BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə50/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   46   47   48   49   50   51   52   53   ...   62

AYƏ 132:


﴿ وَلِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَفَى بِاللّهِ وَكِيلاً ﴾

TƏRCÜMƏ:


«Həm göylərdə həm yerdə varsa (onların hamısı) Allahın həqiqi mülküdür. (Varlıq aləminin işlərini) qaydaya salmaq üçün Allah bəs edər

TƏFSİR:


Bu ayədə üçüncü dəfə olaraq təkidlə bəyan olunur ki, asimanlarda və yerdə olanlar Allahın mülküdür. Allah onları qoruyur, keşiyini çəkir və idarə edir.

AYƏ 133:


﴿ إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا النَّاسُ وَيَأْتِ بِآخَرِينَ وَكَانَ اللّهُ عَلَى ذَلِكَ قَدِيرًا ﴾

TƏRCÜMƏ:


«Ey insanlar! Əgər istəsə sizin hamınızı aradan aparar başqa bir dəstəni (vücuda) gətirər. Allah bu işə həmişə qadirdir

TƏFSİR:


Sonra buyurulur: Allah üçün, sizi aradan aparıb yerinizə Allaha itaət yolunda daha qətiyyətli, daha hazırlıqlı və daha ciddi olan insanlar gətirməyə heç bir maneə yoxdur və əlbəttə ki, Allah bu işə qadirdir.

Bu ayə nazil olanda Rəsuli-Əkrəm (s) mübarək əlini Salman Farsinin kürəyinə vurub dedi: «(Bu ayədə deyilən) «başqa insanlar» iranlılardır.»46


AYƏ 134:


﴿ مَّن كَانَ يُرِيدُ ثَوَابَ الدُّنْيَا فَعِندَ اللّهِ ثَوَابُ الدُّنْيَا وَالآخِرَةِ وَكَانَ اللّهُ سَمِيعًا بَصِيرًا ﴾

TƏRCÜMƏ:


«Kim dünya mükafatını istəsə (bilsin ki), dünya axirət mükafatı Allahın yanındadır ( Allah insanın niyyətinə görə ona verər). Allah həmişə eşidən görəndir

TƏFSİR:


Allahdan həm dünya, həm də axirət savabını istəyərək, hər iki dünya nemətlərindən bəhrələnə bilənlər təkcə dünya nemətləri ilə kifayətlənsələr, həmçinin cihad və yaxşı əməllərlə yalnız maddi hədəfləri güdsələr, doğrudan da, şiddətlə ziyankarlıqda olarlar.

AYƏ 135:


﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُونُواْ قَوَّامِينَ بِالْقِسْطِ شُهَدَاء لِلّهِ وَلَوْ عَلَى أَنفُسِكُمْ أَوِ الْوَالِدَيْنِ وَالأَقْرَبِينَ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقَيرًا فَاللّهُ أَوْلَى بِهِمَا فَلاَ تَتَّبِعُواْ الْهَوَى أَن تَعْدِلُواْ وَإِن تَلْوُواْ أَوْ تُعْرِضُواْ فَإِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا﴾

TƏRCÜMƏ:


«Ey iman gətirənlər, (bütün işlərinizdə) hətta özünüzün, ya ata-ananızın, yaxud yaxınlarınızın ziyanına olsa belə, həmişə tam şəkildə ədaləti bərqərar edin Allaha görə şahidlik edin. Əgər (dava edən tərəflərdən biri) imkanlı ya yoxsul olsa (siz onların vəziyyətlərini nəzərə alaraq haqqa zidd şahidlik etməyin, çünki) Allah onlara (onların halını nəzərə almağa) daha layiqlidir. Buna görə nəfsi istəyə tabe olmayın ki, (nəticədə) haqdan üz çevirəsiniz. Əgər dil(inizi nahaq tərəfə) əysəniz ya (şəhadət verməkdən) üz döndərsəniz, (bilin ki,) həqiqətən Allah etdiklərinizdən həmişə xəbərdardır

TƏFSİR:

İCTİMAİ ƏDALƏT


Əvvəlki ayələrdə ədalətin yetimlər və həyat yoldaşı barədə icra olunması ilə bağlı göstərişlərin ardınca bu ayədə ədalətin hər yerdə və heç bir istisna olmadan icra edilməsinə dair ümumi göstəriş, əsaslı prinsip bəyan edilir və buyurulur: Ey iman gətirənlər! Ədaləti tam şəkildə bərqərar edin. Yəni ədaləti elə şəkildə icra etməlisiniz ki, heç bir tərəfdə, azacıq belə inhirafa düşməyəsiniz, azğınlığa düçar olmayasınız.

Sonra mətləbə təkid etmək üçün şəhadət məsələsi ünvanlanır və buyurulur: Xüsusilə şəhadətlə əlaqədar bütün şəxsi mülahizə və nəzəriyyələri kənara qoymalı, hətta əgər özünüzün, ata-ananızın, yaxud qohum-əqrəbanızın ziyanına tamam olsa belə. Yalnız Allah xatirinə və haqq əsasında şəhadət verməlisiniz.

Bu cümlədən məlum olur ki, insanın qohum-əqrəbaları ədalət meyarlarını qorumaq şərtilə bir-birinin xeyrinə və yaxud zərərinə şəhadət verə bilərlər.

Sonra ədalət meyarından azmanın digər bir amilinə işarə edilir: Nə varlıların mal-dövləti haqq əsasında şəhadət verməyin qarşısını almalıdır, nə də fəqirlərin ağır vəziyyətlərinin mülahizə edilməsindən irəli gələn insani duyğular. Çünki haqq əsasında verilən şəhadət sərvətli, yaxud fəqir olan bir kəsin ziyanına tamam olsa da, Allah onun vəziyyətindən daha artıq agahdır. Nə var-dövlət və qüdrət sahibləri Pərvərdigarın himayələri müqabilində haqq olan şahidlərə bir zərər çatdıra bilər, nə də ədalət hökmünün icra olunması ilə fəqir adam ac qalar.

Yenidən təkid üçün buyurulur ki, həvayi-nəfsə tabe olmayın ki, ədalətin icrası yolunda müəyyən maneələr yaranmasın.

Bu cümlədən aydın olur ki, bütün zülm və haqsızlıqların mənşəyi nəfsani istəklərə itaət etməkdir. Əgər hər hansı bir cəmiyyətin üzvləri həvayi-nəfsə itaət etməzsə, o cəmiyyətdə zülmə, haqsızlığa heç vaxt yol verilməz.

Ədalətin icra olunmasının kəsb etdiyi əhəmiyyətə görə bu göstəriş üzərində bir daha təkid edilir və buyurulur: Əgər haqqın öz sahibinə çatmasına mane olsanız və ya onu təhrif etsəniz, yaxud da haqq aşkar olduqdan sonra ondan üz döndərsəniz, bilin ki, Allah sizin bütün əməllərinizdən agahdır.

Bu ayədən İslamın «ictimai ədalət» məsələsinə, hansı surət və şəkildə olursa-olsun son dərəcə diqqət yetirməsi aşkar olur. Bir neçə dəfə ardıcıl olaraq işlədilən növbənöv təkidlər göstərir ki, İslam ictimai və insani yönə malik olan bu mühüm məsələyə həssaslıqla yanaşır.



Təəssüflə qeyd etmək lazımdır ki, müsəlmanların əməli ilə bu dəyərli İslami göstəriş arasında yerdən göyə qədər fərq vardır! Bu da müsəlmanların geridə qalma səbəblərindən birdir.

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə