BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə58/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   54   55   56   57   58   59   60   61   62

AYƏ 159:


﴿ وَإِن مِّنْ أَهْلِ الْكِتَابِ إِلاَّ لَيُؤْمِنَنَّ بِهِ قَبْلَ مَوْتِهِ وَيَوْمَ الْقِيَامَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًا ﴾

TƏRCÜMƏ:


«Kitab (Tövrat İncil) əhlindən elə bir nəfər yoxdur ki, ölümündən (bir neçə an) qabaq ona (İsanın Allahın elçisi qulu olmasına) iman gətirməsin (lakin bu imanın heç bir xeyri yoxdur). (Yaxud: Kitab əhlinin hamısı (dünyanın sonunda İsa göydən yerə gələndən sonra ) ölümündən qabaq ona iman gətirəcək.) O da Qiyamət günü onlara şahid olacaqdır.»

TƏFSİR:


Bu ayənin təfsirində iki ehtimal edilir. Hər biri də müəyyən cəhətlərə görə mülahizə olunur:

1. Ayənin belə buyurduğu ehtimal verilir: Kitab əhlindən elə birisi yoxdur ki, ölümündən qabaq Həzrət İsaya (ə) iman gətirməsin. Bu da o zamana təsadüf edir ki, insan ölüm ərəfəsində olsun, onun bu dünya ilə olan əlaqələri zəifləsin və ölümdən sonrakı bərzəx aləmi ilə rabitələri möhkəmlənsin. Bu zaman pərdələr insanın gözlərindən kənara çəkilir, bəsirət gözü açılır və həqiqətlərdən çoxunu görüb müşahidə edir. Məhz belə halda insanın həqiqət görən gözü Həzrəti İsanın (ə) yüksək məqamını müşahidə edir və onun qarşısında təslim olur. Onu inkar edənlər ona iman gətirir, onu «Allah» hesab edənlər öz səhvlərini anlayırlar. Halbuki, belə bir imanın onlara heç bir faydası yoxdur. Yaxşı olar ki, imanın faydalı olduğu indiki zamanda iman gətirsinlər.

2. Ayə belə də təfsir oluna bilər ki, kitab əhli Həzrət Məsihin (ə) ölümündən qabaq ona iman gətirər; yəhudilər onu peyğəmbər kimi qəbul edər, məsihilər onun ilahiləşdirilməsi iddiasından əl çəkərlər. Bu da o zamana təsadüf edəcəkdir ki, İslam rəvayətlərinə uyğun olaraq, Həzrət Məsih (ə) Həzrət Məhdinin (ə) zühuru zamanı asimandan yerə nazil olsun və o həzrətə iqtida edərək onun arxasında namaz qılsın. Bu zaman yəhudilər və məsihilər onu görüb həm ona, həm də Həzrət Məhdiyə (ə) iman gətirəcəklər.

Aydındır ki, bu zaman Həzrət Məsihin (ə) dininin dövrü keçdiyinə görə, o öz zəmanəsinin dininə – yəni Həzrəti Məhdinin (ə) əli ilə dünya səviyyəsində bərqərar edilən İslam dininə tabe olacaqdır.

Rəvayətlərə əsasən, Həzrət Məhdinin (ə) dövründə əminamanlıq və təhlükəsizlik elə yüksək bir səviyyədə olacaqdır ki, hətta qoyunla canavar, şirlə öküz və sair yırtıcı heyvanlar bir yerdə olacaq, dünyanı maddi, can və namus baxımından əminamanlıq bürüyəcək, heç bir zülm və təcavüz olmayacaq, haqq-ədalət dünyanın hər yerini əhatə edəcəkdir. Ayənin axırında buyurulur: Qiyamət günündə Məsih (ə) onların əleyhinə şəhadət verəcəkdir.

«Həzrət Məsihin (ə) onların əleyhinə şəhadət verməsi» fikrində məqsəd budur ki, o risalətini təbliğ etməkdə heç vaxt özünün ilahiləşdirilməsini təbliğ etmədiyinə, əksinə, hamını Pərvərdigarın qarşısında bəndə olmağa dəvət etməsinə dair şəhadət verəcəkdir.51


AYƏ 160:


﴿ فَبِظُلْمٍ مِّنَ الَّذِينَ هَادُواْ حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَاتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَن سَبِيلِ اللّهِ كَثِيرًا ﴾

TƏRCÜMƏ:


«Bəli, yəhudilərdən baş vermiş (bütün bu) zülmün həmçinin insanların çoxunu Allahın yolundan saxlamalarının cəzası olaraq, onlara halal edilmiş (dəvə südü əti, balıq ovu heyvanın piyi kimi) pak şeyləri onlara haram etdik

TƏFSİR:


Bəlkə də «onlara haram edilən pak-pakizə nemətlər» deyildikdə «Ənam» surəsinin 146-cı ayəsində bəyan olunanlardır. Bu qadağalar hazırkı Tövratda da mövcuddur.52

İNCƏ MƏTLƏBLƏR

ZÜLM NEMƏTLƏRDƏN MƏHRUM OLMAĞA ŞƏRAİT YARADIR.


Bəzi vaxtlar iqtisadi məhrumiyyətlər və maddi çətinliklər Allahın qəhr, qəzəb və cəzasının nişanəsidir. Hər hansı vasitə ilə olursa-olsun, Allahın yolunu bağlamaq (haqqı təhrif etmək, gizlətmək, bidət qoymaq, fəsad törətmək, azğınlıq yaratmaq və s.) bütün məhrumiyyətlərin mənşəyidir.

Ən ağır cəzaların Qiyamətdə veriləcəyinə baxmayaraq, dünyəvi cəzalar da insana bir növ xəbərdarlıqdır: qanun pozanlar üçün cəza, saleh insanlar üçün bir növ imtahandır.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə