BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə48/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   44   45   46   47   48   49   50   51   ...   62

AYƏ 126:


﴿ وَللّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ بِكُلِّ شَيْءٍ مُّحِيطًا ﴾

TƏRCÜMƏ:


«(Hər bir şeyin yaradılışı, qorunması, idarə olunması nəzərdə tutulan zamanda yox edilməsi Allahın iradə istəyi ilə olduğu üçün) göylərdə yerdə olanlar (onların özləri daxil olmaqla) Allahın həqiqi mülküdür. Allah həmişə (vücud, qüdrət elm baxımından) hər şeyi əhatə etmişdir

TƏFSİR:


Bu ayədə Pərvərdigari-aləmin mütləq malikiyyətinə, hər bir şeyə əhatəli olmasına işarə edilir və buyurulur: Asimanlarda və yerdə olanlar Allahın mülküdür, çünki Allah hər bir şeyə əhatəlidir.

Ayə bunu çatdırmaq istəyir ki, Allahın İbrahimi (ə) Özünə dost seçməsi Onun ehtiyaclı olması demək deyildir. Çünki Allah hər bir şeydən ehtiyacsızdır. Allah İbrahimin (ə) son dərəcə gözəl və bəyənilən səciyyələrinə görə onu Özünə dost seçmişdir.



AYƏ 127:


﴿وَيَسْتَفْتُونَكَ فِي النِّسَاء قُلِ اللّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَى عَلَيْكُمْ فِي الْكِتَابِ فِي يَتَامَى النِّسَاء الَّلاتِي لاَ تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَالْمُسْتَضْعَفِينَ مِنَ الْوِلْدَانِ وَأَن تَقُومُواْ لِلْيَتَامَى بِالْقِسْطِ وَمَا تَفْعَلُواْ مِنْ خَيْرٍ فَإِنَّ اللّهَ كَانَ بِهِ عَلِيمًا﴾

TƏRCÜMƏ:


«Səndən qadınlar (onlarla evlənmək onların irsi) barəsində hökm istəyirlər, de: «Onlar barəsində sizə (surənin əvvəlində gördüyünüz kimi) Allah hökm verir. Həmçinin bu kitabda sizə oxunan şeylərqərara alınmış haqlarını vermədiyiniz evlənməyə rəğbət göstərmədiyiniz yetim qızlar barəsində, eləcə (mallarını yediyiniz) zəif aciz uşaqlar barəsində (hökm verir). (Allah sizə) yetimlərlə ədalətli insafla davranmağınızı (tövsiyə edir).» Şübhəsiz Allah gördüyünüz hər bir xeyir işi bilir

TƏFSİR:


Qadın hüquqlarının müdafiə edilməsi və ona ədalətsizlikdən, haqsızlıqdan nicat vermək üçün həmişə səmavi rəhbərlərdən göstəriş almaq lazımdır. Qadınlar, uşaqlar və yetimlərin müdafiə məsələsinin irəli çəkilməsi tarix boyu onlara zülm olunmasını göstərir.

İNCƏ MƏTLƏBLƏR

1. Qadınların hüququnun müdafiə olunması Allahın qaçılmaz bir hökmüdür.

2. Rəsuli-Əkrəmin (s) verdiyi cavablar elə Allahın fətvasıdır.

3. Yetimlə ədalətli rəftar yaxşı işin ən gözəl nümunəsidir.

4. İslam cəmiyyətində yetimlər barədə ədalətin bərqərar olunmasına səy edilməlidir.

5. Bilin ki, sizin cəmiyyətin məhrum təbəqəsinə göstərdiyiniz xidmət və himayələr unudulmayacaqdır.


AYƏ 128:


﴿وَإِنِ امْرَأَةٌ خَافَتْ مِن بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًا فَلاَ جُنَاْحَ عَلَيْهِمَا أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًا وَالصُّلْحُ خَيْرٌ وَأُحْضِرَتِ الأَنفُسُ الشُّحَّ وَإِن تُحْسِنُواْ وَتَتَّقُواْ فَإِنَّ اللّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا﴾

TƏRCÜMƏ:


«Əgər bir qadın öz ərinin itaətsizliyindən ya (ondan) üz döndərməsindən qorxsa, o ikisinə (hətta özlərinin bəzi hüquqlarından keçməklə olsa belə) aralarında bir növ sülh barışıq etmələrində günah yoxdur. (Əslində) sülh daha yaxşıdır. (Əlbəttə) paxıllıq gözü götürməzlik təbiətcə (insanların) canların(ın) ayrılmaz bir hissəsinə çevrilmişdir (onların öz haqlarından keçmələri çətindir). Əgər yaxşılıq etsəniz təqvalı olsanız, şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır.»

TƏFSİR:


Rafiq ibn Hüceycin iki arvadı var idi: biri qoca, biri isə cavan idi. Mövcud ixtilaflarına görə qoca arvadına təlaq verdi və iddəsi tamam olmazdan əvvəl ona dedi: «Əgər istəsən, səninlə bu şərtlə barışaram ki, cavan arvadıma münasibətdə səbr edəsən. Əgər buna razı deyilsənsə, iddə tamam olduqdan sonra ayrılaq.» Qadın barışmağı qəbul etdi. Sonra bu ayə nazil oldu.

«Nüşuz» kəlməsi «uca yer» mənasını ifadə edən «nə-şə-zə» kökündəndir, mənası da «tüğyan» deməkdir. Bu surənin 34-cü ayəsində qadının tüğyan etməsindən, yuxarıdakı ayədə isə kişilərin inadkarlığından və tüğyançılığından söhbət gedir.

Qadında «şühh» yaxşı paltar geyinməmək, bər-bəzəkləri tərk etmək, kişilərdə isə mehriyyəni və nəfəqəni verməmək, arvada məhəbbət göstərməmək mənasınadır. Ümumiyyətlə, ailə məsələlərində ilk növbədə ərlə-arvad arasında barışıq yaratmaq və islah etmək kimi məsələlər irəli çəkilir və bu zaman başqalarının müdaxiləsinə yol verilmir. Əgər islah olunmazsa, bu zaman başqaları işə dəxalət edə bilərlər.

İNCƏ MƏTLƏBLƏR

1. Daha yüksək məsləhətlərə və sağlam ailə mühitinə nail olmaq üçün bəzi haqlardan keçməyin maneəsi yoxdur.

2. Əksər ailələrdə sarsıntı və narazılıq yaranmasının səbəbi insanın varlığını əhatə edən dar dünyagörüş, paxıllıq və hərislikdir.

3. Kişilərin öz şəhvət təmayüllərindən keçməsi, iki həyat yoldaşı arasında ədəlatə riayət etməsi təqvanın və ehsanın nümunələrindəndir. İstər öz haqqından keçmək olsun, istərsə də həyat yoldaşına yaxşılıq və təqva – bunların hamısı Allahın hüzurundadır.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə