49

Buna əsasən, Allahla peyğəmbərlərin arasında heç bir ayrılıq yoxdur. Allaha və Onun rəsullarına küfr etmək Allaha iman gətirib bütün peyğəmbərləri inkar etmək, yaxud Allaha iman gətirib peyğəmbərlərindən bir qismini inkar etməyə bərabərdir. Haqq yolu Allaha və bütün peyğəmbərlərə iman gətirməkdən ibarətdir. Peyğəmbərlərin yolu qarşısında yeni fikirlər irəli sürmək və ona qarşı çıxmaq küfrdür.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə