Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   63   64   65   66   67   68   69   70   ...   99

140 
 
döşündə gizlənmişdir. O, həmçinin diz çökmüşdür, lakin daşda olmaqla aşağıdadır. 
Onun əlləri öz arxasında yerləşmişdir, elə bil ki, lazımsız, boş şeylərdir. Bu qrupda 
sirrli böyüklük nəzərə çarpır. Roden çox hallarda olduğu kimi, bunun mənasını da 
izah etməyə cəsarət etmir.  
Roden ardıcıl olaraq qadının femme fatale - «bədbəxtlik gətirən qadın» kimi 
izah  edir,  bunda  o,  romantiklərin  təxəyyülünə  əsaslnır.  Rodenin  əsərində  qadın 
özünün  sevilməsinə  icazə  verir,  hissiyyatlı  qaydada  öpüşlər  daşqınına  bürünür, 
sevdiyi kişinin öpüşlərinin sayı, çəkisi isə yoxdur. İyirmi beş yaşlı kişinin öpüşləri 
hərarətli və sarsıdıcıdır.  
Roden sənətində erotisizm məzmuna nüfuz edir. Burada şair Bodlerin təsiri 
də  hiss  olunur.  Bodlerin  ölümündən  sonra  Roden  onun  başının  heyrətedici 
heykəlini  yaratmışdı.  Bodler  əsrin  digər  şahidlərindən  daha  çox  onun  günah  və 
lənət  konsepsiyaları  ilə  razılaşırdı,  bunlara  isə  XIX  əsr  rəssamlarının  və 
yazıçılarının təxəffülündə rast gəlmək mümkündür. Dantenin «Cəhənnəm qapıları» 
ilə Bodlerin təsirinin çuğlaşdığı yol çox mühüm xarakter daşıyırdı. Bu ali əsərinin 
formalaşması üçün belə iki mənbə Rodenin bacarığının əsasında dayanırdı, bunlar 
özünü onun həyat fəlsəfəsinin böyük hissəsini olduqca zəngin qaydada ifadə edirdi.  
Bodlerin təsiri Rodenin lesbianizmlə razılaşdığını ifadə etməyə kömək edir, 
bu,  onun  «Heyranlıq  və  ekstaz»,  «İctimai  qadın»,  «Sarılmış  qadın»  və 
«Vakkanaliya» kimi sənət əsərlərində müşahidə olunur. Bu, ona qadın bədənlərinin 
qeyri-adi  mələklər  görünüşündə  göstərmək  imkanı  verir,  kontrast  şəkildəki  insan 
əlaqələrini araşdırmağa qadir edir. Bu vaxt baş verən gənc və yaşlı, müqəddəs və 
dünyəvi sevgi arasında deyil, normallıqla ondan uzaqlaşmaq arasındadır.  
Rodenin məhəbbət ehtirası, şəhvət duyğusu dini şəxsiyyətləri təsvir etməsinə 
də  toxunmamış  qalmır.  Qadının  kişiyə  malik  olması  arzusunu  təklif  etmək 
sahəsindəki onun istəyi o qədər böyük idi ki, o, bu hissi yanaşmanı özünün 1894-
cü  ildə  yartdığı  «Xrist  və  Maqdalina»  əsərində  də  tərəddüd  etmədən  tətbiq  etdi. 
Maqdalinanın  aydın  göstərilən  yançaqlarını,  demək  olar  ki,  barokko  üslubunda 
təsvir edir. Onlar Xristin bədənini qucaqlayan kimi sıxırlar, elə bil ki. qadın bütün 
varlığını  bir  məşuqə  sıçrayışı  ilə  onun  qolları  arasına  atır.  Mövzunun  belə 
araşdırılması xristian konfiqurasiyasına roman notu kimi təqdim olunur.  
Roden deyirdi ki, «Antik heykəltəraşlıq insan bədəninin məntiqini, mən isə 
onun  psixologiyasını  axtarıram».  Onun  psixologiyanın  inkişafı  ilə  xüsusən  yaxın 
əlaqəsi var idi. O, Freyd nəzəriyyəsinə də hörmətlə yanaşırdı. Onun «Əbədi bahar» 
əsərində elə görünür ki, gənc qəflətən qızı öpmək üçün qolları arasına alır, bu da 
onun oturma oxunu yöndəmsiz qaydada dəyişir, bu vaxt qız isə öz növbəsində elə 
görünür ki, bunu anlamadan özünü təslim etmək istəyir. Bu anatomik cəhətdən çox 
sadədir.  Adəmin  bir  tərəfə  əyilməsi  onun  bütün  bədəni  ilə  razılıqdadır,  həm  də 
onun  qorxusunu  göstərir.  Bu  vaxt  qız  özlüyündə  bəlkə  də  bunu  başa  düşmədən 
özünü  təslim  edən  kimi  görünür.  Bu  anatomik  cəhətdən  əsas  addım    kimi  təsvir 
edilmişdir.  Adəm  bir  tərəfə  əyilr,  bütün  bədəni  ilə  buna  çalışır  ki,  Həvvanın 
qorxusunu  nəzərə  alsın.  Onun  başı  öz  biabırçılığını  «bilə»  bilər,  ona  görə  də  öz 
bədənində yoxa çıxmaq istəyi kimi görünür və dramatik qaydada uzanmış barmaq 
hələ  də  Allahın  barmağı  ilə  kontaktdan  əsir,  bu  jest,  heç  şübhəsiz,  Rodenin 


141 
 
əsərində  Sikstin  kapellasının  tavanını  yada  salır.  Mikelancelonun  məşhur 
freskasında  bu,  «Adəmin  yaranışı»  tablosunda  Allahın  Adəmin  əlinə  barmağı  ilə 
toxunması ilə ifadə olunur.  
Dini 
mövzudan 
bir  qədər  abstraksiya  edilsə,  «Əbədi  bahar» 
kompozisiyasında  «Öpüş»də  olan  kimi  qadın  məhəbbət  anında,  kişinin  hərarətli 
ağuşunda  təsvir  edilir.  Hər  ikisində  əsl  təmiz  məhəbbətdən  xəbər  verən,  bircə 
anlığa  mövcud  olsa  da,  hər  şeyi  öz  alovunda  məhv  edən  öpuş  vasitəsilə  kişi  ilə 
qadının birgə, qarşılıqlı bağlılıq hissləri təqdim edilir. Xüsusən «Əbədi bahar»dakı 
səhnə hər iki gəncin hissiyyatın fiziki ifadəsindən daha çox, onları özünə əsir etmiş 
yanğını söndürmək üçün bu vasitəyə əl atdıqlarını göstərir. Mərmərdən yonulmuş 
kompozisiyada  Roden  qeyri-adi  həll  yolunu  tapmışdır,  dizi  üstə  düşən  gənc  qızın 
füsunkar  bədəni,  bu  bədənin  bütün  ləyaqətləri  ecazkar  bir  ifadədə  təsvir  olunur. 
Qızın  sağ  qolunun  oğlanın  başını  özünə  tərəf  əyməsi,  onun  incə  bədənini, 
məhəbbətə  çağıran  döşlərini  seyr  etməyə,  əslində  bu  səhnəyə  heyran  olmağa 
çağırır.  Oğlan  isə  sağ  qolu  ilə  qızın  çiynini  qucaqlayıb,  başını  əymiş,  sol  qolunu 
həzzdən  məst  şəkildə  uzatdığı  tərzdə,  dodaqlarını  susuzluqdan  təşnə  adam 
səhradakı  vahədə  ağzını  soyuq  bulağa  qapadığı  kimi,  qızın  dodaqlarına 
möhürləmişdir.  
Məhəbbət  onları  elə  bil  ki,  bir  anlığa  könül  simbiozlarına  çevirmişdir. 
Kişinin və qadının bədənləri canlı kəndirlər kimi onları bir- birinə bağlamışdır. Bu 
emosional bağlar olmaqla könülün bədənə hakim kəsilməsindən xəbər verir. Bədən 
axını, bədənin qabarması heç də dənizinkindən zəif deyildir və həzz anının əmələ 
gətirdiyi  ekstazdan  xəbər  verir.  Hər  iki  bədən  eşq  ovu  üçün  vacib  olan  hisslərin 
tüğyanını, ehtirasın şahə qalxmasını bildirən cavanlıqdan xəbər verir. Hər iki bədən 
elə  bil  bu  anın  böyüklüyünü,  arzuların  apofeozunu  nümayiş  etdirmək  üçün 
yaranmışdır. Qızın bədəninin daşqını isə dözülmək həddindən kənardadır.  Roden 
qızın  bədənini  onun  tam  çiçəklənən  anında  təsvir  edir.  Həm  də  onlar  bu  səhnəni 
seyr  edənləri  öz  ehtiras  fiestalarına,  ziyafətlərinə  dəvət  edirlər.  Heykəldə  ağıl 
iradəsi  bədən  iradəsində  sönmüşdür.  Deyəsən,  məhəbbətin  şiddətindən  onlar 
məkanı  və  zamanı  da  hiss  etmirlər,  bəlkə  də  insanın  istəklərini  və  fəaliyyətini 
məhdudlaşdıran bu amillərə heç məhəl də qoymaq  istəmirlər.  
Bu  anda,  elə  bil  ki,  heç  kəs  onlara  mane  ola  bilməz,  onlar  heç  nədən 
qorxmurlar, axı arzularına çatmışlar, yaxşı anlayırlar ki, qızğın məhəbbət ölümdən 
də  qüvvətlidir.  Hətta  Adəm  və  Həvvanın  ilkin  təcrübəsi  də  göstərirdi  ki,  özünü 
dərketmə  anından  sonra  yerüstü  cənnətdən  qovulmaq  da  qorxulu  deyildir,  çünki 
əvəzində  onlar  Məhəbbət  bağı  adlanan  bir  cənnətə  qovuşdular,  həqiqi  bal  ayı 
cənnətinin meyvəsini daddılar. Bu ikisinin də ilk günahı, yixlması da sayıla bilər, 
lakin həm də onların qalxması, yüksəlməsidir. Bu anda onlar, elə bil ki, bir-bilərrni 
yaratmışlar, məhz bu təəccüb doğuran həzz balını dadmaq üçün dünyaya gəlmişlər. 
Bu,  ətrafdan,  ağıldan  kənarda  mövcud  olan  zamandır,  tamamilə  başqa  dünyadır. 
Bu şirinlikdə bəlkə də bir ağrı da vardır, lakin həmin ağrıya da haqq qazandırmaq 
mümkündür.  Axı  məhəbbət  anına  qovuşmaq  üçün  insanlar  qanlı  müharibədən  də 
betər sınaqlardan keçməli olur və anlayır ki, burada hisslərə təslim olma döyüşlərin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə