BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə59/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   54   55   56   57   58   59   60   61   62

AYƏ 161:


﴿ وَأَخْذِهِمُ الرِّبَا وَقَدْ نُهُواْ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًا ﴾

TƏRCÜMƏ:


«Eləcə çəkindirilmələrinə baxmayaraq sələm aldıqlarına camaatın mallarını boş nahaq yerə yemələrinə görə (həmin halal şeyləri onlara haram etdik). Biz onların kafirlərinə ağrılı bir əzab hazırlamışıq

TƏFSİR:


Sələmçiliyin qadağan olunması Tövratda da qeyd olunmuşdur. (Təsniyə sifri, 23-cü fəsil, 19, 20-ci cümlələr.) Sələmçilik, zahirdə qazanc və firavanlıq mənbəyi olmasına baxmayaraq, cəmiyyətdə müxtəlif məhrumiyyətlərə şərait yaradır.

Bütün səmavi dinlərdə insanların maddi və ticarət əlaqələrinə, onların necə qazanıb hansı yollarda xərcləmələrinə ciddi şəkildə diqqət yetirilir.

Zülm, sələmçilik və haram mal yemək insanı küfrə sürükləməyincə, bu işlərdən qayıtmaq asandır. Çünki günahlar küfrə zəmin yaradır, kafirlər də əbədi əzabdadırlar.


AYƏ 162:


﴿لَّـكِنِ الرَّاسِخُونَ فِي الْعِلْمِ مِنْهُمْ وَالْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَا أُنزِلَ إِلَيكَ وَمَا أُنزِلَ مِن قَبْلِكَ وَالْمُقِيمِينَ الصَّلاَةَ وَالْمُؤْتُونَ الزَّكَاةَ وَالْمُؤْمِنُونَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ أُوْلَـئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا﴾

TƏRCÜMƏ:


«Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat İncilin həqiqi alimlərinə), sənə səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə Allaha axirət gününə iman gətirənlərə - onların hamısına tezliklə böyük bir mükafat verəcəyik

TƏFSİR:


Bu ayədə mühüm bir həqiqətə işarə olunur. Belə ki Quran təkrar olaraq həmin həqiqət üzərində dayanıb bəhs etmişdir. O da bundan ibarətdir ki, Quranda yəhudilərin məzəmmət olunması heç vaxt irqçilik xarakteri daşıyan mübarizə tipli deyildir. İslam heç bir irqi məhz irq olduğuna görə məzəmmət etmir, əksinə, onların içərisində yollarını azanları və əxlaqsızlıq edənləri məzəmmət edir. Buna görə də bu ayədə yəhudilərdən pak və imanlı insanlar istisna edilib təriflənir, onlar üçün böyük mükafat vədəsi verilir və buyurulur: Lakin yəhudilərdən dərin elmə malik olanlar və möminlər sənə və səndən qabaqkı peyğəmbərlərə nazil olanlara iman gətirir, həmçinin namaz qılıb zəkat verir, Allaha və Qiyamət gününə iman gətirirlər. Biz onlara böyük mükafat verəcəyik.

Məhz buna görə də yəhudilərin böyük şəxsiyyətlərindən bir qrupu İslam Peyğəmbərinin (s) zühur etdiyi zaman onun haqq olması dəlillərini müşahidə etdikdə İslamı qəbul edərək canları və malları ilə onu himayə etdilər. Nəticədə Peyğəmbər (s) və digər müsəlmanlar tərəfindən hörmətə layiq görüldülər.


AYƏ 163:


﴿إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالنَّبِيِّينَ مِن بَعْدِهِ وَأَوْحَيْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإْسْحَقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَعِيسَى وَأَيُّوبَ وَيُونُسَ وَهَارُونَ وَسُلَيْمَانَ وَآتَيْنَا دَاوُودَ زَبُورًا﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, Biz Nuha ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna Süleymana vəhy göndərdik. Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək kitab verilmək baxımından ilk şəxs deyilsən)

TƏFSİR:


Qurani-Kərimdə ilahi peyğəmbərlərdən 25 nəfərin adı qeyd olunmuşdur. Bu ayədə onların 11 nəfərinin adı çəkilir. Adları Quranda gələn başqa peyğəmbərlər bunlardır: Adəm, İdris, Hud, Saleh, Lut, Yusif, Şüeyb, Zil-kəfl, Musa, İlyas, Zəkəriyya, Yəhya, Üzeyr. Hədislərdə qeyd olunur ki, bütün peyğəmbərlərə nazil olunanların hamısı Məhəmməd peyğəmbərə (s) nazil olmuşdur.53

«Əsbat» həzrət Yəqubun (ə) nəslindən olan peyğəmbərlərdir.

«Zəbur» lüğətdə «kitab» mənasını ifadə edir və Həzrəti Davuda nazil olan kitaba deyilir.

Davudun (ə) Məzamiri Əhdi Qədimdən (Tövratdan) olub 150 fəsildən ibarətdir ki, hər bir fəsli bir «məzmur» adlanır. («Məzamir» «məzmur»un cəm formasıdır.)

Peyğəmbəri-Əkrəm (s) bütün ilahi peyğəmbərlərdən üstün olduğuna görə bu ayədə ona vəhy olunması onların hamısından qabaq qeyd olunmuşdur.

İNCƏ MƏTLƏBLƏR

1. Vəhy və risalət bəşəriyyət tarixində Allahın heç bir xələl qəbul etməyən sünnəsi və qanunudur.

2. Vəhydə həm hədəf, həm üslub, həm möhtəvanın külliyyatı, həm də onların mənşəyi birdir − o da Allahdır.

3. Tarixdə peyğəmbərlərə nazil olan vəhy dəfələrlə təkrar olunmuşdur. Lakin müxaliflər bizim Peyğəmbərin (s) nübüvvətini qəbul etmir, onu digər peyğəmbərlərdən ayırırlar. Buna görə də, şübhəsiz, böyük azğınlığa düçar olmuşlar.



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə