BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə52/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   48   49   50   51   52   53   54   55   ...   62

AYƏ 138:


﴿ بَشِّرِ الْمُنَافِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا ﴾

TƏRCÜMƏ:


«Münafiqləri (Bərzəx aləmində Qiyamətdə) onlar üçün ağrılı bir əzab olacağı ilə müjdələ.»

TƏFSİR:


Dərdli əzabdan söhbət getdiyi zaman «müjdə ver» təbirinin gətirilməsi münafiqlərin puç və əsassız fikirlərinə qarşı istehza etmək üçündür. Amma əgər «surət» mənasına olan «bəşr» kökündən alınmış olsa, daha geniş bir məna ifadə edərək insanın üzündə cizgisi salınan hər bir şeyə şamil olur, istər sevinc gətirən olsun, istərsə də qəm.

AYƏ 139:


﴿ الَّذِينَ يَتَّخِذُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُونِ الْمُؤْمِنِينَ أَيَبْتَغُونَ عِندَهُمُ الْعِزَّةَ فَإِنَّ العِزَّةَ لِلّهِ جَمِيعًا ﴾

TƏRCÜMƏ:


«Həmin o kəsləri ki, möminlərin yerinə kafirləri özlərinə başçı, köməkçi dost tuturlar. (Münafiqlər) izzət əzəməti onların (kafirlərin) yanında axtarırlar? Belə isə (bilsinlər ki,) həqiqətən bütün izzətlər Allaha məxsusdur

TƏFSİR:


Bu ayədə münafiqlər belə vəsf edilir: Onlar möminlərin yerinə kafirləri özlərinə dost seçirlər.

Sonra buyurulur: Görəsən, onların bu seçkidəki hədəfləri nədir? Doğrudanmı bu dostluqla özlərinə şərəf və abır-heysiyyət qazanmaq istəyirlər? Halbuki, izzət bütünlüklə Allaha məxsusdur. Çünki izzətin mənşəyi həmişə elm və qüdrətdir. Elm, qüdrət və əməlləri heç bir əhəmiyyət kəsb etməyənlər izzət mənşəyi olmaq qabiliyyətinə də malik deyillər.

Bu ayə bütün müsəlmanlara ciddi xəbərdarlıq edərək onlara anladır ki, öz izzətlərini (istər iqtisadi, mədəni və siyasi sahələrdə, istərsə də sair işlərdə) İslam düşmənləri ilə dostluqda axtarmasınlar. Çünki onların mənafeyi hər vaxt tələb etsə, səmimi müttəhidlərini belə boşlayır, bir-birilə əsla tanış deyilmişlər kimi, öz işlərinin ardınca gedirlər. Müasir tarix də bu həqiqəti aydın şəkildə isbat edir.

Deməli, müsəlmanlar xarici siyasətdə kafirlərdən asılı olmamalı, öz izzətlərini onlardan asılılıqda axtarmamalıdırlar.

«Şəbaniyyə» münacatında Həzrət Əlinin (ə) dilindən belə oxuyuruq: «Pərvərdigara, mənim artımım da, azalmam da (başqalarının deyil,) yalnız Sənin əlindədir.»

AYƏ 140:


﴿وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِي الْكِتَابِ أَنْ إِذَا سَمِعْتُمْ آيَاتِ اللّهِ يُكَفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلاَ تَقْعُدُواْ مَعَهُمْ حَتَّى يَخُوضُواْ فِي حَدِيثٍ غَيْرِهِ إِنَّكُمْ إِذًا مِّثْلُهُمْ إِنَّ اللّهَ جَامِعُ الْمُنَافِقِينَ وَالْكَافِرِينَ فِي جَهَنَّمَ جَمِيعًا﴾

TƏRCÜMƏ:


«Həqiqətən Allah sizə bu kitabda (6- surənin 68-ci ayəsində) nazil edib ki, Allahın ayələrinin nişanələrinin inkar məsxərə edildiyini eşitdiyiniz zaman, onlar başqa bir söhbətə girişənə qədər onlarla bir yerdə oturmayın, əks halda siz onlar kimisiniz. Şübhəsiz, Allah münafiqlərin kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır

TƏFSİR:


Bu ayənin oxşarı «Ənam» surəsinin 68-ci ayəsində də qeyd olunmuşdur. Orada Peyğəmbərə (s) xitabən buyurulur: «Əgər müəyyən adamların yaramaz danışdıqlarını görsən, onlardan üz döndər ki, söhbət etdikləri mövzu dəyişilsin.»

Bu ayədə isə bütün insanlara xitab olunur və onlarda dərin mənəvi dəyişiklik yaradıb onları təfriqədən vəhdətə, paxıllıqdan səxavətə və əliaçıqlığa, şirkdən tövhidə, cəhalətdən elmə, əxlaqi tənəzzüldən mənəvi meraca, vahid İslam ümməti təşkil etməyə çağırır. Bütün bunlar Allahın Öz Peyğəmbərinə (s) nazil etdiyi mərhəmətə və onun dininə diqqət yetirməsinə şahiddir.

Buna görə də peyğəmbərlərin ən yaxşı arxalanacağı və ümid nöqtəsi Allah tərəfindən olan himayələrdir. Bunu da qeyd edək ki, vəhyin mənşəyi Allahın sonsuz elmi olduğuna görə müasir dövrdə elmi-texniki tərəqqi davam etdikcə Quran maarifindən hər gün yeni-yeni həqiqətlər kəşf edilir.

Mömin şəxs bunu da bilməlidir ki, dünyanın müəyyən yerlərində inadkar və günahkar adamlar bəhanə gətirsələr də, onun əvəzində varlıq aləmində olan bütün pak və agah mələklər onun xeyrinə şahidlik edəcəklər.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə