BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə51/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   47   48   49   50   51   52   53   54   ...   62

AYƏ 136:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ آمِنُواْ بِاللّهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِيَ أَنزَلَ مِن قَبْلُ وَمَن يَكْفُرْ بِاللّهِ وَمَلاَئِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الآخِرِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا﴾

TƏRCÜMƏ:


«Ey Allaha iman gətirənlər, Allaha Onun peyğəmbərinə, peyğəmbərinə nazil etdiyi kitaba bundan öncə nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiş kəslər, (səmimi qəlbdən) iman gətirin! Ey imanları gerçəkləşmiş kəslər, onun qorunmasında möhkəm olun. Kim Allaha Onun mələklərinə, (səmavi) kitablarına, göndərdiyi peyğəmbərlər(in)ə axirət gününə kafir olsa, həqiqətən, uzun-uzadı bir azğınlığa düşmüşdür

TƏFSİR:


Mümkündür ki, ayənin mənası «ey iman gətirənlər, özünüzü bir qədər də yüksəldin, yaxud öz imanınızda həmişəlik olaraq möhkəm qalın» kimi də olsun. İmanın müxtəlif dərəcələri olduğundan, mömin özünü hər gün imanın daha yüksək mərhələlərinə çatdırmağa səy etməlidir. Bunu da qeyd etmək lazımdır ki, peyğəmbərlərin və yaxud səmavi kitabların bəzisinə kafir olmaq onların hamısına qarşı kafir olmaqdır.

AYƏ 137:


﴿ إِنَّ الَّذِينَ آمَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ آمَنُواْ ثُمَّ كَفَرُواْ ثُمَّ ازْدَادُواْ كُفْرًا لَّمْ يَكُنِ اللّهُ لِيَغْفِرَ لَهُمْ وَلاَ لِيَهْدِيَهُمْ سَبِيلاً ﴾

TƏRCÜMƏ:


«Həqiqətən Allah iman gətirib sonra kafir olan, (daha sonra) yenə iman gətirib bir daha kafir olan, daha sonra küfrlərini artıran kəsləri, əsla bağışlayan (doğru) yola hidayət edən deyildir. (İman küfr halları bir neçə dəfə təkrar olunmuş nəhayət küfr üzərində dayanan kəslər iman gətirməyə nail ola bilməzlər.)»

TƏFSİR:


Bu ayənin oxşarı əvvəldə də qeyd olunmuşdur. Belə şəxslərin tövbəsi heç vaxt qəbul olunmur və onlar həqiqi mənada yollarını azanlardır. «Ali-İmran» surəsinin 190-cı ayəsində qeyd olunduğu kimi: «İman gətirdikdən sonra kafir olmuş sonra öz küfrlərini artıranların tövbəsi heç vaxt qəbul olunmayacaq. Onlar məhz yollarını azanlardır.»

Hər gün bir rəngə düşməyin səbəbi ya haqq və din barədə lazımi təhqiqat aparmamaqdır, ya da müəyyən məkrli tədbirlərlə möminlərin əqidələrini sarsıtmaq məqsədi güdməkdir. «Ali-İmran» surəsinin 172-ci ayəsində də buyurulduğu kimi, onların bu hiyləgərlik tədbirləri ifşa olunur və buyurulur ki, onlar müsəlmanların iradə və əqidələrini sarsıtmaq üçün sübh çağı iman gətirib günün axırında kafir olurdular. Bu ayənin bariz nümunələri o kəslərdir ki, onun əməlləri belə bəyan edilir: O, əvvəlcə müsəlman oldu, Peyğəmbərin (s) vəfatından sonra kafir olub dindən çıxdı. Sonra tövbə edib Həzrət Əlinin (ə) tərəfdarlarından oldu. Sonra dindən çıxıb xəvaricin başçılarından oldu. Daha sonra tövbə edib İmam Həsən (ə) və İmam Hüseynin (ə) köməkçilərindən oldu. Məktub yazıb İmam Hüseyni (ə) Kufəyə dəvət etdi. Sonra Kufədə Müslümə vəfasızlıq etdi. Kərbəlada Yezidin qoşun sərkərdəsi oldu. İmam Hüseynin (ə) qətlə yetirilməsinə şükr əlaməti olaraq Kufədə bir məscid tikdirdi.



İNCƏ MƏTLƏBLƏR

1. İnsan başqalarının onun özü və əqidəsi ilə əlaqədar dediyi sözlərə etinasız yanaşmamalıdır (günah yığıncağında sükut etməyin özü də günahdır).

2. Ya pozğun mühiti islah etmək, ya da oradan çıxmaq lazımdır.

3. Təkcə günah etməmək kifayət deyil, günahın kökünü də kəsmək lazımdır. Təkcə düz yolda olmaq kifayət deyil, başqalarının da düz yoldan çıxmasının qarşısını almaq lazımdır.

4. Söz azadlığı, ürək genişliyi, güzəşt, gözəl əxlaq, camaatla keçinmək, həyalı olmaq, camaatla yaxşı rəftar etmək və s. bəhanə edərək günah əməl qarşısında sükut etmək olmaz.

5. Başqalarının günah əməllərinə razı olan adam onların günahında şərikdir.

6. Kafirlərin yaramaz danışıqları müqabilində sükut etmək bir növ nifaq (münafiqlik) əlamətidir.

7. Axirət yoldaşları dünyadakı müsahiblərin əvəzidir.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə