BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə60/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   54   55   56   57   58   59   60   61   62

AYƏ 164:


﴿ وَرُسُلاً قَدْ قَصَصْنَاهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلاً لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ وَكَلَّمَ اللّهُ مُوسَى تَكْلِيمًا ﴾

TƏRCÜMƏ:


«Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı

TƏFSİR:


«Hud» və «Şüəra» surələri peyğəmbərlərin sərgüzəştlərini daha əhatəli şəkildə bəyan etmişdir. Bu ilahi şəxsiyyətlərin tarixi barədə məlumat kəsb etmək o qədər faydalı və ibrətamizdir ki, Allah da bu məsələni irəli çəkmişdir.

Peyğəmbərlərin tarixi Quranda qeyd olunanlardan çox-çox artıqdır. İnsanın ömrü onların hamısının tarixlərini eşitməyə belə kifayət deyil, onların hamısını eşitməyə və dinləməyə də ehtiyac yoxdur. Bunları ibrət dərsi almaq üçün eşitmək lazımdır. Bu da onu göstərir ki, Qurani-Kərim dastan kitabı deyil, hidayət və tərbiyəvi bir kitabdır.

Bunu da qeyd edək ki, peyğəmbərlər vəhyi müxtəlif yollarla əxz etmişlər: Qəlbinə təlqin edilməklə, mələk göndərilməklə, hicab arxasından danışmaqla. Peyğəmbərlərin hamısına Allah tərəfindən xitab olunmuşdur, lakin onların arasında təkcə Musa (ə) Allahla birbaşa danışmışdır.

Bəlkə də Həzrət Musa (ə) Fironla mübarizə apardığına, yaxud Bəni-İsrailin inadkarlıq və tərslik etdiyinə görə Allahla daha artıq rabitə bərqərar edərək göstəriş aldığına görə «Kəlimullah» adlandırılmışdır.


AYƏ 165:


﴿ رُّسُلاً مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلاَّ يَكُونَ لِلنَّاسِ عَلَى اللّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا ﴾

TƏRCÜMƏ:


«(Onları) müjdə verən qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət (bütün işlərində) hikmət sahibidir

TƏFSİR:


Bu ayə həm peyğəmbərlərin dəvətindəki üslubları, həm də onların göndərilməsindəki əsas məqsədi bəyan edir. Belə ki, onların iş üslubları və vəzifələri iki istiqamətdə − müjdələmə və qorxutma əsasında bərqərar olmuşdur. Peyğəmbərlərin göndərilməsinin fəlsəfə və səbəbi Allah tərəfindən höccətin insanlara tamam edilməsidir ki, «rəhbərimiz olmamışdı və biz bilmirdik» – deyə bəhanə gətirməsinlər.

Xatırlatmaq lazımdır ki, peyğəmbərlər ictimai, siyasi, ailəvi, fiziki və sair cəhətlərdə gözəl əxlaqi səciyyələrə, parlaq həyata malik olmaqda, eləcə də möcüzə göstərməkdə, gözəl və fəsahətli danışmaqda, qeybi imdadlardan faydalanmaqda elə bir mərhələdə olmalıdırlar ki, heç kəs, heç bir sahədə bəhanə gətirə bilməsin. Allah əziz və hikmətli olduğuna görə heç kəsin Onun qarşısında höccət və bəhanəsi olmasın.


AYƏ 166:


﴿ لَّـكِنِ اللّهُ يَشْهَدُ بِمَا أَنزَلَ إِلَيْكَ أَنزَلَهُ بِعِلْمِهِ وَالْمَلآئِكَةُ يَشْهَدُونَ وَكَفَى بِاللّهِ شَهِيدًا ﴾

TƏRCÜMƏ:


«(Kitab əhlindən olan kafirlər sənə vəhy kitab nazil olmasına şəhadət vermirlər) lakin Allah sənə nazil etdiyinə şəhadət verir ki, onu Öz elmi ilə nazil etmişdir (kəlmələrin nəzmlə düzülüşü, məzmunu bəşər cəmiyyətinə nazil olmasıbunların hamısı Onun əzəli elmi ilədir) (buna) mələklər şəhadət verirlər. Allahın şahid olması kifayətdir

TƏFSİR:


Quranın uca maarifinin dərs oxumamış bir şəxsin dilindən, cahil, şirkə aludə mühitdə bəyan olması, xalqın dəyişməsi, təfriqədən vəhdətə, xəsislikdən isara, şirkdən tövhidə, cəhalətdən elmə, süqutdan mənəvi yüksəlişə, islami ümmətin təşkilinə çatması peyğəmbər və dinə edilmiş lütfə Allahın şəhadətidir.

Haqsız zəiflətmələrin qarşısında yerli qüvvətləndirmələr gerçəkləşməlidir.

Dəvət yolunda peyğəmbərlərin də ilahi yardıma ehtiyacı var.

Hər bir din təbliğatçısının ən üstün arxası və ümid yeri Allah olmalıdır.

Vəhy qaynağı Allahın sonsuz elmidir. Bu səbəbdən də elmlərin inkişafı ilə hər gün Quran maarifinin üzərindən pərdə götürülür.

Əgər yerin bir guşəsində inadkar günahkarlar bəhanə gətirirlərsə, varlıq aləmindəki bütün mələklər sənin xeyrinə olaraq şəhadət verirlər.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə