BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,75 Mb.
səhifə47/62
tarix18.02.2018
ölçüsü3,75 Mb.
#27144
1   ...   43   44   45   46   47   48   49   50   ...   62

AYƏ 123:


﴿ لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلاَ يَجِدْ لَهُ مِن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا ﴾

TƏRCÜMƏ:


«(Axirətdə mükafat cəzanın verilməsi) (sonuncu peyğəmbərin ümməti olduğunuza görə) sizin arzunuzladır (ki, özlərini Allahın dostu övladları hesab edən) kitab əhlinin arzusuyla. Kim pis bir görsə, cəzalandırılacaqdır özü üçün Allahdan başqa bir dost kömək edən tapmayacaqdır

TƏFSİR:


Müsəlmanlar Peyğəmbəri-Əkrəmin (s) sonuncu peyğəmbər, özlərinin də ən yaxşı və üstün ümmət olmaları ilə iftixar edirdilər. Kitab əhli isə öz keçmişləri ilə öyünüb deyirdi ki, cəhənnəm odu, bir neçə gün istisana olmaqla, bizə toxunmayacaq. Bu ayə onların hər ikisinin təsəvvürlərini islah etmək üçün nazil oldu və insanların yaxşı əməlini əsas meyar qərar verdi.

İNCƏ MƏTLƏBLƏR

1. Əsassız və puç arzulardan, xam xəyallardan uzaq olun, çünki onların heç bir xeyiri yoxdur.

2. İslam xəyal və meyllər əsasında deyil, real gerçəkliklər əsasındadır (batil, hər kəsdə və hər məktəbdə olsa belə məhvə məhkum olunur).

3. Allah bütün hallarda adildir. İnsanların mükafat və cəzası da onların əməllərinə əsasən verilir.



AYƏ 124:


﴿ وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتَ مِن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَأُوْلَـئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلاَ يُظْلَمُونَ نَقِيرًا ﴾

TƏRCÜMƏ:


«Kişi ya qadınlardan mömin olaraq yaxşı işlərdən (bir şey) yerinə yetirən kəslər, Cənnətə daxil olacaqlar onlar hətta xurma çərdəyinin arxasındakı nöqtə qədər zülmə məruz qalmayacaq haqlarından kəsilməyəcəkdir

TƏFSİR:


Bu ayədəki («nəqir»in kökü olan) «nəqr» kəlməsi «dimdikləmək» mənasınadır «Nəqir» isə quşun xurma dənəsini dimdikləməsi nəticəsində bu meyvədə əmələ gələn çuxura deyilir. Əvvəlki ayədə «mən yəməl suən» (“hər kəs pis iş görsə”) ifadəsi, burada isə «mən yəməl minəs-salihat», yəni «hər kəs saleh əməl görsə» ifadəsi gətirilir.

Buna əsasən, behişt əhli olmağın əsas amili iman və gözəl əməldir və heç vaxt (əvvəlki ayədə qeyd olunan) iddia və arzular ola bilməz.



İNCƏ MƏTLƏBLƏR

1. Bütün irqlər, millətlər və təbəqələr Allahın lütf və mərhəmətindən bəhrələnməkdə bərabərdirlər.

2. Qadın və kişi mənəvi kamallara çatmaqda bərabərdir.

3. Gözəl əməl görən möminin mükafatı behiştdir.

4. Yaxşı əməllər, az da olsa belə, dəyərə malikdir.


AYƏ 125:


﴿ وَمَنْ أَحْسَنُ دِينًا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُ لله وَهُوَ مُحْسِنٌ واتَّبَعَ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَاتَّخَذَ اللّهُ إِبْرَاهِيمَ خَلِيلاً ﴾

TƏRCÜMƏ:


«Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur

TƏFSİR:


Əvvəlki ayədə iman və əməlin təsirindən söhbət gedir və onda buyurulurdu ki, hansısa bir dinə mənsub olmaq təklikdə fayda verməz. Eyni zamanda, keçən ayələrdən anlaşılmazlıq yaranmasın deyə, İslam dininin bütün ilahi dinlərdən üstün olması belə bəyan edilir: Bütün varlığı ilə Allah qarşısında təslim olan, yaxşı əməllərdən əl çəkməyən və İbrahimin xalis və pak ayininə tabe olan kimsənin dinindən də yaxşı bir din varmı?

Bu ayədə üç şey dinin yaxşı olması meyarı kimi təqdim edilir: Birincisi, Allah qarşısında qeydsiz-şərtsiz təslim olmaq, ikincisi, yaxşı əməl görmək, (yaxşı əməl dedikdə qəlb, dil və əməllə görülən yaxşı işlər nəzərdə tutulur,) üçüncüsü isə İbrahimin (ə) pak dininə tabe olmaq.

Ayənin axırında İbrahimin dininə daha çox nəzər yetirilməsinin səbəbi belə bəyan olunur: Allah İbrahimi Özünə dost və xəlil seçmişdi.

Rəvayətlərə əsasən, İbrahim (ə) çoxlu səcdə etmək, miskinlərə təam vermək, gecə namazı qılmaq, dilənçiləri əliboş qaytarmamaq və qonaqpərvərlik sayəsində ilahi dostluq məqamına çatmışdı.44



Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə