BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə49/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   45   46   47   48   49   50   51   52   ...   62

AYƏ 129:


﴿وَلَن تَسْتَطِيعُواْ أَن تَعْدِلُواْ بَيْنَ النِّسَاء وَلَوْ حَرَصْتُمْ فَلاَ تَمِيلُواْ كُلَّ الْمَيْلِ فَتَذَرُوهَا كَالْمُعَلَّقَةِ وَإِن تُصْلِحُواْ وَتَتَّقُواْ فَإِنَّ اللّهَ كَانَ غَفُورًا رَّحِيمًا﴾

TƏRCÜMƏ:


«Siz hər qədər çox istəsəniz , heç vaxt arvadlar arasında (batini meyllərdə) ədalətə riayət edə bilməzsiniz. Buna görə (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh barışıq etsəniz təqvalı olsanız, şübhəsiz Allah həmişə bağışlayan mehribandır

TƏFSİR:


Səmavi qanunların insanın pak fitrəti ilə heç bir ziddiyyəti yoxdur. İnsan özünün qoca həyat yoldaşına nisbətən cavan və gözəl həyat yoldaşına daha çox məhəbbət göstərdiyinə görə ədalət fərmanı qəlbi məhəbbətə deyil, rəftarlara aiddir.

Qəlbi məhəbbətlə əlaqədar ədalətə riayət edilməsi mümkün olmadığından, buna əməldə riayət edilməlidir. İslamda insanın qüdrət və bacarığından artıq mükəlləfiyyət verilmir. İnsan öz məhəbbətini mötədil etməyə qadir deyil. Lakin bu iş əməl və rəftarlarda, şübhəsiz ki, mümkündür.

Qadının vəzifəsini təyin etmədən (asılı vəziyyətdə, təklifsiz) buraxmaq haramdır.

Sülh və təqva ilə həm keçmişdəki zəif hallar, həm də agahlıq üzündən olmayan bugünkü qəflətlər bağışlanır.


AYƏ 130:


﴿ وَإِن يَتَفَرَّقَا يُغْنِ اللّهُ كُلاًّ مِّن سَعَتِهِ وَكَانَ اللّهُ وَاسِعًا حَكِيمًا ﴾

TƏRCÜMƏ:


«Əgər (təsadüfən) o ikisi (ərlə arvad) bir-birindən ayrılsalar, Allah onların hər birini Öz (rəhmətinin) genişliyi ilə ehtiyacsız edər. Allah həmişə geniş (vücud, qüdrət, elm rəhmət) (xilqət şəriətdə) möhkəm yaradılış sahibidir

TƏFSİR:


Bu ayədə buyurulur ki, əgər ailə münasibətlərinin davam etdirilməsi ər-arvad üçün üzücü və dözülməz bir vəziyyət yaradarsa, həmçinin, müəyyən səbəblərə görə bu münasibətlərin davam etdirilməsinin müsbət bir nəticəsi olmazsa və ümumiyyətlə, islah olunmazsa onda belə münasibətləri davam etdirməyə məcbur deyillər və özlərini ömürlərinin axırına qədər belə bir acınacaqlı şəraitdə saxlamamalıdırlar; onlar bir-birindən ayrıla bilərlər. Belə olan halda tam şücaətlə qəti qərara gəlməli və gələcəkdən qorxmamalıdırlar. Çünki belə bir şəraitdə bir-birindən ayrılsalar, böyük Allah Öz fəzl və mərhəməti ilə onların hər ikisini ehtiyacsız edəcək. Bu zaman onlara daha yaxşı həyat yoldaşı və daha gözəl bir həyat nəsib olacağına ümid vardır. Çünki Allah həm hikmət, həm də rəhmət, fəzl və mərhəmət sahibidir.

Rəvayətlərdə qeyd olunur ki, Həzrət Əli (ə) bir həyat yoldaşına məxsus olan gündə başqa həyat yoldaşının evində hətta dəstəmaz almazdı. Peyğəmbəri-Əkrəm (s) isə vəfatı ilə nəticələnən xəstəlik günlərində belə, xəstəlik yatağını ədalətlə həyat yoldaşları arasında bölüşdürürdü.

Məaz ibn Cəbəlin iki həyat yoldaşı var idi və onların hər ikisi taun xəstəliyi nəticəsində dünyadan getmişdi. O, ədalətə riayət etmək üçün onların dəfnində (hansını əvvəlcə dəfn etmək üçün) püşk atdı.45

AYƏ 131:


﴿وَللّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَلَقَدْ وَصَّيْنَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ اتَّقُواْ اللّهَ وَإِن تَكْفُرُواْ فَإِنَّ لِلّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَكَانَ اللّهُ غَنِيًّا حَمِيدًا﴾

TƏRCÜMƏ:


«Göylərdə yerdə olanlar (onların özləri daxil olmaqla) Allahın həqiqi mülküdür. Həqiqətən Biz sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərə, eləcə sizə tövsiyə etdik ki, Allahdan qorxun (hamıya xəbərdarlıq etdik ki,) əgər küfr etsəniz (Ona heç bir ziyan vurmazsınız, çünki) göylərdə yerdə olanlar Allaha məxsusdur. Allah həmişə ehtiyacsız (sifət işlərində) təriflənəndir

TƏFSİR:


«Yerdə göylərdə olanlar Allaha məxsusdur» cümləsi bu ayədə iki dəfə, sonrakı ayədə də bir dəfə təkrar olunmuşdur. Bu da insanın etiqadlarında onun ifa etdiyi rola görədir ki, Allahın Öz vədələrinə əməl etməkdə, insanları istər evlilik, istər boşanmaq, istərsə də digər işlərdə ehtiyacsız etməyə qüdrətli olduğunu bilək. Ümumiyyətlə, Allahın bütün şeylərə olan malikiyyəti Öz vədələrinin icra olunmasına zəmanət verir.

Allah zatən ehtiyacsızdır, O, asimanlara və yerə malik olmaqla bizim ibadət etməyimizə, iman gətirməyimizə heç bir ehtiyac duymur. Həmçinin, hikmət, qüdrət və malikiyyət sahibi olan bir şəxs həm qanunçuluq, həm də işləri idarə etmək haqqına malikdir.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə