BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə57/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   54   55   56   57   58   59   60   61   62

AYƏ 155:


﴿فَبِمَا نَقْضِهِم مِّيثَاقَهُمْ وَكُفْرِهِم بَآيَاتِ اللّهِ وَقَتْلِهِمُ الأَنْبِيَاء بِغَيْرِ حَقًّ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌ بَلْ طَبَعَ اللّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً﴾

TƏRCÜMƏ:


«Beləliklə (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə «qəlblərimiz pərdədədir ( sənin sözlərini dərk etmirdemələrinə görə (lənət əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur. Buna görə onlar, az bir hissəsinin azacıq imanı istisna olmaqla iman gətirməyəcəklər

TƏFSİR:


Bu ayədə Bəni-İsrailin və yəhudilərin növbəti yaramaz əməllərinə – İslam Peyğəmbəri (s) ilə düşmənçilik etmələrinə və onun qarşısında müxtəlif maneə yaratmalarına işarə edilir. Əvvəlcə onların bir dəstəsinin əhd-peyman pozmalarına, Allahın ayələrinə qarşı kafir olmalarına, peyğəmbərləri günahsız olaraq qətlə yetirmələrinə işarə edilir və buyurulur ki, əhd-peyman pozduqlarına görə Biz onları Öz rəhmətimizdən uzaq etdik (yaxud pak-pakizə nemətlərin bir qismini onlara haram etdik).

Onlar əhd-peyman pozmağın ardınca Allahın ayələrini inkar edərək Onunla müxalifətə başladılar. Bununla da kifayətlənməyib böyük bir cinayətə əl atdılar; heç bir əsas olmadan haqqa yol göstərənləri, ilahi peyğəmbərləri qətlə yetirib məhv etdilər.

Onlar özlərinin yaramaz əməllərində o qədər həddini aşmışdılar ki, peyğəmbərlərin sözlərini məsxərəyə qoyur və onlara deyirdilər ki, qəlbləri möhürlənmişdir. Bu da peyğəmbərlərin dəvətini eşitməklərinə mane olur.

Burada əlavə edilir və buyurulur ki, onların qəlbləri, doğrudan da, möhürlənmişdi. Ora heç bir haqq söz nüfuz edə bilməzdi. Lakin küfr və imansızlığın amili onların özləri idilər. Buna görə də belə inadkarlıqlardan əl çəkən az bir dəstə istisna olmaqla, heç biri iman gətirməz.



Sonra buyurulur: Bəli, küfrləri səbəbi ilə Allah onların qəlblərinə möhür vurmuşdur. Haqqa dönərək inadkarlıqdan əl çəkən az bir dəstədən başqa heç biri iman gətirməz.

AYƏ 156:


﴿ وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَى مَرْيَمَ بُهْتَانًا عَظِيمًا ﴾

TƏRCÜMƏ:


«Həmçinin (İsaya qarşı olan) küfrlərinin Məryəmin (İsanı haradan gətirməsi) barəsində dedikləri böyük böhtanın cəzası olaraq.»

TƏFSİR:


Onların Həzrət Məryəmə (ə) vurduqları zinakarlıq töhməti «Məryəm» surəsinin 27-ci ayəsində qeyd olunmuşdur. Onlar üstəlik Həzrət İsaya (ə) da zinazadəlik töhməti vurur və onu insanlara rəhbər və hidayətçi olmağa ləyaqətsiz hesab edirdilər. Elə bu töhmət də onların Həzrət İsaya (ə) qarşı kafir olmalarına dəlildir. Buna görə də töhmət günahı küfr ilə bir səviyyədə qeyd edilmişdir, (böyük böhtanın böyük də əzabı vardır). Əxlaqsız bir cəmiyyətdə də bəzən ən pak insanlara ən çirkin töhmətlər vurulur.

AYƏ 157-158:


﴿وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا الْمَسِيحَ عِيسَى ابْنَ مَرْيَمَ رَسُولَ اللّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَـكِن شُبِّهَ لَهُمْ وَإِنَّ الَّذِينَ اخْتَلَفُواْ فِيهِ لَفِي شَكٍّ مِّنْهُ مَا لَهُم بِهِ مِنْ عِلْمٍ إِلاَّ اتِّبَاعَ الظَّنِّ وَمَا قَتَلُوهُ يَقِينً. بَل رَّفَعَهُ اللّهُ إِلَيْهِ وَكَانَ اللّهُ عَزِيزًا حَكِيمًا ا﴾

TƏRCÜMƏ:


« eləcə biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdükdemələrinə görə (lənət əzaba düçar oldular)! Halbuki onu öldürmədilər çarmıxa çəkmədilər, amma onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk tərəddüd içərisindədirlər o haqda zənn gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər, əksinə, Allah onu (diri halda dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət (xilqət şəriətdə) hikmət sahibidir

TƏFSİR:


Onlar (Bəni-İsrail tayfası) hətta peyğəmbərləri qətlə yetirməklə iftixar edib deyirdilər ki, Allahın rəsulu olan İsa ibn Məryəmi (ə) öldürüblər. Bəlkə də Həzrət Məsihin (ə) barəsində «Allahın göndərdiyi» təbirini istehza və məsxərə üzündən deyirdilər. Halbuki, öz iddialarında da yalançı idilər. Onlar İsanı heç vaxt öldürməmiş, yaxud dara çəkməmişdilər. Əksinə, ona oxşar başqa bir şəxsi səhvən dara çəkmişdilər.

Sonra buyurulur: Həzrət Məsih (ə) barəsində ixtilaf edənlərin özləri də şəkdə idilər və onların heç biri öz dediklərinə inanmır, yalnız təxmini hesablamalara və gümanlara əsaslanırdılar.

Sonra bu mətləbə təkid edilərək buyurulur: Şübhəsiz, onu öldürməmişdilər. Əksinə, Allah onu Öz dərgahına aparmışdı; Allah qüdrətli və hikmətlidir.

Quranda Həzrət İsanın (ə) dara çəkilməməsi ilə bağlı ona görə daha çox təkid edilir ki, ümmətin günahlarının bağışlanmasını və xurafatçı «fida» məsələsini şiddətlə məhkum etsin, məsihilər də nicatın xaça sığınmaqda deyil, öz əməllərinin sayəsində mümkün olduğunu bilsinlər.

Biz Həzrəti İsanın (ə) həm təvəllüdünün, həm də Allah dərgahına getməsinin qeyri-təbii şəkildə olduğunu yəqinliklə bilirik. O, Allah dərgahına merac etmişdir ki, gələcək üçün bir ehtiyat olsun.


Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə