BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə54/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   50   51   52   53   54   55   56   57   ...   62

AYƏ 143:


﴿ مُّذَبْذَبِينَ بَيْنَ ذَلِكَ لاَ إِلَى هَـؤُلاء وَلاَ إِلَى هَـؤُلاء وَمَن يُضْلِلِ اللّهُ فَلَن تَجِدَ لَهُ سَبِيلاً ﴾

TƏRCÜMƏ:


«Onlar bu arada (möminlərlə kafirlər arasında, qəlb ya əməldə) tərəddüddədirlər, (birdəfəlik) bunların tərəfindədirlər (birdəfəlik) onların. Allahın azğınlıqda boşladığı kəs üçün əsla bir yol tapa bilməzsən

TƏFSİR:


Bu ayədəki «müzəbzəbinə» kəlməsinin kökü olan «təzəbzüb» havada asılı vəziyyətdə olan bir şeyin hərəkətinə deyilir. Deməli, münafiqlər heç vaxt müstəqil vəziyyətdə deyillər. Havadan asılmış əşyalar kimi, küləyin hərəkəti ilə hərəkət edirlər. Başqalarından asılı olduqlarına görə hədəfsiz və sərgərdandırlar. Onların ruhi asayişləri də yoxdur. Həmişə yeni mövzuda təcili qərar çıxarırlar. Bir sözlə, münafiq haqq yolunu azan, Allahın əzabına düçar olan şəxsdir.

AYƏ 144:


﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَتَّخِذُواْ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُونِ الْمُؤْمِنِينَ أَتُرِيدُونَ أَن تَجْعَلُواْ لِلّهِ عَلَيْكُمْ سُلْطَانًا مُّبِينًا ﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, möminlərin yerinə kafirləri özünüzə başçı, yardımçı dost tutmayın! Məgər Allaha öz əleyhinizə (nifaqınıza dəlalət edən) aydın bir sübut (əzabınıza dair) bir dəlil vermək istəyirsiniz?»

TƏFSİR:


Möminlərin, kafirlərin vilayət və rəhbərliyini qəbul etməyə haqları yoxdur. Lakin münafiqlər kafirlərlə sıx əlaqədədirlər. Quran kafirləri və münafiqləri «şeytanların qardaşları» adlandırır. «Nisa» surəsinin 139-141-ci ayələri onların kafirlərlə necə rabitə bərqərar etmələrini bəyan edir.

İNCƏ MƏTLƏBLƏR

1. Təvəlla və təbərra (Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq) dinin ayrılmaz hissəsidir.

2. Nəticəsi müsəlmanların ziyanına olan hər cür dostluq və müqavilələrdən uzaq olmaq lazımdır.

3. Xarici siyasətdə, siyasi və iqtisadi əlaqələrdə, müəyyən məqamlara seçilmə və ya mənsəbdən götürülmə və s. kimi işlərdə kafirlərin müsəlmanlara hakim olmasına səbəb olacaq hər bir iş haram və məhkumdur.

4. Zilləti, zəlilliyi qəbul edən müsəlmanın Allah hüzurunda heç bir cavabı yoxdur.

5. Kafirlərin vilayətini qəbul etmək iman ruhiyyəsi ilə düz gəlmir. Bir-birinə zidd olan iki şeyin məhəbbəti bir yerə sığmaz.


AYƏ 145:


﴿ إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الأَسْفَلِ مِنَ النَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər onlar üçün əsla bir yardımçı tapmayacaqsan

TƏFSİR:


Bu ayədə bir dəstə qafil müsəlman ilə «dostluq» edən münafiqlərin Qiyamətdəki vəziyyəti bəyan edilir və buyurulur: Münafiqlər cəhənnəmin ən alçaq dərəcələrində qərarlaşar və onlar üçün heç bir köməkçi tapa bilməzsən.

Bu ayədən məlum olur ki, İslam nəzərindən nifaq və münafiqlik küfrün ən pis növü, münafiqlər də Allah dərgahından ən uzaq olan şəxslərdir. Buna görə də onların yerləri cəhənnəmin ən pis və alçaq dərəcələridir.


AYƏ 146:


﴿ إِلاَّ الَّذِينَ تَابُواْ وَأَصْلَحُواْ وَاعْتَصَمُواْ بِاللّهِ وَأَخْلَصُواْ دِينَهُمْ لِلّهِ فَأُوْلَـئِكَ مَعَ الْمُؤْمِنِينَ وَسَوْفَ يُؤْتِ اللّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا ﴾

TƏRCÜMƏ:


«Tövbə edib (öz vücudlarının cövhərindən əməllərindən xarab etdiklərini) düzəldənlər, Allahdan ( Onun kitabından) möhkəm yapışanlar dinlərini Allaha görə xalisləşdirənlər istisna olmaqla ki, onlar möminlərlə birgə olacaqlar. Tezliklə Allah möminlərə böyük bir mükafat verəcəkdir

TƏFSİR:


Tövbə qapısı bütün insanların, hətta ən mənfur və yaramaz adamların üzünə belə daim açıqdır. Həqiqi tövbə insanı cəhənnəmin ən alçaq dərəcələrindən çıxararaq behiştin ən yüksək mərtəbələrinə çatdırır. İnsan azaddır, o, agahlıq üzündən əqidə yolunu dəyişə bilər. Tövbə sadəcə olaraq bir əməldən peşman olmaq deyil. İnsan özündə hərtərəfli dəyişiklik etməli, islahat aparmalıdır.

Münafiqlər tövbə etdikləri zaman özlərinin əvvəldəki həmfikirlərindən ayrıldıqları üçün özlərini qürbətdə hiss etməməlidirlər. Çünki bunun əvəzində daha yaxşı dostlar tapmış olurlar.

Düşüncə və əqidədə qarışıqlıq salmaq qadağandır. Yaxşı olar ki, möminlər həqiqi mənada tövbə edənləri tam gülərüzlə qarşılasınlar, onları özlərindən hesab etsinlər.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə