Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   58   59   60   61   62   63   64   65   ...   99

127 
 
Balzakın chef d`oenvre inconnu - «başlıca naməlum əsərinin» bir növünə çevrildi. 
Mövzu  o  qədər  geniş  idi  ki,  ona  elə  görünürdü  ki,  bunu  hətta  başa  çatdırmaq  da 
mümkün  olmayacaqdır,  əslində  isə  o,  özü  həqiqətən  də  bunu  etmək  istəyirdi. 
Axırda qapı heç də onun sağlığında düzəldilmədi və heç vaxt nəzərdə tutulan yerdə 
də qoyulmadı.  
«Qapılarının»  kompozisiyasının  arxitektura  nailiyyətləri  ilə  birləşdirməyi 
Rodenin  bacarmaması,  onun  həmin  təməl  fənni  bilməməsi  ilə  əlaqədar  idi.  Qapı 
uzun  illər  boyu  Rodenin  əli  altında  qaldı,  studiyanın  sənət  əsərinə  çevrildi  və  o, 
yalnız öz ideyaları ilə eksperimentlər aparmasına görə seviniirdi, əsərin funksional 
tələblərinə  isə  heç  də  məhəl  qoymurdu.  Bunun  üçün  qədim  sənətdə  də 
pretsedentlər  mövcud  idi.  Bunları  qədiim  Misir  dəhlizlərində,  Parfenon  frizində, 
qotik vitraj pəncərələrində və qrotesk heykəllərdə görmək olardı.  
Rəssamlıq  allahlar  üçün  və  ya  Allah  üçün  olan  vergi  idi,  bəşər 
cəmiyyətindən asılı olmayan mistik bir həyata keçməyə hazır idi.  
«Qapıların»  sənət  əsərləri  də  insan  ağlına  güclü  təsir  göstərir.  «Adəm», 
«Həvva»,  «Mütəfəkkir»,  «Üç  kölgə»  və  «Dərd  başı»  kimi,  axırıncı  istisna 
olunmaqla,  bütün  heykəllər  Mikelancelonun  böyük  nümunələrinə  əsaslanırdı. 
«Məşuqların» detalı onu valeh edən ehtiras anını təsvir edirdi.  
«Cəhənnəm qapıları» Dantenin məşhur əsərinə əsaslansa da, çox sayda dini 
və tarixi mövzulara  müraciət  edirdi. Heykəltəraşın təsvir  etdiyi səhnələr çox  şeyi 
öyrədirdi.  Tarixin  dərslərinə  diqqət  verməyi  təlqin  edirdi  və  bu  nöqteyi-nəzərdən 
çoxtərəfli  monumental  bir  əsər  idi.  Onun  belə  yanaşması  utopik  kommunizmin 
banisi  Tommazo  Kampanellanın  (1568-1639-cu  illər)  ideyaları  ilə  müəyyən 
ölülərdə  üst-üstə  düşürdü.  Kampanella  özünün  «Günəş  şəhəri»  əsərində  təsvir 
etdiyi  utopik  şəhərdə  uşaqlar  küçədə  gəzərkən  binaların  divarlarındakı 
barelyeflərdən  və  həmçinin  çox  saydakı  heykəllərdən  çox  şey  öyrənirdilər. 
Monumental heykəltəraşlıq gənc nəslin təhsilinə də köməklik göstərirdi. Rodenin 
“Cəhənnəm  qapıları»  da  əslində  təkcə  ədəbi  irsi  deyil,  həm  də  tarixi  hadisələri, 
insan münasibətlərini öyrənmək üçün geniş və əhatəli vasitə idi.  
Münaqişə aparan bədənlərin  dünyasında fiqurlar tamaşaçının diqqətinə işıq 
və kölgənin birgə oynaması kimi gəlirdi. Roden özü Bartlettə demişdi ki, o, «rəng 
və effekt axtarırdı». Bu, onun rəqib sayılacaq qaydada tablo çəkməyinin digər bir 
nişanəsi  idi.  Lakin  bu  heykəllər  impressionistlərin  əsərləri  kimi  günəş  işığı  ilə 
işıqlanmırdı,  parlamırdı.  «Bədxərc  oğul»  əsərində  təkcə  Bibliyadan  -  «İncil»dən 
götürülmüş tanış obrazın  təsviri  deyil, həm də öz varlığını yalnız öz xeyrinə sərf 
edən  hər  bir  adam  təsvir  olunurdu.  «Cəhənnəm  qapıları»nda  Rodenin  məqsədi 
əslində müasir dünya haqqında öz  baxışlarını bəyan etmək idi. «Qapılar» həyatın 
ona məxsus olan kiçik təbəqəsini təqdim etmək idi. Bir görkəmli ekspertin yazdığı 
kimi,  müasir  insanın  problemi  onun  sabit  olmayan  ehtirasları  tərəfindən  yaranan 
əbədi  cəhənnəmdir.  Və  həyatın  əzabları  ölümdən  sonra  da  dayanmayan  və 
məqsədsiz  hərəkət  formasında  davam  edir.  Məhz  Dantedən  ilhamlanaraq  o, 
«Qapılar»ı  məhəbbət,  ağrı  və  ölüm  əzabları  ilə  keçirilən  sarsıntı  formasındakı 
kainatı açıb göstərir.  


128 
 
«Cəhənnəm  qapıları»  epoxanın  ən  təəccüblü  nailiyyətlərindən  biri  kimi 
qalır. Bu əsər çox  şeyləri ifadə  edir,  tamaşaçını  ardıcıl olaraq fikrən də olsa, ona 
qayıtmağa məcbur edir. Bu, insanın qəbirdən çıxan kəlləsi kimi daim bizə gülür.  
«Cəhənnəm qapıları» üzərindəki işlədiyi ilk illər ərzində - 1880-ci illərdə - 
Roden  portret  heykəltəraşı  kimi  xeyli  nüfuz  qazandı.  Ona  olan  diqqət  belə  bir 
səbəbdən artdı, yüksəldi ki, onun əsərləri çox aydın idi. Klod Filipp onun barəsində 
deyirdi  ki,  «insan  sifətində  xarakterik  və  fərdi  olmaqdan  daha  çox  harmoniya  və 
plastik effektliliklə aksentlər edirdi…  O, öz modelini yüksək ağıl təzyiqi altında 
olan  anda  təsvir  etməyə  çalışırdı.  Psixi  cəhət  fiziki  ideallıq  olmasa  da,  bu  yolla 
konsepsiyanın bir hissəsinə çevrilirdi.»  
Öz dövrünün mühüm və görkəmli adamlarının portretləri o qədər  canlı, elə 
bir fiziki qaydada təsvir olunurdu ki, onlarda bəşər məxluquna münasibətdə məhz 
hüsn-rəğbət  bəsləmək  tələb  olunurdu.  Bəzi  heykəltəraşlardan  fərqli  olaraq  onun 
portret  heykəlləri  Pasxi  adasında  ibtidai  insanın  yaratdığı  və  çox  saydakı  adsız 
müqəvvalar  təsirini  bağışlamırdı,  əksinə,  ifadə  bolluğu  hesabına  həsr    olunduğu 
şəxsiyyətin  daxili  aləmini  açmaqla  yanaşı,  ona  məxsus  olan  həm  bədən,  həm  də 
baş  cizgilərini  bədii  qaydada  təsvir  edirdi.  Bu  əsərlər  əslində  portret  olaraq 
yaradılmasını da yaddan çıxartdırmamaqla, həm də xatırladırdı ki, Roden  O`nore 
de  Balzakın  “La  Comedie  humaine”  -  «İnsan  komediyası»  ənənəsində  olan  bir 
rəssamdır. O, özü qeyd edirdi ki, düzünə qalsa, heç bir rəssam işi, büst və portret 
kimi bu qədər çox daxilə nüfuz etməni tələb etmir.  
O,  müxtəlif  əhval-ruhiyyələrdə  dəyişikliklər  yaratmağa  qadir  idi.  «Viktor 
Hüqo» heykəli həyatdan götürdüyü eskizə əsaslanırdı. Madam Morla Vikunyanın 
başının heykəl təsviri və büstü ona 1888-ci il Salonunda nəhəng uğur qazandırdı və 
axırıncı əsəri dövlət almışdı. Bu ictimai zəfər sayıla bilərdi.  
Bu vaxt Roden Fransadan kənarda da məşhurlaşdı. 1881-ci ildə o, sadə bir 
addım  atmaqla  özünün  beynəlxalq  nüfuzunun  xeyli  böyüdüyünə  nail  oldu.  O, 
Londona səfər etdi, bu ölkə ilə əlaqələrinin uzun müddətli və məhsuldar olacağı bir 
daha təsdiq olundu. İngiltərədəki bir iş adamı isə pensiyaya çıxdıqdan sonra Parisə 
gəldi  ki,  Rodenin  öz  yanında  onun  sənətini  öyrənsin,  onun  üçün  ustadan 
öyrənmənin  özü  bir  vəhy  idi.  Başqa  bir  ingilis  isə  Rodenin  rəhbərliyi  altında 
işləməyə  başladı.  Həmin  ingilis  qızı  Parisə  1884-cü  ildə  gəlmişdi,  orada  dörd  il 
qaldı, həm də rəssamın məşuqəsi Kamilla Klodellə tanış oldu.  
Roden  1884-cü  ildə  «Bürünc  epoxası»nı  Royal  Akademiyada  yenidən 
nümayiş etdirəndə təriflərlə qarşılandı. Rəssamlar onun studiyasına gəlib, axırıncı 
əsərlərini - «Dante»ni və “Paolo və Françeska»nı heyranlıqla seyr etdilər. Onlar bu 
ustanı  canlı  və  dilə  gələn  heykəllərin  müəllifi  hesab  edirdilər.  Deyirdilər  ki,  ona 
vaxt  verilsə,  yapışdırılan  ayamalardan  onu  qorusalar,  bu  adam  ictimaiyyətin 
ürəyində hökmən özünə yer tutacaqdır.  
 
 
 Ardıcıl nailiyyətlər seriyası 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə