BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,21 Mb.
səhifə10/53
tarix19.10.2018
ölçüsü1,21 Mb.
#75196
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

AYƏ 31:


﴿قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُواْ بِلِقَاء اللّهِ حَتَّى إِذَا جَاءتْهُمُ السَّاعَةُ بَغْتَةً قَالُواْ يَا حَسْرَتَنَا عَلَى مَا فَرَّطْنَا فِيهَا وَهُمْ يَحْمِلُونَ أَوْزَارَهُمْ عَلَى ظُهُورِهِمْ أَلاَ سَاء مَا يَزِرُونَ﴾

TƏRCÜMƏ:


«Allahla görüş(əcəkləri Qiyamət günün)ü təkzib etmiş kəslər doğrudan da ziyana uğradılar. (Onların bu inkarları) o vaxta kimi (davam edəcək) ki, Qiyamət qəflətən onlara yetişən zaman, «barəsində səhlənkarlıq etdiyimiz şeyə görə vay olsun bizədeyəcəklər. Onlar (həmin gün) öz günahlarının ağır yükünü dallarında daşıyacaqlar. Bilin! Onların dallarında daşıyacaqları yük necə pisdir!»

TƏFSİR:


«Liqaullah» (Allahın görüşü) dedikdə məqsəd Qiyamətdə mənəvi və şühudi görüşdür. Çünki Qiyamətdə mal, mənsəb, məqam və qohum-əqrəbaya olan bağlılıqların hamısı kəsiləcək, insan ilahi cəza və ya mükafatla qarşılaşan zaman Allahın mütləq hakimiyyətini dərk edəcəkdir.

Həsrət mənafelərin əldən verilməsi üçün, peşmançılıq isə zərərlərin irəli gəlməsi üçündür.11 Lakin Qiyamətdəki həsrətlərin heç bir faydası yoxdur. Çünki günahlar, xüsusilə, ilahi əzab səhnəsini müşahidə etdikləri zaman öz sahiblərinə yük olar və onların çiyinlərinə ağırlıq edər. Deməli, günahlar insanın özü üçün topladığı ağır yük ehtiyatıdır.


AYƏ 32:


﴿ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلاَّ لَعِبٌ وَلَهْوٌ وَلَلدَّارُ الآخِرَةُ خَيْرٌ لِّلَّذِينَ يَتَّقُونَ أَفَلاَ تَعْقِلُونَ ﴾

TƏRCÜMƏ:


«Dünya həyatı oyun əyləncədən başqa bir şey deyildir şübhəsiz, axirət evi təqvalılar üçün daha yaxşıdır. Heç düşünmürsünüz?»

TƏFSİR:


Əgər dünya axirət üçün «əkin sahəsi» qərar verilməzsə, bu həyat oyun-oyuncağa, insanlar isə uşağa bənzəyər; belə olan halda onlar mal, məqam və sair kimi oyun-oyuncaqlara məşğul olarlar. Bu da teatr səhnəsində birinin şah, digərinin nökər paltarı geyməsinə, üçüncüsünün özünü vəzirə oxşatmasına bənzəyir. Lakin bir saatdan sonra bütün rollar və paltarlar kənara qoyulduqda xəyaldan başqa bir şey olmayan film olduğu başa düşülür.

Bü dünyanın mataha, oyun-oyuncağa oxşarlığının bir neçə səbəbi var:

1. Dünyanın ömrü oyunun müddəti kimi çox qısadır.

2. Dünya həyatı yorğunluq kimi acılıqlar və əyləncə kimi şirinliklərlə qarışıqdır.

3. Hədəfsiz qafillər oyunu özlərinə məşğuliyyət növü qərar verirlər.

Ümumiyyətlə, Allah-təala axirətdən qafil olmağı və dünyaya məşğul olmağı oyun-oyuncaq hesab edir. Axirətlə yanaşı olmayan dünya çox təhlükəlidir. Axirət əkin məhsullarını əldə etmək, ona bir yol və müqəddimə sayılan dünya isə inkişaf meydanıdır.

Bunu bilməliyik ki, təqva insanların inkişaf etməsi və axirət nemətlərinə çatması amilidir.

AYƏ 33:


﴿ قَدْ نَعْلَمُ إِنَّهُ لَيَحْزُنُكَ الَّذِي يَقُولُونَ فَإِنَّهُمْ لاَ يُكَذِّبُونَكَ وَلَكِنَّ الظَّالِمِينَ بِآيَاتِ اللّهِ يَجْحَدُونَ ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, Biz onların dediklərinin (səni sehrbaz, şair dəli adlandırmalarının) səni kədərləndirməsini bilirik. Əlbəttə onlar səni təkzib etmirlər, lakin zalımlar Allahın ayə nişanələrini inkar edirlər

TƏFSİR:


Bu ayənin şəni-nüzulunda qeyd olunur ki, Peyğəmbərin (s) düşmənləri onu əmanətdar və sədaqətli hesab edir, amma deyirdilər ki, əgər biz onu təsdiq etsək, qəbilə arasındakı ictimai məqam və mövqeyimiz təhqir olunar. Yaxud deyirdilər ki, o, doğruçudur. Amma ona vəhy olunduğunu təsəvvür edir. Beləliklə də, ilahi ayələri təkzib edirdilər.

Peyğəmbərin (s) təkzib olunması Allahın təkzib olunması, eləcə də ona beyət etmək Allahla beyət etməkdir. Peyğəmbərin (s) müxalifləri həqiqətdə Allahla qarşılaşdıqları üçün Peyğəmbərə (s) buyurulur ki, heç vaxt qəmgin olmasın.

Onlar ilahi ayələrin və Allah övliyalarının təkzib edilməsinin acınacaqlı nəticələrinə iman gətirmədiklərinə görə bu əməllər həm onların özlərinə olan zülmdür, həm də Peyğəmbəri (s) qəmli etdiklərinə görə ona edilən zülmdür; həm məktəbə, həm də bütün insan nəsillərinə olan zülmdür.


Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə