Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   61   62   63   64   65   66   67   68   ...   99

134 
 
Roden bu təhqirləri ciddi nəzakət və laqeydliklə qarşılayırdı: «Mən artıq öz 
heykəlim üçün vuruşmalıyam, uzun müddət ərzində özümü müdafiə etməyə qadir 
olmalıyam…  Mənim  həyatım  öyrənməyin  uzun  yollarından  biridir.  Əgər  həqiqət 
ölməlidirsə,  mənim  «Balzak»ım  gələcək  nəsillər  tərəfindən  qırılıb,  parça-parça 
ediləcəkdir.  Əgər  həqiqət  əbədidirsə,  mən  proqnoz  verə  bilərəm  ki,  mənim 
heykəlimin özü təkcə öz yolunu müəyyən edəcəkdir».  Başqa bir dəfə isə bildirirdi: 
«Estetik  qanunvericilər  mənim  «Balzak»ımın  əleyhinədir,  ictimaiyyətin  və 
mətbuatın  əksəriyyəti  də  həmçinin.  Görən  nə  olmuşdur?  Heykəl  xalqın  ağlına 
girmək  üçün  öz  yolunu  tapacaqdır,  hətta  güclə  və  inandırma  vasitəsilə  olsa  da. 
Gənc  heykəltəraşlar  vardır  ki,  Salona  gəlib,  onu  görürlər,  öz  ideyalarını  axtaran 
vaxt bu heykəl barədə düşünürlər».  
 
 
 
 


135 
 
“Balzak” abidəsi 
 
Parisdəki ümumi münasibətə baxmayaraq, Belçikadan onu bəyənmək barədə 
hərarətli  mülahizələr  gəzirdi,  bir  qrup  Belçika  sənətsevəri  heykəltəraşdan  xahiş 
etdilər ki, həmin sənət əsərini satın almalarına icazə versin. Onların sözlərinə görə, 
«Balzak»a  Brüsseldə  çox  valeh  olmuşlar.  Heykəl  ictimai  meydançaların  birində 
qoyulacaqdır. Belə münasibət Parisi də hərəkətə gətirdi. Bir qrup rəssam, yazıçı və 
sadə həvəskarlar «Balzak»ı müdafiə etmək üçün nəcib bir bəyanat yaydılar. İmza 
edənlərin sırasına Karrye, Mirbo, Tuluz-Lotrek, Anatol Frans daxil idi. İş Dreyfus 
məsələsi ilə bir vaxta düşdüyünə görə daha da mürəkkəbləşdi. Ehtiraslar çox qızğın 
şəkildə qalxanda, belə dəyişmiş  şəraitdə Roden  mətbuatda ləyaqətli  bir bəyanatla 
çıxış etdi: «Mən bir rəssam kimi birinci növbədə özümə hörmətimi nəzərdə tutaraq 
sizə  elan  edirəm  ki,  öz  abidəmi  Salondan  çıxardıram,  o  heç  bir  yerdə 
qoyulmayacaqdır.  Baxmayaraq  ki,  sonralar  iki  tunc  nümunə  töküldü,  «Balzak» 
1939-cu  ilə  kimi  istifadəsiz  qaldı.  Hazırkı  vəziyyətində  isə  həmin  ili  Raspel 
bulvarında qoyuldu.  
«Balzak abidəsi» Rodenə çətin bir tapşırıq idi. O, elə bir imic tapmalı idi ki, 
romançının  böyüklüyünü  və  baxışını  ifadə  etsin.  Bunun  üçün  o,  kitablardakı 
mənbələrə  müraciət  edir  və  romançının  anadan  olduğu  yerə  səfər  edir.  O,  hətta 
Balzaka paltar tikən dərzini tapmışdı və ona sifariş vermişdi ki, bir  cüt şalvar  və 
jilet  tiksin.  Müəllifin  təklif  etdiyi  ölçüdə  onlar  hazırlanmalı  idi.  Lakin  heykəl 
üzərində  iş  bir  sıra  problemlərlə  əhatə  olunurdu.  Roden  özünü  şahinə  bənzədirdi 
(şahin ova çıxmalı və tapdıqlarını geri gətirməli idi), cəld olmağa möhtac idi. Başın 
quruluşu  üçün  mümkün  olan  qədər  çox  sayda  modellər  hazırladı.  Bu  vaxt 
Fransanın  Balzakın  vətəni  olan  hissəsinin  tiplərindən  istifadə  edirdi,  yazıçı 
haqqında  bol  məlumat  yığırdı  və  öz  işi  barədə  yaxşı  ümidlə  yaşayırdı.  Onun 
tuncda,  gildə,  gipsdə  və  mumda  olan  qırx  eskizi  qalmışdır.  Bunlar  göstərir  ki,  o, 
demək olar ki, öz qəhrəmanının dərisinin altındakı daxilinə nüfuz etmək, onu əldə 
etmək  istəyir.  Heykəli  müxtəlif  pozalarda,  həm  də  çılpaq  şəkildə  və  paltarlı 
göstərmək  istəyirdi.  O,  fiqurun  eskizlərini,  həmçinin  onun  başının  eskizlərini 
düzəltdi. Bu, qüdrətli, hökmlü adamın görünüşü idi, bu adam demək olar ki, şeytan 
təbəssumunə malik idi.  
Heykələ  paltar  geyindirmək  barədə  gəldiyi  mülahizə  müdrik  bir  qərar  idi. 
Balzakın  yoğun  bədəni  çılpaq  şəkildə  təsvir  olunmağa  uyğun  gəlmirdi.  Roden 
deyirdi ki, romalıların paltarı universal olmaqla, bütün  zamanlar üçün yararlı idi, 
belə  bir  düşüncədə  ki,  insan  bədəninin  gözəlliyini  korlamırdı.  Orta  Əsrlərin  də 
paltarlarının  çoxu  həmçinin  yaxşı  təsir  bağışlayırdı.  Ona  görə  də  heykəltəraş 
Balzakı soyundurmadı, çünki onun mantiya geyinmiş növdəki işləməsi sahəsindəki 
adəti  heykələ  sərbəst  qaydada  xalat  geyindirmək  imkanı  verdi.  Bu,  zamanından 
asılı olmayaraq heykələ yaxşı xətlər və profillər verməyə kömək etdi.  
Roden  özü  Misir  sənətinin  böyük  pərəstişkarı  olduğundan  ümid  edirdi  ki, 
onun  yaratdığı  abidə  faraonların  heykəlləri  kimi  qara  qranitdə  həkk  olunacaqdır. 
Həm  də  o,  ağlında  xüsusən  Luvrda  nümayiş  etdirilən  Hammurabi  Kodeksini 
nəzərdə tuturdu.  


136 
 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  «Balzak»  Rodenin  yaratdığı  ən  yaxşı 
heykəllərdən biri idi. O, böyük romançının son imicini onun geyindiyi mantiyada 
təsvir etdi və heykəltəraşın çox mənada özünü Balzakla eyniləşdirməsi, onun plaşa 
bürünmüş  qaydada  bir  fotoşəklinin  mövcud  olması  ilə  daha  da  möhkəmlənmişdi. 
Heykəltəraşı  və  romançını  bir  çox  cəhətlər  bağlayırdı.  Hər  ikisi  yorulmayan 
zəhmətkeş  idi,  hər  ikisi  öz  dolanışığını  qazanmaq  üçün  əziyyət  çəkməyə  məcbur 
olmuşdu və hər ikisi insan təbiətinin oynamasını müşahidə etməkdə və bunları öz 
əsərlərinə  keçirib,  ifadə  etməkdə  müəyyən  stimullar  tapırdılar.  Bununla  yanaşı, 
Roden  Balzak  romanlarının  qızğın  məftunu  idi.  Həmin  orijinal  heykəldə  bu  iki 
şəxsiyyət arasındakı təbii oxşarlıq müəyyən qədər ifadə oluna bilərdi.  
Roden yazıçının təbiətindəki kişilik simvolu kimi bir elementi göstərməklə 
onun  universal  dahi  olduğunu  bildirirdi.  O,  taleyin  şəxsiyyəti  kimi  qalır,  insan 
təbiətində  mövcud  olan  zəiflikdə  olduğu  kimi,  ləyaqətdə  də  görünən  peyğəmbər 
idi.  Rilke  bu  barədə  öz  məşhur  sözlərini  yazır:  «Bu  o  Balzakdır  ki,  bolluğu  ilə 
seçilən öz məhsuldarlığında nəsillərin banisi, talelərin bədxərci idi. O, elə adam idi 
ki, gözləri heç bir obyektə ehtiyac duymurdu, baxışı boş olan dünyanı da bəzəyə 
bilərdi.  Bu,  o  adam  idi  ki,  əfsanəvi  gümüş  mədənləri  vasitəsilə  varlı  olmaq  və 
əcnəbi qadına məhəbbətli ilə xoşbəxt olmaq istəyirdi. O, Yaradanın özü idi, Balzak 
fiqurasını  qəbul  etmişdi,  o,  görünən  formada  meydana  çıxmalı  idi:  yaradıcılığın 
özündən  razılığı,  lovğalığı,  ekstazı,  sərxoş  etməsi.  Arxaya  atılan  baş  onun 
fiqurasını  fəvvarələrin  şırnağı  üstündə  rəqs  edən  şarlar  kimi  taclandırırdı.  Bütün 
ağırlıqlar yüngülə çevrilirdi, qalxıb və enirdi».  
Roden  1895-ci  ildə  Argentinanın  paytaxtı  Buenos-Ayres  şəhərində  üç  il 
sonra  qoyulacaq  prezident  Sarmyentonun  abidəsinin  layihəsini  verdi,  bu  vaxt  o, 
peyzaj rəssamı Klod Lorren üçün hazırladığı heykəlinin variantından istifadə etdi. 
O, şair Bodlerə çox möhkəm hüsn-rəğbət bəsləsə də, heç vaxt ona abidə yaratmadı. 
 
Məhəbbət macərasının ağrıları 
 
Rodenin gur və hissiyyatlı təbiəti onu hökmən qadın düşukününə çevirirdi. 
Müasiri Edmon de Qonkur demişdi ki, Roden qadın üçün hər şeyə, hər bir cinayətə 
qadir idi. Həqiqətən də o, bir sıra heykəllərində meydana çıxan kimi qəddar satirə 
bərabər ola bilərdi. Bir dəfə Klod Mone ilə nahar edəndə, rəssamın dörd qızına elə 
baxmışdı  ki,  onlar  utandıqlarından  bir-birini  ardınca  yemək  süfrəsini  tərk  etməli 
olmuşdular. Başqa bir vaxt bir gənc oğlanla Myodonda gəzərkən, heykəltəraş ona 
tərəf  dönüb  demişdi:  «Danışırlar  ki,  mən  qadın  barədə  çox  düşünürəm.  Lakin  bu 
necə də səfeh sözdür. Düzdür, hər şeydən əlavə, axı bundan başqa hansı daha vacib 
bir şey vardır ki, onun barəsində düşünəsən». 
Onun  eşq  macəralarının  çoxu  təsadüf  nəticəsində  baş  verirdi,  hətta  onlar 
qəflətən baş versə də, Rozanın uzun müddət ərzində əzab çəkməsinə səbəb olurdu. 
Bununla yanaşı, 1883-cü ilə yaxın o, coup de foudre -  «ildırım zərbəsi» aldı. Onun 
həyatında  qığılcım  kimi  parlayan  bu  qız  Kamilla  Klodel  idi.  Alfred  Buşenin  ona 
təqdim  etdiyi  həmin  qız  nəticədə  onun  köməkçilərindən  və  şagirdlərindən  birinə 
çevrildi. Bu gözəl məxluq yazıçı və diplomat Pol Klodenin bacısı olmaqla, 1856-cı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə