Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   57   58   59   60   61   62   63   64   ...   99

124 
 
yazında  o,  Nitsaya  getdi  ki,  dekorator  heykəltəraş  Kordye  ilə  birlikdə  işləsin  və 
orada  nəhəng  Neptun  heykəlini  və  iki  kariatida  yaratdı.  Kariatidalar  de  Anqlez 
sahil gəzinti küçəsindəki bir müğənniyə məxsus olan Neptun villasında sirenaları 
təmsil edəcəkdi.  
Bu  vaxt  Roden  adını  tanıtdırmağa  çalışırdı,  baxmayaraq  ki,  hələ  də  özünə 
dolanışıq  qazanmaq  məcburiyyətində  qalmalı  olurdu.  Müasirlərinə  onun  müstəqil 
şəxsiyyət olması məlum idi, onu avanqard rəssam hesab edirdilər. Beləliklə, onun 
«Qırıq  burunlu  adam»  əsəri  Fransız  Rəssamları  Cəmiyyətində  nümayiş 
etdirildikdə,  gənc  rəssamlar  Parisdə  heç  vaxt  görmədikləri  bü  heykəldən  heyrətə 
gəlmişdilər,  onun  Donatello  dövrlərinə  layiq  olduğunu  və  antik  heykəllərlə  bir 
yerdə  xatırlamasına  yararlı  olduğunu  bildirdilər.  Onlar  heykəltəraşın  studiyasına 
gələndə  Bellyoz  üçün  bir  kommersial  sənət  növündə  nəsə  işlədiyini  gördükdə 
təəccübləndilər  və  özlərindən  asılı  olmayaraq  öz  hisslərini  heyrətamiz  sözlərdə 
ifadə etdilər. Buna o, mülayim qaydada cavab verdi ki, «Bəli, mən bunu Bellyoz 
üçün  edirəm  -  çörək  qazanmaq  üçün».  O,  «Uqolin»  heykəlini  onlara  göstərəndə 
gənc  rəssamlar  daha  çox  təəccübləndilər  və  artıq  deməyə  söz  tapmadılar.  Bu 
heykəl bir qədər Mikelancelonun əsərinə bənzəyirdi, həm də böyük, həyatı sevən 
adam təsiri bağışlayırdı.  
Roden  bu  vaxt  Salona  daxil  olmaqda  uğur  qazandı  və  1879-cu  ildə  o, 
Salonda  «Müqəddəs  Con  (İoann)  Bantist»in  başı  ilə  təmsil  olundu.  Bu  əsər  ona 
üçüncü  dərəcəli  medal  qazandırdı.  Bu  onun  Fransada  layiq  görüldüyü  ilk  rəsmi 
mükafat  idi.  «Dua  edən  müqəddəs  Con  Bantist»in  tamamlanmış  heykəli  isə 
Salonda 1880-ci ildən başlayaraq üç il nümayiş etdirildi. Onun «Gizlin qulaq asan 
qız»  əsəri  1878-ci  ildə  yaranmışdı  və  bu  heykəli  mühüm  özəl  patron  olan 
baronessa  Nataniel  de  Rotşild  almışdı.  Buna  baxmayaraq  o,  hələ  də  tam  şəkildə 
qəbul olunmağa nail ola bilməmişdi.  
Onun  «Müdafiə»  və  ya  «Silaha  çağıran»  heykəli,  erkən  dövrlərdəki  ən 
cəsarətli əsərlərindən biri olmaqla müəyyən uğur qazanmalı idi. Lakin 1878-ci ildə 
Paris  şəhəri  tərəfindən  paytaxtın  müdafiəsini  xatırladan  abidə  üçün  müsabiqəyə 
təqdim  edilsə  də,  hətta  jürinin  seçdiyi  otuz  əsərin  siyahısına  da  düşmədi.  Roden 
Lazar  Karnonun  heykəli  üçün  təşkil  olunan  müsabiqədə  də  etiraf  olunmaqda 
uğursuzluğa  uğradı.  Bu  əsər  heç  vaxt  maraq  doğurmadı.  Hətta  çox  qüdrətli  əsər 
olan  «Bellona»  (bu  heykəl  üçün  Roza  model  qismində  xidmət  etmişdi),  onun 
müharibə  vaxtı  işğaldan  əvvəlki  hisslərini  ifadə  etsə  də,  1879-cu  ildə  Dekorativ 
İncəsənət  müsabiqəsində  nümayiş  etdirildikdə,  hansısa  bir  marağa  səbəb  olmadı. 
Bu  əsərə  də  «Müdafiə»yə  olan  kimi  eyni  münasibət  göstərildi.  Nəticədə  ancaq 
1880-ci  ildə  Parisin  de  Vil  oteli  üçün  D`Alamberin  heykəlini  yaratmq  sifarişini 
aldı.  
1879-cu ilin iyununda müəyyən maliyyə köməyi gəlməyə başladı, bundan üç 
il  əvvəl  Karrye-Bellyoz  Sevr  milli  çini  qablar  manufakturasına  direktor  təyin 
olunmuşdu  və  o,  Rodenə  qeyri-adi  bir  vəzifə  təklif  etdi.  Bu  vəzifə  onun  aylıq 
maaşını  1700  frank  məbləğində  etdi,  həm  də  hər  saatına  üç  frank  məbləğində 
bonus  veriləcəkdi.  Roden  heç  vaxt  tapşırıqdan  imtina  edən  adam  olmamışdı,  ona 


125 
 
görə  də  fiqurların  modellərini  yaratmağa  başladı.  Bu  fiqurlar  Karrye-Bellyozun 
«Ov səhnələri» üçün istifadə ediləcəkdi.  
Onun  keramikada  ifadəsini  əks  etdirdiyi  subyektlər  rəssamın  maraqlarını 
genişləndirirdi. Bəzi əsərlər, məsələn, «Qış» və ya «Bakx rəqsi» onun XVIII əsrə 
olan məhəbbətini əks etdirirdi. Roden Sevrdə 1882-ci ilə qədər işlədi, əslində son il 
ərzində oraya yalnız iki aylığa dönmüşdü.  
1880-ci  ildə  isə  Roden  özünün  başlıca  sifarişini  -  məşhur  «Cəhənnəm 
qapıları»nı  yaratmaq  tapşırığını  aldı.  Bu  həlledici  an  idi  -  sifariş  sübut  edirdi  ki, 
fransız  rəsmi  dairələri  heykəltəraşlıqdakı  yaradıcı  cəhdlərə  o  qədər  də  düşmən 
deyildir.  Bu  özünü  həmçinin  rəssamlıqda  da  dəfələrlə  göstərmişdi.  Ona  verilən 
tapşırıq  Dantenin  «İlahi  komediyası»  mövzusunda  dekorativ  həllin  dizaynını 
vermək  idi.  Bu  Dekorativ  Sənət  Muzeyinin  qapısı  üçün  nəzərdə  tutulurdu.  O,  işi 
1884-cü ildə başa çatdırmaq təklifi ilə razılaşdı. Lakin bunu edə bilmədi.  
Roden  bundan  əvvəl  də  müxtəlif  səviyyələrdə  və  tamamlamalarda  olan 
heykəllər  düzəltmişdi,  onları  impressionist  rəssamların  işinə  və  kölgə  effektinə 
bənzədirdi. “La Porte de l`enfer” - «Cəhənnəm qapıları» böyük sifariş idi. Sonrakı 
otuz il ərzində Roden yeddi metr hündürlüyündə olan bu bürünc qapılar üçün 186 
fiqur  yaratmışdı.  Əslində  bu  əsər  onun  şah  əsəri  sayıla  bilərdi.  Balzakın  «İnsan 
komediyası» bir neçə müstəqil romandan ibarət olduğu kimi, Rodenin bu əsəri də 
sonralar  müstəqil  mövcudluğa  yiyələnəcək  çox  sayda  heykəllərin  yaranmasına 
səbəb olmuşdu.  
 
 


126 
 
 
“Cəhənnəm qapıları” 
 
Rodenin layihəni icra edərkən 1880-ci ildəki ilk eskizlərində o, bir prototip - 
Florensiyadakı  Baptisteriya  kilsəsi  üçün  Lorentso  Gilberti  tərəfindən  yaradılmış 
qərb  qapısının  təsirinə  məruz  qalmışdı.  Onun  seçimi  başa  düşülən  idi,  çünki  bu 
böyük italyan heykəltəraşı antik sənətə dərindən valeh olmuşdu. Onun dönüşündə 
bu  heç  də  az  başa  düşülən  deyildi  ki,  Roden  özü  bu  köhnə  rəssamın  dəstəyini 
aramışdı.  O,  Gilbertini  Parisin  özündə  xatırlayırdı,  onun  əsərində  Bibliya 
mövzularının  səkkiz  tarixi  barelyefi  nəqş  olunmuşdu.  Həmin  adamlar  mərkəzdə 
yerləşdirilmiş fiqurun ətrafına toplaşmışdı.  
Buna  baxmayaraq,  bir  dəfə  Roden  öz  rəsmlərini  heykəltəraşlıq  formasına 
keçirməyə  və  onun  çox  saydakı  və  daim  böyüyən  ideylarını  qapıların  bütöv 
kompozisiyasında  təcəssüm  etdirməyə  başladı,  dəyişikliklər  hökmən  yer  tutmalı 
idi.  
Qapılarda  o,  Renessans  rəssamlarının  istifadə  etdiyi  metodları  bərpa  etdi. 
Hətta «Mütəfəkkir» kimi mühüm heykəl yalnız təkcə Mikelancolaya  əsaslanırdı.  
«Cəhənnəm  qapıları»nın  dominant  xüsusiyyəti  onun  hərəkət  düşüncəsində 
olması  idi.  O  istəyirdi  ki,  onun  kompozisiyasında  sərbəst  hərəkətin  hiss  edilməsi 
ifadə  olunsun.  Həqiqətən  də  o,  hətta  öz  modellərində  onların  gözlənilməyən 
jestlərə tabe edilməsini arayırdı.  
Dayanmayan  hərəkət,  yıxılma  hərəkəti  və  dinamik  hərəkət  təəssüratı 
«Qapılarda»  Mikelancelonun  Sikstin  kapellasında  yaratdığı  effektlərin  müxtəlif 
şərtlərində onların bir davamı növünü təklif edirdi. Bu müqayisə onu vurğulayır ki, 
Mikelancelonun  tabloları  Rodeni  heykəltəraşlıqda  ilhamlandırırdı.  Axı  vaxtilə 
cavanlığında  Roden  Brüsseldə  Rubensin  tablolarının  da  kopiyalarını  çəkmişdi. 
Həqiqətən  də  təsvir  olunan  bədənlərin  enerjisi  barədə  Rubens  sənətində  nəsə  bir 
məstəsnalıq  var  idi.  Roden  öz  heykəllərində  rəsm  effektlərinə  qovuşmaqla  bunu 
vurğulayırdı  ki,  o,  barokkodan  əsaslı  qaydada  uzaqdır.  O,  güman  edirdi  ki,  nəsə 
nizamlıdırsa, hərəkətsiz ölüdür.  
«Qapıların» tələb edilən  tapşırığı  icra etmək  imkanı Roden  təxəyyülünə və 
onun cilovlanmayan mürəkkəb və ehtiraslı təbiətinə əlavə stimul verirdi. Bu, həyat 
görünüşünün  varlığına  nüfuz  etməyə  çağırırdı.  O,  sifariş  aldığına  görə  birinci 
növbədə Danteyə valeh olmalı idi. Dahi Danteni isə Engels «Orta əsrlərin axırıncı, 
yeni döırün birinci şairi» adlandırmışdı.  
Rodenin  çox  sayda  olan  qeyri-adi  rəsmləri  açıqlandıqda,  öz  ideyalarını  bu 
nöqteyi-nəzərdən  sadə  və  dərk  olunan  bir  sxemə  qarışdırdığı  göründü.  O,  böyük 
ümidlə  işinə  başladı.  1880-ci  illər  ərzində  o,  dizayn  üçün  bədxərcliklə  çoxlu 
cəhdlər  etdi  və  onun  ən  məşhur  heykəllərinin  çoxu  -  «Mütəfəkkir»,  «Üç  kölgə», 
«Üç Favi» ümumi kompozisiya ilə bağlı idi və həmin dövrlə tarixlənir.  
Bədbəxtlikdən,  bir  neçə  ildən  sonra  iş  sürünməyə  başladı,  çünki  vaxtını 
əsasən onu çox məşğul edən ideyalara sərf edirdi. Bununla ynaşı, onun şəxsiyyəti 
də  müəyyən  mühüm  dəyişikliklərə  məruz  qaldı.  Onun  erkən  dövrlərinin 
pessimizmi dünyaya daha nikbin baxış bəsləməsinə təslim oldu. Qapılar onun üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə